Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi baki 2022


Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətinə dair nəzəriyyələr



Yüklə 1,78 Mb.
səhifə2/7
tarix22.04.2023
ölçüsü1,78 Mb.
#106641
1   2   3   4   5   6   7
Milli qanunvericilik və milli məhkəmələrin qərarların beynəlxalq hüquqa təsiri

Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətinə dair nəzəriyyələr.

Yuxarıda qeyd etmişdik ki, beynəlxalq hüquq və dövlətdaxili (milli) hüquq müstəqil fəaliyyət göstərən, lakin bir-birilə əlaqədə olan və bir-birinə qarşılıqlı təsir göstərən hüquq sistemləridir. Lakin bu fikir beynəlxalq hüquq elmində və praktikasında heç də birmənalı qəbul olunmur. Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətini izah edən aşağıdakı nəzəriyyələr mövcuddur:
1. Monizm nəzəriyyəsi. Bu nəzəriyyənin nümayəndələri (əsas nümayəndəsi görkəmli hüquqşünas alim H. Kelzendir) belə hesab edirlər ki, beynəlxalq hüquq və dövlətdaxili hüquq “hüquq” adlanan vahid sistemin iki komponentidir. Hər iki normalar sistemi bir mühitdə fəaliyyət göstərir və eyni məsələni nizama salır. Eyni zmanda eyni məsələ ilə bağlı olduqlarına görə, iki sistem arasında ziddiyyət ola bilər. Bu zaman beynəlxalq hüquq üstünlüyə malik olur. Praktiki baxımdan bu, o deməkdir ki, dövlətin qanunverici orqanı və məhkəmələri daxili hüququn beynəlxalq hüquqa uyğun olmasını təmin etməlidir. Əgər belə bir uyğunluq yoxdursa, milli məhkəmə beynəlxalq hüquq normasını tətbiq etməlidir. Monizm nəzəriyyəsində bir cərəyan mövcuddur ki, onun əsasını alman filosofu Hegel qoymuşdur. Bəzi mənbələrdə “tərsinə monizm” adlanan bu doktrinaya görə, milli hüquq beynəlxlq hüquq üzərində üstünlüyə malikdir. Burada beynəlxalq hüquq milli hüquq sisteminin tərkib hissəsi, onun sahələrindən biri kimi götürülür; beynəlxalq hüquq xarici dövlət hüququ kimi səciyyələndirilir.
2. Dualizm nəzəriyyəsi. Bu nəzəriyyəyə görə (əsas nümayəndəsi məşhur alman alimi Tripeldir), beynəlxalq hüquq və dövlətdaxili hüquq bir-birindən ayrıldıqda mövcud olan və fəaliyyət göstərən iki tamamilə müstəqil hüquq sistemləridir. Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salır, dövlətdaxili hüquq isə dövlətin ərazisində fərdlərin hüquq və vəzifələrini müəyyən edir. Dualizm beynəlxalq hüququn və dövlətdaxili hüququn eyni sahədə fəaliyyət göstərməsini inkar edir, lakin qəbul edir ki, onların eyni predmeti vardır. Bu predmeti beynəlxalq hüquq beynəlxalq səviyyədə, milli hüquq isə dövlət daxilində tənzimləyir. Məsələn, əgər fərdin beynəlxalq hüquqla təminat verilən hər hansı hüququ dövlət tərəfindən pozulubsa, milli məhkəmə bu zaman milli hüququ tətbiq edəcəkdir. Dövlət öz öhdəliklərini beynəlxalq səviyyədə poza bilər, lakin bu, beynəlxalq məhkəməyə aid olacaqdır. Başqa sözlə, beynəlxalq məhkəmələr beynəlxalq hüququ, milli məhkəmələr isə milli hüququ tətbiq edir. Dualizm doktirinasından belə alınır ki, dövlətin hərəkəti öz ərazisində tam qanuni ola bilər, lakin bununla belə həmin davranış beynəlxalq məsuliyyət doğura bilər.

Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə