Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi baki 2022


Beynəlxalq müqavilələrin milli məhkəmələr tərəfindən tətbiqi



Yüklə 1,78 Mb.
səhifə5/7
tarix22.04.2023
ölçüsü1,78 Mb.
#106641
1   2   3   4   5   6   7
Milli qanunvericilik və milli məhkəmələrin qərarların beynəlxalq hüquqa təsiri

5.Beynəlxalq müqavilələrin milli məhkəmələr tərəfindən tətbiqi.
İnkorporasiya yolu ilə eynəlxalq müqavilənin milli hüquqa daxil edilməsi onun birbaşa təbiq oluna bilməsi demək deyil. Başqa sözlə, məhkəmədən tələb etmək olmaz ki, o, dövlətin iştirakçısı olduğu beynəlxalq müqaviləni hər hansı işin həlli üçün birbaşa tətbiq etsin. Beynəlxalq hüququn dövlətdaxili hüququn bir hissəsi elan edildiyi bütün ölkələrin məhkəmə təcrübəsində, adətən, müvafiq beynəlxalq müqavilənin özü icra olunan (“self-executing”) və ya özü icra olunmayan (“nonself-executing”) müqavilə olub-olmaması haqqında məsələ ortaya çıxır. Özü icra olunan o müqavilələrə (müqavilə müddəalarına) deyilir ki, onlar milli hüquq subyektlərinin iştirakı ilə olan münasibətləri avtomatik tənzimləyən dəqiq hüquqi öhdıliklər və milli məhkəmələrdə bilavəsitə iddia ilə təmin oluna bilən hüquq və vəzifələr yaradır.
Özü icra olunmayan müqavilələr isə özündən sonra müəyyən qanunvericilik aktlarının verilməsini tələb edir. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquqi normaların böyük əksəriyyəti, ilk növbədə, bu normaları qəbul etmiş dövlətlərin özünə yönəlmişdir və onların orqanları üçün qanunvericilik, təşkilati və digər xarakterli müvafiq öhdəliklər yaradır. Qeyri-müəyyən olduğuna görə, bu normalar məhkəmə tətbiqi üçün zəruri hüquqi standartlar nəzərdə tutmur. Xüsusilə, bu proqram arakteri daşıyan, yəni yalnız ən ümumi istiqamətlər, davranış sərhədləri müəyən edən, adekvat qanunvericilik və ya inzibati tədbirlərin həyata keçirilməsi zərurətini birbaşa və ya dolayı yolla göstərən müqavilələrə aiddir. Ona görə də milli məhkəmə bu müqavilələri özü-özlüyündə tətbiq edə bilməz. Misal üçün, insan hüquqları sahəsində universal müqavilə olan İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı götürək. Bu müqavilə Razılığa gələn tərəfin niyyətinə görə özü icra olunan sayıla bilməz. Belə bir nəticə Paktın 2-ci maddəsinin 1-ci bəndindən birbaşa irəli gəlir. Burada deyilir ki, iştirakçı dövlətlər Pakda bəyan olmuş hüquqları “öz ehtiyatlarınnın maksimal hədlərində”, “tədricən” və “bütün müvafiq üsullarla, o cümlədən qanunvericilik tədbirləri qəbul etməklə” həyata keçirməyi öz öhdələrinə götürürlər.
Beləliklə, həmin öhdəliklərin həyata keçirilmənin başlıca üsulu kimi milli qanunvericiliyə istinadın olması Paktda ehtiva olunmuş normaların özü icra olunan olduğunu istisna edir. Qeyd edilməlidir ki, özü icra olunan və olunmayan müqavilələrin tərifi və habelə müəyyən olunmuş siyahısı yoxdur və praktiki cəhətdən bu, heç mümkün də deyil. Bu və ya digər beynəlxalq müqavilələrin özü icra olunan olub-olmaması haqqında məsələ dövlətdaxili hüququn məsələsidir və onun həlli dövlətdən dövlətə fərqlənir, yəni kostitutsiyalardan, məhkəmə praktikasından, hüquqi ənənələrdən və s. asılıdır. Doğrudur, özündən sonra dövlətdaxili qanunvericilik tədbirlərini açıqaydın tələb edən və olduqca ümumi və proqram xarakterli öhdəliklər nəzərdə tutan müqavilələr, çox güman ki, bütün ölkələrdə özü icra olunmayan müqavilələr kimi elan olunacaqdır. Bəzi dövlətlərdə “özü icra olunmayan” müqavilə anlayışı məhkəmələr tərəfindən bu və ya digər beynəlxalq sazişin tətbiqindən boyun qaçirmaq üçün istifadə olunur (daha doğrusu, sui-istifadə olunur). Məsələn, bu hala ABŞ-da tez-tez rst gəlinir, halbuki məlumdur ki, ABŞ-ın Konstitusiyası (VI maddə) beynəlxalq müqavilələri “ölkənin ali hüququnun” bir hissəsi elan etmişdir. Beynəlxalq müqavilənin özü icra olunmasının müəyyən edilməsi problemi ilə qarşılaşan məhkəmələr, adətən, bir-biri ilə sıx əlaqəli iki suala cavab verməli olurlar:
1) müqavilə, onun dili, məqsədi və konteksti nəzərə alınmaqla, birbaşa tətbiq oluna bilərmi;
2) razılığa gələn dövlətlər fərdlərə məhkəmədə müdafiə oluna bilən hüquq və vəzifələri bilavəsitə vermək niyyətində olmuşlarmı. Belə ki, beynəlxalq müqavilənin iştirakçısı olan dövlətlər müqavilənin özündə razılaşa bilərlər ki, müqavilə bütövlükdə və ya onun ayrı-ayrı müddəaları birbaşa milli məhkəmələrdə tətbiq olunacaqdır. Məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında müqavilənin 189-cu maddəsində nəzərdə tutulmuşdur ki, Birliyin Şurasının və ya Avropa Komissiyasının qərarı məcburidir və bütün iştirakçı dövlətlərdə birbaşa tətbiq olunur.

Bəzi dövlətlər qanunvericilik qaydasında – ya konstitusiya səviyyəsində (Niderland, Fransa, Yunanıstan, Cənubi Afrika Respublikası və b.), ya da xüsusi qanunlarda, bir qayda olaraq, beynəlxalq müqavilələr haqqında qanunlarda (məsələn, Rusiya) özü icra olunan müqavilələrin anlayışını vermiş və bununla öz məhkəmələri üçün hansı beynəlxalq müqavilələrin birbaşa tətbiq olunması barədə ümumi rəhbər müddəa müəyyən etmişlər. Lakin Azərbaycan qanunvericiliyində bu barədə göstəriş yoxdur. Nə “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və xitam olnuması haqqında” 13 iyun 1995-ci il tarixli Qanun, nə də “Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli Qanun bu məsələyə aydınlıq gətirməməşdir. İkinci Qanun “məhkəmələr işə baxarkən... habelə Azərbaycan Respublikasının tərafdar olduğu beynəlxalq müqavilələri rəhbər tutr” müddəası (4-cü maddənin 3-cü hissəsi), göründüyü kimi, özü icra olunan müqavilələr haqqında məsələni həll etmir. Biz yuxarıdakı deyilənlərdən belə başa düşürük ki, “məhkəmə qanunu əldə rəhbər tutur” və “məhkəmə beynəlxalq müqaviləni əldə rəhbər tutur” ifadələri heç də eyni deyildir. Axırıncı ifadənin sadə şərhi belədir: milli məhkəmə yalnız o beynəlxalq müqaviləni tətbiq edir ki, həmin müqaviləni tətbiq etmək olar.
Beynəlxalq müqavilə normalarının milli məhkəmələr tərəfindən tətbiqi müxtəlif formalar kəsb edə bilər; bu beynəlxalq hüququn müstəqil və ya əlavə hüquqi dəlil kimi istifadə olunmasından asılıdır.

Birinci halda məhkəmə beynəlxalq müqaviləni ona zidd olan milli qanunvericilik normasının əvəzinə tətbiq edir. Beynəlxalq hüquq normasının contra legem tətbiqi, məsələn, Azərbaycan Respublikası Kostitutsiyasının yuxarıda nəzərdən keçirdiyimiz 151-ci maddəsini və demək olar ki, bütün cari qanunlarda ehtiva olunmuş analoji müddəanın əsasında ola bilər. Ikinci halda məhkəmə beynəlxalq müqaviləyə milli qanunvericilikdə olan boşluqların doldurulması məqsədilə və yaxud onun aydın olmayan müddəaları ilə bağlı müraciət edə bilər. Beynəlxalq müqavilənin secundum legem tətbiqi zamanı müqavilə əlavə dəlil kimi, milli hüquq normalarının təfsirinin köməkçi vasitə kimi çıxış edir. Bu halda məhkəmə öz dəlillərinin gücünü artırmaq üçün beynəlxalq hüquqa “üz tutur”. Buna görə də konkret işin həlli üçün bu cür istinad elə bir həlledici əhəmiyyət kəsb etmir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə