Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

67
 
•  Mallar,  nəqliyyat  vasitələri  və  onların  sənədlərinin  gömrük  orqanlarına 
təqdim edilməsinin yeri, vaxtı və çatdırılma üsullarının müəyyən edilməsi, 
•  Mallar  və  nəqliyyat  vasitələrinin  gömrük  nəzarətinə  götürülməsi,  müvəq-
qəti saxlama anbarına yerləşdirilməsi qaydalarının müəyyən edilməsi, 
•  Gömrük nəzarətinin texnoloji sxeminin hazırlanması  və s. 
Ölkəyə  gətirilən  mallar  və  nəqliyyat  vasitələri    ölkənin  gömrük  sərhəddini 
keçdiyi andan gömrük nəzarəti altında hesab olunur, çıxarılma halında isə mallar və 
nəqliyyat vasitələrinin gömrük sərhəddini faktiki keçməsinə  nəzarət olunur. Gömrük 
sərhəddindən keçirilən mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti bunun 
üçün  müəyyən  olunmuş  vaxtda  və  yerlərdə  həyata  keçirilir.  AR-nın  Gömrük 
Məcəlləsinə  görə  gömrük  ərazisinə  gətirilən    mallar  və  nəqliyyat  vasitələri  gömrük 
sərhəddini keçdiyi  andan başlayaraq aşağıdakı hallardan  biri baş verənədək gömrük 
nəzarəti altında olur: 
•  sərbəst dövriyyəyə buraxılana qədər; 
•  məhv edilənə qədər; 
•  dövlətin  xeyrinə maldan imtina olunana qədər; 
•  mallar üzərində qanuna müvafiq olaraq sərəncam verilənə qədər; 
•  mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılana qədər. 
Ə
vvəllər  gömrük  ərazisindən  çıxarılmış  mallar  və  nəqliyyat  vasitələrinin, 
yaxud  emal  məhsullarının  gömrük  qanunvericiliyinə  əsasən  mütləq  qaydada  geri 
qaytarılmasının  nəzərdə  tutulduğu  hallarda  gömrük  orqanları  həmin  mallar  və 
nəqliyyat  vasitələrinin,  yaxud  emal  məhsullarının  geri  qaytarılmasına  dair  öhdəlik-
lərin  şəxslər  tərəfindən  qanunda  nəzərdə  tutulmuş  qaydada  gömrük  prosedurlarının 
şə
rtlərinə uyğun olaraq  yerinə yetirilməsinə nəzarəti həyata keçirir. 
Gömrük  nəzarəti  lk  növbədə  gömrük  nəzarət  zonalarında  həyata  keçirilir.  Bu 
zonalar  gömrük  sahəsində,  gömrük  sərhəddi boyunca,bu  sərhəddin  keçid  mənətəqə-
lərində, gömrük rəsmiləşdirilməsi yerlərində,sərbəst zonalarda, gömrük anbarlarında, 
malların  yüklənmə,  boşalma  və  saxlanma  yerlərində,  gömrük  nəzarəti  altında  olan 
malların  daşınmasını  həyata  keçirən  nəqliyyat  vasitələrinin  dayanacaqlarında, 
gömrük  orqanlarının  yerləşdiyi  yerlərdə  və  AR  DGK  –nin  müəyyən  etdiyi  digər 


68
 
yerlərdə  gömrük  orqanları  tərəfindən  yaradılır.Bu    zonalar  rejim  zonaları  hesab 
olunur. Beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda gömrük nəzarəti gömrük 
ə
razisindən kənarda da həyata keçirilə bilər. Qanunda  nəzərdə tutulmuş hallar istisna 
olmaqla, gömrük nəzarət zonasında istehsal və digər kommersiya fəaliyyətinin həyata 
keçirilməsinə,  malların,  nəqliyyat  vasitələrinin,  şəxslərin  bu  zonanın  sərhədlərini 
keçməsinə  va  zona  daxilində  hərəkətinə  yalnız  gömrük  orqanlarının  icazəsi  ilə  və 
gömrük  nəzarəti  altında  yol  verilir.  Gömrük  nəzarəti  müxtəlifformalarda  həyata 
keçirilə  bilər.  Gömrük  nəzarətinin  tətbiq  oluna  bilən  formaları  AR-nın  GM  ilə 
müəyyən olunur. Bu formalar aşağıdakılardır
1

-mallar və nəqliyyat vasitələrinin yoxlanması; 
-şəxsi yoxlama; 
-gömrük  məqsədləri  üçün  lazım  olan  məlumatların,  elektron  və  digər  kağız 
üzərində yazılı formada sənədlərin, o cümlədən keçirilən malların baytarlıq, sanitar, 
fitosanitar və digər sertifikatlarla müşayiət olunmasının yoxlanması; 
- gömrük auditi; 
-şəxslərin sorğu sual edilməsi; 
-  gömrük  nəzarətindən  keçməli  olan  mallar  və  nəqliyyat  vasitələrinə,  onların 
yerləşdiyi  ərazilərə  və  binalara,    müvəqqəti  saxlama  anbarlarına,  gömrük 
anbarlarına,sərbəst  zonalardakı  ərazilərə  və  binalara,  həmçinin    icrasına  nəzarət 
gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük 
baxışının həyata  keçirilməsi; 
-keşik çəkmə və gömrük müşahidəsinin aparılması. 
Gömrük  nəzarətinin  formaları  milli  və  beynəlxalq  səviyyədə  işlənib  hazırlan-
mış  meyarlar  əsasında  risklərin  müəyyənləşdirilməsi,  qiymətləndirilməsi  və  qarşısı-
nın  alınması  üzrə  zəruri  tədbirlərin  həyata  keçirilməsi  məqsədi  ilə  risklərin  idarə 
olunması  təcrübəsinə  əsaslanmalıdır.  Gömrük  işində  risklərin  idarə  edilməsi  (risk 
menecmenti)  məlumatların  toplanması,  məlumat  bazasının  genişləndirilməsi, 
risklərin  təhlili,  müvafiq  proseslər  və  onların  nəticələrinin  müntəzəm  monitorinqi 
yolu  ilə    risklərin  müəyyən  edilməsi,  onların  təhlükəlilik  ehtimalı,  dövlətin  iqisadi, 
                                                            
1
 Azərbaycan Respublikasının Gömrük  Məcəlləsi, 2009, Bakı
 


69
 
sosial və digər  maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi  və 
riskə  məruz  qalmanın  azaldılması  və  qarşısının  alınması  məqsədi  ilə  gömrük 
orqanları  tərəfindən  sistematik    işlənib  hazırlanan  və  həyata  keçirilən  tədbirlər 
toplusudur.  
Fiziki  şəxslərin  gömrük  sərhəddindən  keçməsi  zamanı  şəxslər  və  onların  əl 
yüklərinə  gömrük  nəzarəti  bilavasitə  gömrük  sərhəddinin  keçilməsi  zamanı  həyata 
keçirilir.Bu halda əl yükünə  gömrük nəzarəti texniki vasitələrin  köməyi ilə həyata 
keçirilir. Gömrük orqanının vəzifəli şəxsində gömrük sərhəddini keçən  və ya gömrük 
nəzarəti zonasında, eləcə də beynəlxalq hava limanının  tranzit zonasında olan şəxsin  
üzərində  gömrük  qanunvericiliyinin  pozulması  obyekti  olan  predmetləri    gizlətməsi 
haqda  şübhələnməyə  kifayət  qədər  əsas  olduqda  gömrük  nəzarətinin  müstəsna 
forması olan şəxsi yoxlama həyata  keçirilir. 
Şə
xsi  yoxlama  başlamazdan  əvvəl  gömrük  orqanının  vəzifəli  şəxsi,  gömrük 
orqanının rəisi  vəya onu əvəz edən şəxsin şəxsi yoxlama aparılması haqda qərarını 
şə
xsə bildirməli,  bu  cür  yoxlama  zamanı  onun  hüquq  və vəzifələri    haqda  məlumat 
verməli,  gizlətdiyi  mal  və  ya  əşyaları  könüllü  olaraq  təqdim  etməyi  ona  təklif 
etməlidir.  Şəxsi  yoxlama  sanitar  gigiyenik  tələblərə  cavab  verən,  təcrid  olunmuş 
yerdə  yoxlanılan  şəxslə  həmcins  iki  hal  şahidinin  iştirakı  ilə  eyni  cinsdən  olan 
gömrük orqanının vəzifəli şəxsi tərəfindən, şəxsin bədəni müayinə olunmalı olduqda 
isə tibb işçisinin iştirakı ilə həyata keçirilir. 
Beynəlxalq  müqavilələrə  uyğun  olaraq  gömrük  nəzarətinin  müəyyən 
formalarından  azad  etmə,  bu  sazişlər  təsdiq  edildikdən  sonra  həyata  keçirilir.  AR 
GM-nin  307-316-cı  maddələrində  xarici  dövlətlərin  nümayəndəlikləri  və  onların 
ə
məkdaşları, habelə digər qeyri  rezidentlər üçün nəzərdə tutulmuş gömrük güzəştləri 
verilmişdir.  Bu  maddələrə  görə,  xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin 
başçıları,  diplomatik  heyətin  üzvləri,  onlarla  birlikdə  yaşayan  ailə  üzvlərinin  şəxsi 
baqajı  gömrük  yoxlamasından  azaddır.Əgər  bu  şəxslərin  baqajında    şəxsi  istifadə 
üçün nəzərdə tutulmayan, AR gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması 
qadağan olunmuş malların olması barədə kifayət qədər əsas  olarsa, gömrük orqanları 
həmin  şəxsin  və  onların  səlahiyyətli  nümayəndələrinin  iştirakı  ilə  gömrük  baxışı 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə