184
rəsmi Bakı da Ankaraya daim birmənalı dəstək nümayiş
etdirib.
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında prezident
lham Əliyevin 2004-cü il aprelin 13-15-də Türkiyəyə rəsmi
səfəri mühüm rol oynadı. Səfər zamanı .Əliyev prezident
Ə
.N.Sezər, baş nazir R.T.Ərdoğan, TBMM-nin sədri B.Arınc
və digər rəsmi şəxslərlə görüşdü, parlament üzvləri qarşısında
çıxış etdi. Səfər zamanı Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında birgə bəyanat, mülki aviasiya və
mədəniyyət sahəsində əməkdaşlığa dair protokollar və başqa
sənədlər imzalandı.
2006-cı ilin aprelində Türkiyə Respublikasının prezidenti
Ə
.N.Sezər və onun başçılıq etdiyi nümayəndə heyəti Azər-
baycan Respublikasının prezidenti .Əliyevin dəvəti ilə Azər-
baycanda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində prezident
Ə
.N.Sezər Azərbaycan Respublikasının prezidenti .Əliyev,
baş nazir A.Rasizadə, Milli Məclisin sədri O.Əsədov ilə gö-
rüşlər keçirmişdir.
2007-ci ilin noyabrında Türkiyə Respublikasının prezidenti
A.Gül Azərbaycana rəsmi səfər etmişdir. Azərbaycan və Tür-
kiyə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri
keçirilmişdir. Eyni zamanda prezidentlərin iştirakı ilə Azərbay-
can-Türkiyə Biznes Forumu keçirilmişdir. Türkiyə prezidenti
həmçinin Baş nazir və Milli Məclisin sədri ilə görüşmüşdür.
Türkiyə prezidenti Gəncə şəhərinə də səfər etmişdir. Səfər za-
manı Azərbaycan və Türkiyə arasında beş sənəd imzalan-
mışdır.
2008-ci ilin avqustunda Türkiyə Respublikasının baş naziri
R.T.Ərdoğan Azərbaycana işgüzar səfər etmişdir. Səfər zamanı
Azərbaycan prezidenti .Əliyev ilə R.T.Ərdoğan arasında tək-
bətək və nümayəndə heyətləri səviyyəsində görüş keçirilmişdir.
Bu səfərdə Türkiyə tərəfinin irəli sürdüyü “Qafqaz Sabitlik və
Ə
məkdaşlıq Platforması” müzakirə edilmişdir.
downloaded from KitabYurdu.org
185
Ancaq 2009-cu ilin oktyabrın 10-da Türkiyə ilə Ermənistan
X N-lərinin imzaladıqları Sürix protokolları Ankara-Bakı
münasibətiərində soyuqluq yaratsa da, Türkiyənin baş naziri
R.T.Ərdoğanın may 2010-cu il Bakı səfərindən sonra bu
soyuqluq aradan qaldırıldı. Baş nazir Ərdoğanın Bakıya səfəri
Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq müna-
sibətlərinin mövcud durumunu və gələcək inkişaf perspektiv-
lərini müəyyən etməklə son günlərin ən mühüm siyasi hadi-
səsinə çevrildi. Bu səfər Türkiyə və Azərbaycanın bir-birinə nə
qədər bağlılığını, Türkiyə Respublikasının tarixin müxtəlif
dönəmlərində olduğu kimi indi də Azərbaycanın yanında oldu-
ğ
unu bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan-Türkiyə münasibətləri müasir mərhələdə ən
yüksək səviyyədə inkişaf etdirilərək yeni əməkdaşlıq imkanları
açmışdır. Azərbaycanın bölgədə lider dövlət statusu qazanması,
ə
lverişli sərmayə mühiti, ticarət və biznes imkanları iqtisadi
ə
laqələrin gücləndirilməsinə münbit şərait yaratmışdır. Dün-
yanın inkişaf etmiş ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi
qəbul edərək iqtisadi sahədə əməkdaşlığa böyük önəm verirlər.
Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin dinamik inkişafına
sübut kimi ölkəmizdə 1200-dən artıq türk şirkətinin fəaliyyət
göstərməsidir. Türkiyədən olan iş adamları Azərbaycanda
geniş biznes mühitinin olduğunu və işgüzar fəaliyyət göstər-
mək üçün hər cür şəraitin yaradıldığını bildirirlər.
Regional və qlobal layihələrin həyata keçirilməsində Azər-
baycan və Türkiyə dövlətləri vahid mövqedən çıxış edirlər.
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin fəaliyyətə başlaması
region dövlətləri arasında iqtisadi sahədə əməkdaşlığın dərin-
ləşməsində mühüm rol oynadı. Bu nəhəng layihənin ardınca
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi dost
ölkələrin enerji təhlükəsizliyi məsələlərində də ortaq mövqedən
çıxış etdiklərini sübuta yetirdi. Azərbaycanın zəngin karbo-
hidrogen ehtiyatlarının Türkiyə vasitəsilə dünya bazarlarına
çıxarılması regional əməkdaşlığın daha da inkişafına, eyni
downloaded from KitabYurdu.org
186
zamanda iqtisadi potensialımızı gücləndirməyə xidmət edir. Bu
yollar, bu dəhlizlər açılandan sonra bu yollar vasitəsilə Xəzər
dənizinin şərq sahillərindən təbii ehtiyatlar qərbə nəql edilir.
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisi də aparılır. Azər-
baycan, eləcə də iştirakçı dövlətlər üçün strateji əhəmiyyət
daşıyan dəmiryol xəttinin istismara verilməsi qarşıda böyük
perspektivlər açır. Bakı-Tbilisi-Qars dəmiryolu nəinki Türki-
yəni Azərbaycanla, Türkiyəni Orta Asiya ilə birləşdirəcək, Av-
ropanı Orta Asiya ilə birləşdirəcəkdir. Bu yol iqtisadi cəhətdən
səmərəli olmaqla yanaşı, eyni zamanda qardaş ölkələri birləş-
dirəcəkdir. Region dövlətləri arasında reallaşdırılan layihə sub-
regional inteqrasiyanın, sülh və sabitliyin, nəqliyyat təhlükə-
sizliyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Dövlət
və hökumət başçılarının intensiv qarşılıqlı səfərləri ölkələrimiz
arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə
gətirib çıxarıb.
Türkiyə ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə
yeni mərhələyə qaldıracaq bir sıra məsələlər üzrə də mühüm
razılıqlar əldə olunub. Onlardan xüsusi qeyd olunması vacib
sayılanlardan biri 2010-cu ilin sentyabrında yüksək səviyyəli
Strateji Tərəfdaşlıq Şurasının qurulmasıdır. Şübhəsiz ki, bu
Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığı daha da
gücləndirən ən mühüm addımlardan biri olacaq. Bütün bunlar
ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq müna-
sibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmaz-
lığından xəbər verirdi. Bu Şuranın yaradılmasına münasibət
bildirən Azərbaycan prezidenti lham Əliyev qeyd etdi ki,
Ş
uranın fəaliyyəti çox uğurlu olacaqdır. Biz çalışmalıyıq ki,
ölkələrimiz arasında münasibətləri bütün sahələrdə sürətlə irə-
liyə aparaq. qtisadi sahədə qarşılıqlı ticarətin təşviqi və
genişlənməsi üçün əlavə tədbirlər görülməlidir. Qarşılıqlı sər-
mayənin qoyulması üçün əlavə imkanlar araşdırılmalıdır.
Göründüyü kimi, Azərbaycan ilə Türkiyə münasibətlərinin
dostluq və strateji əməkdaşlıq xarakteri kəsb etməsi nəinki hər
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |