Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 

57 


Bayraqlar və onların yaranması hansı zərurətdən meydana gəlir?  

Bayrağın ölkənin simbolu olduğunu necə başa düşürsünüz? 

Tədqiqatın aparılması 

Şagirdlər mətni oxuyur, onlara tanış olmayan sözləri seçir. Lüğətdə verilən 

sözlər üzərində iş aparılır, mənaları izah edilır.  

Mətn əsasında aşağıdakı sualları şagirdlər cavablandırırlar:  

1.

 

Bilirsinizmi bayraq nə vaxt yaranmışdır? 



           (b.e.ə. II-III yüzillikdə)  

2.

 



Deməli, bayraq çox qədim zamanlardan yaranmışdır. Sizcə, hansı zərurətdən 

bu ola bilərdi? 

           (Əvvəllər gəmilərin sahilə yan aldığını, sonralar isə gəmilərin hansı ölkəyə 

məxsus olduğunu bildirmək üçün) 

3.

 

Gəlin bayraq rəsmlərinə bir də nəzər salaq. 



         Bunlardan hansılar türk dövlətlərini təmsil edir? 

          (Azərbaycan, Türkiyə.... ) 

4.

 

Bəs bayrağın məhz türk dövlətini təmsil etdiyini nələrdən bilirik? 



          ( boz qurd, qartal, aypara və s. şəkillərin olmasından) 

Sonra hər şagirdə Azərbacanın bayrağı haqqında yazmaq tapşırılır. Müəllim 

istiqamətləndirmək məqsədi ilə sinfə aşağıdakı suallarla müraciət edir. Reqlament 

elan olunur. 



Bayrağımızın yaranması haqqında nə bilirsiniz? 

Bayraq günü nə vaxt qeyd olunur? 

Bayrağımızın üzərindəki rənglər, ay və ulduz  nəyin simvollarıdır? 

Məlumatın mübadiəsi 

Vaxt bitdikdən sonra şagirdlər qeyd etdiklərini oxuyurlar.  



Məlumatın müzakirəsi 

Hər şagirdə digərinin fikrinə münasibət bildirmək, səhvlərini 

müəyyənləşdirmək hüququ veirlir. Yeri gəldikcə,  müəllim də bəzi əlavələr edir və 

bayraq haqqında hazırladığı paylayıcı materialı şagirdlərə verir. 



Nəticə 

Şagirdlər: 


 

58 


Bayraqlar və onların yaranmasının hansı zərurətdən meydana gəldiyini izah 

edirlər.  

Bayrağın ölkənin simbolu olduğunu müəyyənləşdirir, Azərbaycan bayrağının 

rənglərinin,  onun üzərindəki ay və ulduzun mənasını müəyyənləşdirirlər. 

 

Yaradıcı tətbiqetmə 

Şagirdlərə müxtəlif ölkələrin bayraqlarındakı rəmzlər haqqında məlumatı əks 

etdirən mətn hazırlamaq tapşırılır. 



 

VIII sinif 

Standart:

 

1.1.2; 2.1.4; 4.1.1. 



Mövzu

:

 Şair və yazıçılarımız haqqında 



İnteqrasiya:

 

X-d.2.1.1., 3.1.2. 



Məqsəd: 

Şagirdləri şair və yazıçılarımız haqqında  məlumatlandırmaq, “Şair və yazıçıların 

xalqın mənəviyyatına təsiri” mövzusuna münasibət bildirmək. 

İş üsulu: anlayışın çıxarılması, müzakirə 

İş forması: kollektiv və qrup işi 

Resurs: dərslik, proyektor, paylayıcı material və s. 



Dərsin mərhələləri. 

Motivasiya 

 Anlayışın çıxarılması. Şagirdlə verilmiş şəkillərdəki şəxslərin ortaq xüsusiyyətini 

tapmaq tapşırılır. Fərziyyələr lövhədə qeyd olunur və yeni dərsin adı 

müəyyənləşdirilir. 



 


 

59 


  

 

Tədqiqat sualı 

1.

 



Şair və yazıçılar vətənə necə xidmət edirlər? 

2.

 



Onlar öz əsərləri ilə tarix yarada bilərlərmi?             

3.

 



Onların gördüyü işi vətənə xidmət hesab etmək olarmı? 

Tədqiqatın aparılması 

Şagirdlər qruplara bölünür.  

(Bu  tapşırıqların  yerinə  yetirilməsi  şagirdlərə  2  həftə  əvvəl  tapşırılmışdı.  Onlar 

tədqiqat  üçün  kitabxanalara,  muzeylərə  gedə  bilər,  internetdən  istifadə  edə 

bilərdilər). 

“Xəmsə” qrupu 

Nizaminin həyat və yaradıcılığı    haqqında təqdimat hazırlayın. 



“Şəbi- hicran” qrupu  

Məhəmməd Füzulinin həyatı və yaradıcılığı haqqında təqdimat hazırlayın. 



“Hophop” qrupu 

Sabirin həyat və yaradıcılığı haqqında məlumat toplayın və təqdimat hazırlayın. 



“Küləklər” qrupu 

Mikayıl Müşfiq haqqında təqdimat hazırlayın 



Məlumat  mübadiləsi  (Bu,  şagirdlərə  verilən  müddət  bitəndən  sonra  aparılır.): 

Təqdimatlar dinlənilir.  




 

60 


Məlumatın müzakirəsi  

Şair  və  yazıçıların  yaradıcıllığı.  Onların  xalqın  mənəviyyatına  necə  təsir  etdiyi 

barədə müzakirə aparılır. 

Nəticə  

Şagirdlər:  



Şair  və  yazıçılarımızdan  bir  neçəsi  ilə  tanış  olurlar;“Şair  və  yazıçıların  xalqın 

mənəviyyatına təsiri” mövzusuna münasibət bildirilər. 

Qiymətləndirmə 

Şagirdlər



 

meyar cədvəliqiymətləndilir. 



 

 


2.4.

 

Azərbaycan dili (dövlət dili kimi) fənninin məzmun standartlarının şərhi

1

 

                   

             I sinif     

 

Standart 

Şərh 

Açar sözlər 

1.1.1. Sadə şifahi göstərişləri təkrarlayır 

və onlara əməl edir. 

Şifahi nitqi inkişaf etdirmək məqsədilə  sadə şifahi göstərişlərin 

təkrarlanması və onlara əməl edilməsi. 

Şifahi nitq, şifahi göstəriş, şifahi göstərişləri 

təkrarlamaq  

1.1.2.Aydınlaşdırmaq məqsədilə suallar 

verir. 

 

Dinlənən mətnin məzmunu və ya ona aydın olmayan məqamları 



aydınlaşdırmaq məqsədilə müəyyən sualların verilməsi. 

Mətnin məzmunu, aydınlaşdırmaq məqsədilə, 

aydın olmayan məqamlar 

1.1.3. Adını eşitdiyi əşya və hadisəni 

şəkildə göstərir

Adını eşitdiyi əşya və ya hadisənin təsəvvürdə canlandırılması, 

mənasının müəyyənləşdirildiyini göstərmək məqsədilə onların 

şəkildə göstərilməsi. 

Adını eşitdiyi əşya, təsəvvüründə 

canlandırmaq, müəyyən etmək 

2.1.1. Öyrəndiyi sözün mənasını izah 

edir. 


Tanış olan yeni sözlərin mənimsənilməsi, onlara yaxınmənalı və 

ya əksmənalı söz demək və s. yolla onların mənasının izah 

edilməsi. 

Yeni söz, yaxınmənalı söz, əksmənalı söz 

2.1.2. Öyrəndiyi sözlərdən birləşmə və 

cümlələr qurur 

 

Öyrəndiyi yeni sözlərin mənasını, işlənmə məqamlarını 



müəyyənləşdirə bildiyini nümayiş etdirmək məqsədilə onlardan 

istifadə etməklə söz birləşməsi və cümlələrin qurulması. 

Yeni sözlərin mənası, sözlərin işlənmə 

məqamı, söz birləşməsi, cümlə 

2.2.1. Müşahidə etdiyi əşya və hadisələri  

adlandırır 

Müşahidə edilən əşya və hadisələrin fərqləndirilməsi, həmin 

anlayışların hansı sözlərlə ifadə edildiyini bilməsini nümayiş 

etdirmək məqsədilə onların adlandırılması. 

Müşahidə etmək, əşya,  

hadisə, fərqləndirmək, nümayiş etdirmək 

2.2.2. Müşahidə etdiyi əşya və hadisələri 

sadə formada təsvir edir 

Müşahidə etdiyi əşya və hadisələrin fərqləndirilməsi, onların 

özünəməxsus xüsusiyyətlərini göstərməklə sadə formada təsvir 

edilməsi. 

Əşya və hadisələr, özünəməxsus 

xüsusiyyətlər, sadə forma 

2.2.3. Özü,ailəsi,məktəb və yoldaşları 

haqqında sadə dioloqlar qurur. 

Dioloji nitqin mahiyyətini və dioloq qurmaq texnikasının 

müəyyənləşdirilməsi, özü, ailəsi, məktəb və yoldaşları haqqında 

sadə dioloqların qurulması. 

Dioloji nitqin mahiyyətini, dioloq qurmaq 

texnikası, sadə dioloqlar 

 

             II sinif 

 

                                                



1

 Məzmun standartalrının şərhinə aid verilmiş izahlar və aşar sözlər ancaq tövsiyə xarakteri daşıyır. Siniflər üzrə şagirdlərin inkişaf səviyyəsinə və marağına uyğun olaraq müvafiq 



dəyişikliklər və əlavələr etməklə onlara yaradıcı yanaşmaq məqsədəuyğun hesab edilir. 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə