Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi baki 2022



Yüklə 1,78 Mb.
səhifə6/7
tarix22.04.2023
ölçüsü1,78 Mb.
#106641
1   2   3   4   5   6   7
Milli qanunvericilik və milli məhkəmələrin qərarların beynəlxalq hüquqa təsiri

N Ə T İ C Ə
1. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyası bütbvlükdə beynəlxalq hüququn və o cümlədən, beynəlxalq insan hüquqları standartlarının dövlətdaxili implementasiyası üçün adekvat hüquqi hüquqi əsas müəyyən etmişdir.
2. Azərbaycan Respublikası Konstitusiyasında insan hüquqları sahəsində beynəlxalq müqavilə standartlarına daxili qanunlar üzərində (maddə 151) və hətta müvafiq konstitusiya normaları üzərində maddə 12 (II) «ad hoc» üstünlüyünün bəyan edilmsi çox mütərrəqi müddəa kimi qəbul olunmalıdır, lakin o, məhkəmə təcrübəsində təsdiq edilməli və inkişaf etdirilməlidir.
3. Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq normalarının dövlətdaxili implementasiyası üçün inkorporasiya yolunun bəyan etmişdir (maddə 148 (II). Lakin beynəlxalq müqavilə hüququnun daxili qanunvericilik sisteminin ayrılmaz hissəsi kimi tanınması heç də birincinin ölkə ərazisində bilavasitə tətbiq oluna bilməsini tətbiq oluna bilməsini cüman etmir. Bilavasitə yalnız öz-özünə icra olunan müqavilələr, yəni milli hüquq subyektlərinin iştirakı ilə olan münasibətləri birbaşa tənzimləyən və məhkəmdə bilavasitə iddia ilə təmin olunan hüquq və vəzifələr yaradan müqavilələr tətbiq oluna bilər.
4. İnsan hüquqları sahəsindəki beynəlxalq müqavilə müddəalarının əksəriyyəti öz-özünə icra olunan deyildir. Buna görə də bu cür müddəaların ölkə hüququnun ayrılan hissəsi elan olunması həlli hüquqların həqiqi müdafiəsinə çox az səmərə verir. Belə normaların həyata keçirilməsi üçün ən yaxşı vasitə onların milli qanunvericiliyə transformasiyası olardı. Fikrimizcə, Azərbaycan Respublikası əsas etibarı ilə məhz bu yolla («de facto dualism» yolu ilə) getməlidir, çünki, ölkəmizdə hələ ki, tam müstəqil və beynəlxalq hüquqda səlahiyyətli olan məhkəmə sistemi yaradılmamışdır.
5. Təəsüf ki, Azərbaycanda nə Konstitusiyada, nə də müvafiq qanunvericilik aktlarının heç birində öz-özünə icra olunan müqavilələr konsepsiyası tanınmamışdır. Bu boşluğu məhkəmələr, xüsusilə Konstitusiya Məhkəməsi doldura bilər və doldurmalıdır.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə