Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

52
 
•  Ölkə  daxilində  kifayət  qədər  istehsal  olunan  xammal  və  materiallar, 
metallar,  onların  yarımfabrikatları,  telekommunikasiya  avadanlığı  nisbətən  aşağı 
rüsumlarla idxal olunmalıdır. 
•  Tikinti    materiallarına,  ticarət  avadanlığına,  teleradio,  kino,  foto  aparatlara, 
minik 
avtomobillərinə, 
istehlak 
sənaye 
mallarına, 
elektrik 
məişət 
avadanlıqlarına,musiqi alətlərinə daha yüksək rüsum normaları tətbiq olunmalıdır. 
•  Ən  yüksək  rüsum  normaları  zinət  əşyalarına,  tütün  və  tütün  məmulatlarına, 
spirtli içkilərə,  parfumeriyaya,  xəz-dəri məmulatlarına, xalçalara tətbiq olunmalıdır. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  yuxarıda  deyilənlər  heç  də  ehkam  deyil  və 
sadəcə  olaraq  beynəlxalq  təcrübədə  gömrük  rüsum  normaları  müəyyən  edilərkən 
daha çox istifadə olunan meyarlardır.Təcrübədə hər bir ölkə gömrük tarif tənzimləmə 
tədbirlərini  işləyərkən  öz  xarici  iqtisadi  siyasətinin  prioritetlərini  nəzərə  alaraq  
ölkənin  iqtisadi  maraqları  mövqeyindən  çıxış  etməli,  gömrük  tarif  tənzimləməsinin 
nəzəri  aspektləri  və  beynəlxalq  təcrübədən  istifadə  etməklə  ölkə  üçün  optimal 
normaları müəyyənləşdirməlidir. 
qtisadiyyat  daim  inkişaf  etməkdə  olan  vahid  orqanizm  olduğundan,  onun 
tənzimlənməsi  də  kompleks  xarakter  daşımalıdır.  nkişaf  prosesinin  nəticələrindən 
asılı  olaraq  milli  iqtisadiyyatın  dünya  təsərrüfatında  yeri  labüd  olaraq  dəyişir. 
Gömrük-tarif  tənzimlənməsinin  əsasını  gömrük  tarifi  təşkil  edir.  Gömrük  tarifi  hər 
hansı  ölkənin  dünya  bazarı  ilə  qarşılıqlı  əlaqələrində  onun  daxili  əmtəə  bazarının 
dövlət tənzimlənməsinin və xarici ticarət-iqtisadi siyasətinin əsas vasitəsidir. Dünya 
təcrübəsində  tənzimlənməyən  bazar  münasibətləri  mövcud  deyil.  Dövlət  həmişə  bu 
və  ya  digər  dərəcədə  bu  prosesi  tənzimləyir.  Belə  tənzimlənmənin  intensivliyi 
konkret  milli  şərtlər  daxilində  müxtəlif  olur.  Milli  iqtisadiyyatın  xarici  rəqabətdən 
müdafiəsi məqsədi ilə həyata keçirilən ən mühüm tənzimlənmə formalarından biri də 
gömrük-tarif tənzimlənməsidir. 
Gömrük tarifinin bir-birini tamamlayan bir neçə müəyyənliyi mövcuddur: 
-  əmtəələrə  tətbiq  edilən,  gömrük  sərhədindən  keçirilən,  xarici  iqtisadi 
fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilən gömrük rüsumları 
dərəcələri toplusu; 


53
 
- ölkənin gömrük sərhədindən müəyyən əmtəənin aparılması və ya gətirilməsi 
zamanı ödənişə məruz qalan gömrük rüsumunun konkret dərəcəsi. 
Gömrük-tarif 
tənzimlənməsi 
mexanizminin 
yaradılması 
Azərbaycan 
iqtisadiyyatının keçid halında olması və milli bazarın formalaşdırılması zərurətindən 
irəli gəlir. Yeni iqtisadi münasibətlərə keçirilməsi, gömrük tarif siyasətində islahatlar 
bu vasitədən milli iqtisadiyyatın və isehsalçıların mənafeləri naminə istifadə etməyə 
şə
rait yaradır. 
Fəaliyyət  sahəsi  Azərbaycan  Respublikasının  vahid  gömrük  ərazisi  olan 
gömrük tarifinin tətbiq edilməsi aşağıdakı əsas məqsədləri güdür: 
1.  dxalın əmtəə strukturunun səmərəliləşdirilməsi; 
2.  Əmtəələrin  ixrac  və  idxalının,  valyuta  gəlirlərinin  və  xərclənmələrinin 
optimal vəziyyətinin saxlanılması; 
3.  stehsal  strukturunda  və  əmtəə  istehlakında  mütərəqqi  dəyişikliklər  üçün 
şə
rait yaradılma; 
4.  Milli iqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qorumaq; 
5.  Azərbaycan  iqtisadiyyatının  dünya  təsərrüfat  əlaqələri  sisteminə 
səmərəli inteqrasiyası üçün lazımi şəraitin təmin edilməsi. 
Gömrük-tarif tənzimlənməsi öz hüquqi mahiyyətini gömrük-tarif qanunverici-
liyində tapır. Gömrük-tarif qanunvericiliyinə iki müstəqil blok daxildir: 
Birinci  blok:  ölkənin  dövlət  sərhədindən  keçirilən  əmtəələrə  və  nəqliyyat 
vasitələrinə gömrük vergisi qoyulmasını tənzimləyən, gömrük vergisi metodologiya-
sını və bununla bağlı xarici iqtisadi əlaqə subyektlərinin hərəkətlərini müəyyən edən 
qanun («Gömrük tarifi haqqında» qanun); 
kinci  blok:  gömrük  xidmətlərin  fəaliyyətini,  onların  hüquq  və  vəzifələrini, 
gömrük nəzarəti qaydasını və bu xarakterdə olan digər məsələləri, məsələn, gömrük 
nəzarəti  sahəsində  qanunverici  və  icraedici  funksiyaların  bölgüsünü  tənzimləyən 
qanun  («Gömrük  Məcəlləsi»).  ki  müstəqil,  lakin  bir-birilə  əlaqəli  qanunvericilik 
aktlarının mövcudluğu bir sıra şərtlərlə diktə olunur. Hər şeydən əvvəl, bu qanunların 
müxtəlif  təsir  sahələridir:  birinci  qanunun  tənzimlədiyi  obyekt  gömrük  tarifi,  onun 
«arxitekturası», rüsumların təyin edilmə və tutulma metodları, gömrük güzəştlərinin 


54
 
verilməsidir; ikinci qanun, başlıca olaraq, milli gömrük nəzarəti xidmətinin fəaliyyəti 
ilə bağlı məsələləri tənzim edir. Gömrük məcəlləsinin tənzim etdiyi məsələlər ölkənin 
mili  qanunlarının  təsir  sahəsinə  aiddir.  Bu  məsələlər,  bir  qaya  olaraq,  beynəlxalq 
danışıqların  predmeti  olmur.  Bununla  yanaşı,  müxtəlif  ölkələrin  gömrük  xidmətləri 
işinin  milli  qaydalarının  unifikasiya  olunması  və  onların  gömrük  prosedurlarını 
sadələşdirən  çoxtərəfli  dövlətlərarası  və  digər  sazişlərə  əsaslanması  imkanı  istisna 
olunmur. Gömrük tarifi (gömrük məcəlləsindən fərqli olaraq), onun tətbiqi qaydaları, 
rüsum  dərəcələri  səviyyəsi,  tarif  pozisiyalarının  strukturu,  siyahısı  çox  tez-tez 
beynəlxalq danışıqların obyektinə çevrilir. Bu sahə çoxtərəfli dövlətlərarası sazişlərlə 
tənzimlənir
1

Deyilənlərə onu da əlavə etmək olar ki, gömrük məcəlləsi sabit hüquqi vasitə 
olmalı, gömrük tarifi isə daxili və xarici iqtisadi vəziyyətdə baş verən dyəişikliklərə 
operativ  reaksiya  verməlidir.  Gömrük tarifində konkret  rüsum  normaları olur ki, bu 
da idxal olunan malların qiymətinə, ölkədə daxili qiymət səviyyələrinə birbaşa təsir 
edir.  Ona  görə  də  qanunverici  hakimiyyət  tərəfindən  müəyyən  edilən  rüsum 
normaları,  onların  təyin  olunma  və  hesablanma  metodikası  mümkün  qədər  aydın, 
sabit və səlis olmalıdır. 
Qanunverici  hakimiyyət  inkişaf  etmiş  dövlətlərdə  gömrük  sistemlərinin 
formalaşmasına  və  inkişafına  həmişə  həlledici  təsir  göstərmişdir.  Lakin  son  on 
illiklərdə  tariflərin  tətbiqində  çox  funksiyaların,  qismən  dəyişdirilməsi,  rüsum 
dərəcələri ilə manevretməni icra orqanlarının əlində cəmləşdirilməsi meyli müşahidə 
olunur.  Tarifin «aparıcı konstruksiyası» - onun əmtəə siyahısı (nomenklatura), idxal 
malların  gömrük  dəyərini  təyinetmə  və  rüsumların  tutulma  metodları,  rüsumları 
tətbiq  etmə,  dəyişmə  və  ya  ləğv  etmə  mexanizmi,  malın  mənşə  ölkəsinin  təyini 
qaydaları,  icra  hakimiyyəti  orqanlarının  səlahiyyət  çərçivəsidir.  Başqa  sözlə  desək 
idxal  gömrük  tarifinin  aktiv hissəsi  - gömrük rüsumları  norması, xarici  malı ölkəyə 
idxal  etmək  hüququna  görə  vergilərdir.  dxal  gömrük  tarifi  adətən  aşağıdakı  əsas 
funksiyaları yerinə yetirir: 
                                                            
1
 Nuriyev C. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi, Bakı, 2000 
 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə