Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi baki 2022


Milli qanunvericiliyin beynəlxalq huquq normalarına uyğunlaşdırılması



Yüklə 1,78 Mb.
səhifə4/7
tarix22.04.2023
ölçüsü1,78 Mb.
#106641
1   2   3   4   5   6   7
Milli qanunvericilik və milli məhkəmələrin qərarların beynəlxalq hüquqa təsiri

3. Milli qanunvericiliyin beynəlxalq huquq normalarına uyğunlaşdırılması.
Hər bir dövlət öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək üçün daxili qanunvericilik sisteminin bu öhdəliklərə uyğun olmasını təmin etməlidir. Əslində bu, beynəlxalq hüquq normalarının həyata keçirilməsinin ən optimal yoludur. Çox zaman zəruri qanunvericilik tədbirlərinin həyata keçirilməsi beynəlxalq müqavilələrdə bir tələb kimi iştirakçı dövlətlərin üzərinə qoyulur. İfadə formasına görə bu göstərişlər iki cür olur:
1 ) ümumi göstərişlər. Əsas etibarilə insan hüquqları haqqında beynəlxal konvensiyalara daxil edilən bu cür müddəalarda ümumi şəkildə göstərilir ki, iştirakçı dövlətlər bu konvensiyalarda bəyan edilmiş hüquq və azadlıqlara əməl olunmasını təmin etmək üçün zəruri qanunvericilik tədbirləri həyata keçirməlidirlər. Qeyd edək ki, bu cür ümumi göstərişlərin yerinə yetirilməsi özü-özlüyündə beynəlxalq hüququn pozulması kimi tövsif edilə bilməz. Beynəlxalq hüquq pozuntusundan o zaman danışmaq olar ki, dövlət öz öhdəliklərini hər hansı bir konkret halda yerinə yetirməmişolur. İnsan hüquqları ilə bağlə bizim misalımızda, dövlədaxili hüququn beynəlxalq hüquqa zidd olması o halda beynəlxalq hüquq pozuntusu sayılır ki, bu zaman konkret şəxsin hər hansı hüquq və ya azadlığı pozulmuş olur.
2) konkret göstərişlər. Bu halda müəyyən qanunvericilik tədbirlərinin həyata keçirilməsi – müvafiq qanunların və digər aktların qəbul olunması və ya ləğv edilməsi – müqavilə iştirakçılarının üzərinə birbaşa vəzifə kimi qoyulur. Beynəlxalq hüquqda bu cür öhdıliklərə davranış öhdəlikləri deyilir. Dövlətin bu öhdəliyi yerinə yetirməməsi birbaşa beynəlxalq hüquq pozuntusu doğurur.
4. Azərbaycan Respublikası daxili hüquq sistemi və beynəlxalq hüquq.
Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının həyata keçirilməsinin inkorporasiya yolunu seçmişdir. Belə ki, Kostitusiyamızın 148-ci maddəsinin II bəndinə görə, “Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsıdir”. Göstırilən maddə bütün beynəlxalq müqavilələtin, yəni təkcə dövlətlərarası deyil, habelə hökumətlərarası və idarələrarası sazişlərin də ümumi inkorporasiyasını nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyası milli hüquqa daxil edilmiş beynəlxalq müqavilələrin normativ ranqı haqqında məsələdən yan keçməmişdir. Həmin məsələnin həlli 151-ci maddədə öz əksini tapmışdır. Maddədə deyilir: “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar (Azərbaycan Respublikasının Konstitusiyası və referendum yolu ilə qəbul edilmiş aktlar istisna olunmaqla) və Azərbaycan Respublikasının tərafdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yarandıqda, beynəlxalq müqavilələr tətbiq olunur”. Göründüyü kimi, bu maddədə yalnız Azərbaycan Respublikasının tərəfi olduğu dövlətlərarası müqavilələr nəzərdə tutulmuşdur.
Hökumətlərarası müqavilələrin hüquqi qüvvəsinə gəldikdə isə, 130- cu maddənin III bəndinin 6-cı yarımbəndindən belə bir nəticə çıxır ki, normativ ierarxiyada olan Azərbaycan Respublikasının Konstitusiya və qanunlarından aşağıda dayanır. Ilk baxışdan belə bir təssüürat yaranır ki, Konstitusiya həmin bu maddədən beynəlxalq hüququn primatını (üstünlüyünü) müəyyən etmişdir. Lakin əslində 151- ci maddədə beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan Respublikasının normativ-hüquqi aktları arasında mümkün ziddiyyətləri həll etmək rolunu oynayır. Belə bir ziddiyyət olduqda, məhkəmə bu müddəaları ləğv edə və ya dəyişdirə bilməz, yalnız həmin müddəaların tətbiqindən imtinanı elan edir.
D övlətdaxili hüquq norması qüvvdə qalır, doğrudur bu zaman Azərbaycanın öz qanunvericiliyini beynəlxalq hüquqa uyğunlaşdırmaq kimi beynəlxalq öhdəliyi haqqında məsələ aktuallaşır. 151-ci maddənin mənasına əsasən, beynəlxalq müqavilə və milli qanun arasındakı kolliziyalar lex posteriori derogat legi priori prinsipi əsasında həll olunmalıdır; beynəlxalq müqavilə həm Azərbaycan Respublikası üçün qüvvəyə minməzdən qabaq, həm də ondan sonra qəbul olunmuş istənilən normativ-hüquqi aktlara münasibətdə üstünlüyə malikdir.



Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə