Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 320,2 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix17.04.2023
ölçüsü320,2 Kb.
#105954
1   2   3   4   5   6   7   8   9   ...   17
İbt sinif Azərb. dili və onun tədr.met.

Məzmun kompetensiyaları: 

İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı ünsiyyət bacarıqları;
 

Informasiya texnologiyalarından istifadə etmək qabiliyyəti;
 

Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemlər aşkar etmək, onların 
müxtəlif həlli yollarını təhlil etmək, təhsil alanların irəliləyişinin, 
nailiyyətlərinin 
qiymətləndirilməsi, 
tərbiyəlilik 
səviyyəsini 
müəyyənləşdirmək və onlara emosional iradi təsir göstərmək bacarığı;
 

Fəaliyyətini diaqnozlaşdırmaq, layihələrin həyata keçirilməsi zamanı 
təşəbbüskarlıq məsuliyyəti, liderlik və komandada işləmək bacarığı;
 

Müxtəlif innovativ təlim resurslarından, texnologiyalarından istifadə etməklə 
ibtidai siniflərdə təlim prosesinin səmərəliliyini və keyfiyyətini yüksəltmək 
bacarığı.
 
İxtisas kompetensiyaları: 

Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları 
təhlil etmək, bir-biri ilə əlaqəli olan sahələrdə çətin tapşırıqların yaradıcı 
şəkildə həlli üçün biliklərdən istifadə etmək; 

Yeni yanaşma tətbiq etməklə mürəkkəb tapşırıqları yerinə yetirmək bacarığı; 

Pedaqoji situasiyaları və prosesləri dərk etmək, obyektiv qiymətləndirmək, 
peşə fəaliyyətində informasiya texnologiyalarından istifadə etmək, ümumi 



və pedaqoji mədəniyyətə malik olmaq, öz təcrübəsini fərdi və qrup şəklində 
təhlil etmək bacarığı; 

Şagirdlər, onların valideynləri, həmkarları və tədris müəssisəsinin rəhbərliyi 
ilə pedaqoji cəhətdən məqsədyönlü ünsiyyət yaratmaq bacarığı; 

Sağlam və şəxsiyyətyönümlü təhsil mühiti formalaşdırmaq, şagirdlərin 
sosial bacarıqları, hərtərəfli şəxsi inkişafı üçün şərait yaratmaq bacarığı.
Fənnin hədəfi:
Tələbələrə
“İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi 
metodikası” fənninin təsvirindən irəli gələn nəzəri məsələləri, Azərbaycan dili 
təliminin özünəməxsus xüsusiyyətlərini, inkişaf tarixini, qanunauyğunluqlarını, 
prinsiplərini, əsas tələblərini
mənimsətmək, onların rabitəli nitqini inkişaf 
etdirmək,
yeni təlim texnologiyalarından istifadə qaydalarını, dərslərin səmərəli 
təşkili yollarını öyrətmək və onları praktik cəhətdən həyata keçirmək 
bacarıqlarını aşılamaqdır. 
Fənnin məqsədi:
Tələbələrin dil qaydalarını mənimsəməsi və nitq mədəniyyətinin 
inkişafı istiqamətində məqsədyönlü tətbiqetmə bacarığının formalaşdırılması. 
Tələbələrə ibtidai siniflərdə savad təlimi, oxu, qrammatikanın, rabitəli nitqin tədrisi 
və inkişaf etdirlməsi yollarını öyrətmək. 

Yüklə 320,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə