Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

 
 
65 
 
“Məmulatın hazırlanma mərhələləri nədən ibarətdir?”- kimi verilə bilər. 
Müəllim tərəfindən  mətnin  dərslik  üzrə oxunuşu tapşırılır. Qruplar  yaradılaraq, 
onalara  iş  vərəqləri  paylanılır.  İş  vərəqlərində:  Venn  diaqramında  təbiət  və 
texnologiya  dünyalarının  oxşar  və  fərqli  cəhətlərinin  qeyd  olunması,  müasir 
texnologiyalar  haqqında  danışılması,  məmulat  hazırlanma  mərhələlərinin 
sadalanması,  texnoloji  və  marşrut  xəritələrinin  tərtib  olunması  qaydaları  haqqında 
məsələlər qoyula bilər. 
Təlimdə çətinlikləri olan şagirdlər  istər qrup tərkibində,  istərsə də  fərdi çalışan 
zaman  müəllimin    diqqət  mərkəzində  olur.  Müəllim  belə  şagirdlərə  tez-  tez  nəzarət 
edərək, onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir. 
Müəllim şagirdlərin təqdimatlarını dinləyir. 
Müəllim  şagirdlərin  diqqəti  tədqiqat    sualllarına  yönəldir  və  cavabları 
ümumiləşdirir.  Bir  daha  texnologiya  və  onun  insan  həyatındakı  rolu  haqda  danışır. 
Məmulatın  hazırlanması  ardıcıllığını  sadalayrı,  texnoloji  və  marşrut  xəritələrinin 
fərqini izah edir. 
Qiymətləndirmə  pedaqoji  mətbuat  dərc  olunan  qiymətləndirmə  qaydalarına 
müvafiq  aparılır.  Şagirdlərin  cavabları  qiymətləndirilərkən  təbiət  və  texnologiya 
dünyalarını  fərqləndirmə,  müasir  texnologiyanın  əhəmiyyətini  izahetmə,  məmulatın 
hazırlanma  mərhələlərini  şəhretmə,  sadə  texnoloji  və  marşrut  xəritələrini 
fərqləndirmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarında istifadə edilə bilər. 
Müəllim  dərslikdə  olan  praktik  işin  yerinə  yetirilməsi  haqqında  tövsiyyələrini 
verir. 
 
 
VI sinif 
Mövzu:  Məmulatın  tamamlanması  və  bəzədilməsi.  (iş  obyekti,  paltar 
asmaq üçün asılqan). 
Standart: 1.1.1; 1.2.1; 1.2.2; 1.2.3; 1.3.2; 1.3.3; 1.3.4. 
Məqsəd:  
1.
 
Mexanikləşdirilmiş  əl  alətlərindən  istifadə  etməklə  tamamlama  və 
bəzədilmə texnologiyalarını izah edir.  
2.
 
Tamamlama və bəzək işləri aparmaq üçün iş yerini təşkil edir. 
3.
 
Tamamlama  və  bəzədilmə  işləri  aparmaq  üçün  iş  ardıcıllığını 
müəyyənləşdirir. 
4.
 
Məmulatların hazırlanması üçün uyğun emal texnologiyası seçir. 
5.
 
Məmulatı hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir. 
6.
 
Qrup tərkibində birgə fəaliyyət bacarıqları nümayiş etdirir. 
7.
 
Təhlükəsizlik və sanitariya-gigiyena qaydalına riayət edir. 
İş forması: Kiçik qruplarla iş, böyük qruplarla iş 
Resurslar:  Cilalama  və  pardaxlama  işlərində  istifadə  edilən  müxtəlif 
sumbata kağızları, məxməri yiyələr, fırçalar, doldurucular, lak və boyalar, çiləyicilər. 
 
Dərsin gedişi 
I mərhələ: Motivasiya, problemin qoyuluşu. 


 
 
66 
 
  Müəllim yazı lövhəsində asılmış texnologi xəritəni stolun üzərində olan alət, 
material və ləvazimatları göstərərək suallar verilir: 
1.
 
Siz  yazı  lövhəsində  və  stolun  üzərində  nə  görürsüz?  (texnoloji  xəritəni  və 
bəzədilmə işləri aparmaq üçün alət, materialları göstərir) 
2. Bəzədilmə işləri nə məqsədlə aparılır? (Məmulatın ömrünü uzatmaq, estetik 
cəhətdən gözəl görsənməsi üçün). 
2.
 
Tamamlama işlərində hansı materiallardan istifadə olunur? 
3.
 
Tamamlama işlərində hansı alətlərdən istifadə olunur? 
4.
 
Bəzədilmə işlərində hansı materiallardan istifadə olunur? 
5.
 
Bəzədilmə işlərində hansı alətlərdən istifadə olunur? 
Müxtəlif cavablara şagirdlərin diqqətini dərslikdə tamamlama və bəzədilmə 
haqqında  məlumata,  onun  tətbiq  sahələrinə  yönəldir.Bəzədilmə  və  tamamlama 
üsulları, yolları haqqında məlumat verir. 
Tətqiqat sualı: 
Metaldan  hazırlanmış  asılqanı  necə  və  hansı  üsullarla  tamamlamaq  və 
bəzəmək olar? 
Müəllim  metaldan  hazırlanmış  asılqanın  tamamlanması  və  bəzədilməsi 
yollarını texnoloji xəritəsini izah edir. 
1.
 
Tamamlama və bəzədilmə işlərində iş ardıcıllığını izah edir. 
2.
 
Sumbata kağızların növləri haqqında məlumat verir. 
3.
 
Məxməri yiyələrin quruluşu haqqında məlumat verir. 
4.
 
Doldurucuların növləri haqqında məlumat verir. 
5.
 
Həlledicilərin növləri haqqında məlumat verir. 
6.
 
Boyaların növləri haqqında məlumat verir. 
7.
 
Fırçalar və çiləyəci alətlər haqqında məlumat verir. 
8.
 
Sumbata  kağızı  ilə  işləyərkən  sanitariya  və  gigiyena  qaydalarını  yada 
salır. 
9.
 
Boya və laklarla işləyərkən təhlükəsizlik texnikası qaydalarını yada salır. 
 
II Mərhələ: Tətqiqat aparılması. 
 
Müəllim şagirdləri 4 qrupa bölür. 
Tapşırıq:  Metaldan  hazırlanmış  asılqan  üzərində  tamamlama  və  bəzədilmə 
işlərini aparın. 
Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim hər bir şagirdə fərdi olaraq  kömək 
edir. 
III Mərhələ: İnformasiya mübadiləsi. 
Müəllim qrupların təqdimatını dinləyir(qruplar işlərini təqdim edir). 
IV Mərhələ: İnformasiyanın müzakirəsi və təşkili. 
Qrupların  təqdimatından    sonra  müəllim  cavabları  sistemləşdirir  və  sinfə 
suallar verir. 
Müzakirə sualları: 
1.
 
Doldurucuların  hansı  növlərini(suda  həll  olunan,  spirtdə  həll  olunan) 
tanıyırsız?  


 
 
67 
 
2.
 
Sumbata  kağızının  hansı  növləri(suya  davamlı,  suya  davamsız,  iridanəli, 
xırda danəli) var?  
3.
 
Hansı  tərkibli  boyaları(sulu  boyalar,  yağlı  boyalar,  emal  boyaları,  lak 
boyaları) tanıyırsız?  
4.
 
Həlledicilər    nə  üçün(qatılaşmış  boyaları  həll  etmək  üçün,  istifadə  edilmiş 
alətləri yumaq üçün) istifadə olunur?  
V Mərhələ: Nəticə və ümumiləşdirmə.  
Müəllim  şagirlərin  cavablarını  yekunlaşdıraraq  məmulatın  tamamlanması  və 
bəzədilməsi mərhələləri üzərində dayanır. 
 
VI Mərhələ: Qiymətləndirmə. 
Qiymətləndirmə  müəyyən  olunmuş  qiymətləndirmə  meyarları(iş  yerini  təşkil 
etmə,iş  ardıcıllığını  müəyyən  etmə,  emal  texnologiyası  seçmə,  tərtib  etmə, 
təhlükəsizlik və sanitariya qaydalarına riayət etmə) əsasında aparılır.  
 
 
VII sinif 
 
Mövzu: Pəstahın xarici səthində yivlərin açılması. 
Standart: 1.1.1; 1.2.1; 1.2.2; 1.2.3; 1.3.3; 1.3.4; 4.2.1. 
Məqsəd:  
1.Yiv birləşmələrini  izah edir. 
           2. Yiv birləşmələrini yerinə yetirmək üçün iş yerini təşkil edir. 
3. Yivin açılması ardıcıllığını müəyyənləşdirir. 
 
4. Yiv açmaq üçün emal trxnologiyası seçir.  
 
5. Yiv birləşmələri olan detalların çertyojunu çəkir və oxuyur. 
 
6. Qrup tərkibində birgə fəaliyyət bacarıqları nümayiş etdirir.  
 
7. Uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.   
İş forması: Kiçik qruplarla iş, böyük qruplarla iş. 
Resurslar: Daxili və xarici yivləri açmaq üçün yiv açan alətlər, yivli deatlların 
çertyojları,  müxtəlif  ölçüyə  və  parametrə  malik  olan  yivli  deatllar,  yiv  açmaq  üçün 
pəstahlar,  müxtəlif  kərkikli  yeyelər,  ştangenpərgar,  xətkeş,  maşın  yağı,  çilingər 
məngənəsi. 
 
Dərsin gedişi 
 
I mərhələ: Motivasiya, problemin qoyuluşu.  
Müəllimin  yazı  lövhəsində  asılmış  yiv  birləşmələrinə  dair  plakatları,  stolun 
üzərindəki yiv birləşməsi olan detalları, yivaçan alətləri göstərərək suallar verir: 
1.  Siz  yazı  lövhəsində  və  stolun  üzərində  nə  görürsünüz?  (yiv  birləşmələrinə 
dair plakatları,stolun üzərindəki yiv birləşməsi olan detalları, yivaçan alətləri). 
2. Yiv birləşmələri başqa birləşmə növlərindən nə ilə fərqlənir? (yiv birləşməsi 
sökülə  bilən  birləşmə  növüdür.Asanlıqla  hissələri  quraşdırmaq  və  sıradan  çixmış 
hissələri başqası ilə əvəz etmək çox asandır.) 
3.  Yiv  nəyə  deyilir?  (Pəstahın  xarici  və  daxili  səthində  spiralvari  növlərin 
açılmasına yiv deyilir). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə