Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

kinci istiqamətdəkihədəf baxımından aqrar siyasətin məqsəd və vəzifələri isə 
daha  geniş  əhatəlidir.  Bunun  üçün,  ilk  növbədə,  rəqabət  üstünlüklərindən  səmərəli 
şə
kildə istifadə edilməsi və rəqabətqabiliyyətliliyin yüksəldilməsi baxımından dövlət 
tənzimlənməsinin nəzəri məsələlərinin öyrənilməsi zəruridir. 
Müasir  dövrdə  dövlətin  aqrar  siyasətinin  daha  yaxşı  dərk  edilməsi  və 
effektivliyinin  artırılması  məqsədilə  bu  sektorun  spesifik  xüsusiyyətlərinin  və  ölkə 
iqtisadiyyatında  oynadığı  rolunun  da  ətraflı  öyrənilməsinə  ehtiyac  vardır.  Müxtəlif 
mənbələrə əsasında aqrar sektorun spesifik xüsusiyyətlərini və ölkə iqtisadiyyatında 
oynadığı rolu aşağıdakı istiqamətlərdə qruplaşdırmaq mümkündür: 
•  Aqrar  sektor  insan  həyatı  üçün  zəruri  istehlak  məhsullarının  böyük  bir 
qismini  təmin  edir.  Həmin  məhsulların  mühüm  hissəsini  aqrar  sektorda  istehsal 
olunanərzaq məhsulları təşkil edir. Bu baxımdan qidalanma sisteminin coğrafi mühit 
vəmədəni  faktorlar  əsasında  formalaşdığını,  əhalinin  ərzaqla  təminatının 
stratejiəhəmiyyət kəsb etdiyini nəzərə alaraq hər bir ölkənin özünəməxsus, müstəqil 
aqrarsiyasətinin olması ictimai bir vəzifə kimi ortaya çıxır; 
•  Aqrar  sektor  sənaye  müəssisələrinin  əsas  xammal  mənbəyidir.  Yeyinti, 
toxuculuq kimi bir sıra sənaye sahələrində emal olunan əsas xammal resursları aqrar 
sektor tərəfindən təmin edildiyindən bu sektor davamlı sənaye inkişafı baxımından da 
mühüm əhəmiyyət kəsb edir; 
•  Aqrar  sektor  sənaye  məhsulları üçün böyük bazardır.  Başda neft-kimya  və 
maşınqayırma  olmaqla  bir  sıra  sənaye  sahələrinin  məhsulları  aqrar  sektorda  geniş 
şə
kildə istifadə edilir; 
•  Aqrar  sektor  zəif  inkişaf  etmiş  ölkələrdə  əhalinin  məşğul  olduğu  əsas 
sahədir. Hal-hazırda məşğul əhalinin ABŞ-da 2%-i, AB-də 2-4%-i,  EOÖ-də 59%-i, 
Azərbaycanda isə 40-i aqrar sektorda çalışır; 
•  Aqrar sektorda yaranan kapital yığımı sənaye üçün investisiya mənbəyidir. 
Ə
slində  II  Dünya  müharibəsindən  sonra  inkişaf  iqtisadiyyatının  əsas 
tədqiqatobyektlərindən  biri  də  aqrar  sektorda  yaranan  izafi  dəyərin  ölkənin 
sənayeləşməsi yolunda necə səmərəli istifadə edilməsi ilə bağlıdır; 
•  Aqrar sektor məhsullarının mühüm bir hissəsi ixrac edildiyindən ölkə üçün 


valyuta 
mənbəyi 
rolunu 
oynayırlar. 
nkişafın 
ilkin 
pilləsində 
olan 
ölkələrdəsənayeləşmə  prossesinə  təkan  verən  amillərdən  biri  də  xaricdən  mütərəqqi 
kapitalresurslarının  idxal  edilməsidir.  Məhz  bu  idxalın  həyata  keçirilməsində  aqrar 
sektorunixracından əldə edilən valyuta resursları əsas mənbədir; 
•  Aqrar sektor ekoloji cəhətdən əlverişlidir. Burada bir sahənin tullantılarının 
digər  sahədə  istifadə  edilə  bilmə  imkanlarının  geniş  olması  onu  ekoloji  cəhətdən 
ə
lverişlı edir; 
•  Aqrar  sektor  texnoloji  inkişafın  təsirinə  ən  çox  məruz  qalan  sahələrdəndir. 
Bu gün inkişaf etmiş cəmiyyətlərdə aqar sektorda məşğulluğun payının cəmi 2-4% 
•  olması  məhz  texnoloji  inkişafın  nəticəsidir  və  bu  iş  qüvvəsinin  digər 
sektorlara  yönəlməsinə  təsir  edir.  Digər  tərəfdən  texnoloji  inkişaf  məhsul  bolluğu 
yaradaraq qiymətlərin aşağı düşməsini və istehlakçıların rifah halının yaxşılaşmasını 
da təmin edir; 
•  Aqrar  sektorda  istehsal  prossesi  daha  çox  təbii  amillərdən  asılıdır.  Kənd 
təsərrüfatında  istehsalın  əsas  amili  torpaq  olduğundan  orada  baş  verən  istehsal 
prossesinə  istehsalçılar  tərəfindən  tam  nəzarət  edilə  bilmir.  Yəni  istehsalçının 
iradəsindən  kənarda  baş  verən  daşqın,  sərt  quraqlıq,  gözlənilməz  şaxta,  zərərverici 
həşaratların yayılması kimi təbiət hadisələri istehsal səviyyəsinə birbaşa təsir edir; 
•  Dövlətin aqrar sektorla bağlı siyasəti kənd və regional iqtisadi siyasət kimi 
bir  sıra  dövlət  siyasəti  istiqamətləri  ilə  sıx  bağlıdır.  Məlumdur  ki,  dünyanın 
həryerində  aqrar  sektor  fəaliyyətləri  müəyyən  ərazi  üzrə  və  kənd  əhalisi  tərəfindən 
aparılır.  Bu  baxımdan  aqrar siyasət tədbirləri  kəndlər  və  regional inkişafla  bağlı bir 
sıra tədbirlərlə uzlaşmalı və birgə aparılmalıdır;  
•  Aqrar 
sektorda 
rəqabət 
daha 
kəskindir. 
Çoxlu 
istehsalçıların 
mövcudluğundan  irəli  gələn  bu  xüsusiyyət  sağlam  rəqabətə  geniş  imkanlar  açsa  da 
bəzən  rəqiblərin  əkilən  torpaqların  miqdarını  təyin  etmə  kimi  istehsal  qərarlarını 
proqnozlaşdırmağın  çətinliyi  bazar  konyukturasını  düzgün  qiymətləndirməyə  imkan 
vermir; 
•  Aqrar  sektorda  qiymətlər  və  gəlirlər  yüksək  dalğalanma  nümayiş  etdirir. 
Məhsullarına  olan  tələbin  qeyri-elastikliyi,  istehsalın  təbii  amillərdən  asılılığı  və 


mövsümiliyi,  yüksək  rəqabətlilik  aqrar  sektorda  qiymətləri  və  gəlirləri  tez-tez 
dəyişdirən əsas amillərdir; 
•  Aqrar  sektorda  assimmetrik  informasiya  problemi  qeyri-mükəmməl 
maliyyə-kredit  və  sığorta  bazarının  yaranmasına  səbəb  olur.  Çünki  gəlirlərin  tez-
tezdəyişməsi  maliyyə-kredit,  sığorta  müqavilələrinin  bağlanmasına  təsir  göstərir 
vəhəmin maliyyə institutlarının bu sektora olan maraqlarını zəiflədir; 
•  Aqrar  sektorda  istehsal  ərazilərinin  miqyasca  genişliyi  bəzi  əlavə 
xərcləryaradır.Xüsusilə  təsərrüfat  gəlirlərinin  bölgüsündə  iştirak  etməyən  isçilərə 
nəzarət etmək üçün xeyli əlavə xərc çəkilir. 
Aqrar  sektorun  yuxarıda  göstərilən  iqtisadi  inkişafda  rolu  və  təbii 
xüsusiyyətləri nəzərə alınaraq formalaşan dövətin aqrar siyasəti bu gün ümumiqtisadi 
siyasətin  tərkib  hissəsi  olmaqla  müxtəlif  istiqamətləri  əhatə  edir  və  bu  zaman  aqrar 
sektor və aqrar sektor istehsalçılarının daim dövlətin xüsusi proteksionist tədbirlərinə 
ehtiyac duyması prinsipi gözlənilir. 
Ümumiyyətlə  kənd  təsərrüfatının,  kənd  yaşayış  məskənlərinin,  bütövlükdə 
aqro-sənaye  kompleksinin  inkişaf  konsepsiyalarının,  strateji,  taktiki  məqsəd  və 
vəzifələrinin  işlənib  hazırlanması,  reallaşdırılması  yollarının  konkret  tədbir  və 
mexanizmlərinin  əsaslandırılması,  həmçinin  həyata  keçirilməsi  üzrə  sosial-
iqtisadi,hüquqi  və  təşkilati  xarakterli  tədbirlərin  məcmusu  kimi  xarakterizə  edə 
biləcəyimiz  aqrar  siyasət  stabil  iqtisadiyyat  və  keçid  iqtisadiyyatı  şəraitində  qarşıya 
qoyduğu məqsəd və vəzifələr baxımından fərqli mahiyyət kəsb edir. Strateji məqsədi 
aqrar  istehsalçıları  ədalətli  və  zəruri  həyat  səviyyəsi,istehlakçıları  münasib 
qiymətlərlə  və  lazımı  miqdarda  ərzaq  məhsulları,  sənayesahələrini  isə  zəruri 
xammalla  təmin  etmək  olan  aqrar  siyasət  keçid  dövründə  bir  sıra  alt  məqsədlər  də 
daşıyır: 
•  Aqrar sektorun bütövlükdə bazar iqtisadi sisteminə transformasiyası; 
•  Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi; 
•  Aqrar istehsalda keyfiyyət və məhsuldarlığın yüksəldilməsi; 
•  Aqrar istehsalçıların gəlirlərində stabilliyin təmin edilməsi və onların həyat 
•  standartlarının yaxşılaşdırılması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə