mexanizmlərindən biri kimi çıxıs edir. Çünki bu investisiyalar həyata keçirilərkən
lazım olan bir sıra əmtəə və xidmətlər dövlət kontrakt sistemi çərçivəŞində dövlət və
ya özəl bölmə müəssisələri ilə bağlanmış müqavilələr vasitəsilə təmin edilir. Bu
zaman ən geniş yayılmış mexanizmlərdən biri də tenderlərin keçirilməsidir.
Bu baxımdan aqrar sahədə dövlət investiŞsiyaları suvarma sistemlərinin
inkişafı, meliorasiya-irriqasiya işlərinin, enerji təminatının yaxşılaşdırılması, təbii
fəlakətlərin qarşısının alınmasına və ya onun nəticələrinin aradan qaldırılmasına
yönələn tədbirlərin, karantin xidmətinin, ölkədə mövcud qida standartlarının təyin
edilməsi və onların inkişaf etdirilməsi ilə bağlı tədbirlərin, aqrar elmin inkişafı, bu
sahədə elmi araşdırmaların aparılması işlərinin, fermerlərin maariflənməsi üçün
informasiyasistemlərinin genişləndirilməsi kimi bir sıra ictimai xarakterli tədbirlərin
həyata keçirilməsi istiqamətlərinə yönəldilir.
Bazar iqtisadiyyatı şəraitində aqrar bölmənin tənzimlənməsi prossesində dövlət
sahibkarlığı mexanizminin də mühüm rolu vardır. Dövlət mülkiyyətli
müəssisələrininhəyata keçirdikləri dövlət sahibkarlığı əsasən aqrar sektora yönəlmis
yardım siyasətinihəyata keçirməkdə instutsional vahidlər kimi çıxış edirlər. Bunların
tərkibinə müxtəlif istiqamətli infrastruktur xidmətlərini həyata keçirən müəssisələrlə
yanaşı, həyatakeçirilən dövlət siyasətinə uyğun yaradılmış aqrar sektoru kreditlə,
xammal vəyanacaqla təmin edən, onlara anbarlaşdırma xidməti göstərən, kənd
təsərrüfatıməhsullarını təyin edilmiş qiymətlərlə tədarük edib, sonradan müxtəlif
bazarlardareallaŞdıran dövlət tədarük müəssisələri kimi qurumlar daxildir.
Bazar iqtisadiyyatı şəraitində aqrar sahə də daxil olmaqla perespektivə
yönəlmis iqtisadi idarəetmə komanda iqtisadiyyatında olduğu kimi direktiv
planlaşdırmaya deyil, strateji-indiqativ plan, proqnoz və proqramlaraəsaslanır. Məhz
bu mexanizmlərdən istifadə edilməsi dövlətə imkan verir ki, bazar iqtisadiyyatının
mürəkkəb, dəyiskən və bəzi hallarda qeyri-müəyyən xarakterini nəzərə alaraq aqrar
sektorda iqtisadi prossesləri öz nəzarəti altında saxlasın və onların gələcək inkişafını
yönləndirsin.
FƏS L 2. AZƏRBAYCANRESPUBL KASINDA AQRAR SEKTORUN
DAVAMLI NK ŞAFININ FORMALAŞMASININ MÖVCUD VƏZ YYƏT VƏ
BU ST QAMƏTDƏ HƏYATA KEÇ R LƏN DÖVLƏT S YASƏT N N ƏSAS
ST QAMƏTLƏR
2.1 Azərbaycanda aqrar sektorun davamlı inkişafının tənzimlənməsinin iqtisadi
mexanizminin mövcud vəziyyətinin təhlili
Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi
kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf
mərhələsinə qədəm qoymuş, respublikanın ərzaq təhlükəsizliyinin təmini prosesində
mühüm nailiyyətlər əldə olunmuşdur. Bu da təsadüfi deyildir - Azərbaycan
Respublikasında bazar iqtisadiyyatı sisteminə transformasiya prosesi aqrar sahədən
başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərindən özünü kəskin şəkildə büruzə
verən tənəzzül meyilləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur.
Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə
üzrə əksər məhsulları, o cümlədən, taxıla olan tələbatı yerli istehsal hesabına tam
ödəməkdədir. Ərzaq təhlükəsizliyi baxımından isə, bu, olduqca mühüm nailiyyət
hesab edilir. Ölkə Prezidenti lham Əliyevin dediyi kimi: "Biz aqrar sektorun inkişafı
istiqamətində bütün imkanlarımızı səfərbər etməklə yanaşı, kənd təsərrüfatı
istehsalçılarından da keyfiyyətli məhsul, mütərəqqi təsərrüfatçılıq vərdişləri, yüksək
işgüzarlıq və təşəbbüskarlıq gözləyirik. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət növü
deyil. O, həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaratdığı
təsərrüfatçılıq ənənəsidir".
Bildiyiniz kimi, bu gün aqrar sahədə aparılan uğurlu siyasətin ən mühüm
nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara, o cümlədən, taxıla
olan tələbatının yerli istehsal hesabına tam ödənilməsidir. O da xüsusi olaraq qeyd
edilməlidir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımlar, texnika
və gübrə alınmasına edilən güzəştlər nəticəsində taxıl əkinlərinin sahəsi
genişləndirildi. Kənd təsərrüfatı istehsalçılarına dövlət yardımının gücləndirilməsi
məqsədilə dövlət başçısı lham Əliyev 2007-ci il 23 yanvar tarixdə "Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncam imzalayıb. Prezident
lham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-
ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq
təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəmə malikdir. Bu proqram,
demək olar ki, aqrar sahənin strateji xəttini tam müəyyənləşdirib.
Azərbaycan üçün bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən
asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını
təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti
sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay
sahibidir (son illər üzrə kənd təsərrüfatı sahələrində bütün məşğul əhalinin təxminən
40%-i, neft sektorunda isə cəmi 1%-i işləyirdi). Eyni zamanda bu sahə həm də kənd
yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir. 1995-ci ildən uğurla
həyata keçirilən aqrar islahatlar nəticəsində ölkə iqtisadiyyatında bazar
münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar
bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın formalaşmasına, kəndin
simasınının dəyişdirilməsinə ciddi təsir göstərmişdir. Kənd təsərrüfatının sosial və
sahəvi tərkibində əsaslı dəyişikliklər baş vermişdir. ri təsərrüfat formalarının
ə
vəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılmış, geniş
miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq
sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası
üzərində dövlət mülkiyyət forması fərdi (şəxsi) mülkiyyətlə əvəz edilmişdir. 2013-cü
ildə kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı sahəsində yaradılan məhsulun
dəyəri 3057,8 milyon manat, 2012-ci ildə isə 2813,7milyon manat olmuş,müvafiq
olaraqyaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 2013-cü ildə 5,3%, 2010-cu
ildə isə 5,1% təşkil etmişdir.
Cədvəl 2.1
11
11
Cədvəl Azərbaycan Dövlət Statistika Komitəsinin materialları əsasında hazırlanmışdır
Dostları ilə paylaş: |