•
stehsalın bazar tələblərinə uyğun, daxili və xarici tələb istiqamətində
inkisaf etdirilməsi və istiqamətləndirilməsi;
•
xracın genişləndirilməsi və dünya ticarət sisteminə uyğunlaşdırılması;
• Cəmiyyətdə iqtisadi və siyasi tarazlıqların təmin edilməsi və qorunması;
• Təbii resursların qorunması məqsədilə tarazlı və ekologiyaya uyğun
infrastrukturun formalaşdırılması.
Bununla yanaşı stabil iqtisadiyyat şəraitində həyata keçirilən aqrar siyasət
tədbirləri mövcud aqrar münasibətlərin səmərəliliyini artıraraq, onların daha da
inkişaf etdirilməsinə xidmət edirsə, keçid iqtisadiyyatı şəraitində köhnə
münasibətlərin tamamilə aradan qaldırılıb yeniləri ilə əvəz edilməsinə xidmət edir və
bu köhnə daxilində ortaya çıxaraq tədricən inkişaf edən yeni münasibətləri mövcud
buxovlardan azad etmək və ya tamamilə yenilərini formalaşdırmaq yolu ilə həyata
keçirilir. Bu baxımdan stabil iqtisadiyyat şəraitində aqrar siyasət kənd təsərrüfatı
məhsullarının qiymət və buraxılış səviyyəsini lazımı həddə saxlamaq, onların
sığortalanmasını təmin etmək, dünya bazarlarında satışını subsidiyalaşdırmaq, aqrar
təsərrüfatlara xammal yardımı göstərmək, torpaq və su ehtiyatlarını qorumaq, aqrar
elm sahəsində araşdırmaları genişləndirmək, fermerlərin kreditləşdirilmə məsələlərini
həll etmək kimi vəzifələri yerinə yetirsə də, keçid iqtisadiyyatı şəraitində onun
qarşısında aşağıdakı vəzifələrin yerinə yetirilməsi dayanır:
1. Aqrar bazarın liberallaşdırılması: Aqrar sektorda istehsal olunan məhsulların
və istifadə edilən resursların bölüşdürülməsində komanda iqtisadiyyatına xas olan
dövlət inhisarını aradan qaldıraraq bu funksiyanın azad bazarlara ötürülməsini
nəzərdə tutur. Əsas tədbirləri də qiymətlərin və ticarətin liberallaşdırılması, kənd
təsərrüfatı istehsalçı və istehlakçılarına olan subsidiyaların məhdudlaşdırlımasıdır. Bu
zaman dəyişən qiymətlər, gəlirlər və digər monetar kəmiyyətlər istehsalçı və
istehlakçıların bazar qərarlarını müəyyənləşdirən əsas faktora çevrilməklə ölkədə
kənd təsərrüfatı istehsalı, istehlakı və ticarətinin həcm və strukturunun daima
dəyişməsinə səbəb olur;
2. Aqrar sektorda yeni mülkiyyət münasibətlərinin formalaşdırılması: Buraya
dövlət və bələdiyyə mülkiyyətində olan obyektlərin müəyyənləşdirilməşi, torpaq
islahatı və onun nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətli torpaqların
ayrılması, meliorasiya və su təsərrüfatı müəssisələri üzərində mülkiyyət
münasibətlərini dəyişdirməklə onlardan istifadənin mütərəqqi formalarının
təsbit olunması, kənd təsərrüfatı emal müəssisələrinin və infrastruktur obyektlərinin
dövlətsizləşdirilməsi və özəlləşdirilməsi, sosial infrastruktur obyektlərində yeni
mülkiyyət münasibətlərinin formalaşdırılması, istehlak kooperasiyalarının islahatı
kimi məsələlərin yerinə yetirilməsi aiddir;
3. Aqrar təsərrüfatların restrukturizasiyası: Özəlləşdirmə və torpaq islahatı kimi
tədbirlərlə aqrar təsərrüfatlarda mülkiyyət münasibətləri, təşkilatlanma, idarəçilik
formalarının və istehsal üsulunun kökündən dəyişdirilməsini və bununla da
səmərəliliyin yüksəldilməsini nəzərdə tutur. Bu zaman kolxoz və sovxozların
bazasında və dövriyyəyə cəlb olunmuş yeni torpaqlar üzərində xüsusi mülkiyyətli
fermer təsərrüfatları və yardımçı təsərrüfatlar, birgə mülkiyyət hüququna əsaslanan
müştərək təsərrüfatlar, kooperativlər, səhmdar cəmiyyətləri və dövlət mülkiyyətinə
ə
saslanan dövlət kənd təsərrüfatı müəssisələri və səhmdar cəmiyyətlərinin
yaradılması əsas məsələlərdəndir;
4. Aqrar sektorda kommersiya infrastrukturunun yaradılması: Bazar
orientasiyalı, səmərəli işləyən kənd təsərrüfatı iqtisadiyyatının ehtiyaclarını ödəyən
özəl və dövlət institutlarının və ya xidmətlərinin yaradılmasından ibarətdir. Buraya
aqrar bank, sığorta və digər kredit institutlarının, bazar informasiya sistemlərinin,
təchizat, bölüşdürmə və satış sistemlərinin, bazar subyektləri arasında yaranan
münasibətləri tənzimləyən hüquq infrastrukturunun yaradılması kimi məsələlər
daxildir;
5. Aqrar bölmədə dövlət təminatı sisteminin yaradılması: Aqrar sektorda
sosialist dövlətinə xas olan sərt inzibati-amirlik idarəetmə sistemindən bazar
prinsiplərinə əsaslanan və bütün ölkələrə xas olan aqrar sektorun dövlət təminatı
sistemini özündə birləşdirən iqtisadi idarəetmənin yaradılmasını nəzərdə tutur. Bu
zaman aqrar infrastruktur müəssisələrinin inkişafı, bir sıra vergi güzəştləri və maliyyə
yardımlarının tətbiq edilməsi, aqrar bazarın tənzimlənməsi, kənd əhalisinin social
müdafiəsi, aqrar bölmə mütəxəssislərinin hazırlanması, sektorun elmi təminatı kimi
məsələlər ön plana çıxır.
1.3. Aqrar sektorda davamlı inkişafın və aqrar münasibətlərin
tənzimlənməsinin forma və metodları
Araşdırmalar göstərir ki, aqrar sahədə bazar münasibətlərinin formalaş- ması
obyektiv zərurət olmaqla, qanunauyğun prosesin nəticəsidir. Aqrar sahədə bazar
münasibətləri çox mürəkkəb tərkib və quruluşa malik olmaqla özünəməxsus təşkilati-
iqtisadi idarəetmə mexanizminin olmasını tələb edən sahələr və müəssisələrarası
istehsal-iqtisadi inteqrasiya əlaqələrinin formalaşmasını obyektiv və qanunauyğun
zərurətə çevirən bir sistemdir. Bu sistem daxilində hər biri tam sərbəst hüquqi statusa
malik çoxsaylı və istiqamətli təsərrüfatçılıq formaları mövcud aqrar sahəyə vahid
idarəetmə obyekti kimi baxılmasının zəruriliyini təsdiq edən iqtisadi amillərlə
razılaşmaq olmaz. Aqrar sahə və onun tənzimlənməsinin iqtisadi mexanizmi
mürəkkəb iqtisadi münasibətləri əhatə etdiyindən yaranma prosesi və inkişaf
mərhələlərinə nəzər salınmasının, onun nəzəri əsaslarının hərtərəfli öyrənilməsinin
olduqca mühüm elmi və praktiki əhəmiyyəti vardır. Tədqiqatlar göstərir ki, bazarın
öz ilkin və məhdud sərhədlərini aşması istehsal münasibətlərinin dəyişməsinin təsiri
altında baş vermişdir. Problemə qlobal aspektlərdən yanaşaraq belə qənaətə gəlmək
olar ki, bazarın ilkin rüşeymləri erkən sinifli cəmiyyətin yaranmasına və ictimai əmək
bölgüsünün formalaşmasına təsadüf etmişdir. Lakin bütün bunlar heç də o demək
deyildir ki, bazar məhz erkən sinifli cəmiyyətdə formalaşaraq iqtisadiyyatın səmərəli
və işlək mexanizminə çevrilmişdir. Bazarın formalaşma dövrünün başa çatması tarix
etibarı ilə XVII əsrin ortalarına təsadüf edir. Həmin dövrdə bazarın formalaşması
üçün zəruri olan tarixi ilkin şərait və zəruri infrastruktur, iqtisadi sistemin dominant
qanunları və hakimiyyəti altında artıq yaranmışdı. Dünya dövlətlərinin təcrübəsi
Dostları ilə paylaş: |