40
nəticəsində xarici ixracçıların üzərinə düşür;optimal rüsum normaları həmişə müsbət
olub 0-la qadağanedici rüsum normaları arasında dəyişir;
- optimal rüsum normaları bir ölkə üçün əlverişli olsa da ümumilikdə
beynəlxalq iqtisadiyyat üçün itkilərə gətirib çıxarır;
optimal rüsum normaları idxalın elastikliyi ilə tərs mütənasibdir. dxalın həcmi
qiymətlərin dəyişməsi ilə nəqədər az dəyişirsə optimal rüsum normaları bir o qədər
yüksək olur.
Gömrük tariflərinin tətbiqi tarixən iqtisadiyyatçılar arasında mübahisə
mövzusu olmuşdur.Tariflərin tətbiqinin tərəfdarları tariflərin müsbət cəhətlərini,
ə
leyhdarları isə mənfi cəhətlərini əsaslandıran arqumentlər gətirirlər. Bu arqumentləri
nəzərdən keçirək. dxal rüsumlarının tərəfdarlarının arqumentləri aşağıdakılardır:
- tariflər gənc sahələrin müdafiəsi üçün zəruridir. Bu arqumentə görə ölkədə
yeni yaradılan sənaye sahələrinin dövlətin müvəqqəti gömrük müdafiəsinə ehtiyacı
var. Bu müdafiə olmazsa ucuz xarici malların ölkəyə axını sahəni məhv edə bilər.
- tariflər milli sənayenin stimullaşdırılması vasitəsidir.Bu arqumentin
tərəfdarlarının fikrincə inkişaf etməkdə olan ölkələrin yerli sənayesi xaricdə daha
qabaqcıl texnologiyanın köməyi ilə istehsal olunan daha ucuz mallarla rəqabət apara
bilmədiyinə görə bu sahələrin idxal rüsumları ilə müdafiəyə ehtiyacı var.Bu cür
müdafiənin olmaması həm də iş yerlərinin azalması ilə nəticələnə bilər.
- rüsumlar büdcə gəlirlərinin mühüm mənbələrindəndir. Bu arqument inkişaf
etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə daha çox yayılıb.Bu ölkələrdə maliyyə
intizamının aşağı səviyyəsi əhalidən və müəssisələrdən vergilərin dövlət büdcəsinə
yığılmasını təmin etməyə imkan vermədiyinə görə, daha asan yığıla bilən gömrük
rüsumları və vergilərinə üstünlük verilir.
- tariflər ölkənin milli təhlükəsizliyinin,beynəlxalq nüfuzunun, mədəniyyəti-
nin və ənənələrinin qorunmasına imkan verir. Bu arqumentləri siyasi çəkiyə malik,
aşağı rəqabət qabiliyyətli məhsulların inhisarçı istehsalçıları irəli sürürlər.
Tariflərin əleyhdarları öz mövqelərini əsaslandırmaq üçün aşağıdakı
arqumentləri gətirirlər:
41
- tariflər iqtisadi artımı zəiflədir. Ümumi tarazlıq nəzəriyyəsi əsasında təhlil
göstərir ki, kiçik ölkələrin rifahı istənilən halda idxal rüsumlarının tətbiqindən
pisləşir.Böyük ölkələr üçün yalnız optimal tariflərin tətbiqi rifahın yaxşılaşmasına
səbəb olur. Bu halda da ölkədə rifahın yaxşılaşması digər ölkələrdə rifahın
pisləşməsi hesabına əldə olunur.
- birtərəfli qaydada tətbiq olunmuş tariflər tez-tez ticarət müharibələrinə səbəb
olur,bu isə öz növbəsində beynəlxalq ticarətin və ümumilikdə beynəlxalq
iqtisadiyyatın inkişafına mane olur. Belə ki, qarşı tərəf də cavab tədbirləri tətbiq
etməyə məcbur olur.
- rüsumlar istehlakçıların xərclərinin artmasına səbəb olur, belə ki, onlar həm
yerli, həm də xarici malları daha yüksək qiymətə almağa məcbur olurlar.Nəticədə
istehlakçıların gəlirlərinin bir hissəsi dövlət xəzinəsinə cəlb olunur və onların rifahı
aşağı düşür.
- idxal mallarına rüsumların tətbiqi ölkənin ixracının dolayı olaraq azalmasına
səbəb olur, bu isə öz növbəsində ölkənin tədiyyə balansına mənfi təsir göstərir.Bu
onunla əlaqədardır ki, bir çox ölkələrdə ixrac mallarının istehsalında xarici detallar,
komponentlər istifadə olunur ki, onlara gömrük rüsumlarının tətbiqi son nəticədə
ixrac mallarının qiymətini artırır və rəqabət qabiliyyətini aşağı salır.
- tariflərin tətbiqi ümumi məşğulluğun səviyyəsini aşağı salır. Bu onunla
ə
laqədardır ki, idxal malları ilə daxili bazarda rəqabət aparan malları istehsal edən
yerli müəssisələrdə iş yerlərini müdafiə etsə də, ixrac malları istehsal edən və
ə
laqədar sahələrdə məşğulluğun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Dünya
ölkələrinin çoxunda tariflərin strukturu ilk növbədə hazır məhsulların yerli
istehsalçıların müdafiəsini təmin edir, amma xammal və yarımfabrikatların idxalına
mane olmur.
Ə
vvəl də qeyd etdiyimiz kimi rüsum normaları müəyyən olunarkən malların
emal dərəcəsi nəzərə alınmalıdır və rüsum dərəcələri emal dərəcəsinin artması ilə
artmalıdır. Malların emal dərəcəsinin artması ilə tətbiq olunan gömrük rüsum
normalarının yüksəlməsi tarif eskalasiyası adlanır. Xammaldan hazır məhsula doğru
rüsum normalarının faizlə artımı nə qədər yüksəkdirsə, hazır məhsulların xarici
42
rəqabətdən müdafiə dərəcəsi də bir o qədər yüksəkdir. nkişaf etmiş ölkələrdə tarif
eskalasiyası inkişaf etməkdə olan ölkələrdə xammal istehsalını stimullaşdıraraq bu
ölkələrin texnoloji cəhətdən geridə qalmasına səbəb olur. Belə ki, bu ölkələr dünya
bazarına ancaq aşağı rüsumlar tətbiq olunan xammalla çıxa bilirlər.
Bazar iqtisadiyyatının tənzimlənməsi sistemində ümum iqtisadi siyasətin tərkib
hissəsi kimi gömrük siyasəti mühüm yer tutur. Gömrük siyasəti iqtisadiyyatın daxili
və xarici dinamik müvazinətini təmin etmək, ölkənin cari və strateji məqsədlərinə
uyğun olaraq hökumətin həyata keçirdiyi tədbirlərin məcmusunu özündə əks etdirir.
Hər bir siyasətdə olduğu kimi gömrük siyasətinin də əsas istiqamətləri, başlıca
vəzifələri, məqsədi və təyinatı vardır. Gömrük siyasətinin əsas istiqamətləri aşağı-
dakılardan ibarətdir
1
:
- Azərbaycan Respublikasının daxili bazarının qorunması;
- milli iqtisadiyyatın inkişafını stimullaşdırmaq;
- Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələri yerinə
yetirməsinə kömək edilməsi.
Gömrük siyasəti dedikdə bazar münasibətlərinin formalaşması şəraitində siyasi
və sosial iqtisadi dəyişikliklərin dinamik həyata keçirilməsini təmin etmək məqsədi
ilə dövlətin daxili və xarici iqtisadi maraqların qorunmasına yönəldilmiş geniş
miqyaslı iqtisadi, siyasi, sosial, təşkilati və hüquqi tədbirlər sistemi başa düşülür.
Tərifdən göründüyü kimi gömrük siyasəti daxili və xarici siyasətlə bağlı olub
dövlətin maraqlarını əks etdirir. Bu siyasət bir sıra iqtisadçı alimlərin fikirlərinə rast
gəlmək olar. «Klassik burjua məktəbinin görkəmli nümayəndəsi olan Adam Smit
dövlətin gömrük siyasətinin xarici iqtisadi əlaqələrdə rolunu qeyd edərək göstərmiş-
dir ki, bir ölkə digər ölkə ilə ticarət əlaqələrində həmin ölkələrin mallarına qoyulan
gömrük rüsumlarını ləğv etsə və üçüncü ölkələrlə münasibətdə gömrük rüsumlarını
tətbiq etməkdə davam etsə istehsalçılar bu siyasətdən fayda əldə edə bilərlər»
Gömrük siyasətinin mərkəzində idxal, ixrac siyasəti, tarif və vergi siyasəti
durur. Bu siyasət dövlətin iqtisadi maraqlarının qorunmasına yönəldilmiş əsas
1
Nuriyev C.Q. “Gömrük Hüququ”, Bakı, 2002
Dostları ilə paylaş: |