keçirən maddi istehsal sahəsi olmayıb, həmçinin iqtisadi fəal əhalinin çox böyük
hissəsinin çalışdığı və məşğulluğa təminat verdiyi sahə olmasıdır.
Araşdırmalar göstərir ki, aqrar sahənin davamlı inkişafı və onun formalaşması,
eləcə də davamlı aqrar iqtisadiyyatın qurulması məsələləri onun tənzimləmə
mexanizmlərinin düzgün təşkil edilməsi ilə birbaşa asılılıq təşkil edir. Davamlı
inkişafın qarşıya qoyduğu strateji məqsədlərin əldə olunması prosesində məhz
tənzimləmə mexanizminin müxtəlif təsir rıçaqlarından geniş istifadə edilir və
tənzimləmə fəaliyyətinin yekunları bu təsir rıçaqları ilə bağlı olur. Bu baxımdan,
davamlı inkişafın dövlət tənzimlənməsinin öyrənilməsi və təhlili böyük elmi və
praktiki əhəmiyyət kəsb edir. Dövlətin başlıca funksiyalarından biri hesab edilən
dövlət tənzimlənməsi məsələsi, tarixən də iqtisadçıların və ayrı-ayrı dövlət
xadimlərinin diqqət mərkəzində olmuşdur.
Aqrar sahənin dövlət tənzimlənməsinin zəruriliyi ilə əlaqədar irəli sürülən
fikirlərə əsaslanaraq bildirmək istərdik ki, dövlət tənzimlənməsinin həyata
keçirilməsinə başlamazdan əvvəl aqrar sahənin prioitet sahələri müəyyənləşdirilməli
və tənzimləmə tədbirləri məhz həmin sahələrdə icra olunmalıdır. Davamlı inkişafın
məqsədləri baxımından aqrar sahənin əsas prioritetlərinə aşağıdakılar aid edilə bilər:
aqrar sahədə davamlı inkişafa keçidin əldə olunması; ərzaq təhlükəsizliyinin təmin
edilməsi; kənd təsərrüfatı istehsalının dəstəklənməsi və səmərəli proteksionizm
siyasətinin yürüdülməsi; kənd ərazilərində infrastrukturun inkişaf etdirilməsi;aqrar
sahədə çalışan işçilərin gəlir səviyyəsinin respublika üzrə orta göstəriciyə
yaxınlaşdırılması;aqrar sahədə elmi-tədqiqat işlərinin sürətləndirilməsi və bu sahəyə
dövlət qayğısının gücləndirilməsi; ətraf mühitin mühafizəsi; aqrar sahədə çalışan
işçilərin bilik səviyyəsinin yüksəldilməsi; təmiz qida siyasəti və s.
Təqdim edilən əsas prioritetlərdən də göründüyü kimi, aqrar sahədə davamlı
inkişafın təmin edilməsi qlobal və ümummilli məqsədlərə nail olmağı nəzərdə tutur
və ona görə də, bu işdə dövlətin rolu xüsusilə vacibdir. Bu vaciblik məhz onun
qarşıya qoyduğu məqsədlərdə əks olunur. Aqrar sahənin davamlı inkişafının dövlət
tənzimlənməsində dövlətin əsas məqsədlərini, ilk növbədə iqtisadi, sosial və ekoloji
məqsədlər üzrə qruplaşdırmaq olar. Bu baxımdan iqtisadi məqsədlərə aşağıdakıları
aid etmək olar:
-
iqtisadi tənəzzülün qarşısının alınması və iqtisadi artım üçün şəraitin
yaradılması;
-
iqtisadi artımın və məşğulluğun yüksək və stabil səviyyəsinin qorunub
saxlanılması;
-
resurslardan qənaətli istifadəyə keçid; kənd təsərrüfatı məhsulları bazarının
formalaşdırılması və onun stabil fəaliyyətinin təmin edilməsi;
-
haqsız rəqabətin və inhisarçılığın qarşısının alınması; rəqabətqabiliyyətli
məhsul istehsalının təmin edilməsi;
-
yerli istehsalçıların xarici iqtisadi fəaliyyətin mənfi təsirlərindən qorunması;
-
real sektorda işgüzar fəallığın stimullaşdırılması;
-
aqrosənaye istehsalı sferasının maliyyələşmə məsələsinin, o cümlədən
kreditləşmə və sığorta probleminin həll edilməsi.
Sosial məqsədlər qismində əhalinin həyat səviyyəsinin yüksəldilməsi və
yoxsulluğun azaldılması;
-
hər kəsin ehtiyaclarının daha yaxşı ödənilməsini nəzərdə tutan sosial
tərəqqinin əldə olunması;
-
insanlar arasında sosial bərabərsizliyin və təbəqələşmənin azaldılması və ya
minimuma endirilməsi;
-
ə
halinin sosial xidmətlərə çıxışının təmin edilməsi və sosial infrastrukturun
inkişaf etdirilməsi kimi amillər nəzərə alınır.
Ekoloji məqsədlərə aiddir:
-
bunlara ətraf mühitin səmərəli mühafizəsinin təmin edilməsi;
-
ə
traf mühitin çirklənməsinin qarşısının alınması;
-
insanların təmiz qida ilə təmin edilməsi;
-
təbii resurslardan kortəbii istifadənin qarşısının alınması;
-
ekoloci tarazlığın qorunub saxlanılması məsələləri aid edilir.
Qeyd edilən məqsədlərə çatmaq üçün dövlətin əlində müxtəlif təsir imkanları
vardır ki, onlar da dövlət tənzimlənməsinin ayrı-ayrı metodları vasitəsilə reallaşdırılır.
qtisadi ədəbiyyatda iqtisadiyyatın dövlət tənzimlənməsinin metodları həyata
keçirilmə üsullarına görə birbaşa (inzibati) və dolayı (iqtisadi) metodlara bölünür.
Bazar iqtisadiyyatına keçid iqtisadiyyatın bütün sferalarında olduğu kimi aqrar
sahənin tənzimlənməsinin də yeni forma və metodların işlənib hazırlanmasını və
həyata keçirilməsini zəruri edir. Bu zaman azad bazarın əsas atributları olan istehsal
azadlığı, qiymət azadlığı, xüsusi mülkiyyət prioritet olmaqla mülkiyyət formalarının
müxtəlifliyi, azad rəqabət, müqavilə, əmək növünü seçib isləmək, fəaliyyətdən əldə
olunan gəlirin xərclənməsi, mülkiyyət əldə etmək və informasiya əldə etmək
azadlıqları, iqtisadiyyata dövlət müdaxiləsinin minimumlaşdırılması kimi prinsiplərin
gözlənilməsi ilə yanaşı aqrar sektorda dövlətin proteksionist fəaliyyətinin həyata
keçirilməsi prinsipi də təmin edilməlidir.
Birbaşa metodlar dövlətin inzibati-imperativ xarakterinə əsaslanmaqla aqrar
münsibətlərin tənzimlənməsinə birbaşa müdaxiləni nəzərdə tutur. Məs, aqrar sektorda
bəzi fəaliyyətlərin həyata keçirilməsi üçün dövlət tərəfindən tətbiq edilən
lisenziyalaşdırma mexanizmi kimi.
Beləliklə, yuxarıda qısa xarakterizə etiyimiz tənzimlənmə üsul və
mexanizmlərinin aqrar sektorda necə həyata keçirildiyinə diqqət yetirək.
Aqrar sahədə münasibətlərin tənzimlənməsində istifadə edilən əsas
mexanizmlərdən biri mülkiyyət və sahibkarlıq münasibətləri üzrə tətbiq edilən
normativ-hüquqi aktların qəbul edilməsidir. Təsərrüfatdaxili və təsərrüfat xarici
olmaqla iki böyük münasibətlər blokunu özündə birləşdirən aqrar münasibələr
sisteminin tənzimlənməsi zamanı normativ-hüquqi aqtların qəbulundan geniş istifadə
edilir. Xüsusilə keçid iqtisadiyyatı şəraitində bu sahədə qəbul olunmuş normativ -
hüquqi aqtlar həyata keçirilən transformasiya prossesinin həm vasitəsi (tənzimləmə
aləti), həm də bir növ nəticəsi rolunda çıxış edir. Belə ki, qəbul edilən hər bir yeni
normativ-hüquqi aqt və ya ona edilmiş əlavə və dəyişikliklər bir tərəfdən yeni iqtisadi
münasibələrin formalaşmasına xidmət edirsə, digər tərəfdən inkişaf edən yeni iqtisadi
münasibətlər sistemi yeni normativ aqtların qəbulunu və ya onlarda müəyyən
dəyişiklik edilməsini zəruri edir. Bu zaman normativ-hüquqi aktların tənzimləmə
Dostları ilə paylaş: |