Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   32   33   34   35   36   37   38   39   40

 
1.2.2. Əlavə materiallardan 
istifadə etməklə nitqini 
zənginləşdirir. 
İnternetə, ensiklopediyalara, müxtəlif lüğətlərə,ədəbiyyatlara müraciət olunması, əlavə 
məlumatların əldə olunması və nitqin zənginləşdirilməsi məqsədi ilə həmin materi-
allardan - fakt, hadisə və sitatlardan istifadə edilməsi. 
Nitqi zənginləşdirmə, 
əlavə materiallardan 
istifadə 
1.2.3. Nitq etiketlərindən 
məqamında istifadə edir. 
Salamlaşma, vidalaşma və s. nitq etiketlərinin  öyrənilməsi, onların harda və necə 
işləndiyinin müəyyənləşdirilməsi, ünsiyyət prosesində nitq etiketlərindən məqamında və 
düzgün istifadə edilməsi. 
Nitq etiketləri, məqamında 
istifadə 
1.2.4. Müzakirələrdə deyilmiş 
müxtəlif mövqeli fikirləri 
ümumiləşdirir. 
Müzakirə zamanı söylənmiş müxtəlif mövqeli fikirlərin müqayisə və xarakterizə 
edilməsi, sistemləşdirilməsi, müzakirə olunan məsələ baxımından ümumiləşdirilməsi. 
Müzakirə, müxtəlif 
mövqeli fikirlər, 
ümumiləşdirmə 
2.1.1. Tanış olmadığı söz və 
ifadələrin mənasını müvafiq 
qarşılığını tapmaqla şərh edir. 
Oxunan mətndə tanış olmayan söz və ifadələrin seçilməsi, müxtəlif lüğətlərdən istifadə 
etməklə onların mənasının müvafiq qarşılığının - sinonim və ya antonimini tapmaqla, 
tərkib hissələrinin şərh edilməsi. 
Tanış olmayan söz, tanış 
olmayan ifadə, sinonim, 
antonim, şərh etmə 
2.1.2. Həqiqi və məcazi m-
ənalı söz və ifadələrin mə-
nasını nümunələrlə şərh edir. 
Mətndəki söz və ifadələrin həqiqi və ya məcazi mənasını onların sinonim və 
antonimlərindən  istifadə etməklə şərh edir. 
Söz, ifadə, leksik məna, 
həqiqi məna, məcazi 
məna, sinonim 
2.2.1. Söz sırasını, cümlələr və 
abzaslar arasında əlaqəni gözlə-
məklə mətni oxuyur.  
Cümlədə sözlərin sırasını,  sintaqmları, cümlələr və abzaslar arasındakı ardıcıllığı və 
əlaqəni gözləməklə mətnin düzgün oxunması. 
Cümlədə söz sırası, 
sintaqm, ardıcıllıq 
2.2.2. Mətnin hissələri 
arasında əlaqəni şərh edir. 
Mətnin tərkib hissələrinin - giriş, əsas hissə və nəticənin müəyyən edilməsi, onların bir-
biri ilə məntiqi və sujet cəhətdən necə əlaqəndiyinin şərh edilməsi. 
Mətn, mətnin hissələri, 
giriş, əsas hissə, nəticə 
2.2.3. Mətndəki fakt və ha-
disələri real həyatla müqayisə 
edir və əlaqələndirir. 
Mətndəki fakt və nümunələrin seçilməsi, faktların müqayisə edilməsi , onların oxşar və 
fərqli cəhətlərinin müəyyənləşdirilməsi.  
Həyatla əlaqə, fakt və 
hadisə, müqayisə 
3.1.1. Mövzuya uyğun 
müxtəlif tipli (nəqli, təsviri, 
mühakimə) mətnlər yazır. 
Verilmiş mövzuya uyğun müxtəlif: nəqli, təsviri, mühakimə tipli  mətnlərin yazılması 
Mətn, nəqli, təsviri, 
mühakimə tipli mətn 
3.1.2. Sitatlardan istifadə 
etməklə fikir və mülahizələrini 
qüvvətləndirir. 
Yazılan mətnlə bağlı fikir və mülahizələri qüvvətləndirmək məqsədi ilə müxtəlif 
mənbələrdən – internetdən, ensiklopediyalardan, müxtəlif lüğətlərdən, ədəbiyyatlardan 
topladığı məlumatlara əsaslanaraq sitatların  seçilməsi. 
Mətn, sitat, fikir və 
mülahizə 


 
3.1.3. Mətnin hissələri, ab-
zaslar və cümlələr arasında 
əlaqəni gözləməklə yazıya 
düzəlişlər edir. 
Hazır verilmiş mətnin hissələri, abzaslar və cümlələr arasındakı struktur-məntiqi əlaqəni 
pozmadan ona müvafiq düzəlişlərin edilməsi, onun əlavə məlumatlarla 
zənginləşdirilməsi, emosianallığını artırmaq məqsədilə söz və ifadələrin əlavə edilməsi. 
Mətn, mətnin hissələri, 
giriş, əsas hissə, nəticə, 
abzas, cümlə, düzəliş etmə 
3.1.4. Müxtəlif əməli yazılar 
(arayış, protokol) yazır. 
İşgüzar üslubun tələblərinə müvafiq dil materiallarından istifadə etməklə müxtəlif əməli 
yazıların – arayış, protokolun yazılması. 
Əməli yazı, arayış, proto-
kol 
4.1.1. Sadə cümlənin növlərini 
fərqləndirir. 
Sadə cümlənin quruluşca, şəxsə görə, baş və ikinci dərəcəli üzvlərin iştirakına görə 
növlərinin fərqləndirilməsi, təktərkibli, cüttərkibli, şəxssiz, ümumşəxsli cümlələrin 
seçilməsi, onlara aid nümunələrin gətirilməsi. 
Sadə cümlə,  baş və ikinci 
dərəcəli üzvlər, 
təktərkibli, cüttərkibli, 
şəxssiz, ümumşəxsli 
cümlələri 
4.1.2. Söz və söz birləş-
mələrinin sintaktik vəzifəsini 
müəyyən edir. 
Sözlərin söz birləşməsi və cümlə daxilində, söz birləşmələrinin cümlə daxilində sintaktik 
vəzifəsinin müəyyənləşdirilməsi, verilmiş cümlədə baş üzvlərin –mübtəda və xəbərin, 
ikinci dərəcəli üzvlərin – tamamlıq, , təyin, zərfliyin tapılması və ifadə vasitələrinin 
müəyyən edilməsi. 
Söz, söz birləşməsi, 
cümlə, sintaktik vəzifə, 
baş üzvləri –mübtəda və 
xəbəri, ikinci dərəcəli 
üzvləri – tamamlığı, , 
təyini, zərfliyi 
4.1.3. Həmcins üzvlər, 
əlavələr, xitab və ara sözlərlə 
bağlı durğu işarələrindən isti-
fadə edir. 
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrinin (vergül, tire) 
düzgün işlədilməsi,  
Həmcins üzv, cümlə 
üzvlərinin əlavəsi, xitab, 
ara sözlər və ara cümlələr, 
durğu işarələri 
4.1.4. Həmcins üzvlərdə 
şəkilçilərin yazılış qaydalarına 
əməl edir.  
Həmcins üzvlərdə bəzi şəkilçilərin (hal, mənsubiyyət, cəm) və köməkçi sözlərin (idi, imiş, isə) 
ixtisarı, həmcins mübtədaların xəbərlə uzlaşması baxımından şəxs sonluqlarının düzgün yazılış 
qaydalarına əməl edilməsi . 
Həmcins üzv, ixtisar, 
şəkilçi, köməkçi söz, şəxs 
sonluqları 
IX sinif 
1.1.1. Danışanın mövzuya 
münasibətini müəyyən etmək 
üçün tədqiqat xarakterli 
suallar verir.  
Mətnin məzmununa uyğun təhlil, sintez, tədqiqat xarakterli sualların verilməsi, alınan 
cavabların təhlil edilməsi və nəticədə həmin cavablar əsasında danışanın mövzuya mü-
nasibətinin müəyyən edilməsi.  
Mövzu, münasibət, 
tədqiqat xarakterli sual  


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə