42
onlar öz ekspressiv (təsirli) söz ehtiyatını genişləndirməyə, həmçinin, digər
şagirdlərin təsəvvürləri ilə tanış olmağa imkan tapırlar.
Azərbaycan dili təlimində şagirdlərin fəallığını, dərslərin maraqlı və
məzmunlu olmasını qeyri-standart dərs formalarından (dərs-müzakirə, dərs-
ekskursiya, dərs-oyun, dərs-seminar, dərs-səyahət, dərs-iclas və s.) istifadə yolu ilə
təmin etmək mümkün olur. Bu dərslərdə müəllim və şagirdlərin fəaliyyəti
qoyulmuş problemlərin həllinə yönəlir, sinifdə canlı və münbit təlim şəraiti
yaranır. Belə dərslər, əsasən, motivasiya, problemin həlli, təqdim etmə,
qiymətləndirmə mərhələlərindən ibarət təşkil olunur.
Qeyri-standart dərs formalarından istifadə aşağıdakı xüsusiyyətlər baxımından
əhəmiyyətli hesab edilir:
fəallığı stimullaşdırır;
biliklərin müstəqil əldə edilməsinə və onların yaradıcı tətbiqinə şərait
yaradır;
problemin həllinə müstəqil və yaradıcı yanaşmağa geniş imkanlar açır;
idraki müstəqilliyi təmin edir;
şagirdlərdə əməkdaşlıq bacarığını gücləndirir.
Təlim qeyri-dildə olan məktəblərdə Azərbaycan dili dərsləri bir çox hallarda
qruplarla iş formasında aparılır. Bu zaman aşağıdakı qaydalara istinad etmək
tövsiyə olunur:
Qrup
üzvlərinin
vəzifələrini
və
qrupun
liderini
düzgün
müəyyənləşdirmək.
Birgə fəaliyyəti təmin etmək.
Bir-birinin fikrinə hörmətlə yanaşılması və müstəqil fikirlər söylənməsi
üçün imkan yaratmaq.
Mübahisəyə yol vermədən, sağlam rəqabət aparmaq.
Problemin həllində kompromis yollar axtarmaq.
Qrupun fəallığını təmin etmək.
Azərbaycan dili təlimində kollektiv iş, cütlərlə iş, fərdlərlə iş formalarından
da istifadə olunması məqsədəmüvafiq hesab edilir.
43
Azərbaycan dilinin təlimi prosesində aşağıdakı interaktiv metodlardan
istifadə olunması faydalı bilinir:
Şaxələndirmə
Beşliklər
Konseptual cədvəl
Venn diaqramı
Metaforik düşünmə
İNSERT
Rollu oyunlar
Diskussiya
Şaxələndirmə. Şaxələndirmə şagirdləri mövzu ilə bağlı sərbəst düşünməyə,
axtarış aparmağa sövq edir. Onların idraki fəallığına imkan yaradır. Bu üsuldan
həmçinin öyrənilənləri yekunlaşdırmaq, yeni assosiasiyaların meydana gəlməsini
stimullaşdırmaq və ya yeni təsəvvürlərin qrafik təsvirini vermək üçün də istifadə
olunur.
Şaxələnmə üsulundan istifadə zamanı aşağıdakı tələblər gözlənilir.
Əsas sözün və ya ifadənin kağızın, lövhənin və ya başqa müstəvinin
ortasında yazılması.
Seçilmiş mövzu ilə bağlı yada düşən söz və ya ifadələrin yazılması.
Söz və ifadələr yazıldıqca onların arasında əlaqələrin xətlərlə ifadə
olunması.
Verilmiş vaxt bitənə qədər mümkün qədər daha çox söz və ifadələrin
yazılması.
Beşliklər. Beşliklər ən mütəhərrik təlim üsullarından hesab edilir. Ondan
istifadə olunması Azərbaycan dilinin nitq vahidləri ilə yaxından tanış olmağa
imkan yaradır. Şagirdlərin dil öyrənməyə marağını gücləndirir.
Beşliklərdən istifadə zamanı verilmiş tapşırığı beş sətirdə icra etmək tələb
olunur. Tələb aşağıdakı şərtlərə əsasən yerinə yetirilir.
1.
İlk sətir mövzunun bir sözlə ifadəsidir.
2.
İkinci sətir mövzunun ikisözlü təsviridir.
3.
Üçüncü sətir üç sözlə mövzu dairəsində hərəkəti ifadə edir.
44
4.
Dördüncü sətir mövzuya olan münasibəti göstərən dördsözlü ifadədir.
5.
Axırıncı sətir isə mövzunun mahiyyətini ifadə edən bir sözdən ibarət
sinonimdir.
Nümunə:
çiçək
ətirli, qəşəng
sevilən, əzizlənən, bəzəyən
aləmə gözəllik bəxş edən
gül
Konseptual cədvəl. Konseptual cədvəldən istifadə zamanı üç və ya daha
çox məsələ, yaxud cəhətin müqayisəsi nəzərdə tutulur. Cədvəlin sütunlarında
müqayisə ediləcək obyektlər, sətirlərində isə onların müqayisə olunacaq
xüsusiyyətləri və özəllikləri yerləşdirilir. Nitq inkişafı üzrə dərslərdə bu metoda
çox müraciət olunur. Müxtəlif növ yazı işlərinin ( ifadə, inşa və s.) aparılması
zamanı ondan istifadə edilir. Məsələn, “Mağazada” mövzusunda nitq inkişafı üzrə
dərs zamanı aşağıdakı cədvəldən istifadə etmək olar.
Söz
Tərcüməsi
Sinonim
Antonim
Omonim
gözəl
красивый
qəşəng,
göyçək,
yaraşıqlı
Çirkin
kök
морковь,
корень,
толстый
kök- tərəvəz
kök- nəsil
kök- gombul
Sarı
желтый,
завяжи,
К (предлог)
bağla,
tərəf, doğru
aç
sarı- rəng,
sarı-fel,
sarı-qoşma