Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   2   3   4   5   6   7   8   9   ...   68

 
5
RUS YANIN ORTA AS YANI  ŞĞAL ETMƏS  
 
1. XIX əsrin birinci yarısında Rusiyanın Orta Asiya  
xalqları ilə iqtisadi və siyasi əlaqələri 
 
Orta Asiya xalqları ictimai-iqtisadi, siyasi və mədəni in-
kişaf  səviyyəsinə  görə  geridə  qalırdılar.  Özbəklər,  qaraqal-
paqlar  oturaq  həyat  tərzinə  keçsələr  də  onlar  hələ  də  köçəri 
maldarlıqdan  tamamilə  əl  çəkməmişdilər.  Qazaxlar,  qırğızlar 
və  türkmənlərin  çox  hissəsi  köçəri  idilər.  Qazaxıstanın  təsər-
rüfat  həyatında  sənətkarlıq  və  ticarət  də  mühüm  yer  tuturdu. 
Dəri  məmulatı,  keçəçilik  və  yun  emalı  kimi  maldarlıqla  bağlı 
olan sənət sahələri inkişaf etmişdi. Mübadilə səciyyəsi daşıyan 
ticarət,  əsasən  yay  mövsümündə  aullar  arasında  həyata 
keçirilirdi. Qazax köçlərinin birliyinə aul deyilirdi. Qazaxıstan 
Kokand,  Buxara,  Xivə  xanlıqları  ilə  ticarət  əlaqələri  saxlayır, 
maldarlıq  məhsulları  və  mal-qara  ixrac  edir,  əkinçilik  məh-
sulları idxal edirdi. Ölkə ərazisinin genişliyi və əlverişli yolla-
rın olmaması daxili və xarici ticarətin inkişafına  mane olurdu. 
Ə
halinin  əksəriyyətinin  köçəri  və  yarımköçəri  həyat  tərzi 
keçirməsi,  feodal-patriarxal  qaydalarının  hökmranlığı,  juzlar 
arasında iqtisadi əlaqələrin zəifliyi Qazaxıstanda vahid və mər-
kəzləşdirilmiş  dövlət  yaratmağa  imkan  vermirdi.  Qazaxıstan 
ə
razisinin  bir  hissəsi  -  Kiçik  və  Orta  juz  XVIII  əsrin  30-40-cı 
illərindən  Rusiya  imperiyasının  tərkibinə  daxil  idi.  Qazaxıs-
tanda  Kiçik  və  Orta  juz  Rusiya  tərəfindən  işğal  edildikdən 
sonra bu ölkə ilə iqtisadi-ticarət əlaqələri genişlənməyə başlan-
mışdı.Yerli  sənətkarlıq  məhsulları  Rusiyadan  gətirilmiş  ucuz 
mallarla  rəqabət  apara  bilmirdi.  Bu  da  yerli  məhsulların  qiy-
mətlərinin  aşağı  düşməsinə  səbəb  olurdu.  Qazaxıstan  tədricən 
inkişaf  edən  rus  sənayesi  üçün  xammal  bazasına  çevrilirdi. 
Qazaxıstanda  xalqın  mövcud  üsul-idarəyə  qarşı  etirazları 
getdikcə  geniş  miqyas  alırdı.  Çar  hökuməti  isə  juzlara  təsirini 
gücləndirirdi. Belə şəraitdə qazaxlar XIX əsrin birinci yarısında 
downloaded from KitabYurdu.org


 
6
rus müstəmləkəçilərinə qarşı mübarizə aparmışdılar.  Lakin on-
ların  müstəqillik  və  siyasi  birləşmə  uğrunda  apardıqları  mü-
barizə  uğursuzluqla  nəticələndi.  Qazaxıstanın  hələ  Rusiyaya 
tabe  edilməmiş  cənub  hissəsi  siyasi  cəhətdən  Orta  Asiya  xan-
lıqları  ilə  bağlı  idi.  Oturaq  əhali  məskunlaşan  bölgələrdə  şə-
hərlər də var idi ki, onlar ticarət və sənət mərkəzləri idi. Oturaq 
ə
hali, birinci növbədə özbəklər Orta Asiyanın Buxara, Kokand 
və Xivə xanlıqlarından ibarət olan üç əsas dövlət birləşməsi ya-
ratmışdılar.  Bunların  hər  birində  özbəklərdən  başqa  digər 
millətlərdən olan çoxlu əhali yaşayırdı. 
      Orta  Asiya  xanlıqlarından  ən  böyüyü  Kokand  xanlığı  idi. 
Xanlığın  əsas  ərazisi  Fərqanə  hövzəsi  idi  ki,  burada  özbək, 
tacik  və  qırğızlar  yaşayırdı.  Daşkənd  bu  xanlığın  tərkibinə 
daxil  idi  və  əlverişli  coğrafi  mövqedə  yerləşirdi.  Əkinçilik  və 
köçəri rayonları birləşdirən nöqtədə yerləşən Daşkəndin coğrafi 
mövqeyi  qədimdən  onun  inkişafına  əlverişli  təsir  göstərirdi. 
Orta  Asiya  ilə  Rusiyanın  iqtisadi  əlaqələrinin  inkişafı  Daş-
kəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox sərhəd 
məntəqələri uğrunda xanlıqlar arasında uzun sürən müharibələr 
gedirdi.  Kokand  xanlığında  Kokand  və  Daşkənddən  başqa 
ə
halisi  ticarət  və  sənətkarlıqla  məşğul  olan  Əndican,  Naman-
qan, Margilan, Xocənt, Çimkənd kimi şəhərlər var idi. 
     Buxara  xanlığı  Kokand  xanlığının  cənub-qərbində  yerlə-
ş
irdi.  Buxara  xanlığının  əsas  hissəsini  Zərəfşan  vadisi  təşkil 
edirdi ki, burada özbəklər və qismən taciklər yaşayırdılar. Orta 
Asiyanın qədim mədəni və iqtisadi mərkəzləri olan Buxara və 
Səmərqənd  bu  xanlığın  tərkibinə  daxil  idi.  Buxara  xanlığının 
ə
razisində  olan  şəhərlərdə  sənətkarlıq  yüksək  inkişaf  etmiş, 
pambıq  və  ipək  parçalar  toxunur,  mis  və  tuncdan  dulusçuluq 
məmulatları və soyuq silah hazırlanırdı. Şəhərlərdə sənətkarlar 
istehsal sahələri üzrə sexlərdə birləşmişdilər. 
    Xivə  xanlığının  torpaqları  Amudəryanın  aşağı  axını  bo-
yunda    yerləşmişdi.  Ərazisinə  və  əhalisinin  sayına  görə  Xivə 
xanlığı  digər  xanlıqlardan  xeyli  kiçik  idi.  Bu  xanlıqlardan 
downloaded from KitabYurdu.org


 
7
başqa  Orta    Asiyanın  cənub  hissəsində  bir  neçə  xırda  feodal 
birləşmələri var idi ki, bunlar da gah bu xanlıqların hakimiyyəti 
altına düşür,  gah da onlardan ayrılırdılar. Xanlıqlarda  yaşayan 
tayfalar arasında daim hərbi toqquşmalar baş verirdi ki, bu da 
xalq  kütlələrinin  vəziyyətini  daha  da  ağırlaşdırırdı.  Vergilərin 
bütün  ağırlığı  kəndlilərin  və  sənətkarların  üzərinə  düşürdü. 
Vergiləri  xanın  məmurları  toplayırdılar.  Onlar  əhalinin  hesa-
bına yaşayır və olmazın özbaşınalıqlar edirdilər. 
 
XIX əsrin birinci yarısında Orta Asiyanın  ran, Əfqanıs-
tan, Çin və Rusiya kimi qonşu ölkələrlə ticarət əlaqələri var idi. 
XIX  əsrin  20-40-cı  illərində  Rusiyanın  Orta  Asiya  xalqları  ilə 
ticarəti  daha  müvəffəqiyyətlə  inkişaf  edirdi.  Rusiya  hökumə-
tinin  bir  sıra  tədbirləri  buna  kömək  edirdi.  Karvan  yolu  ilə 
Orenburq  və  Petropavlovsk,  həmçinin  karvan  və  su  yolu  ilə 
Həştərxan vasitəsilə Orta Asiyadan Rusiyaya yun, quru meyvə, 
pambıq  aparılırdı.  Qazaxıstandan  Orenburqa  mal-qara  aparı-
lırdı.  Rusiya  Orta  Asiya  ilə  ticarət  əlaqələrini  genişləndirmək 
üçün dəmir, polad, mis, çuqun və onlardan hazırlanan məhsul-
ların  da  xanlıqlara  gətirilməsinə  icazə  vermişdi.  Rusiya  bazarı 
ilə  əlaqələrin  genişlənməsi xanlıqlar  üçün  böyük  perspektivlər 
açırdı. 
     XIX əsrin birici yarısında Orta Asiya iqtisadi cəhətdən Ru-
siyanın  təsiri  altına  düşmüşdü.  Bununla  əlaqədar  olaraq,  tica-
rətin  inkişafı  və  əmtəə-pul  münasibətlərinə  keçilməsi  təsər-
rüfatın natural qapalılığını dağıtmağa başlamışdı. Bu region ilə 
ticarət  əlaqələrinin  inkişaf  etdirilməsində  marağı  olan  çar 
hökuməti rus tacirlərinə himayəçilik edirdi. Rusiya dövləti Orta 
Asiya  ilə  iqtisadi  əlaqələri  möhkəmləndirmək  və  genişlən-
dirmək üçün bir sıra tədbirlər görmüşdü. Belə ki, ticarət yolları 
mühafizə olunur, tacirlərə müəyyən imtiyaz və üstünlüklər ve-
rilir,  gömrük  haqqının  minimuma  endirilməsi  ticarət  əlaqə-
lərinə müsbət təsir  göstərirdi. Rusiya Orta Asiya bazarında öz 
mövqeyini möhkəmləndirməyə çalışırdı. Orta Asiya ilə Rusiya 
arasında yerli məhsullarla mal dövriyyəsi getdikcə artırdı.  
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə