Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 320,2 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix17.04.2023
ölçüsü320,2 Kb.
#105954
1   2   3   4   5   6   7   8   9   ...   17
İbt sinif Azərb. dili və onun tədr.met.

Fənn üzrə təlim nəticələri: 

İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikasının 
xüsusiyyətlərini təsvir edir; 

Azərbaycan dili kurikulumunda (I-IV siniflərdə) məzmunu və standartı 
izah edir; 

Azərbaycan dilinin qrammatik quruluşunun əhəmiyyətini şərh edir; 

Nitq hissələrinin hər birinin qrammatik xüsusiyyətlərini müqayisə edir; 

Sintaktik əlaqələrin mahiyyətini və obyektiv gerçəklikdə olan əlaqələrlə 
uyğunluğunu izah edir; 

Sadə və mürəkkəb cümlənin oxşar və fərqli cəhətlərini müəyyənləşdirə 
bilir; 

Linqvistik təhlilin bütün növlərini sərbəst yerinə yetirə bilir; 




İbtidai siniflərdə Azərbaycan dili dərslərinin məzmunu, təşkili yolları, 
istifadə olunacaq metod və priyomları bilir; 

Təlim prosesində dinləyib-anlama və danışma, oxu, yazı və dil qaydaları 
üzrə bacarıqların mənimsədilməsində səmərəli metod və üsullarını izah edir; 

Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsi üzrə işin məqsəd və 
vəzifələrini bilir;

Dil qaydalarının mənimsədilməsi zamanı seçilmiş metodun səmərəli 
olduğunu şərh edir; 

Təlim prosesində qazandığı bilikləri təcrübədə istifadə etmək üçün elmi-
metodik cəhətdən təhlil edir; 

Müzakirə, diskussiya və digər tədbirlərin keçirilməsi məqsədi ilə yazılı rəy 
və təqdimat hazırlayır; 

Tədris prosesində düzgün metod və üsul seçməyin əhəmiyyətini 
dəyərləndirir. 
Proqramın təlim nəticələri ilə fənnin təlim nəticələri arasında əlaqə: 
proqramda “İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası” 
fənninin məqsəd və vəzifələri, təlim prinsipləri, I-IV siniflərdə məzmun xətləri 
üzrə Azərbaycan dilinin tədrisinin məzmunu verilir. Savad təlimi, oxu və yazı 
təlimi, orfoepiya, fonetika, morfologiya, sintaksis, orfoqrafiya, nitq inkişafı, lüğət 
işi, rabitəli nitq inkişafının inteqrativ tədrisi, tədrisdə istifadə edilən fəal təlim 
üsulları və İKT-dən istifadənin sistemli şəkildə tətbiq olunması üzrə işin 
məzmunu açıqlanır. Fənnin təlim nəticələri proqramın təlim nəticələri ilə üzvi 
şəkildə əlaqələnir.
Proqramda fənnin tədrisinə ayrılan saatlar mövzular üzrə paylanmış, tövsiyə 
olunan ədəbiyyat siyahısı təqdim olunmuşdur. 

Yüklə 320,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə