Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   34   35   36   37   38   39   40   41   42

62.  Kitabədə  ata  və  oğuluıı  «Hacı»  titulu  ilə  təqdim 
olunması  onların  imkanlı  şəxs  olmasım  göstərir.  Çünki  orta 
əsrlər zamanı  Iiəcc ziyarətinə  gedib-gəlmək  uzun müddət və 
çoxlu xərc tələb edirdi.
63.  Tamamilə  şalamat  vəziyyətdə  qalan  başdaşınm 
üzərində  həkk  edilən  kitabənin  bəzi  yerləri  aşındığı  üçün 
təkmil oxunması m üm kün olmamışdır.
64.  Kitabə  XVII  əsrin  II  yarısı-XVIII  əsrin  əvvələrində 
yaşamış  və  xan  ailəsindən  çıxmış  bir  şəxsiyyətin  admı  bizə 
təqdim  edir.  Teymuı*  xanın xatirəsinə  hazırlanmış  bu  kitabə 
göstəriı*  ki,  XVII-XVIII  yüzilliklərdə  O rdubad  şəhərində 
«xan»  titulu  daşıyan  yüksək  rütbəli  adamlar  yaşamışlar. 
Şəxsi  addan  sonra  yazılan  bu  titul  türk  və  monqol 
xalqlarmda,  Orxon  kitabələrində  qeyd  olunduğu  kimi 
«kan»  şəklində  işlənmişdir.  Əvvələr  bu  titulla  tayfa 
başçılarma,  sonralar  hökm darlara  mııraciət  edilmişdir. 
Səfəvilər  dövründə  bu  titul  yerli  hakimiərə  verilməklə  irsi 
olmamış 
və 
şah 
tərəfindən 
atadan 
sonra 
oğula 
verilməmişdir.  Ehtimal  ki,  Teymur  xan  O rdubadda  böyük 
mülkləri  olan  Kəngərli  xanlarına  mənsub  bir  şəxsiyyət 
olmuşdur.
67.  Keçən  yiızilliyin  80-ci  illərində  bizim  salamat 
vəziyyətdə  tədqiq  etdiyimiz  kitabə  hazırda  ortadan  sınmış, 
bəzi yerləri  ovulub  tökülmüşdür.
68.  Sənduqə  tipli  xatirə  abidəsinin  bir  hissəsi  olan  abidə 
Came  məscidinin  ətrafmdakı  həyətlərdən  birində  (doktor 
Fəttah  Əhmədovun  həyətində) torpağm  altmdan  tapılmış və 
muzeyə təhvil  verilmişdir.
69.  Kitabə  Ordubad  şəhərində  1714-cü  ildə  mədrəsə 
binasınm  inşası  (bərpası)  haqqm da  məlumat  verir.  Bu  dövr
124


Səfəvilər  dövlətinin  tənəzzülü,  iqtisadi  böhranın  tuğyan 
ctdiyi  bir vaxt idi.  Belə bir şəraitdə O rdubadda mədrəsə inşa 
(bərpa)  etdirilməsi  və  kitabədən  göründüyü  kimi  bu  işin 
O rdubadda  elmin,  mədəniyyətin,  təhsilin  və  ordunun 
gücləndirilməsi naminə yüksək vəzifəli  şəxs  (Zəhir əd-  Dövlə 
Məhəmmədibrahim)  tərəfındən  həyata  keçirilməsi  Səfəvilər 
zamanı  elmə,  təhsilə,  orduya  göstərilən  böyük  diqqət  və 
qayğmın  nəticəsi  kimi  qiymətləndirilməlidir.  Kitabədə 
mədrəsənin  inşasmın  (bərpasının)  məqsədlərindən  bəhs 
edərkən  «ordunun  gücləndirilməsindən  ötrü» fikrinin  xüsusi 
ilə  vurğulanmasına  əsasən  demək  olar  ki,  mədrəsədə  digər 
sahələrlə yanaşı  ordu  üçün  də kadrlar hazırlanırmış.
73.  Müsəlman  epiqrafıkası  abidələrində  tarixlər  bəzən 
əbcəd  hesabı  ilə  qeyd  olunurdu.  Bu  baxımdan  Naxçıvan 
bölgəsi  də  istisna  oimamışdır.  Ancaq  burada  qeydə  alınan 
abidələrə  əsasən  deyə  bilərik  ki,  Naxçıvan  bölgəsində  bu 
iısuldan  çox  da  geniş  istifadə  olunmamış,  nadir  hallarda 
ona  müraciət  edilmişdir.  Bu  kitabədə  tarix  əbcədlə 
verilmişdir.
75.  Kitabədə  mərhumə  öz  adı  ilə  deyil  əri  molla  Səminin 
adı  ilo  təqdim  olunmuşdur.  Belə  hala  Naxçıvan  MR-sı 
epiqrafık  abidələri  içərisində  iki  dəfə  (hər  ikisi  Ordubad 
şəhərində)  rast  gəlinmişdir.  Hər  iki  qadının  əri  din  xadimi- 
molla  olmuşdur.  Görünıır,  bu  şəriətdə  hicab  məsələsindəıı- 
qadının  özü  örtülü  olduğu  kimi,  hətta  adınm  da  açıq  ifadə 
olunmaması səbəbindən  irəli gəlıuişdir.
80.  Kitabə  XVII  əsrdə  Ordubad  şəhərində  yaşamış 
M urad  xaıı  adlı  şəxsiyyətin  (mərlıum  Ismayıhn  atası)  adını 
qoruyub  saxlamışdır.  Kitabədə  ata  «xan»  titulu  ilə  təqdim 
olunsa  da  oğulun  adına  titul  əlavə  olunmamışdır.  Mərhum 
İsmayılın  vəfat  tarixi  (1719-1720-ci  il)  Səfəvilər  dövlətinin 
son  vaxtlarma  düşi'ır.  Səfəvilər  dövründə  isə  xan  titulu
125


atadan  oğula  irsi  olaraq  verilmirdi.  Ehtimal  ki,  mərhum 
Ismayılın «xan»  titulu daşımaması bununla əlaqədardır.
82.  Bu  kitabə  qadınm xatirəsinə  həsr  olunsa  da  əri  Molia 
Əmirin  adı  ilə təqdim  olunınuşdur.  Epitafiya Molla  Səminin 
arvadımn  xatirəsinə  hazırlanan  kitabədən  (Bax:  kitabə  M> 
75)  sonra  bu  məzmunda  tərtib  olunmuş  ikinci  epiqrafık 
sənəddir.
84.  Kitabə XVII əsrdə  O rdubad şəhərində yaşamış Fəttah 
bəy adlı şəxsiyyətin admı  təqdim edir.
85.  Kitabə  XVII-XVIII  yüzilliklərdə  Ordubad  şəhərində 
yaşamış  iki  bəyin-ata  Bədr  bəyin  və  oğlu  Əbdi  bəyin 
adlarmı bizədək qoruyub saxlamışdır.
87.  Kitabə  hansı  isə  bir  başdaşınm  salamat  qalmış  kiçik 
bir hissəsindən  ibarətdir.  Tarixdən  ancaq  «45»  rəqəmi  qalsa 
da  onu  xətt  xüsusiyyətinə  əsasən  hicri  45-ci  ilə  aid  etmək 
olmaz.  Ona  görə  də  biz  onu  digər  oxşar  abidələrlə 
materialma  və  xətt  xiısusiyyətlərinə  əsasən  müqayisə  edərək 
1145-ci  ilə  aid  edirik.  Muzeyə  haradan  gətirilməsi  məlum 
deyildir.
93.  M ərhum un  adına  əlavə  olunmuş  «Ərəzinli»  nisbəsi 
göstərir  ki,  kitabə  əslən  Culfa  rayonuna  daxil  olan  Ərəzin 
kəndindən 
olan 
İbrahimin 
xatirəsinə 
hazırlanmışdır. 
G örünür,  Ərəzinli  İbrahim  hansı  səbəbdənsə  Ordubad 
şəhərində  yaşamış,  vəfat  etdikdəıı  sonra  orada  dəfn 
olunmuşdur.
94.  Kitabə  O rdubad  şəhərinin  qərb  tərəfində  yerləşən 
«Qoç»  qəbiristanhğmda  qeydə  ahnrmşdır.  Qəbiristanlığm 
belə  adlanması  vaxtilə  orada  daşdan  hazırlanmış  çoxlu  qoç 
fiqurunun  olması  ilə  əlaqədardır.  Kitabə  Naxçıvanm,
126


ümumiyyətlə  Azərbaycamn  cpiqrafık  abidələri  içərisində 
yeganə  daş  sənəddir  ki,  Nadir  Şah  Əfşarın  Hindistana 
yürüşü  haqqında  məlumat  verir.  M əlumdur  ki.  N adir  şah 
Əfşar  1737-ci  ildə  Orta  Asiya  və  Hindistan  üzərinə  yüriışə 
başlamış  və  1739-cu  ildə  Dehlini  tutmuşdur.  Bu  yürüş 
zamanı  o  ölkənin  bütüıı  qüvvələrini  səfərbərliyə  almış, 
İrəvandan  Dərbəndə  qədər  olan  ərazilərdə  bütün  hərbi 
qııvvələri  özü  ilə  götürmüşdü.  Kitabənin  tarixi  bu  yürüşlə 
eyni  vaxta  dıışdüyiındən  və mətndə N adir  şahın  Hindistana 
yürüşü  xatırlandığından  ehtimal  etmək  olar  ki,  mərhum 
həmin  yüriışün  iştirakçısı  olmuşdur.  Həmçinin,  kitabə  adı 
başqa  qaynaqlardan  məlum  ölmayan  Əbülqasim  adlı  bir 
həkkakm adını  bizə çatdırıı*.
95.  Kitabədə  mərhumun  atasının  adı  titulsuz  qeyd 
edildiyi  lıalda  özü  «bəy»  titulu  ilə  təqdim  olunmuşdur. 
Görünür,  əsləıı  bəy  nəslinə  mənsub  olmasa  da  mərhum 
Hacıbaba  bəy  hansı  isə  xidmətinə  görə  «bəy»  tituluna  layiq 
görülmüş 
və 
zəmanəsiniıı 
görkəmli 
şəxsiyyətlərindən 
olmuşdur.  Bunu  onun  xatirəsinə  hazırlannuş  başdaşı  tipli 
qəbirüstü  xatirə  abidəsinin  bədii  tərtibat  cəhətdən  gözəl 
hazırlanması  da təsdiq  edir.
96. 
Kitabə  Ağasi 
adlı  şəxsin  qulunun 
xatirəsinə 
hazırlanmışdır.  Ərazidə  mərhumun  öz  sahibinin  adı  ilə 
təqdim  olunduğu  kitabəyə ilk dəfə təsadüf edilmişdir.
97.  Kitabə  Came  məscidinin  yaxınlığındakı  həyətlərdən 
birində 
(bu 
ərazi 
vaxtilə 
məscidin 
ətrafmda 
olan 
qəbiristanlığın  bir  hissəsi  olmuşdur.  Zaman  keçdikcə 
qəbiristanlıq  məhv  olmuş.  ərazisinin  bir  hissəsi  məscidin 
həyətinə,  bir  qismi  isə  şəxsi  həyətlərə  çevrilmişdir)  torpağm 
altından 
tapılmış 
və 
gətirilib 
məscidin 
içərisinə 
qoyulmuşduı*.
127


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə