Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 320,2 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix17.04.2023
ölçüsü320,2 Kb.
#105954
  1   2   3   4   5   6   7   8   9   ...   17
İbt sinif Azərb. dili və onun tədr.met.




AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
 
 
İBTİDAİ SİNİFLƏRDƏ AZƏRBAYCAN DİLİ VƏ ONUN 
TƏDRİSİ METODİKASI FƏNN 
 
P R O Q R A M I 
 
 
İBTİDAİ SİNİF MÜƏLLİMLİYİ İXTİSASI ÜZRƏ 
BAKALAVRİAT TƏHSİL SƏVİYYƏSİ ÜÇÜN 
İxtisas şifri: 
050107
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
18.10.2022-ci il tarixli iclasının F-599 saylı
əmrinə əsasən çap edilir. 
 
 
 
BAKI – 2022 
 
 



 
 
ELMİ REDAKTOR: Rəhilə Əşrəf qızı Hümmətova 
Filologiya üzrə fəlsəfə doktoru, dosent
 
 
TƏRTİB EDƏNLƏR: Tamam Allahverdi qızı Mehrabova 

Filologiya üzrə fəlsəfə doktoru, dosent 


Fəridə Akif qızı Səfərəliyeva 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 


Gültəkin Atəş qızı Abdullayeva 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 


 
Rəyçilər: Kamil Kamal oğlu Bəşirov

Filologiya üzrə elmlər doktoru, dosent 


 
Ənvər Məhəmməd oğlu Abbasov
Azərbaycan Respublikası Təhsil
İnstitutunun direktor müavini,
 
pedaqogika üzrə fəlsəfə doktoru, 
dosent, əməkdar alim 
 
 
 
 
 
 



 
İzahat vərəqi 
Azərbaycan Respublikasının
 
ümummilli lideri H.Əliyev təhsil sistemində 
aparılan islahatla bağlı olaraq söyləmişdir: ”Təhsil sistemində islahatların əsas 
məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin 
standartlarına uyğunlaşdırılsın. On illərlə əldə etdiyimiz təhsil prinsipləri 
gözlənilməli və inkişaf etdirilməlidir. Əgər bu yolla gedəriksə, qısa bir zamanda 
Azərbaycan təhsil sistemini dünya standartlarına çatdıra bilərik”. 
Hazırda ölkəmizdə geniş vüsət almış təhsil islahatları, təhsilin məzmununun 
yeniləşdirilməsi, yeni metod və üsulların məktəbə gətirilməsi təlim-tərbiyə 
ocaqlarımızın müasirləşməsinə, dövrün tələblərinə cavab verə biləcək şəkildə 
qurulmasına əlverişli imkan və şərait yaratmışdır. 
Ana dilinə məhəbbət, ana dilini mənimsəmək və bu dili mükəmməl bilməyin 
əsasları ümumtəhsil məktəblərində ibtidai siniflərdən başlanır. Şagirdlərin ana 
dilini dərindən və hərtərəfli öyrənmələri başqa fənlərin də elmi əsaslarını dərk 
etmək yollarını asanlaşdırır, onlarda dünyagörüşün formalaşmasına, mədəni 
səviyyənin inkişafına- bir sözlə, onların böyük həyata hazırlanmasına güclü təkan 
verir. Dilin mürəkkəb və səciyyəvi cəhətlərinin, dərin və gizli sirlərinin 
öyrənilməsi fikrin ifadəsi üçün ən qüvvətli vasitəyə çevrilir. Məhz buna görədir ki, 
böyük pedoqoqlar ilk təlim zamanı başqa fənlərin mənimsənilmə keyfiyyətinin ana 
dilini necə bilməkdən və ondan hansı səviyyədə istifadə olunmasından asılı hesab 
etmişlər. İbtidai təlimdə ana dilinin əsas və mərkəzi fənn sayılmasının səbəbi də 
məhz budur. 
Gələcək ibtidai sinif müəllimlərinə dilçiliyin bütün şöbələri ilə bağlı nəzəri 
və praktik əhəmiyyətli məsələlər öyrədilməlidir. Yəni ali məktəblərdə gələcək 
ibtidai sinif müəllimlərinə dilçiliyin fonetika, leksikologiya, qrammatika şöbələri 
ilə yanaşı, ümumi dilçilik, Azərbaycan dilinin tarixi, onun inkişaf dövrləri, 
dialektləri, orfoqrafiya, qrafika, orfoepiya, üslubiyyat, mətnşünaslıq və digər 



bölmələrə aid nəzəri və praktik əhəmiyyətli məlumatlar verilməlidir ki, gələcək 
fəaliyyətlərində onlardan bəhrələnə bilsinlər. 
Azərbaycan dili fənni mühazirə və praktik məşğələlər vasitəsilə öyrədilir. 
Mühazirə mətnləri həyatla, məktəblə bağlanmalıdır. Mühazirələrdə tələbələri 
ibtidai siniflərdə tədris ediləm mövzularla, məktəb proqramı və dərsliklərlə daha 
yaxından tanış etmək lazımdır. 
Praktik məşğələlərdə əsas məqsəd mühazirədə çatdırılmış materialı daha da 
dərinləşdirməkdən, dil faktları və hadisələri üzərində tələbələrdə sərbəst işləmək 
bacarığı, əldə edilmiş nəzəri bilikləri tətbiq etmək vərdişi yaratmaqdan ibarətdir. 
Dil faktları üzərində aparılan təcrübi işlər tələbələrin ədəbi dil proqramlarını 
hərtərəfli dərk etmələrinə kömək edir, həmçinin məqsədyönlü şəkildə təşkil edilən 
linqvistik təhlil bacarıqlarının aşılanması onlarda elmi-dilçilik təfəkkürü 
formalaşdırır. Buna görə də təcrübi məşğələlərdə iş həm nəzəri dilçilik, həm də 
praktik istiqamətdə aparılmalıdır. 
Təcrübi məşğələlərdə tələbələrin şifahi və yazılı nitq mədəniyyəti də inkişaf 
etdirilməlidir. Bunun üçün təcrübi məşğələlərdə tez-tez qrammatik inşalar
çalışmalar, linqvistik təhlillər, testlər və yazı işləri aparılmalıdır. Xüsusilə, təcrübi 
məşğələlər yeni tədris üsulları ilə aparılarsa, daha faydalı nəticələr əldə etmək olar. 
Tələbə özü tədqiqatçıya çevrilər, müxtəlif üsullar vasitəsilə lazım olan nəzəri 
məlumatı şüurlu şəkildə dərk edər, onu praktikada sınaqdan keçirər. 
Praktik məşğələlərdə tələbələr müstəqil olaraq, lakin müəllimin ümumi 
rəhbərliyi ilə müvafiq plan və göstəriş əsasında dilçiliyin hər hansı şöbəsi üzrə nəşr 
olunmuş müxtəlif materiallar üzərində də işləməlidir. Belə bir üsul tələbəni 
müstəqilliyə alışdırır və onun nitq mədəniyyətinin hərtərəfli inkişafına kömək edir. 
Lazım gəldikdə müəllim proqramın sonunda verilmiş ədəbiyyat siyahısından əlavə 
olaraq tələbələrə başqa əsərləri, yeni çap olunmuş dilçilik ədəbiyyatı nümunələrini 
də oxumağı məsləhət görə bilər. Çünki dilimizin müxtəlif sahələri ilə bağlı onlarla 
yeni-yeni tədqiqat işləri yazılır. Tələbələri dilçilik sahəsində yeniliklərlə tanış 
etmək onların ümumi inkişafına yaxından kömək etmiş olar. 



Dil cəmiyyətin hər bir üzvü üçün vacib olan ünsiyyət vasitəsidir. İnsanın 
biliklərə yiyələnməsi və tərbiyəsində dil təlim və tərbiyə işinin ən mühüm vasitəsi 
kimi özünü göstərir. Ana dilimizin inkişafında misilsiz rol oynayan Ümummilli 
lider Heydər Əliyev demişdir: “Ana dili bizim sərvətimizdir. Hər bir xalqın 
milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Hər bir xalq öz 
dili ilə yaranır, ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya 
mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik 
sahiblərinin fəaliyyəti nəticəsində mümkün olur.” 
İbtidai siniflərdə Azərbaycan dili təliminin əsas məqsədi şagirdlərin şifahi 
və yazılı nitqini inkişaf etdirmək, bütövlükdə onların nitq mədəniyyətini 
formalaşdırmaqdan ibarətdir. “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün Ana 
dili kurikulumu”nda qeyd olunur ki, ümümtəhsil məktəblərində ana dili təliminin 
məqsədi ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla, şagirdlərin nitq 
mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. İbtidai təhsil 
səviyyəsində əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, 
düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilk bacarıqların mənimsənilməsi, lüğət 
ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi 
tələffüz normalarının öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının 
formalaşdırılması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri
mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur. 
“İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası” fənninin 
predmetini təlim şəraitində şagirdlərin Azərbaycan dilinə yiyələnməsi prosesinin 
tədqiqi təşkil edir. Bu fənn vasitəsilə hər bir şagirddə bilik, bacarıq və vərdişlərin 
formalaşdırılması təmin olunur, təlim prosesində reallaşdırılacaq forma, metod, 
priyom və vasitələr, bunları seçməyin şərtləri, konkret dərs zamanı onlardan 
yaradıcılıqla istifadə etməyin yolları öyrədilir. Fənn elə tədris olunmalıdır ki, onu 
öyrənən tələbə təlim işindən müstəqil baş çıxara bilsin, bütün təlim metodlarına 
yaradıcılıqla yanaşa bilsin. 
“Çərçivə Kurikulumu”nda fənnin tədrisi belə əsaslandırılır: “Bu fənnin 
təlimi nəticəsində Azərbaycan dili təliminin mövqeyi, vəzifələri, savad, qiraət 



(oxu), yazı və hüsnxət, Azərbaycan dili təliminin, nitq inkişafının metodikası, ana 
dili təliminin qanunları, ana dili dərsliklərində istifadə edilən metod, yol və 
vasitələr, orfoqrafiya təlimi, ibtidai siniflərdə məzmuna dair bilik və bacarıqların 
verilməsi təmin olunur”. 
Ali pedaqoji təhsil və orta ixtisas təhsili müəssisələrinin ibtidai sinif 
müəllimi hazırlayan fakültələrində “İbtidai siniflərdə Azərbaycan dili və onun 
tədrisi metodikası” fənninin tədrisi olduqca zəruridir. Proqramdan ibtidai təhsil 
fakültəsinin tələbələri, magistrantlar faydalana bilərlər. İbtidai təhsil fakültəsində 
fənnin 3 semestr ərzində (180 saat) tədrisi nəzərdə tutulur. 

Yüklə 320,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə