Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

64
 
-AR-na belə malların göndərilməsindən satıcının mənfəəti. 
Ə
gər malın gömrük dəyəri ilk beş üsuldan heç biri ilə müəyyən oluna bilməzsə 
və  ya  gömrük  orqanı  bu  üsulların  tətbiq  oluna  bilməyəcəyini  əsaslandıra  bilərsə 
qiymətləndirilən  malların  gömrük  dəyəri  beynəlxalq  təcrübəyə  əsasən  müəyyən 
olunur.Ehtiyat  üsul  tətbiq  olunarkən  AR  gömrük  orqanı  sərəncamında  olan  bütün 
qiymət məlumatlarını bəyannaməçiyə təqdim edir.   
 Malların sahibi və ya bəyannaməçi malların gömrük dəyərini “AR-nın gömrük 
ə
razisinə  gətirilən  malların  gömrük  dəyərinin  bəyan  edilməsinin  qayda  və  şərtləri 
haqqında  Əsasnamə”-də  müəyyən  olunmuş  qaydada  gömrük  orqanına  bəyan 
etməlidir. Malların ölkənin gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması-
nın tarif və qeyri – tarif tənzimlənməsinin həyata keçirilməsi üçün malın mənşə ölkə-
sinin müəyyən edilməsi də mühüm əhəmiyyət daşıyır.AR –da malın mənşə ölkəsinin 
müəyyən  edilməsi  beynəlxalq  təcrübə  nəzərə  alınmaqla  hazırlanmış  “Gömrük  tarifi 
haqqında AR Qanunu”na əsasən həyata keçirilir. 
Gömrük  tənzimləməsi  dedikdə  -  gömrük  sərhəddindən  mallar  və  nəqliyyat 
vasitələrini  keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma 
və qaydaların müəyyən olunması başa düşülür
1
. Azərbaycan Respublikasında gömrük 
tənzimləməsi  AR-nın  gömrük  qanunvericiliyinə,  xarici  ticarətin  dövlət  tənzimləmə-
sinə  dair  digər  qanunvericiliyə,  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilə-
lərinə uyğun olaraq həyata keçirilir. Gömrük tənzimləməsi vasitələri içərisində göm-
rük  işinin  mühüm  tərkib  hissələri  olan  gömrük  nəzarəti,  gömrük  rəsmiləşdirilməsi, 
gömrük  prosedurları,  gömrük  statistikası  və  X F  ƏN  aparılması  mühüm  əhəmiyyət 
daşıyır.  AR  Gömrük  Məcəlləsinin  82.3  maddəsinə  görə,  AR-nın  gömrük  ərazisinə 
gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri istisnasız olaraq 
gömrük  nəzarətindən  keçməlidir.  Gömrük  nəzarəti  dedikdə    gömrük  orqanları 
tərəfindən  gömrük  işi  haqqında  AR  qanunlarına,  həmçinin  icrasına  nəzarət  AR 
gömrük  orqanlarına  həvalə  edilmiş  AR  –nın  digər  qanunvericiliyinə    və  AR  –nın 
dövlətlərarası    müqavilələrinə  riayət  edilməsinin  təmin  edilməsi  məqsədi  ilə  həyata 
keçirilən tədbirlər toplusu başa düşülür.Gömrük nəzarətinin anlayışından göründüyü 
                                                            
1
 Şəkərəliyev A. Ş. Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı, 1998
 


65
 
kimi,  gömrük  nəzarətinin  məqsədi –  AR nın  Gömrük  məcəlləsi,  AR  Gömrük  Tarifi 
haqda  Qanunu,AR-nın  digər  qanunları,  normativ  sənədləri  və  eləcə  də  AR-nın 
qoşulduğu  beynəlxalq ticarətin və ümumiyyətlə xarici iqticadi fəaliyyətin tənzimlən-
məsi üzrə beynəlxalq müqavilələrin normalarına əməl olunmasının təmin edilməsidir. 
Gömrük  nəzarətinin  obyektlərinə  AR-nın  gömrük  sərhəddindən  keçirilən 
mallar  və  nəqliyyat  vasitələri,  onlar  haqda    sənəd  və  məlumatlar,  bu  mallara 
aiddiyyəti  olan  fiziki  və  hüquqi  şəxslər-  mal  sahibləri,  onların  adından  fəaliyyət 
göstərən  şəxslər,gömrük  brokerləri,  bəyannaməçi,  gömrük  daşıyıcısı  və  s.,  onların 
sənədləri,  faktiki  vəziyyətin  malların  gömrük  sərhəddindən  keçirilməsi  qaydalarına 
uyğunluğu, bəyannaməçi tərəfindən mallar və nəqliyyat vasitələri barəsində seçilmiş 
gömrük  prosedurlarına  riayət  olunması  aiddir.  Mallar  və  nəqliyyat  vasitələrinə 
gömrük  nəzarəti  Azərbaycan  Respublikasının  bütün  gömrük  ərazisində,  hər  şeydən 
ə
vvəl isə, gömrük nəzarəti zonalarında , sərbəst anbarlarda və sərbəst zonalarda təşkil 
olunub həyata keçirilir. 
Gömrük  nəzarəti  malların  hərəkətinin  aşağıdakı  mərhələlərini  əhatə  edir: 
istehsal,  saxlanma,  alınma,  satılma,  yüklənmə,  boşalma,  qablaşdırılma,  daşınma, 
sığorta,  istifadə  və  s.  Bu,  malın  mənşə  ölkəsi,  gömrük  dəyəri,  keyfiyyəti  haqda 
məlumatların 
yoxlanmasında 
ə
ks 
olunur.Göstərilən 
məlumatlar 
gömrük 
qanunvericiliyi,  beynəlxalq  müqavilələrə  əməl  olunub  olunmaması  məsələlərinin 
həlli üçün zəruridir. 
Gömrük  nəzarətinin  subyektləri  AR-nın  gömrük  orqanları  sistemi,  mallar  və 
nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi ilə əlaqədar X F iştirakçıları, 
eləcə də gömrük sərhəddindən keçən və şəxsi əşyalarını keçirən sərnişinlərlə  münasi-
bətdə  hakimiyyət  nümayəndələri  funksiyalarını  yerinə  yetirən  gömrük  orqanlarının 
vəzifəli  şəxsləridir
1
.  Gömrük  nəzarətinin  subyektlərinə,  X F  iştirakçıları  və  digər 
şə
xslər tərəfindən gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinin  yox-
lanması,  bu  yoxlama  prosesində  müəyən  olunmuş  faktlar  üzrə  qərarların  hazırlan-
ması, qəbul olunması və reallaşdırılması üzrə müvafiq hüquq və səlahiyyətlər verilir. 
Gömrük nəzarətinin subyektlərinin fəaliyyəti gömrük nəzarəti obyektlərinin müşahi-
                                                            
1
 Azərbaycan Respublikasının Gömrük  Məcəlləsi, 2009, Bakı, Qanun, 256 s.
 


66
 
dəsi, gömrük qanunvericiliyinə faktiki riayət olunmasının yoxlanılması, vəziyyətdən 
asılı olaraq müvafiq tədbirlərin görülməsini əhatə edir. Bu tədbirlər konkret situasiya-
dan asılı olub gömrük nəzarətinin təşkili və həyata keçirilməsi idarəedici tədbirlərdir. 
Gömrük nəzarəti aşağıdakı vəzifələrin yerinə yetirilməsini  təmin edir: 
1. Xarici ticarət dövriyyəsinin sürətlənməsi üçün şərait yaradılması. 
2. Mallar və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin icazəli 
qaydalarına riayət olunmasının təmin olunması; 
3. Qaçaqmalçılıq,  gömrük  qaydalarının  və  valyuta  qanunvericiliyinin    pozul-
masına,  gömrük  sərhəddindən  narkotikvasitələrin,  silah,  sursat,  partlayıcı  və  psixo-
trop maddələrin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qanunsuz dövriyyəsi 
ilə mübarizə aparılması; 
4. Gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam 
həcmdə yığılmasının təmin edilməsi; 
5. Gömrük statistikası və xüsusi gömrük statistikasının aparılması üçün şərait 
yaradılması; 
6. Gömrük  orqanlarının  kompetensiyası  daxilində  valyuta  nəzarətinin  həyata 
keçirilməsi; 
7. X F –in əmtəə nomenklaturasının aparılması. 
Gömrük  nəzarətinin  həyata  keçirilməsi  üzrə  tədbirlərin  effektivliyi  gömrük 
nəzarətinin  lazımi  səviyyədə  təşkilindən  asılıdır.  Gömrük  nəzarətinin  təşkili  – 
gömrük  orqanları  tərəfindən  mallar  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhəddindən 
keçirilməsi ilə əlaqədar, effektiv gömrük nəzarətinin təmin edilməsi üçün lazım olan 
şə
raitin  yaradılması  üzrə  həyata  keçirilən  tədbirlər  kompleksidir.  Bu  kompleksə 
gömrük  nəzarətinin  həyata  keçirilməsi  üçün  zəruri  olan  gömrük  və  gömrükətrafı 
infrastrukturun yaradılması da daxildir. Gömrük nəzarətinin təşkili aşağıdakı tədbir-
lərin həyata keçirilməsini nəzərdə tutur: 
•  gömrük sərhəddindən keçirmənin yeri və vaxtının müəyyən edilməsi, 
•  gömrük nəzarətinin həyata keçirilməsi yeri və vaxtının müəyyən edilməsi, 
•  X F iştirakçıları tərəfindən idxal –ixrac əməliyyatlarının həyata keçirilməsi 
niyyəti haqda məlumat verilməsi qaydalarının müəyyən edilməsi, 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə