181
1997-ci ilin may ayında Azərbaycan prezidenti Heydər
Ə
liyev Türkiyədə rəsmi səfərdə olarkən “Azərbaycan Res-
publikası ilə Türkiyə Respublikası arasında strateji əmək-
daşlığın dərinləşdirilməsi haqqında” bəyannamə imzalandı.
Heydər Əliyev Ankarada jurnalistlərə verdiyi müsahibəsində
bu bəyannamənin Azərbaycan-Türkiyə əlaqələrində strateji
xarakter daşıdığını göstərdi. Onun fikrincə, bu sənədə əsasən
hər iki ölkə strateji tərəfdaşdır. Sənədə əsasən beynəlxalq
aləmdə bir çox məsələlərdə həm Türkiyənin, həm də Azərbay-
canın eyni mövqedə olması, məsləhətlər aparmaq və bir-birinə
dəstək vermək də nəzərdə tutulurdu.
Türkiyənin Azərbaycan siyasətində Dağlıq Qarabağ müna-
qişəsinin həlli əsas yer tutur. Hələ 1992-1993-cü illərdə Azər-
baycan torpaqlarının Ermənistan tərəfindən geniş işğalı zamanı
Türkiyə öz televiziya kanalları vasitəsilə beynəlxalq ictimaiy-
yətin diqqətini bu münaqişəyə cəlb etməyə böyük səy gös-
tərirdi. Bu baxımdan 1993-cü il aprel ayının 6-da Türkiyənin
BMT-dəki daimi nümayəndəsi Mustafa Aksin jurnalistlərə
bəyan etdi ki, Türkiyə Azərbaycana qarşı həyata keçirilən ayrı
seçkilik siyasətinə tab gətirə bilmir və Azərbaycan torpaq-
larının işğalına yol verməyəcəkdir. Türkiyə prezidenti Turqut
Özal Azərbycan Respublikasına rəsmi səfəri zamanı xəbər-
darlıq səciyyəli açıqlamasında bildirmişdi ki, “Azərbaycan
torpaqlarının işğalı qəbul edilə bilməz. Erməni buradan
çıxmasa, çıxarılacaq...”
Prezident Süleyman Dəmirəl 1994-cü ildə ki, bəyanatında
Türkiyənin Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin
aradan qaldırılması üçün ən mükəmməl bir mexanizm olan
ATƏM-in Minsk konfransında Azərbaycanın haqlı tələblərini
həmişə dəstəkləyəcəyini vurğuladı. 1997-ci il martın 24-də
Türkiyənin Xarici şlər nazirliyi Rusiyanın Ermənistana qanun-
suz olaraq silah göndərməsi ilə əlaqədar bəyanat vermişdi.
Qanunsuz silah verilməsinin bölgədə sülhə və əmin-amanlığa
mənfi təsir göstərdiyini vurğulayan Türkiyə tərəfi Avropada
downloaded from KitabYurdu.org
182
adi silahlı qüvvələr haqqında müqavilə çərçivəsində Rusiya və
Ermənistanın öz üzərinə götürdükləri öhdəliklərə də diqqəti
cəlb edir. Bəyanatda daha sonra deyilirdi ki, Türkiyə bölgədəki
münasibətlərin dinc yolla aradan qaldırılmasını burada sülh və
təhlükəsizliyin təmin edilərək uzunmüddətli sabitlik yaran-
masının əsas şərti sayır.
Müstəqil dövlət quruculuğu yolunda Azərbaycana siyasi və
iqtisadi yardım göstərən Türkiyə Respublikası ordu quruculuğu
sahəsində də öz potensialından bəhrələnməyə imkan yarat-
mışdır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ildən-ilə geniş-
lənərək, Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlan-
masında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki ba-
zanın möhkəmləndirilməsində və ordumuzun NATO stan-
dartları səviyyəsində qurulmasında mühüm rol oynamışdır.
1999-2002-ci illərdə hərbi əməkdaşlıq sahəsində imzalanmış
bir sıra sənədlər iki ölkə arasında hərbi əlaqələrin daha dolğun
ə
məli xarakter kəsb etməsinə, Azərbaycan ordusunun poten-
sialının yüksəlməsinə təsir göstərmişdi.
2001-ci ilin martında Ə.N.Sezərin Heydər Əliyevlə
Ankarada apardığı müzakirələrdə tərəflər münaqişənin ədalətli
həllində Türkiyənin “real köməyinin vaxtının çatdığı”
qənayətində həmrəy oldular. Türkiyə tərəfi sərhədlərin zorla
dəyişdirilməsinə qarşı olduğunu bir daha vurğuladı. Habelə
Minsk Qrupu ilə həmsədr dövlətlərin Azərbaycanın tək olma-
dığını hiss edərək bununla hesablaşmaları məsələsinə toxu-
nuldu. Türkiyə prezidenti Abdullah Gül və baş nazir R.T.Ərdo-
ğ
an Ermənistanla münasibətlərində Dağlıq Qarabağla əlaqədar
şə
rt-tələbdən imtina ediləcəyinə və sərhədlərin açılacağına dair
məsələlərlə bağlı mövqelərini açıqlayarkən bildirmişlər ki,
“Ermənistan Azərbaycana təcavüzü aradan qaldırmayana qədər
Türkiyə ilə münasibətlər qura bilməz. ”Ümumiyyətlə, Azər-
baycan-Ermənistan münaqişəsi ilə əlaqədar Türkiyə ikitərəfli
ə
sasda Yerevanı münaqişənin həll edilməsinin onun da maraq-
larına aid olmasına inandırmağa çalışır. Emənistan rəhbərliyi
downloaded from KitabYurdu.org
183
ilə ikitərəfli əlaqələri saxlamaqda davam edir və ictimai
səviyyədə inandırmağa çalışır ki, təcavüzə son qoyulmalıdır.
2001-ci ilin martında Azərbaycan prezidenti Heydər
Ə
liyevin Türkiyəyə rəsmi səfəri və səfər zamanı vergilər, ma-
liyyə, Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair
saziş və digər sənədlərin imzalanması qarşılıqlı faydalı əmək-
daşlıq siyasətinin davam etdirilməsinə əlavə şəraitin yara-
dılması baxımından əhmiyyət kəsb edir.
Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam
etdirən prezident lham Əliyev də dövlət başçısı kimi ilk
səfərindən birini Türkiyəyə etmişdi. Heydər Əliyevin “Türkiyə
və Azərbaycan bir millət, iki dövlətdir!”, Mustafa Kamal
Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci
bizim sevinci-mizdir!” kəlamlarına əsaslanan Azərbaycan-Tür-
kiyə əməkdaşlığı prezident lham Əliyevin ölkəmizə rəhbərliyi
dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Prezident lham Əliyev 2003-cü ildən bu yana daim türk
dünyasının birliyinin daha da möhkəmləndirilməsinin, eləcə də
Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatmasının
təşəbbüskarı kimi çıxış etmiş, bu istiqamətdə müsbət nəticələri
olan bir sıra konkret addımlar atmışdı. Ölkəmizdə fəaliyyət
göstərən diplomatik korpus arasında demək olar ki, ən fəalı
Türkiyə səfirliyidir. Türkiyə səfirliyi öz fəaliyyəti ilə iki qardaş
ölkə arasındakı əlaqələrə mühüm tövhələr verməkdədir. Azər-
baycanda işləməkdən qürur hissi keçirdiyini deyən Türkiyə
diplomatlarını hər zaman müxtəlif səpkili tədbirlərin mər-
kəzində görmək mümkündür.
Hər iki ölkənin parlamentlərində dostluq qruplarının uğurlu
fəaliyyəti Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək
səviyyədə olmasının əyani təcəssümüdür. Rəsmi Bakı və
Ankara beynəlxalq təşkilatlar çərçivəsində də həmrəylik nü-
mayiş etdirillər. Azərbaycanla bağlı istənilən sənədin nüfuzlu
beynəlxalq təşkilatlar çərçivəsində müzakirəsi zamanı ölkəmiz
birinci olaraq Türkiyənin dəstəyini hiss edib. Eyni zamanda
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |