Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

58
 
                                                                                                      Cədvəl 1.3 
nkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə 
 idxal (idxal tarif dərəcəsi %-lə)
1
 
 
Xammal 
Yarımfabrikatlar  Hazır məhsul 
Bütün sənaye  məhsulları  (neftdən başqa) 
2,1 
5,3 
9,1 
Tropik sənaye məhsulları 
0,1 
6,3 
6,6 
Təbii  resurslardan   istifadə  olunan məhsullar 
3,1 
3,5 
7,9 
 
Xammaldan  hazır  məhsula  doğru  hərəkətdə  tarif  dərəcəsinin  artma  faizi  nə 
qədər yüksəkdirsə, hazır məhsul istehsalçılarının xarici rəqabətdən müdafiə səviyyəsi 
bir  o  qədər  yüksək  olar.  stehsal  zənciri  prinsipi  üzrə  düzülən,  dəridən  olan 
məhsullara xəz-dəri məhsulları gömrük vergisinin səviyyəsi xəzin emalı səviyyəsinin 
artması  üzrə  çoxalır.  ABŞ-da  tarif  eskalasiyasının  şkalası  0,8  -  3,7  -    9,2%, 
Yaponiyada 0 - 8,5 - 12,4, Avropa  ttifaqında 0 - 2,4 - 5,5% təşkil edir. Azərbaycanın 
xarici  ticarət  əlaqələrində  səmərəli  fəaliyyəti,  ən  əvvəl  milli  hökumətin  aktiv  və 
iqtisadi  maraqlarımızı  qoruya  biləcək  səviyyədə  çalışmasına  əsaslanmalıdır.  Xarici 
ticarət  fəaliyyətinin  dövlət  tənzimlənməsi  və  milli  iqtisadi  maraqların  müdafiəsi 
istiqamətində müvafiq hüquqi-normativ baza - qanunlar və s. yaradılmalı və olanlar 
daha  da  təkmilləşdirilməlidir,  milli ixracatçıların və onların  maraqlarının  müdafiəsi, 
onların  professional  birliklərinin  yaradılması  və  s.  dövlətin  əsas  prioritetlərinə 
çevrilməlidir. Eyni zamanda Azərbaycan hökuməti və milli sahibkarlar isə mütərəqqi 
və zəruri beynəlxalq praktikadan yararlanmağı bacarmalıdırlar. 
Tarif tənzimlənməsi xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin həm ənənəvi, 
eyni  zamanda  aktiv  istifadə  edilən    vasitələrindən  hesab  edilir.  Tarif  tənzimlənməsi 
mallara idxal və ixrac rüsum dərəcələrinin müəyyən edilməsi yolu ilə həyata keçirilir 
və dövlət həmin rüsum dərəcələrini qaldırıb-endirməklə xarici iqtisadi fəaliyyəti, bir 
sözlə  xarici  ticarəti  tənzimləyir.  Tarif  tənzimlənməsi  milli  iqtisadi  təhlükəsizliyin 
                                                            
1
 Бондаренко  Н.  Таможенно-тарифное  регулирование  ВЭД.  Издательство:  МарТ  Издательский  центр,  Ростов-
на
-Дону, 2007 г. 224 стр. 
 


59
 
müdafiəsini, ictimai qaydaların, insanların həyat və sağlamlığının, cəmiyyətin əxlaqi 
və  mənəvi  dəyərlərinin  qorunmasını,  həmçinin  ölkənin  gömrük  sərhədlərindən 
malların  keçirilməsi  zamanı  gömrük  ödənişləri  alınması  yolu  ilə  dövlət  büdcəsinin 
gəlir hissəsinin doldurulmasını təmin edir. 
Müasir dövlətin gömrük tarifi – ticarət münasibətlərinin tənzimlənməsinin əsas 
vasitəsidir. Tarif təşkil edilməsində bir neçə əsas istiqamətlər vardır ki, onlar tarifin 
kəsərli olmasına təsir edir. Bunlar əsasən tətbiq edilən gömrük rüsumları növlərinin 
seçilməsi,  tariflərin  strukturunun  formalaşdırılması,  tarif  təsnifatı  sisteminin 
işlənilməsi,  gömrük  rüsumu  tutulması  məqsədilə  idxal  olunan  malların  mənşə 
ölkəsinin  müəyyənləşdirilməsi  metodikasının  hazırlanması  istiqamətləridir.  Gömrük 
tarifinin  iqtisadi  rolu  onunla  bağlıdır  ki,  rüsumlar,  malın  qiymətinə  təsir  edərək  və 
milli  bazarı  qoruyaraq,  kapital  yığımına,  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində 
mənfəətin  normasına  və  yaranma  templərinə  aktiv  təsir  göstərir,  istehsalın  milli  və 
beynəlxalq şəraitlərindəki fərqləri tarazlaşdırır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


60
 
II FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA GÖMRÜK-TAR F 
TƏNZ MLƏNMƏS N N MÜAS R VƏZ YYƏT N N TƏHL L  
2.1.Gömrük tarifləri və onun gömrük nəzarətində xarakterik 
tənzimləmə xüsusiyyəti 
Azərbaycanda gömrük tarif tənzimləməsinin hüquqi əsasını 1995-ci ildə qəbul 
olunmuş Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında Qanunu” təşkil edir. 
Qanunda  gömrük  tariflərinin  anlayışı  verilir,  onların  məqsədləri,  tətbiqi  prinsipləri, 
gömrük rüsumlarının və digər gömrük ödənişlərinin müəyyən edilməsi qaydaları əks 
olunmuşdur. Qanunda həmçinin gömrük tariflərinin tətbiqi üçün zəruri olan gömrük 
dəyərinin  hesablanması,  malın  mənşə  ölkəsinin  müəyyən  edilməsi  və  eləcə  də 
antidempinq və kompensasiya rüsumlarının tətbiqi qaydaları müəyyən edilmişdir. 
Azərbaycanda  gömrük  rüsunlarının  əsas  hissəsi  advalor  qaydada  hesablanır. 
Advalor  rüsumlar  malın gömrük dəyərinə  görə  faizlərlə  hesablanır.  Advalor  rüsum-
ların  müsbət  cəhəti  ondadır  ki,  bazar  qiymətlərinin  dəyişməsindən  asılı  olmayaraq 
daxili  bazarın  müdafiə  səviyyəsini  dəyişməz  saxlayır.  Qiymətlərin  dəyişməsi  ilə 
yalnız büdcənin gəlirləri dəyişir.Advalor rüsumların zəif cəhəti onların hesablanması 
üçün malın gömrük dəyərinin müəyyən olunması zərurətinin olmasıdır. 
Qeyd  edildiyi  kimi  advalor  rüsumlar  malın  gömrük  dəyərinə  görə  hesablanır. 
Malın  gömrük  dəyərinin  hesablanması  gömrük  rüsumlarının  düzgün  hesablanması 
üçün  mühüm  əhəmiyyətə  malikdir.Tutaq  ki,  malın  ixracçı  ölkədəki  qiyməti  100, 
müqavilə qiyməti 80, idxalçı ölkənin daxili bazarındakı qiyməti isə 130-dur. Bu halda 
hansı qiymət gömrük rüsumlarının hesablanması üçün əsas kimi götürülməlidir.  
Aydındır  ki,  gömrük  dəyərinin  müəyyən  olunmasının  dəqiq  sisteminin 
olmaması  bu  məsələdə  sui-istifadələr  üçün  geniş  imkan  açır.  Məhz  bu  səbəbdən  
beynəlxalq  səviyyədə  malların  təsnifatı  sisteminin  yaradılması  ilə  paralel  malların 
gömrük  qiymətləndirilməsi  qaydaları  da  işləndi.  Bu  gön  dünya  ölkələrinin 
ə
ksəriyyətində gömrük dəyəri ÜTT-nin “Gömrük dəyəri Məcəlləsi” əsasında işlənmiş 
qaydalarla  müəyyən  olunur.  Azərbaycanda  da  malların  gömrük  dəyərinın 
müəyyənləşdirilməsi  qaydaları  bu  məcəllə  əsasında  işlənib  və  “Gömrük  Tarifi 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə