Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

 
 
59 
 
dirmə 
Emal texnologiyalrını fərqlən-
dirmə 
 
 
 
 
Detalları hazırlanma 
 
 
 
 
Detalları  birləşdirərək  dovşan 
fiqurunu hazırlama 
 
 
 
 
 
Ev tapşırığı: Plastilindən tülkü fiqurunu hazırlayın. 
 
 
II sinif 
 
 
Mövzu: Materiallar, emal texnologiyaları və emal vasitələri.  
Standart: 1.1.1.;1.12.; 1.1.3. 
Məqsəd: 1. Şagird şəkillərdə təsvir olunan emal texnologiyalarını tanıyır; 
               2. Müvafiq emal texnologiyalarını ( ölçmə, kəsmə, yapma, birləşdirmə, 
qatlama, tikmə) təyinatına görə sadə formada  izah edir; 
              3. Emal vasitələrinin funksiyalarını şərh edir; 
İnteqrasiya: H.b. 1.1.1.; A.d. 1.2.1.; 1.2.3. 
İş forması: Kiçik qruplarla iş, böyük qrupla iş. 
İş üsulu: Müzakirə, beyin həmləsi. 
Resurslar:  Dərslik  materialları,  emal  vasitələri  və  emal  texnologiyalarını  əks 
etdirən tablo 1. (Əlavələrə bax) Dərslikdən səh.6, iş dəftəri səh.3. 
 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu  
Müəllim şagirdlərə müraciət edir: 
1.
 
Ətrafımızda  gördüyünüz  məmulatlar  nədən  hazırlanmışdır,  (Müxtəlif 
materiallardan hazırlamışdır.) 
2.
 
Məmulatı  hazırlamaq    üçün  nə  etmək  lazımdır?  (Materialları  emal  etmək 
lazımdır.) 
3.
 
Materialları  emal  etmək  üçün  nədən  istifadə  etmək  lazımdır?  (Emal 
vasitələrindən istifadə etmək lazımdır.) 
Şagirdlər  suallar  cavab  verirlər.Yazı  taxtasından  böyüdülmüş  formada 
materialları və emal vasitələrini  əks etdirən tablo asılır (Tablo 1) 
 
Tətqiqat  sualı:  Tabloda  çəkilmiş  materillar,  emal  vasitələri  və  emal 
texnologiyaları hansılardır? 
Tətqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir. 
 
II mərhələ: Tətqiqatın aparılması  
Müəllim  şagirdləri  3  qrupa  bölür.  Məmulat  hazırlamaq  üçün  materialları    və 
emal vasitələrini əks etdirən tabloları şagirdlərə paylayır. 


 
 
60 
 
Tapşırıq 1. I qrup emal ediləcək materialları seçməyə tapşırır. 
Tapşırıq 2. II qrup emal vasitələrini seçməyə tapşırır. 
Tapşırıq 3. III qrup emal vasitələri ilə yerinə yetiriləcək emal texnologiyalarını 
(əməliyyatları) seçməyə tapşırır. 
 
III mərhələ: İnformasiya mübadiləsi  
Qruplar tapşırığı icra edirlər. Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun 
nümayəndəsi işləri təqdim edir. 
 
IV mərhələ: İnformasiyanın müzakirəsi və təhlili  
Müəllim tablo üzrə aşağıdakı sualları verərək müzakirəni təşkil edir. 
Müzakirə sualları:  
1.
 
Məmulat hazırlamaq üçün hansı materialları seçdiniz? (Yarpaqları və ağac 
budaqlarını,  tumları,  balıqqulağını,  qozanı,  kibrit  çöplərini,  quş  lələklərini, 
plastilini, sapları, parça və kağızları, düymələri, plastik qabı, ipi və  lenti seçdik.) 
2.
 
Materialı  emal  etmək  üçün  hansı  vasitələri  seçdiniz?  (Qələmi,  firçanı, 
heykəltəraş  qələmini,  yapışqanı,  qayçını,  xətkəşi,  santimetr  lentini  və  iynəni 
seçdik.)  
3.
 
Emal  vasitələri  ilə  hansı  əməliyyatlar  yerinə  yetirilir?  (Ölçmə,  kəsmə, 
yapma, birləşdirmə, qatlama, tikmə kimi əməliyyatlar yerinə yetirilir.) 
 
V mərhələ: Nəticələr və ümumiləşdirmə  
Müəllim  şagirdlərin  fikirlərini  ümumiləşdirərək    bir  daha  texnologiya 
dərslərində  onların  istifadə  edəcəkləri  materiallar,  emal  vasitələr  və  emal 
texnologiyaları  üzərində  dayanır.  Qeyd  edir  ki,  iş  zamanı  məmulata  uyğun 
materiallardan, emal vasitələr və emal texnologiyalarından istifadə edəcəklər. 
 
VI mərhələ: Qiymətləndirmə V mərhələ: Qiymətləndirmə 
 
Qiymətləndirmə pedaqoji  mətbuatda  dərc olunan qiymətləndirmə qaydalarına 
müvafiq aparılır. 
 
                                  Qruplar 
Meyarlar 
I qrup 
II qrup 
IIIqrup 
IVqrup 
Emal vasitələrini  tanima 
 
 
 
 
Emal vasitələrini  fərqləndirmə 
 
 
 
 
Emal texnologiyalrıni sadalama  
 
 
 
 
Emal texnologiyalrıni izah etmə 
 
 
 
 
Emal  vasitələrinin  funksiyalarını 
şərh etmə 
 
 
 
 
 
Ev tapşırığı: Məişətdə  ən çox rast gəldiyiniz materialları, emal vasitələr və 
emal texnologiyalarını müəyyənləşdirin. 
 
 


 
 
61 
 
III sinif 
 
 
Mövzu: Texnologiya bizim əhatəmizdə. Əmək alətləri (2 saat). 
Standart: 2.1.2. 
Məqsəd: 
1.  Şagird  texnoloji    vasitələri  (əl  alətləri,  mexaniki  alətlər,  elektrik  alətləri)  tanıyır 
və bir- birindən fərqləndirir. 
2. Şagird texnoloji vasitələrin funksiyalrını şərh edir.      
İnteqrasiya: X.d. 1.1.2 
İş forması: Kiçik qruplarla iş, böyük qrupla iş. 
İş üsulu: Beyin həmləsi, müzakirə. 
Resurslar:  Peşələri  əks  etdirən  şəkillər,  insanın  əmək  fəaliyyətinin  məqsədlərini 
əks  etdirən  diaqram,  texnoloji  vasitələrin (əmək  alətləri,  mexaniki  alətlərin,  elektrik 
alətlərinin) şəkilləri, dərslik, iş dəftəri, iş vərəqləri. 
 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu  
Müəllim şagirdlərə müraciət edir: 
1.
 
Siz ətrafinızda nəyi görürsünüz?  
2.
 
Əmək nədir? 
3.
 
 İnsanın əmək faəliyyətinin məqsədi nədir? 
4.
 
Hansı peşələri tanıyırsınız? ( dərslikdəki şəkillər üzrə) 
Şagirqlər suallara cavab verirlər. 
Tətqiqat sualı: Hər bir peşə üzrə işi yerinə yetirmək üçün nə lazımdır? 
Tətqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir. 
 
II mərhələ: Tətqiqatın aparılması  
Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzuya uyğun səhifələri açmağı 
şagirdlərə tapşırır. 
Tapşırıq  1.  I  qrup  səh.  6-dakı  peşələrin  adını  və  oanları  aid  alətlərin  adını 
yazmaq tapşırılır. 
Tapşırıq  2.  II  qrupa  “İnsan  nə  üçün  əmək  faəliyyətində  iştirak  edir?”  sualını 
cavablandırmaq tapşırılır. 
Tapşırıq 3. III qrupa dərslikdəki 8-ci şəkilə istinad etmək və  qeyd olunan sualı 
cavablandırmaq  tapşırılır:  “Göstərilən  alətlərlə  hansı  texnoloji  əməliyyatları  yerinə 
yetirmək olar?”  
Tapşırıq  4.    IV  qrupa  “Şəkildə  göstərilən  alətlərlə    hansı  texnoloji  əməliyyatı 
yerinə yetirmək mümkündür?” sualını cavablandırmaq tapşırılır. 
 
 
III mərhələ: İnformasiya mübadiləsi  
Qruplar tapşırığı icra edirlər. Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun 
nümayəndəsi işləri təqdim edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə