Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

 
 
56 
 
 
Tapşırıq  2.  Alınmış  rənglər  vasitəsilə  plastilindən  göy  qurşağı  hazırlamaq. 
Qruplar tapşırığı yerinə yetirir. 
III mərhələ: Məlumatın mübadiləsi 
Müəllim iş vərərqlərini lövhədən asır. Qrupların təqdimatını dinləyir. (Hər bir qrup öz 
işinin nəticəsini təqdim edir). 
 
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili 
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar verir. 
Müzakirə sualları: 
1.
 
Göy  qurşağı  neçə  rəng  vardır?  Bu  rəngləri  sadalayın.  (  Göy  qurşağı  7  rəng 
vardır: . qırmızı, narıncı,  sarı, yaşıl, mavi, göy,  bənövşəyi.)  
2.
 
Siz təməl olaraq hansı materialı şeçdiniz? (Təməl olaraq katonu seçdik). 
3.
 
Təməl  nə  üçün  qalın  olmalıdır?  (Çünki  nazik  kağız  üzərində  plastilini 
yapışdırdıqda o əyilir, karton isə əyilmir.) 
 
V mərhələ: Nəticələr və ümumiləşdirmə 
 
Müəllim  şagirglərin  işini  yekunlaşdırmaq  üçünonlara  aşağıdakı  suallarla 
müraciət edir: 
1.
 
 Plastilinlə  işin  başlağıcında    nə  etdiniz?  (Sapla  plastilindən  göy  qurşağı 
rənglərindən 7 hissə kəsdik). 
2.
 
Göy  qurşağınının  hissələri  hansı  rəngdə  olur?  (Göy  qurşağının  hissələri  
qırmızı, narıncı,  sarı, yaşıl, mavi, göy və   bənövşəyi rəngdə olur).  
3.
 
Bağlar necə olmalıdır? ( Hər bir bağın uzunluğu və qalınlığı eyni olmalıdır). 
4.
 
Eyni  plastilin  bağları  yayandan  sonra  nə  etnmək  lazımdır?  (Plastilin    bağları 
banka qapağı boyunca təmələ ( kartona) bərkitmək lazımdır). 
Müəllim  bu  suallara  verilən  cavabları  nəzərə  alaraq,  şagirdlərin  plastilindən  göy 
qurşağının yaradılması xüsusiyyətləri haqqında fikrini ümumiləşdirir. 
 
V mərhələ: Qiymətləndirmə 
 
Qiymətləndirmə pedaqoji  mətbuatda  dərc olunan qiymətləndirmə qaydalarına 
müvafiq aparılır. 
                                  Qruplar 
Meyarlar 
I qrup 
II qrup 
IIIqrup 
IVqrup 
Emal vasitələrini  seçmə 
 
 
 
 
Emal texnologiyalrını fərqlən-
dirmə 
 
 
 
 
Detalları hazırlanma 
 
 
 
 
Göy qurşağını düzgün hazırlanma   
 
 
 
Gigeyena qaydalarına əməl etmə 
 
 
 
 
 
Ev tapşırığı: Plastilindən  yeddi rəngli ləçəkləri olan çiçək hazırlayın. 
 
 
Mövzü: Ayrı- ayrı hissələrədn yapma. Dovşan oyuncağı. 


 
 
57 
 
Standart: 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.;1.3.3. 
Məqsəd:   
1.
 
Plastilindən dovşan oyuncağı hazırlamaq üçün iş yerini təşkil edir. 
2.
 
Plastilindən dovşan oyuncağı hazırlamaq üçün emal vasitələrini seçir. 
3.
 
Dovşanın hazırlanması ardıcıllığını müəyyənləşdirir. 
4.
 
Uyğun emal texnologiyaları seçir. 
5.
 
Dovşanın detallarını hazırlayır. 
6.
 
Detalları yaymaqla dovşanı hazırlayır. 
7.
 
Plastilinlə iş zamanı gigiyena qaydalarına əməl edir. 
İnteqrasiya: H-b.1.1.1.; T-i. 2.2.4. 
Dərsin tipi: İnduktiv. 
İş forması: Kiçik qruplarda iş, böyük qruplarda iş 
İş üsulu: Müzakirə, əqli hücüm 
Resurslar: Həcmli həndəsi fiqurların (kürə, silindir, konus) və müxtəlif heyvanları 
(dovşan, tülkü, canavar) şəkilləri, salfet kağızı, içində su olan qab, plastilin dəsti, sap, 
hekəttəraş bıçağı, plastilindən hazırlanmış dovşan oyuncağı nümunəsi. 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu 
 
Şagirdlərə  belə  bir  sualla  müraciət  olur:  “Uşaqlarda  siz  ən  çox  nə  ilə 
oynayırdınız?”. Şagirdlərdən  “Oyuncaqlarla” cavabı aldıqda sonra müəllim müraciət 
edir: “Tapmacanı tapın”. 
Kolları gəzir pusa- pusa, 
Qıçları uzun, qolları qısa. 
 
Şagirdlərdən  “dovşan”  cavbı  aldıqdan  sonra  plastilindən  hazırlanmış  dovşan 
oyuncağını şagirdlərə nümayiş etdirir. 
Tətqiqat sualı: “Dovşan oyuncağını plastilindən necə  hazırlamaq olar? 
 
Müəllim  “dovşan”  oyuncağının  hazırlanması  planı  və  ya  texnoloji  xəritəsi 
barədə şagirdlərə məlumat verir. 
 
Plastilindən  dovşan  oyuncağının  hazırlanmasını  müəyyən  ardıcıllıqla  yerinə 
yetirmək  üçün  onun  planı  və  ya  texnoloji  xəritəsi  tərtib  edilir.    Qeyd  edilir  ki, 
“dovşan”  fiqurunda  baş    və  bədəni  nisbətinə  diqət  yetirmək  lazımdır.  Əgər  plastilin 
lövhəsini  4  yerə bölsək, onda 2 hissədən bədən, 2 hissədən baş yapılmalıdır. 
 
Texnoloji xəritə və işin yerinə yetirilmə ardıcıllığı aydınlaşdırılır: 
1.
 
İki  hissə  bədən,  bir  hissə  baş  yerdə  qalan  hissələrdən  qulaqlar,  ayaqlar  və 
quyruq hazırlanır; 
2.
 
Bundan  sonra  dovşan  fiqurunun  detalları  sığallama  üsulu  ilə  birləşdirməklə 
hazırlanır ( müəllim nümayiş etdirir). 
Müəllim plastilinlə iş zamanı gigiyena qaydaları haqqında məlumat verir. 
 
 
II mərhələ:Tətqiqatın aparılması 
 
Müəllim şagirdləri 4 qrupa bölür. 
          1. I və III qrupa əşyaları hansı həndəsi fiqurlara  oxşarlığını müəyyənləşdirmək 
tapşırılır. 


 
 
58 
 
 
II  və  IV  qrupa  isə  oyuncaqların  detalllarının  həndəsi  fiqurlara  oxşarlığını 
müəyyənləşdirmək tapşırılır. 
1.
 
Plastilindən dovşan oyuncağı hazırlayın. 
Qruplar tapşırıqları icra edirlər. 
Müəllim  hər  bir  şagirdə  fərdi  olaraq  kömək  edir,  lazım  gələrsə,  yapma  üsullarını 
göstərir. 
 
III mərhələ: Məlumatın mübadiləsi 
Müəllim iş vərəqlərini lövhədən asır. Qrupların təqdimatını dinləyir (Qruplar 
təqdimat edirlər). 
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili 
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar verir. 
Müzakirə sualları: 
1.Dovşan  oyuncağı  hansı  həndəsi  fiqurlardan  ibarətdir?  (Dovşan  kürə  və  prizmadan 
ibarətdir). 
2.Tülkü oyuncağı hansı həndəsi fiqurlardan ibarətdir? (Tülkü prizmadan və silindrdən 
ibarətdir). 
3. Canavar oyuncağı hansı həndəsi fiqurlardan ibarətdir? (Canavar kürə və prizmadan 
ibarətdir). 
 
V mərhələ: Nəticələr və ümumiləşdirmə 
 
Müəllim  şagirdlərin  işini  yekunlaşdırmaq  üçün  onlara  aşağıdakı  suallarla 
müraciət edir: 
1.
 
İşə başlamaq üçün əvvəlcə nə etdiniz? (Plastilini  4 hissəyə böldük). 
2.
 
Sonrakı mərhələdə nə etdiniz? (Dovşanın baş və bədən hissələrini hazırladıq). 
3.
 
Daha  bir  hissə  plastilin  nə  üçün  lazımdır?  (Daha  bir  hissə  plastilin  qulaqları, 
ayaqları və quyruğu hazırlamaq üçün lazımdır). 
4.
 
Detalları  birləşdirdikdə  hansı  üsuldan  istifadə  etdiniz?  (Sığallama  üsulundan 
istifadə etdik). 
5.
 
Dovşan  fiqurunu  hazırladıqda  nəyə  fikir  vermək  lazımdır?  (Bədən  və  başın 
nisbətinə  fikir  vermək  lazımdır).  Müəllim  bu  suallara  verilən  cavabları 
nəzəzərə  alaraq,  şagirdlərə  plastilindən  dovşan  oyuncağının  hazırlanması 
xüsusiyyətləri haqqında məlumat verir. 
 
 
 
V mərhələ: Qiymətləndirmə 
 
Qiymətləndirmə pedaqoji  mətbuatda  dərc olunan qiymətləndirmə qaydalarına 
müvafiq aparılır. 
 
                                  Qruplar 
Meyarlar 
I qrup 
II qrup 
IIIqrup 
IVqrup 
Emal vasitələrini  seçmə 
 
 
 
 
Emal ardıcıllığını  müəyyənləş-
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə