Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi baki 2022



Yüklə 1,78 Mb.
səhifə3/7
tarix22.04.2023
ölçüsü1,78 Mb.
#106641
1   2   3   4   5   6   7
Milli qanunvericilik və milli məhkəmələrin qərarların beynəlxalq hüquqa təsiri

3. “Koordinasiya” nəzəriyyəsi. Bu nəzəriyyənini nümayəndələri (Antsilotti, Fitsmoris) beynəlxalq hüququn və dövlətdaxili hüququneyni sahədə fəaliyyət göstərməsini və eyni predmet olmasını inkar edirlər. Onların fikrincə, bu iki hüquq sistemi heç vaxt ziddiyyətdə olmur. Hər sistemin “öhdəlikləri” koliziyada ola bilər və hansı öhdəliyin üstün olmasını hüquq sistemi özü müəyyən edir. Belə ki, milli hüquq məsələnin həllini beynəlxalq hüquqa “göndərmirsə”, müvafiq milli hüquq norması tətbiq edilir və əksinə. Göründüyü kimi, bu yanaşma dualizm nəzəriyyəsi ilə, demək olar ki, eynidir və praktiki baxımdan onlarin arasında çox cüzi fərq vardır. Fərq, əsas etibarilə, nəzəri cəhətdəndir: indi haqqında danışdığımız nəzəriyyənin məğzində duran ideya ondan ibarətdir ki, - bu, onun adından bəllidir, - beynəlxalq hüquq və dövlətdaxili hüquq sistem kimi bir-biri ilə ziddiyyətdə olmur; monizm və dualizm isə, “konfrontasiya” nəzəriyyələridir.

2.Beynəlxalq hüququn dövlətdaxili hüquq sistemində implementasiyası
Beynəlxalq hüquq normaları daxili hüquq sistemlərinin “vasitəçiliyi” olmadan lazımi qaydada həyata keçirilə bilməz. Xüsusilə insan hüquqları, cinayətkarların verilməsi, iqtisadi münasibətlər, regional inteqrasiya və bu kimi məsələləri nizama salan beynəlxalq hüquq müddəalarının implementasiyası, yəni həyata keçirilməsi, prinsip etibarilə, yalnız milli qanunvericinin və milli məhkəmənin “iştirakı” ilə mümkündür. Bu “iştirak”ın forma və metodları müxtəlifdir və dövlətdən- dövlətə fərqlənir: beynəlxalq hüquqda bununla baölı vahid normativ sxem yoxdur. Beynəlxalq hüquq baxımından, dövlətin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri milli səviyyədə necə həyata keçirilməsi və bütövlükdə beynəlxalq hüquqla milli hüququn qarşılıqlı münasibəti problemini necə həll etməsi,prinsip etibarilə, vacib deyildir. Vacib cəhət ondan ibarətdir ki,
Təkrar edirik ki, bu tələbin yerinə yetirilməsinin forma və vasitələrinin seçilməsi hər bir dövlətin öz konstitusiya qanunvericiliyində və praktikasında müəyyən olunur. Dövlətlərin konstitusiya praktikasından çıxış edərək, beynəlxalq hüquq normalarının dövlətdaxili implementasiyasının iki əsas üsulunu göstərmək olar:
1. İnkorporasiya (“daxiletmə”). Bu zaman beynəlxalq hüquq normaları, onların məcburiliyi dövlət tərəfindən müvafiq qaydad tanındıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və milli hüquq normaları kimi tətbiq edilir. İnkorporasiya aşağıdakı qaydada formulə edilir: “beynəlxalq hüquq milli hüququn tərkib hissəsidir”. Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan Respublikasənda bu üsuldan istifadə olunur.
2. Transformasiya (“çevirmə”). Bu halda beynəlxalq hüquq ipso fakto milli hüququn hissəsi sayılmır. Beynəlxalq hüquq milli hüquqa ayrı-ayrı qanunvericilik aktları vasitəsilə daxil edilir (yeni beynəlxalq hüquq milli hüquqa “çevrilir” , “transformasiya edilir”). Deməli, beynəlxalq normanı milli hüquq sisteminə gətirən qanun verilməyibsə, milli məhkəmə həmin normanı heç cür tətbiq edə bilməz. Böyük Britaniyada, Skandinaviya ölkələrində, Tailandda və bir sıra digər dövlətlərdə transformasiya üsulu əsas götürülür.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə