Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

 
 
62 
 
 
IV mərhələ: İnformasiyanın müzakirəsi və təhlili 
Müəllim suallar verərək müzakirəni təşkil edir. 
Müzakirə sualları:   
1.Siz  hansı  peşələri  tanıyırsınız?  (Şagirdlərin  bir  neçəsi  peşələrin  adlarını 
sadalayır.) 
2.Əmək nədir? (Əmək insanın məqsədyönlü fəaliyyətidir) 
3.  Texnologiya  nədir?  (İnsanların  öz  həyatlarını  yaxşılaşdırmaq  və  dəyişmək 
üçün istifadə etdikləri üsul və qaydalar texnologiya adlanır.) 
4.  Alət  nədir?  (Materialın  formasını,  ölçüsünü  və  şəklini  dəyişən  əmək 
vasitəsidir.) 
5. Alətləri neçə qrupa bölmək olar? (3 qrupa: əl alətləri, mexaniki əl alətləri və 
elektrik alətlər) 
6.  Səh.  9–dakı  alətlərin  adını  söyləyin.(  1-ci  elektrik  dreli;  2-ci  çəkic;  3-cü 
elektrik mişarı; 4-cü mişar; 5-ci vintaçan; 6-cı stepler; 7-ci elektrik ətçəkən maşını; 8-
ci mexaniki əl dreli; 9-cu yastıdodaq kəlbətin; 10-cu  mexaniki şirəçəkən; 11-ci qayka 
açarı; 12-ci mexaniki ətçəkən maşın; 13-cü dodaqları tənzimləyən qayka açarı.) 
 
V mərhələ: Nəticələr və ümumiləşdirmə  
Müəllim  şagirdlərin  fikirlərini  ümumiləşdirərək    və  bir  daha  peşələr,  əmək, 
texnologiya, alət və onların qrupları  üzərində dayanır. Bəzi əmək alətləri   ilə  yerinə 
yetirilən  texnoloji əməliyyatları sadalayır. 
 
VI mərhələ: Qiymətləndirmə  
Qiymətləndirmə mövcud qaydalara müvafiq olaraq aparılır. 
                                  Qruplar 
Meyarlar 
I qrup 
II qrup 
IIIqrup 
IVqrup 
Texnoloji vasitələri  tanima 
 
 
 
 
Texnoloji vasitələri  fərqləndirmə   
 
 
 
Emal texnologiyalrıni sadalama  
 
 
 
 
Emal texnologiyalrıni tanıma 
 
 
 
 
Texnoloji vasitələrin funksiya-
larını şərh etmə 
 
 
 
 
 
Ev tapşırığı: İş dəftərində ( səh. 3-6 ) verilən tapşırıqları yerinə yetirin . 
 
 
 
 
IV sinif 
 
 
Mövzu: Texnologiyaların inkişafı. 
Standart: 1.1.1.;2.1.2.; 2.1.3. 


 
 
63 
 
Məqsəd: 
1.
 
Müxtəlif emal texnlogiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir. 
2.
 
Texnoloji maşınlar haqqında kiçik təqdimatlar edir. 
3.
 
Texnoloji maşınları və texnoloji vasitələri fərqləndirir. 
İnteqrasiya: A.d.:1.1.1.; İnf.:3.2.6.; H.b.:4.2.1. 
İş forması: Kiçik qruplarla iş, böyük qrupla iş 
İş üsulu: Beyin həmləsi, müzakirə 
Resurslar: Peşələri əks etdirən şəkillər, insanın əmək fəaliyyətinin  məqsədlərini əks 
etdirən  diaqram,  texnoloji  vasitələrin  (əmək  alətləri,  mexaniki  alətlərin,  elektrik 
alətlərinin) şəkilləri, dərslik, iş dəftəri, iş vərəqi. 
 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu  
Müəllim şagirdlərə müraciət edir: 
1.
 
İnsan əməyi haqqında nə deyə bilərsiz? 
2.
 
İnsanın əmək fəaliyəti ilə məşğul olmada məqsədi nədir? 
3.
 
Peşələr haqqında nə deyə bilərsiz? 
Şagirdlər suallara cavab verirlər. 
Tətqiqat sualı: Texnologiyanın inkişaf etməsinin səbəbi nədir? 
Tətqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir. 
 
II mərhələ: Tətqiqatın aparılması  
Müəllim şagirdləri 4 qrupa bölür. Onlara dərslikdəki mövzuya uyğun səhifələri 
açmağı tapşırır. 
 I qrup: səh. 6-9-da  gördüyünüz şəkillərlə əlaqədar peşələri insanların tələbatına 
uyğun olaraq sadədən mürəkkəbə doğru sıralayın. 
 II qrup: İnsan əmək fəaliyyətindəki rolunu  açıqlayın. 
III qrup: Məişət cihazlarının və çuqun pillətələrin yaranma səbəblərini deyin. 
IV  qrup:  Məişət  avadanlığının  və  cihazların  insanın  inkişafında  hansı  mühüm 
əhəmiyyəti olduğunu izah edin. 
Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir. 
Qruplar tapşırığı yerinə yetirir. 
 
III mərhələ: Məlumat mübadiləsi 
Qruplar  işləri  təqdim  edirlər.Müəllim  şagirdlərin  işlərini  təhlil  edərək 
münasibətini bildirir. 
 
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili 
Müzakirə sualları:   
1.İnsanlar öz tələbatını ödəmək üçün əvvəllər nələrdən istifadə ediblər? (Heyvan 
əməyindən və sadə əmək alətlərindən.) 
2. Sadə mexanizm nə deməkdir? (Sadə əmək alətləri və qurğular.) 
3.Texnologiya  nədir?  (İnsanların  öz  həyatlarını  yaxşılaşdırmaq  və  dəyişmək 
üçün istifadə etdikləri üsul və qaydalar texnologiya adlanır.) 


 
 
64 
 
4.Hansı  xüsusi  texniki  vasitələri  tanıyırsız?  (Televizor,  mobil  telefon, 
kompüter.) 
5. Köhnə texnologiyalar əsasına yaradılmış hansı yeni cihaz və qurğuların adını 
sadalaya bilərsiniz? (Əl ilə sıxılan xəzlər vasitəsilə işləyən təmizlik qurğusunu müasir 
tozsoran,  dəstəyin  fırladılması  ilə  hərəkətə  gətirilən  taxta  ləyəni  paltaryuyan  maşın 
əvəz etdi.) 
V mərhələ: Nəticələr və ümumiləşdirmə  
Müəllim  şagirdlərin  fikirlərini  ümumiləşdirərək    və  bir  daha  insan  əməyi, 
peşələr,  mexanizmlər  və  yeni  texnologiyalar  üzərində  dayanır.  Bəzi  yeni  məişət 
texnikasını və texnoloji avadanlıqları sadalayır. 
 
VI mərhələ: Qiymətləndirmə  
Qiymətləndirmə mövcud qaydalara müvafiq olaraq aparılır. 
                                    Qruplar 
Meyarlar 
I qrup 
II qrup 
III qrup 
IV qrup 
Texnologiyaların inkişafını  
müəyyənləşdirmə 
 
 
 
 
Texnologiyaların inkişafını  
misallarla izah etmə 
 
 
 
 
Məişətdə texnologiyaların inkişafını 
misallarla izah etmə 
 
 
 
 
Texnoloji  maşınları  və  texnoloji 
vasitələri fərqləndirmə 
 
 
 
 
 
 
V sinif 
 
Dərs  1 
Mövzu 1. İnsan həyatında texnologiya. Məmulatların hazırlanması mərhələləri 
 
Dərsin məqsədi
1.
 
Müxtəlif  formalı  detalları  olan  məmulatların  spesifikasiyasını  şərh  edir, 
texnoloji və marşrut xəritələrini fərqləndirir. (4.1.1.). 
2.
 
Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. 
3.
 
Müasir  texnologiyalara  aid  şəkillər,  detalların  texnoloji  və  marşrut  xəritələri, 
dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək olar. 
Müəllim  beyin  həmləsi  üsulundan  istifadə  edərək,  aşağıdakı  suallarla  müraciət 
edə bilər. 
1.Pəncərədən baxarkən nə görürsünüz? 
2.Gördüklərinizin hansı insan tərəfindən yaradılmışdır? 
3.İnsan tərəfindən yaradılmış əşyaların əhəmiyyəti nədədir? 
4. Məmulatın hazırlanma prosesi haqqında nə bilirsiniz? 
Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir. 
Tədqiqat sualı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə