Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   34   35   36   37   38   39   40   41   42

kəbir  və  s.  şəkildə  təqdim  oluııan  sədjrlər  dövlət  aparaünda 
əsas  vəzifələrdən  biri  olmuşdur.  Məsələn,  Qaraqoyunlu  və 
Ağqoyunlu  dövlət  aparatında  hökm dar  və  əmir  əl- 
üməradan sonra üçüncü yeri  sədr əl- əzəm  tuturdu.  Səfəvilər 
dövründə  əmir  əl-üməradan  sonrakı  yer  sədrlərə  məxsus 
olmuşdur. 
Kitabə  sübut  edir  ki,  zəngin  dövlətçilik 
ənənələrinə  malik  olan  Naxçıvandan  çıxmış  şəxsiyyətlər 
orta  əsr  Azərbaycan  feodal  dövlətlərində  yüksək  vəzifələr 
tulmuş,  mənsəb  sahibi  olmuş,  dövlətin  idarə  olunmasında 
iştirak etmişlər.
Kitabədə  böyük  sədr  Riıkn  əd-Dinin  adm a  əlavə  edilən 
«amid  əl-Mülk»  titulu  isə  orta  əsrlər  zamanı  vəzirlərə 
verilirdi.  Daşıdığı  «böyük  sədr»  vəzifəsi  və  adma  əlavə 
edilən  «amd  əl-mülk»  titulu  mərhumə  xanım  Əta  M ülkün 
atası  Rükn  əd-Dinin  zəmanəsiııin  sayılıb-scçilən  və  yüksək 
mənsəbə malik şəxsiyyətlərindən  olduğunu göstərir.
3. 
Muzeydə  saxlanan  və  nümayiş  etdirilən  bu  kitabənin 
haradan gətirilməsi məlum deyildir.
6. 
Abidə  Ordubad  rayon  Tarix-diyarşünaslıq  muzeyində 
mühafızə  olunur.  O rtadan  iki  yerə  bölünmüşdür.  Həkk 
edilən  mənzum  parçaya  cüzi  fərqlə  Azərbaycanın  digər 
ərazilərində  qeydə  alınan  məzar  daşlarında  da  rast  gəlinir. 
M ərhum  Mənsurun  adına  əlavə  edilən  «əmir»  titulu  onun 
yaşadığı  dövrün  (XVəsr)  dövlət  aparatında  yüksək  mənsəb 
sahibi  olduğunu göstərir.  XV  yüzillikdə əmirlər əsasən hərbi 
işlə  məşğul  olur  (qoşuna  rəhbərlik  edən  adamlar  əmirəl- 
iiməra  adlanırdı  və  dövlət  aparatm da  şähdan  sonrakı  yer 
onlara  məxsus  idi),  dövlət  aparatında  əsas  simalardan  biri 
olmaqla  böyük  təsir  gücünə  malik  idilər  və  bir  sıra 
məsələlərin  həllində yaxından iştirak edirdilər.
Sənduqə  tipli  bu  xatirə  abidəsi  O rdubad  rayon  Tarix- 
diyaışünaslıq  muzeyinə  vaxtilə  şəhər  Canıe  məscidinin 
ətrafmda  olan  qəbiristanlıqdan  gətirilmişdir.  Orta  əsrlər
115


zamanı  Came  məscidləri  əhalinin  ən  çox  loplaşdığı  sosial- 
siyasi  və  ideoloji  m ərkəzbr  kimi  şəhərlərin  həyatında 
mühim  rol  oynayırdı.  Ordubad  şəhər  Came  məscidi  də  belə 
olmuş,  şəhərin  baş  məscidi  olmaqla  əhalinin  həyatında 
önəmli  yer  tutmuşdur.  Məhz  bu  səbəbdən  onuıı  ətrafmda 
fəxri  dəfnlər  keçirilmiş,  zəmanəsinin  görkəmli  şəxsiyyətləri 
orada  dəfn  olunmuşlar.  Nəticədə  məscidin  ətrafında 
qəbiristanlıq  yaranmışdır.  Ancaq  zaman  keçdikcə  buradakı 
qəbirlər  itib-batnıış,  torpağm  altında  qalmışiar.  Keçən 
yüzilliyin  60-cı  illəıində  məscidin  ətrafında  abadlıq  işləri 
aparılarkən  qəbirüstü  xatirə  abidələrindən  bir  neçəsi  aşkaı* 
olunmuş,  onlardan  biri  Naxçıvan  Dövlət  Tarix  Muzeyinə, 
biri  O rdubad  rayon  Tarix-diyarşünaslıq  muzeyinə  təhvil 
verilmiş,  biri  isə  məscidin  qarşısmda  atılıb  qalmışdır. 
Sənduqənin  yanlarmda  həkk  edilmiş  və  Azərbaycanın  bir 
sıra  bölgələrində  xatirə  abidələrinin  üzərində  tez-tez  rast 
gəlinən  şer  parçasma  Naxçıvan  M uxtar  Respublikası 
ərazisində  yeganə  olaraq  bu  xatirə  abidosi  üzərində  təsadüf 
olunmuşdur.
7. 
Nəfıs  şəkildə  həkk  edilmiş  kitabə  zəmanəmizədək 
tam am ib  salamat vəziyyətdə gəlib çatmışdıı*.  Ordubad şəhər 
əhalisi  arasında  belə  bir  fikir  yayılmışdır  ki,  üzərində 
yaşılımtıl  rəngli  daşdan  hazırlanmış  xatirə  abidəsi  olan 
qəbiıiər  sufı  təriqəti  mənsublarına  məxsusdurlar.  Bu  fıkrə 
əsasən  deyə  bilərik  ki,  mərhum  Şəmsəddin  orta  əsrlərdə 
O rdubad  şəhərində  fəaliyyət  göstərən  sufı  təriqətbrinə 
mənsub  xanəgahlardan  birinin  üzvü  və  ya  təəssübkeşi 
olmuşdur.
9. 
Müsəlman  dünyasmda  orta  əsrlər zamanı  xüsusi  qadm 
xanəgahlarmm 
fəaliyyət 
göstərməsini 
və 
bir 
sıra 
xanəgahların  qadın  üzvbrinin,  yaxud  da  təəssübkeşlərinin 
olması  faktını  əsas  götürərək,  adınm  əvvəlində  qeyd  edilən 
«alim»,  «abid»,  «hörmətli  xatun»  titullarma  əsaslanaraq
116


demək  olar  ki,  mərhumə  Ziba  xanım  yaşadığı  dövrün 
görkəmli  şəxsiyyətlərindən,  ərazidə  fəaliyyət  göstərən  sufı 
təriqətlərindən  birinin  üzvü  və  ya  təəssübkeşi  olmuşdur. 
Atası  Bədiül-Mülkün  adınm  əvvəlinə  əlavə  olunmuş  «əmir» 
titulu  isə  onun  XV  əsrdə  tutduğu  yüksək  hərbi  mövqedən 
xəbər verir.
10.  Başdaşmm  muzeyə  gətirildiyi  və  əhali  arasm da  «Qoç 
qəbirstanlığı»  adlandırılan  məzarlıq  O rdubad  şəhərinin 
qərb  hissəsində  yerləşirdi  və  orta  əsrlərdə  şəhərdə  dəfn 
mərasimləri  keçirilən  məzarlıqlardan  biri  idi. 
Keçən 
yüzilliyin  80-ci  illərində  tədqiqat  apardığımız  qəbristanlıqda 
üzərində  kitabə  olan  çoxlu  başdaşı  tipli  qəbirüstü  xatirə 
abidəsi  var  idi.  Hazırda  qəbirstanlıq  tamamilə  unudulmuş, 
orada  olan  kitabəli,  qəbirüstü  xatirə  abidələri  tamamilə 
məhv olmuş, itib-batmışdır.
11.  Abidə  əvvəllər  «Malik  İbrahim»  qəbiristanlığmın 
mərkəzində 
yerləşən 
binanm 
giriş 
qapısı 
ağzında 
qoyulmuşdu.  Soııradan  onu  gətirib  binanm  içərisində 
mənsubiyyəti  dəqiq  məlum  olmayan,  ancaq  yerli  əhali 
tərəfindən  VII  əsrin  sonlarında  İm am   Hüseynin  qisasını 
almaq  üçün  başlayan  hərəkatm  rəhbərlərindən  biri  olan 
İbrahim  Əjdərin  oğlu  Malikə  aid  edilən  (keçən  əsrin  80-cı 
yüzilliyinədək  içərisində  qəbir  olan  binanın  giriş  qapısmm 
baş  tərəfində  gəc  üzərində  qara  rənglə  yazılmış  «Malik  ibn 
İbralıim»  sözləri  qalırdı.  Bina  təmir  edilərkən  həmin  sözlər 
məhv  edilmişdir)  qəbrin  üstünə  qoymuş,  yanlarmı  sementlə 
bərkitmişlər.  Fikrimizcə, bu elmi  baxımdan  düzgiin deyildir. 
Çünki  abidəni  tədqiq  edən  hər  hansı  bir  tədqiqatçmın 
bundan  xəbəri  olmadığı  üçün  qəbri  kitabədə  adı  qeyd 
olunan  Məhəmməd bəyə aid edə  bilər.
Sənduqənin  yanlarında  həkk  edilən  kitabə  şiə  aləmində 
«14  məsum»  adı  ilə  tanm an  şəxslərin  adlarmdan  ibarətdir.
•  
___
Islamın  banisi  Məhəmməd  peyğəmbər,  qızı  Fatimə  və  12
117


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə