Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

36 

 

         Reytinqin  hesabalanması zamanı 3  qrup  göstəricilərdən  istifadə  olunur: kütləvi 



(nəşr  edilməsi  məcburi  olan)  infomasiya,  könüllü  açıqlanan  informasiya  və  qiymətli 

kağızlar  bazarının  analitiklərinin  sorğu  nəticələri.  Müəssisənin  qiymətləndirilməsi 

korporativ  idarə  etmənin  informasiyasının  nəşr  olunması,  səhmdar  kapitalın 

strukturu,  korporativ  idarəetmə  strukturu,  səhmdarların  deklorativ  hüquqları, 

korporativ əhatə kimi vacib aspektləri üzrə həyata keçirilir. 

 

Korporativ  idarəetmənin  reytinqini  hesablayan  zaman  aşağıdakı  2  qrup  əsas 



göstəricilərdən istifadə olunur: 

1.  Məcburi qaydada açıqlanan informasiya (kompaniya tərəfindən əlavə olaraq 

kütləvi  nəşr  olunan).  Tənzimləmə  orqanları  tərəfindən  nəşr  olunan 

informasiya qanuni  yolla  fəaliyyət  göstərən səhmdar kompaniya  tərəfindən 

kütləvi nəşr olunan və ya digər informasiya mənbələrindən (mətbuat, bazar 

analitiklərinin  xülasələri  və s.) əldə olunan  məlumatlarəsasında qərar qəbul 

etmək  imkanına  malikdirlər.  Bundan  irəli  gələrək,  reytinqin  hesablanması 

zamanı investorlar üçün qapalı olan informasiyadan istifadə olunur. 

2.  Səhmdar  kimi  institut  adından  yanlış  tələblər  və  telefon  zənglərinə 

kompaniyanın cavablaı.  Təcrübə  göstərir ki, az sayda səhm paketinə  malik 

səhmdarlar kompaniya haqqında informasiya əldə etməyə cəhd edərkən real 

problemlərlə qarşılaşırlar. Bu problemlərin həlli isə vaxt və maliyyə xərcləri 

ilə  əlaqədardır.  Kompaniyada  səhmdarlara  yönəlmiş  real  münasibəti 

qiymətləndirmək  üçün  insitut  özü  səhmdar  olaraq  kompaniyaya  müxtəlif 

sorğular göndərir və müvafiq monitorinq aparır. 

Kompaniyalar  korporativ  idarəetmənin  müxtəlif  aspektlərini  əks  etdirən  6 

parametr (cəhət) üzrə qiymətləndirilir: 

1. 


İnformasiyanın nəşr olunması (kütləvi və ya səhmdarların tələbi ilə nəşr 

olunan sənədlərin tamlığı və nəşrin müddəti); 

2. 

Səhmdar  kapitalın  strukturu  (nəzarət  edici  qruplar,  mülkiyyət 



strukturunun aydınlığı və s.) 


37 

 

3. 



Direktorlar  Şurası  və  icraedici  orqanlar  (affilləşmə,  mükafatlandırma, 

iclasların protokolları və s.) 

4. 

Səhmdarların  başlıca  hüquqları (kompaniyanın  idarə edilməsində  iştirak 



hüququ, dividendlər əldə etmək hüququ və s.) 

5. 


Risklərin  olmaması  (aktivlərin  çıxarılması,  transfer  qiymətləri,  səhmdar 

kapitalının yuyulması və s.) 

6. 

Korporativ  idarəetmənin  tarixi  (keçmişdə  səhmdarların  hüquqlarının 



pozulması faktları, maliyyə hesabatlılığı problemləri, audit nəticələri və s.) 

     Növbəti  tarixi  (milli)  reytinq  «PRAYM-TASS»  reytinqidir.  «PRAYM-TASS» 

analitikləri  tərəfindən  işlənib  hazırlanmış  reytinq  metodologiyası  reytinq  olunan 

kompaniyalar  üzrə  kütləvi  informasiyanın  analizinə  əsaslanır.  «PRAYM-TASS»-ın 

fikrincə 

belə 


informasiyanın 

mövcudluğu 

kompaniyanın 

şəffaflığının 

qiymətləndirilməsinin  başlıca  kriteriyalarından  biridir.  Reytinq  üçün  seçilən 

kriteriyalar  korporativ  idarəetmənin  başlıca  risklərini  qiymətləndirir,  onlar  arasında 

mülkiyyətin 

konsentrasiyası, 

səhmdar 

kapitalının 

qeyri-şəffaf 

strukturu, 

kompaniyanın  menecment  və  direktivlərinin  mövcud  sistemi,  eləcə  də  korporativ 

idarəetmənin səviyyəsini müəyyənləşdirən digər riskləri nəzərdə tutur. 

Xarici  reytinqlər  arasında  daha  geniş  yayılmış  reytinq  «Standard  &  Poor´s» 

korporativ idarəetmə reytinqidir. 

 

 

 



 

 

 



 

 

«Standard & Poor´s» beynəlxalq kompaniyası korporativ idarəetmə reytinqləri 



metodologiyasının  işlənib  hazırlanmasına  1998-ci  ilin  əvvəllərində  başlamışdır. 

Metodologiyanın  sınaqdan  keçirilməsindən  sonra  pilot  layihələrin  gedişində  

«Standard  &  Poor´s»  kompaniyası  ixtisaslaşmış  korporativ  idarəetmə  reytinq 

xidmətinin  yaradılması  qərarını  qəbul  etdi  və  2000-ci  ildən  korporativ  idarəetmə 

sahəsində  reytinq  xidmətləri  göstərməyə  başladı.  Hal-hazırda  «Standard  &  Poor´s»  

həm  kompaniya,  həm  də  ayrıca  ölkələr  səviyyəsində  korporativ  idarəetmənin 

qiymətləndirilməsi  konsepsiyasını  əks  etdirir.  Onun  istifadə  etdiyi  yanaşma  maliyyə 

nöqteyi  nəzərdən  maraqlı  şəxslərin  –  səhmdarlar  və  kreditorlar  nöqteyi  nəzərdən 

vəziyyətin araşdırılmasını nəzərdə tutur. 



38 

 

   «Standard  &  Poor´s»  analitik  qrupları  kompaniyanın  müsahibələşməsini  həyata 



keçirirlər. Bunun əsasında korporativ idarəetmənin ümumi reytinqini və analizin əsas 

elementləri qeyd olunan ətraflı hesabat təşkil olunur. 

 

 

 



Məntiqi  müsahibələrin  gedişi  mənimsənilmiş  reytinq  haqqında  hesabatda 

analitik tərəfindən ifadə olunur. Hesabatın strukturu aşağıdakı şəkildə olur: 

1.  Qısa  xülasə.  Burada  qısa  əsaslı  kompaniyanın  korporativ  idarəetməsinin 

ümumi  reytinqi,  eləcə  də  ayrıca  kompaniyaların  başlıca  vəziyyətlərinin 

(əlavələrinin)  qısa  ifadəsi  öz  əksini  tapır,  hər  kompanent  üzrə  qeyd  olunan 

güclü və zəif tərəflər burada müəyyən olunur. 

2.  Kompaniya  haqqında  arayış:  istehsal  fəaliyyəti,  maliyyə  vəziyyəti, 

mülkiyyət strukturu və menecmentə aid başlıca informasiya. 

3.  Metodoloji hissə: ballar və növbəti kompanentlərin analizi: 

-  mülkiyyətin strukturu və xarici təsir; 

-  səhmdarların hüquqları, maliyyə maraqları olan şəxslərlə münasibətlər; 

-  şəffaflıq, informasiyanın nəşr olunması və audit; 

-  Direjtorlar Şurasının səmərəliliyi və strukturu. 

      "Standard  &  Poor's"  (S&P)  beynəlxalq reytinq agentliyi Azərbaycan bankları 

üçün risk dərəcəsinin  "ən yüksək" olduğunu bəyan edib.  Agentlik  Avropa, Orta Şərq 

və  Afrika bölgəsində olan  ölkələrin  milli  valyutalarının zəifləməsinin bu ölkələrdəki 

bankların risklərini artırdığını bildirib. 

        "S&P"-nin 

beynəlxalq reytinq agentliyi Qazaxıstan, 

Belarus, 

Ukrayna, 

Azərbaycan və Nigeriyanın bank sisteminin risklərini "ən yüksək", Rusiya, Gürcüstan 

və  Türkiyə  üçün  isə  "yüksək"  olduğunu  qeyd  edib.  Bundan  əlavə,  Cənubi  Afrika, 

Polşa,  Macarıstan  və  Xorvatiyanın  bank  sistemlərinin  daha  az  neqativ  təsirə  məruz 

qalacağı vurğulanıb. 

"S&P"-nin  beynəlxalq reytinq agentliyi   risk  amillərinin  ölkədən  ölkəyə  dəyişdiyini, 

əsasən  3  elementdən  ibarət  olduğunu  açıqlayıb.  Bu,  valyuta  kreditlərində  bankların 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə