12
səhmdarların tərkibində əhmiyyətli dəyişikliklər.
Hazırda münasibətlərin əhəmiyyəti və ümumilikdə korporativ qanunvericiliyin
inkişafı dövriyyəsinin elə bir səviyyəsinə çatıb ki, korporativ münasibətlər mülki
hüquqla tənzimlənən münasibətlərin əsas məsələlərindən biri olub. Ona görə də
müasir şəraitdə korporativ münasibətləri mülki hüquqla tənzimlənən münasibətlərin
əsas növlərindən biri olaraq nəzərə almamaq mümkün deyil. (12, 25)
Korporativ münasibətin təşkilati forması dedikdə, korporativ münasibətin
iştirakçıları arasında olan əlaqələr sistemi başa düşülür. Praktika əsnasında görmək
olar ki, korporativ münasibətin iştirakçıları digər korporativ münasibətin
iştirakçılarına korporativ nəzarət edə bilər. Korporativ nəzarət - korporativ
münasibətlərin iştirakçılarının fəaliyyətinə yardım edir.
Korporativ münasibətlər bu gün müasir cəmiyyətin ayrılmaz hissəsidir.
Korporativ münasibətlər hazırda cəmiyyətin siyasi və iqtisadi sahələrində inkişaf edir
və hüquq normalarına müvafiq olaraq tənzimlənir. Bütün bunlar Korporativ
idarəetmə məcəlləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikasında fəaliyyət
göstərən dövlət və özəl müəssisələrin idarəetmə sisteminin təkmilləşdirilməsində
müasir beynəlxalq standartların tətbiqi məqsədilə Azərbaycanın Korporativ idarəetmə
məcəlləsinin hazırlanmasına ehtiyac duyulmuş və bunun üçün İqtisadi İnkişaf Nazirliyinin
nəzdində dövlət orqanları, şirkətlər və Beynəlxalq Maliyyə Korporasiyasının
nümayəndələrindən ibarət müvafiq işçi qrupu yaradılmışdır. Korporativ idarəetmə
məcəlləsi ¾ -ü korporativ münasibətləri tənzimləmək məqsədilə əsasən könüllü
şəkildə qəbul olunan standart və daxili normalar əsasında hazırlanıb.
Azərbaycanın Korporativ idarəetmə Məcəlləsi Azərbaycan Respublikasının
qanunvericiliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1999-cu ildə ilk dəfə
qəbul etdiyi və 2004-cü ildə yenidən baxılaraq daha da təkmilləşdirilən Korporativ
İdarəetmə Prinsipləri və bu sahədə mövcud olan beynəlxalq standartlara əsaslanaraq
hazırlanmaqdadır.Məcəllə layihəsinin 5 fəsli üzərində iş aparılır
13
Müşahidə Şurası
İdarə Heyəti
Maliyyə hesabatı, şəffaflıq və açıqlama
Payçıların hüquqları və onlara münasibət
Payçıların korporativ idarəetmədə rolu
Hazırda dünya miqyasında korporativ idarəetmə sahəsində gedən sürətli inkişaf
və islahatları nəzərə alaraq, gələcəkdə Məcəlləni strukturunda dəyişikliklər ola
biləcəyini də qeyd etmək lazımdır. (19,korporativ idarəetmə bölməsi)
Bununla yanaşı, Dövlət Müəssisələrinin Korporativ İdarəetməsinə dair İƏİT-in
Təlimatları istinad təlimatı kimi götürülərək dövlət müəssisələrində korporativ
idarəetmə prinsiplərinin tətbiqinə dair müddəalar da Məcəllədə öz əksini tapacaqdır.
Təsərrüfat subyektlərinin inkişafında keyfiyyətli korporativ idarəetmə mühüm
rol oynayır. İqtisadi İnkişaf Nazirliyi ölkədə fəaliyyət göstərən təsərrüfat subyektləri
üçün müasir korporativ idarəetmə sistemi modelinin hazırlanması və tətbiqi ilə bağlı
aidiyyatı dövlət orqanları ilə birlikdə müvafiq tədbirlər görür və dövlət aktivlərinin
səmərəli idarə edilməsi və korporativ idarəetmə sahəsində dövlət siyasətinin
formalaşması və həyata keçirilməsinə dair təkliflər hazırlayır, korporativ idarəetmə
sahəsində normativ-hüquqi bazanın hazırlanmasında iştirak edir.Nazirliyin bu sahədə
əsas vəzifələrindən biri də inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsini öyrənməklə
müasir korporativ idarəetmə sistemlərinin hazırlanması və tətbiqi, beynəlxalq
əməkdaşlığın qurulması istiqamətində müvafiq tədbirləri həyata keçirməkdir. Pis
korporativ idarəetmə o deməkdir ki, bu şirkət investisiyalar cəlb edə bilməyəcək,
kredit ala bilməyəcək və deməli, kapital bazarına çıxa bilməyəcək. (1,32)
14
1.2. Korporativ idarəetmə problemi
Korporativ idarəetmə biznesin təşkilati-hüquqi formasının idarə olunması,
təşkilati strukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq
kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin qurulmasıdır. Korporativ
idarəetməni xüsusi tip kimi ayırsaq başlıca xüsusiyyətləri korporasiyanın spesifikliyi
ilə şərtlənən idarəetmə obyekti olaraq onu müəyyənləşdirir: “Səhmdarların prioritet
maraqları və onların korporasiyanın inkişafındakı rolu üzərində qurulan idarəetmə,
səhmdarların
qarşılıqlı
təsirini
nəzərdə
tutan
mülkiyyət
hüquqlarının
reallaşdırılmasını hesaba alan idaretmə və sonda, korporativ mədəniyyəti doğuran
idarəetmə, başqa sözlə, ümumi ənənələr kompleksi, nizamnamələr, davranışlar
prinsipi kimi başa düşülür”.
Korporativ idarəetmə sistemi özü-özlüyündə, şirkətin öz investorlarının
maraqlarını təmsil və müdafiə etməsi üçün təşkilati modeldir. Direktorlar şurasından
tumuş icra qurumunun əmək haqqının ödənilməsi sistemi və müflisləşmənin bəyan
edilməsi mexanizmlərinə qədər bir çox şey bu sistemə daxildir.O, müasir
korporasiyaya sahiblik və onun idarə edilməsi yollarını özündə əks etdirir.
Korporasiya ayrı-ayrı şəxslərin təşkilatıdır.Bu təşkilat müstəqil iqtisadi subyekt kimi,
korporasiyanın ayrı-ayrılıqda hər bir üzvünə məxsus olan hüquq, imtiyaz və
öhdəliklərdən fərqli olan müəyyən hüquqlar, imtiyazlara və öhdəliklərə malikdir.
Biznesin korporativ formasının dörd xüsusiyyəti investorlar üçün daha cəlbedicidir.
Korporasiyanın hüquqi şəxs kimi müstəqilliyi;
Fərdi investorların məhdud məsuliyyəti;
Fərdi investorlara məxsus olan səhmlərin digər şəxslərə verilməsi imkanı;
Mərkəzləşdirilmiş idarəetmə;
İlk iki xüsusiyyəti korporasiyanın məsuliyyəti ilə onun ayrı-ayrı üzvlərinin
məsuliyyəti arasında sərhəd qoyur:
Korporasiyaya məxsus olan şey, onun üzvlərinə məxsus olmaya da bilər;
Dostları ilə paylaş: |