Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 

53 


III qrup 

Baş, yanaq, çənə, qol, sinə, kürək, bel, diz, daban 

    

 

Məlumatın mübadiləsi 

Şagirdlər cümlələri qeyd etdikləri flipçatları təqdim edirlər. 

Məlumatın müzakirəsi 

Müəllimin köməyi ilə şagirdlər verilmiş tapşırıqları müzakirə edirlər. 



Nəticə 

Şagirdlər: 

1) İsmin halları haqqında məlumatları var, sözləri ismin hallarına görə 

fərqləndirirlər;  

2) İsmin hallarını düzgün işlətməklə mətn qurur və onu redaktə etmək  

bacarıqlarını nümayiş etdirirlər.      

 

 Yaradıcı tətbiqetmə 



Şagirdlərə payız haqqında mətn hazırlamaq, isimləri seçib hansı halda olduğunu 

göstərmək tapşırılıq. 



Qiymətləndirmə 

Şagirdlər müəyyənləşdirilmiş meyarlara əsasən qiymətləndirilir.  

   

 

 

VI sinif 

 

Standartlar:  2.1.3., 4.1.1. 

Mövzu: “Müqəddəs adətlər” şeiri 

İnterasiya: Ə. 3.1.1., 1.1.2., 1.2.4., X-d.3.1.2. 

Məqsəd:  

Şagirdlərin adət-ənənələr haqqında məlumata yiyələnməsi, bəyəndikləri adətlər 

haqqında fikirlərini bildirmək, milli və digər xalqların adətlərini fərqləndirmək 

bacarığına yiyələnmək. 

İş  üsulu: klaster, beyin həmləsi, müzakirə 



 

54 


İş forması: kollektiv və qrup işi 

 

Dərsin mərhələləri: 

Motivasiya 

Şagirdlərə belə bir şəkil təqdim edilir. 



Adət-

ə

nənə

 

Adət-ənənəni qanun hesab etmək olarmı? 

Mülahizələr dinlənilir və lövhəyə qeyd edilir.  

 

Tədqiqat sualı: 



Adət-ənənələr xalqı səciyyələndirə bilərmi? 

Azərbaycan xalqının qədim adət-ənənələri günümüzə qədər gəlib çatıbmı? 

 Əgər hər hansı bir xalqın adət-ənənəsi olmasa idi, nə baş verərdi? 

 

Lüğət üzərində iş aparılır,  sözlərin mənaları izah edilir, sözlərlə söz birləşməsi 



və cümlə qurmaq tapşırılır. Sonra “Müqəddəs Adətlər” şeirinin oxusu üzərində iş 

aparılır.  



 

 

 

 


 

55 


Proyektorda aşağıdakı tapşırıq göstərilir və kollektiv şəkildə yerinə yetirilir.  

Azərbaycan xalqına xas olan müqəddəs adətləri seçin: 

1)

 

Qonaqpərvərlik  



2)

 

Böyüyə hörmət 



3)

 

İldə bir dəfə valideynlərə baş çəkmək 



4)

 

Ayağını mizin üstünə qoyub televizora 



baxmaq 

5)

 



Salamlaşarkən iki əli birləşdirib baş əymək 

6)

 



Hər gün saat 12-də südlə çay içmək 

7)

 



Ad günündə hədiyyənin əvəzinə pul çeki 

vermək 


8)

 

Din xadimlərinin papaqlarından hörüklərin  



sallanması 

     9)Toy ərəfəsində gəlinin əlinə xına yaxmaq 



 

Şagirdlər qrup halında birləşirlər və flipçatlar paylanır. 

Hər qrupa bir neçə adət-ənənəmiz haqqında bildiklərini yazmaq tapşırılır. 

Şagirdlərə qruplararası əməkdaşlıq etmək də tapşırılır. Beləliklə, fikirlərin 

təkrarlanmasının qarşısı alınmış olur. Hər qrup konkret olaraq, hansı adətlər 

haqqında yazacağını müəyyənləşdirir. Reqlament elan olunur.  



Məlumatın mübadiləsi 

Vaxt bitdikdən sonra qruplar işlərini təqdim edirlər. 



Məlumatın müzakirəsi 

Bu mərhələdə qrupların işləri müzakirə olunur. Müəllimin də iştirakı ilə müxtəlif 

fikirlər irəli sürülür. Eyni zamanda, proyektorda məlumat verilən adət-ənənəyə aid 

şəkillər görünür (bu şəkillər əvvəlcədən müəllim tərəfindən planlı olaraq 

hazırlanmışdır) 

Nəticə 

Şagirdlər: 



Adət-ənənələr xalqı səciyyələndirə bildiyini müəyyənləşdirir, 

 


 

56 


Azərbaycan xalqının günümüzə qədər gəlib çatan qədim adət-ənənələrimi və 

onların xüsusiyyətlərini bildiyini nümayiş etdirir. Onlar qeyd edirlər ki, əgər hər 

hansı bir xalqın adət-ənənəsi olmasa idi, o xalqın tarixi haqqında olduqca az şey 

demək olardı, həmçinin, xalqı xarakterizə etmək üçün heç bir dəlil olmazdı. 

Yaradıcı tədbiqetmə 

Şagirdlərə bizim və digər bir neçə xalqın adətləri haqqında araşdırma aparıb 

təqdimat hazırlamaq tapşırılır. 

Qiymətləndirmə 

Meyarlar üzrə qiymətləndirmə aparılır. 



 

 

                                                       VII sinif         



Standart: 1.1.2., 4.1.1., 4.1.2. 

Mövzu:  Bayraq ölkənin simvoludur. 

İnteqrasiya: X-d.3.1.3., 4.1.1. 

Dərsin məqsədi:  

Bayraq haqqında informasiya əldə etmək 

Bayrağın ölkənin sinbolu olduğunu anlama 

Mətn hazırlamaq. 

İş üsulu: beyin həmləsi, auksion 

İş forması: fərdi və kollektiv iş 

Resurs:

 

dərslik, proyektor, kompyuter, musiqi          



Dərsin gedişi:  

Motivasiya 

Lövhədə ölkələrin bayraqlarından ibarət  görüntü nümayiş etdirilir. 

Orada Azərbaycan, Türkiyə, Pakistan, Sinqapur, Tunis, Əlcəzair, ABŞ, Böyük 

Britaniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Yaponiya, 

Almaniyanın bayraqları vardır. 

Şagirdlər bayraqlara baxaraq onların aid olduqları ölkələrin adlarını 

sadalayırlar və yeni dərsin mövzusu müəyyənləşdirilir. 

Tədqiqat sualı: 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə