Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

 
 
49 
 
«Texnologiya»  fənninin  tədrisində  aşağıdakı  dərs  formalarından  istifadə 
edilməsi tövsiyə olunur: 
 
Kombinəedilmiş dərs. 
Nəzəri dərs. 
Praktik dərs. 
Laboratoriya işi dərsi. 
Yoxlayıcı dərs. 
1.  Kombinəedilmiş  dərs-nəzəri  və  praktik  məşğələlərin  elementlərini 
birləşdirən  dərs  formasıdır.  «Texnologiya»  fənninin  tədrisi  prosesində  bir  qayda 
olaraq şagirdələrə elmi və texnoloji məlumatların verilməsi  mühüm  əhəmiyyət kəsb 
edir.  Məhz  bu  məlumatların  əsasında  şagirdlərdə  həyati  bacarıqların 
formalaşdırılması üzrə praktik işlər qurulur. 
 2.  Nəzəri  dərs  –  Bu  dərslərdə  şagirdlər  materialşünaslıq  elementləri  ilə 
(müxtəlif  materialların: kağız və kartonun, plastilinin, parçanın, oduncağın, metalın, 
təbiət materiallarının və s.) xassələri və əldə edilməsi üsulları ilə  tanış olur, müxtəlif 
texniki  qurğuları  öyrənir,  materialların,  enerjinin  və  informasiyaların  dəyişdirilməsi 
texnlogiyalarını  əldə  edirlər.  Şagirdlər  texnoloji  xəritələri  tərtib  etməyi,  çertyoj  və 
eskizləri  oxumağı  öyrənir,  əməyin  təşkili,  mühafizəsi  və  təhlükəsizliyinin  ümumi 
qaydaları ilə, gigiyena və istehsalat sanitariyası tələbləri ilə tanış olurlar.  
3.  Praktik  dərs  –  bu  və  ya  digər  konkret  texnologiyalara  aid  şagirdlərin 
texnoloji  əməliyyatları  yerinə  yetirmələri  üzrə  bacarıq  və  vərdişlər  qazanmalarına 
xidmət  edir.  Praktik  dərslər  şagirdlərdə  əmək  və  ümumtexnoloji  mədəniyyətin 
formalaşması və inkşafında həlledici rol oynayır.  
4.  Laboratoriya  işi  dərsi  –  Bu  dərslər  tədqiqatçılıq  xarakteri  daşıyır,  şagirdlər 
müstəqil surətdə materialların (kağız, karton, plastilin, parça, təbiət materialları və s.) 
mexaniki,  texnoloji  və  digər  xassələrini  tədqiq  edir,  əmək  və  ölçü  alətlərinin, 
cihazların, digər texnoloji maşınların konstruktiv quruluşunu öyrənirlər.  
5. Yoxlayacı dərs – Bu dərslər şagirdlərin texnoloji hazırlıqlarının səviyyəsinin 
müəyyənləşdirilməsinə,  əldə  edilən  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsi 
haqqında məlumatların əldə edilməsinə xidmət edir.  
Bu  kurikulumda    müəyyənləşdirilmiş  standartlara  uyğun  bilik  və  bacarıqların 
formalaşdırılması üçün «Texnologiya» fənninin təlimində ənənəvi təlim metodları ilə 
yanaşı, aşağıdakı interaktiv metod və üsullardan istifadə tövsiyə olunur:  
Beyin həmləsi 
 
 
 
 
Müşahidə   
 
Oyunlar 
 
 
 
 
 
Araşdırma 
Diskussiya (müzakirə)   
 
Ekskursiya            
Akvarium   
 
 
 
Təqdimat  
«Texnologiya»  fənni  üzrə  dərslərin  aşağıdakı  mərhələlər  üzrə  tədris  olunması 
tövsiyə olunur:  


 
 
50 
 
 I mərhələ: Motivasiya, problemin qoyuluşu 
II mərhələ: Tədqiqatın aparılması 
III mərhələ: Məlumatın mübadiləsi 
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili 
V mərhələ: Nəticə və ümumiləşdirmə 
Qiymətləndirmə.  
Fəal  təlim  metodlarının  tətbiqi  şagirdlərdə  yaradıcı  və  məntiqi  təfəkkürü 
inkişaf etdirir, onlarda əməkdaşlıq etmək, başqalarının fikrinə hörmətlə yanaşmaq, öz 
fikirlərini sərbəst bildirmək bacarıqlarının formalaşmasına  şərait yaradır.  
Fəal  təlimə  əsasən  dərs  motivasiya  ilə  başlanır.  Bu  mərhələdə  axtarış  və 
tədqiqat işinə başlamaq üçün tədqiq olunacaq problemin qoyulması vacib olduğundan 
ilk növbədə sual formalaşdırılır və mülahizələr irəli sürülür. Motivasiya müasir dərsin 
ən mürəkkəb və mühüm mərhələsidir. Çünki dərsin sonrakı gedişi motivasiyanın necə 
yaradılmasından  və  keçirilməsindən  asılıdır.  Motivasiyanın  əsas  xüsusiyyəti 
mülahizələrin yürüdülməsi üçün problemli vəziyyətin yaradılmasıdır.  
Tədqiqatın  aparılması  mərhələsində  şagirdlər  tərəfindən  praktik  işin  yerinə 
yetirilməsi həyata keçirilir. Bu o zaman səmərəli ola bilər ki, görüləcək iş və yerinə 
yetirəcək  texnoloji  əməliyyatlar  şagirdə  tam  surətdə  aydın  olsun,  texnoloji  bilik  və 
bacarıqlar məmulatın hazırlanması prosesində iştirak üçün kifayət etsin. 
Məlumatın mübadiləsi mərhələsində  qruplar və ya cütlər işlərini təqdim edir. 
Məlumatın  müzakirəsi  və  təşkili  mərhələsində  isə  şagirdlərin  təqdimatları 
müzakirə edilir və dəyərləndirilir. 
Nəticə  və  ümumiləşdirmə  mərhələsində  müəllim  aparılan  tədqiqatın 
nəticələrinin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə suallar qoyur və bu 
suallar  əsasında  bilik  və  informasiyaları  sistemləşdirilir.  Şagirdlərin  əldə  etdikləri 
nəticələr  irəli  sürülmüş  mülahizələrlə  ,  tədqiqat  sualı  ilə    tutuşdurulur.  Konkret 
nəticəyə gəlmək və ümumiləşdirmə aparmaqla başa çatan mərhələdən sonra şagirdlər 
tədqiqatı  sona  çatdırmağa  nail  olurlar.  Bu  zaman  yeni  bilik  şagird  tərəfindən  dərk 
olunur, şəxsiyyətin əldə etdiyi yeni keyfiyyətlər bir daha müəyyənləşdirilir. 
Qiymətləndirmə dərsin müxtəlif mərhələlərində aparıla bilər. 
 
 
 
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
 
Planlaşdırma  hər  bir  fənn  müəlliminin,  o  cümlədən  texnologiya  müəlliminin 
qarşısında  duran  vacib  vəzifələrdən  biridir.  Planlaşdırma  dərsin  məqsədlərini 
müəyyənləşdirir  və  müəllimin  mövzu  ilə  əlaqədar  fəaliyyətini  düzgün 
istiqamətləndirir.  İllik planlaşdırmada  tədris  vahidlərinə  uyğun  olaraq  hər  bir  dərsin 
mövzusu  və  ona  ayrılan  saatın  miqdarı  qeyd  olunur.  Tədris  vahidləri  məzmun 
standartlarına  uyğun  olaraq  müəyyən  edilir  və  onların  ardıcıllıq  prinsipləri 
müəyyənləşdirilir.  Bu  zaman  sadədən  mürəkkəbə  olan  məzmun  ardıcıllığı,  zamanla 
əlaqədar xronoloji ardıcıllıq, eyni zamanda məntiqi ardıcıllıq gözlənilməlidir. Tədris 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə