Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

 
 
68 
 
4.  Başlıqlara  görə  boltlar  neçə  cür  olur?  (kvadrat,  üçüzlü,  altüzlü,  səkkizüzlü, 
göbələkvarı ola bilər). 
5.  Vintlər  başlıqlarına  görə  neçə  cür  olur?  (göbələkvarı,  yarımgizli,  gizli  ola 
bilər). 
6. Yiv harada açılır? (Milin xarici səthinin hər iki başında yiv açılır.) 
 
Tətqiqat sualı: Metalın xarici  səthində yivləri necə açmaq olar? 
Müəllim  milin  xarici  səthində  yivlərin  açılmasında  istifadə  olunan  alət  və 
tərtibatlar haqqında məlumat verir. 
1.
 
Xarici yivlərin açılmasında iş ardıcıllığını izah edir. 
2.
 
Paftaların növləri haqqında məlumat verir. 
3.
 
Pafta saxlayanlar haqqında məlumat verir. 
4.
 
Cədvələ əsasən  milin diametrinin seçilməsi haqqında məlumat verir. 
5.
 
Milin yiv açmaq üçün hazırlanması haqqında məlumat verir. 
6.
 
Ştangenpərgar vasitəsilə  milin ölçulməsi qaydası haqqında məlumat verir. 
7.
 
Paftanın paftasaxlayanda bərkidilməsi haqqında məlumat verir. 
8.
 
Pafta vasitəsilə yiv açmaq qaydalarına haqqında məlumat verir. 
9.
 
Yiv açıldıqdan sonra yivin açılma keyfiyyətinin yoxlama üsulları haqqında 
məlumat verir. 
 
II Mərhələ: Tədqiqatın aparılması. 
Müəllim şagirdləri 4 qrupa bölür.  
Tapşırıq: Verilmiş millərin üzərində xarici yivlər açın. 
 
Qruplar  tapşırığı  yerinə  yetirirlər.Müəllim  hər  bir  şagirdə  fərdi  olaraq  komək 
edir. 
III Mərhələ: İnformasiya mübadiləsi. 
 
Müəllim qrupların təqdimatını dinləyir (qruplar işlərini təqdim edir). 
IV Mərhələ: İnformasiyanın müzakirəsi və təşkili. 
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar 
verir. 
 
Müzakirə sualları: 
1.  Milin  səthində  xarici  yiv  açarkən  yiv  xəttinin  kələkötür    və  ya  qırıq-qırıq 
alınması, yiv profilinin tam alınması səbəbləri hansılardır? (Milin diamertinin düzgün 
seçilməməsi,paftanın  mil  üzərində  sürətlə  hərəkət  etdirilməsi,  yiv  açılan  səthin 
yağlanmaması). 
2.
 
 Pəstah  üzərində  yiv  açmaq  üçün  faskanın  (haşiyənin)  çıxarılması  nə  üçün 
lazımdır? (Paftanın milə asan  daxil olması üçün). 
3.
 
Yivin  parametrləri  dedikdə  nə  başa  düşürsünüz?  (yivin  addımı,  yivin  profil 
bucağı, profil hündürlüyü, xarici və daxili diametr). 
4.
 
Ştangenpərgar vasutəsilə pəstahı ölçərkən hansı qaydalara əməl edilməlidir? 
(Ştangenpərgar  dodaqları  milə  nəzərən  perpendikulyar  olmalıdır,  olçmə  zamanı 
çərçivənin bərkidici vinti sıxılmalıdır). 
 
V Mərhələ: Nəticə və ümumiləşdirmə.  


 
 
69 
 
Müəllim  şagirdlərin  cavablarını  yekunlaşdıraraq  yivlər  haqqında  ümumi 
məlumat,  pə  ardıcıllığı  müəyyən  etmə,  emal  texnologiyası  seçmə  stahın  xarici 
səthində yivlərin açılması mərhələləri üzərində dayanır. 
 
VI Mərhələ: Qiymətləndirmə.
 
Qiymətləndirmə  qiymətləndirmə  meyarları  əsasında  aparılır  (İş  yerini  təşkil 
etmə,  iş  ardıcıllığını  müəyyən  etmə  ,  emal  texnologiyası  seçmə,  birgə  fəaliyyət, 
təhlükəsizlik və sanitariya qaydalarına riayət etmə).  
 
 
IX sinif 
 
Mövzu:  Qapı kilidinin quraşdırılması texnologiyası.  
Standart: 3.1.2.  
Məqsəd: Yaşayış yerində və məktəbdə qapı kilidinin qapıya quraşdırılması ilə 
bağlı təqdimat edir.  
İnteqrasiya: H.B. 4.2.1. 
 
İş forması: Kiçik qruplarda iş, böyük qruplarda iş. 
 
Resurslar:  Xarrat  alətləri  (iskənə,  çəkic,  xətkeş,  qələm,  vintaçan,  burğular, 
elektrik dreli və s.), kilid nümunəsi, kilidin şəkli və quraşdırılmasını əks etdirən şəkil 
(sxem). 
 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu.  
Müəllim bütün sinifdə frontal sorğu keçirərək aşağıdakı sualları verir: 
1.
 
Kilid nə üçündür? 
2.
 
Kilidin hansı növlərini tanıyırsız? 
3.
 
Yaşadığınız mənzildə kilidlərə harada rast gəlmisiniz? 
Şagirdlərin  suallara  verdikləri  cavablar  dinlənilir  və  müəllim  tərəfindən 
tədqiqat sualı qoyulur: 
Tədqiqat sualı: Qapıya kilidi necə quraşdırmaq olar? 
Müəllim şagirdlərin diqqətini dərslikdəki  materiala  yönəldərək, kilidin qapıya 
quraşdırılması texnologiyası üzərində dayanır.  
II mərhələ: Tədqiqatın aparılması.  
Müəllim şagirdləri 4 qrupa bölür. 
Tapşırıq: Kilidin qapıya quraşdırılması texnologiyasını müəyyənləşdirin.  
Qruplar tapşırığı icra edirlər. Müəllim hər bir qrupa fərdi olaraq nəzarət edir.  
III mərhələ: İnformasiya mübadiləsi.  
Müəllim qrupların təqdimatını dinləyir. Qruplar işlərini təqdim edirlər.  
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili.  
Qrupların təqdimatından sonra müəllim sinfə suallar verir.  
Müzakirə sualları:  
1.
 
Kilidi qapıya quraşdırarkən hansı alətlərdən istifadə etmək lazımdır? 
2.
 
Drel vasitəsilə hansı əməliyyat yerinə yetirilir? 


 
 
70 
 
3.
 
İskənədən hansı məqsədlə istifadə edilir? 
4.
 
Açarın mexaniki qurğusunu quraşdırmaq üçün nə etmək lazımdır? 
5.
 
Kilidi bərkitmək üçün nədən istifadə edilir? 
V mərhələ: Nəticə və ümumiləşdirmə. 
Müəllim  şagirdlərin  cavablarını  yekunlaşdıraraq  bir  daha  kilidin  qapıya 
quraşdırılması texnologiyası üzərində dayanır. 
VI mərhələ: Qiymətləndirmə. 
Qiymətləndirmə  qiymətləndirmə  meyarları  əsasında  aparılır  (iş  yerini 
təşkiletmə,iş  ardıcıllığı  müəyyənləşdirmə,  emal  texnologiyası  seçmə,  quraşdırma, 
tətbiqetmə, birgə fəaliyyət). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə