Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Semasiologiya. Azərbaycan ədəbi dilinin semantik



Yüklə 320,2 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix17.04.2023
ölçüsü320,2 Kb.
#105954
1   2   3   4   5   6   7   8   9   10   ...   17
İbt sinif Azərb. dili və onun tədr.met.

12.Semasiologiya. Azərbaycan ədəbi dilinin semantik 
sistemi. Sözün mənası. 

Tam və natamam məna. Sözün məna quruluşu. Sözün lüğəvi və qrammatik 


mənaları. Sözün mənasının dəyişməsi və inkişafı. Sözün mənasının daralması və 


13 
genişlənməsi. Sözün məcazi mənada islənməsi. Məcazlar, onların növləri. Sözlərin 
tək və çoxmənalılığı.


13. Sözlərin mənaca qrupları 
Omonimlər. Omonim anlayışı haqqında. Omonimlərin çoxmənalı sözlərdən 
fərqi. Omonimlərin tipləri. Leksik omonimlərin əmələ gəlməsi.Omonimlərin üslubi 
imkanları.
Sinonimlər və onların tipləri. Leksik sinonimlər, onların əmələ gəlməsi və 
nitqdə üslubi rolu. Sinonimik cərgə. Antonimlər haqqında anlayış. Antonimlərin 
məna növləri. Tam və nisbi antonimlər. Antonimlərin əmələgəlmə yolları və bədii 
nitqdə üslubi rolu. Paronimlər. Paronimlərin omonimlərlə müqayisəsi. Tabu sözlər 
və evfemizmlər. Onların nitqdə işlənməsi və üslubi imkanları.
 

14. Azərbaycan ədəbi dilinin frazeologiyası 
Frazeoloji vahid anlayışı. Frazeoloji vahidlərin xüsusiyyətləri. Azərbaycan dili 
frazeoloji vahidlərinin tipləri:
 
a) frazeoloji qovuşma 
b) frazeoloji birlik 
c) frazeoloji birləşmə 
Frazeoloji (sabit) ifadə və ibarələr. Frazeoloji vahidlərin mənaca növləri: 
a) Omonim frazeoloji vahidlər 
b) Sinonim frazeoloji vahidlər 
c) Antonim frazeoloji vahidlər 
Frazeoloji vahidlərin nitqdə yaratdığı üslubi imkanlar.


15. Derivatalogiya. Azərbaycan dilində sözyaratma anlayışı və yolları.
Azərbaycan ədəbi dilinin leksik və frazeoloji tərkibinin zənginləşmə mənbə və 
yolları. Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin daxili imkanlar əsasında 
zənginləşməsi. Dildə yeni söz və ifadələrin leksik, semantik, morfoloji və sintaktik 
üsullarla yaradılması yolları. 


14 
Dialekt və şivələrdən söz və ifadə götürülməsi ilə lüğət tərkibinin 
zənginləşməsi. Ədəbi dilin lüğət tərkibinin lüğəvi alınmalar hesabına 
zənginləşməsi.

Yüklə 320,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə