Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

edilməsinə  əlverişli  şəraitin  formalaşdırılmasını  da  ehtiva  edir.  Əhalinin  alıcılıq 
qabiliyyətli  tələbinin  formalaşdırılması  və  onun  stimullaşdırılmasına  yönəldilmiş 
tədbirlərin həyata keçirilməsi zamanı ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlər 
sisteminin  tənzimlənməsi  də  diqqəti  çəkən  məqamlardandır.  Bazar  münasibətləri 
şə
raitində  qiymətlərin  səviyyəsinə birbaşa  inzibati təsir iştisna edildiyindən qiymətlər 
sisteminin  tənzimlənməsində  daha  çox  qeyri-müstəqil  iqtisadi  yasitələrdən  istifadə 
məqbul hesab edilir.  
• 
daxili  bazarda  yerli  əmtəə  istehsalçılarının  əmtəə  təklifinin  həcminin 
artırılmasına  yönəldilmiş  stimullaşdırıcı  tədbirlərin  həyata  keçirilməsi;  Dövlət 
tərəfindən  aqrar  bazarda  və  eləcə  də  aqrar  iqtisadiyyatda  səmərəli  təklifin 
formalaşdırifmasına yönəldilmiş tədbirlərə aşağıdakılar aid edilir; 
• 
aqrar  sahədə  fəalFyyət  göstərən  əmtəə  istehsalçılannın  maddi- 
texniki bazasının və istehsal potensialının həcminin genişləndirilməsi; 
• 
aqrar sahədə yerli və xarici investorların cəlb edilməsinin stimullaşdınlması; 
• 
aqrar sahədə daxili və beynəlxalq konyunktura uyğun səmərəli istehsalın təmin 
edilməsinə yönəldilmiş fəaliyyətinin gücləndirilməsi; 
• 
aqrar  sahədə  istehsal  edilmiş  kənd  təsərrüfatı,  ərzaq  və  yeyinti 
məhsuliarının daxili (xarici) bazarda rəqabət qabiliyyətinin yüksəldilməsi; 
•.  aqrar  sahəyə  dövlət  və  digər  kanallar  hesabına  zəruri  maliyyə  yardımının 
göstərilməsi; 
• 
aqrar  sahədə  ekoloji  cəhətdən  təmiz  və  keyfiyyətlı  məhsulun  istehsar 
edilməsi; 
• 
aqrar  şahədə  fəaliyyət  göstərən  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarını   
çoxsaylı  risklərdən      sığortalamaq      məqsədilə      səmərəli  sığorta  təminatının 
formalaşdırıiması ; 
• 
qjymətlərin  səviyyəsinə  hərtərəfli  yardımın  göstərilməsi  və  o cümlədən 
aqrar  böjmənin  sferaları  arasında  qiymət  disparitetinin  aradan  qaldırılması  ilə  bağlı 
zəruri tədbirlərin həyata keçirilməsidir;  
Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  sektorda  dövlət  təminatının  həyata 


keçirilməsində  ən  təsirli  mexanizm  kimi  maliyyə-kreditmexanizmləri  çıxış  edir. 
Ümumilikdə  maliyyə-kredit  mexanizmləri  iqtisadiyyatda  mühüm  olan  inflyasiya, 
işsizlik,  faiz  dərəcələri,  valyuta  kursları,  tədiyyə  balansı  kimi  makroiqtisadi 
göstəricilərin  əlverişli  səviyyədə  saxlanmasını  təmin  etməklə  yanaşı  onun  kredit, 
vergi  gömrük  və  qiymət  mexanizmlərindən  aqrar  sektorun  tənzimlənməsində  geniş 
istifadə  edilir.  Bu  sahədə  dövlət  fermerlər  üçün  ucuz  kredit  resurslarının  təmin 
edilməsi,  onlara  bir  sıra  vergi  və  gömrük  güzəştlərinin  tətbiq  edilməsi,  ixarcın 
subsidiyalaşdırılması  və  kreditləşdirilməsi,  yerli  istehsalı  qorumaq  üçün  idxal 
vergiləri və kvotalarının müəyyənləşdirilməsi, istehsal olunmuş məhsullara minimum 
və  ya  maksimum  qiyməthədlərinin  qoyulması  kimi  tədbirləri  həyata  keçirir.  Bu 
zaman əsas məsələ fermerlərin gəlirlərini müəyyən səviyyədə qorumağa imkan verən 
qiymət siyasətinin həyata keçirilməsidir ki, onun da aşağıdakı formaları mövcuddur: 
a)  qiymət  səviyyəsinin  qorunması(price  support):  Bu  mexanizm  kənd 
təsərrüfatı məhsullarına dövlət tərəfindən təyin edilən minimum qiymət səviyyəsinin 
qorunmasına xidmət edir; 
b)  təklifi  məhdudlasdırmaqla  qiymət  səviyyəsinin  qorunması(restricting 
supply):  Gördüyümüz  kimi  fermerlərin  əksər  problemlərinin  başında  öz 
məhsullarının  ümumi  təklif  həcminə  nəzarət  edə  bilməmələri  və  onu  düzgün 
qiymətləndirə  bilməmələridir.  Məhz  belə  olduqda  əksər  hallarda  istehsal  etdikləri 
məhsulları  istədikləri  qiymətə  reallaşdıra  bilmirlər  və  bu  da  onların  gəlirlərinə  təsir 
göstərir.  Bu  baxımdan  dövlətin  tətbiq  etdiyi  digər  bir  mexanizm  kənd  təsərrüfatı 
məhsullarının  ümumi  təklifini  məhdudlaşdıraraq  fermerlər  üçün  təyin  etdiyi 
minimum qiymət səviyyəsini qoruyub saxlamaqdır; 
c)  hədəf  qiyməti  və  aradakı  fərqin  ödənilməsi  (target  prices  and  deficiency 
payments); 
d)  kili qiymət mexanizmi(dual price system): Bu mexanizmdə planlaşdırma və 
azad  bazar  mexanizmi  birgə  fəaliyyət  göstərir.  kili  qiymət  mexanizmində  dövlət 
fermerlər  qarşısında,  fermerlər  də  dövlət  qarşısında  öhdəlik  götürür.  Öhdəliyə  görə 
dövlət fermerin istehsal etdiyi məhsuldan əvvəlcədən müəyyənləşdirilmiş miqdar və 
qiymətdə  tədarük  edir.  Əgər  fermerin  əlavə  məhsulu  qalarsa,  ona  imkan  verilir  ki, 


qalan hissəni  azad  bazarda  mövcud  sərbəst qiymətlər səviyyəsində  reallaşdırsın.  Bu 
sistemdə  dövlət  öz  ehtiyat  fondunu  formalaşdırır  və  fermerlər  üçün  sabit  qiymətli 
bazar qismində çıxış edir. 
Son illər qiymətlə  bağlı  həyata  keçirilən  bu  mexanizmlərin  bir  qədər  azaldığı 
və  yeni  bir  sistemin,  Birbaşa  Gəlir  Ödəməsi(direct  income  payment)  sisteminin 
genişyayıldığı  müşahidə  olunur.  Bu  sistemə  görə  artıq  qiymət  dəstəkləmələri  və 
təklifin  məhdudlaşdırılması  kimi  tədbirlər  azaldılır  və  konkret  təyin  olunmuş 
təsərrüfat  subyektlərinə  illik  birdəfəlik  maliyyə  yardımı  göstərilir  və  bu  zaman 
yardımlar  məhsula  görə  deyil,  istehsalçıya  verilir  və  qiymətlər  bazar  tərəfindən 
sərbəst müəyyənləşir. 
Sadəcə fermer əvvəlcədən dövlət tərəfindən nə qədər yardım alacağını bilir və 
istehsalını da elə istiqamətdə qurur ki, zərər çəkməsin. Aqrar sektorda maliyyə-kredit 
mexanizmlərinin isifadə olunduğu digər mühüm bir istiqamət fermer təsərrüfatlarında 
istehsal  xərclərini  dolayı  yolla  aşağı  salmaqdır.  Bu  zaman  dövlət  xüsusi 
ixtisaslaşdırılmış aqrar banklar vasitəsilə fermerlərə güzəştli kredit imkanları yaradır, 
gübrə,  toxum  kimi  xammal  subvensiyaları  tətbiq  edir,  istehsal  etdikləri  məhsulların 
sığortalanmasını,  anbarlaşdırılmasını  həyata  keçirir,  onların  tanıdılması  üçün 
marketinq-reklam  sahəsində  yardımlarını  göstərir,  elmi-texniki  və  informasiya 
dəstəyi təmin edir. 
Maliyyə-kredit  mexanizmlərinin  digər  mühüm  bir  növü  vergi  və  gömrük 
vasitələridir. Belə ki, dövlət aqrar sektorun cəzbediciliyini artırmaq məqsədilə bəzən 
vergi  və  gömrük  güzəştləri  təyin  edir,  yerli  fermerlərin  qorunması  məqsədilə  əksər 
kənd  təsərrüfatı  məhsullarının  idxalına  yüksək  idxal  vergiləri  və  kvota,  yüksək 
keyfiyyət standartları kimi qeyri-tarif məhdudiyyətləri tətbiq edir. 
Məlum olduğu kimi bazar iqtisadiyyatı şəraitində bir sıra əmtəə və xidmətlər 
istehsalını həyata keçirmək ya özəl bölmənin imkanları xaricindədir, ya onları lazımı 
səviyyədə  həyata  keçirə  bilmirlər,  ya  da  ümumiyyətlə  bu  işdə  maraqlı  deyillər. 
ctimai  əmtəə  və  xidmətlər  dediyimiz  bu  nemətlər  əsasən  infrastruktur  sahələrini 
ə
hatə edir ki, onların da yaradılması birbaşa dövlət investisiyaları və dövlət sifarişləri 
vasitəsilə  həyata  keçirilir.  Dövlət  sifarişləri  dövlətin  investisiya  fəaliyyətinin  əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə