Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   34   35   36   37   38   39   40   41   42

imamın  adlarmdan  ibarət  olan  bu  mətnə  Naxçıvanm, 
ümumiyyətlə  Azərbaycanın  epiqrafik  abidələrində  XVI  əsrə 
qədər  rast  gəlinmir.  XVI  əsrdə  Azərbaycan  Səfəvilər 
dövlətinin  yaranmasından  sonra  onlann  yeritdiyi  şiəlik 
siyasətiııə  uyğun  olaraq  bir  sıra  elmi,  ədəbi  və  s.  əsərlərdə 
olduğu  kimi,  epiqrafık  abidələrdə  də  digər  şiəlik  ehkamları 
kimi bu mətnlər də həkk  olunurdu.
12-13.  Sənduqə  formalı  bu  qəbiriıstü  xatirə  abidələri 
şəhər  Came  məscidiniıı  yaxınlığında  yerləşən  «Təkeşiyi 
məscidi»nin  (yerli  əhali  onu  bəzən  «Yəhya  bəy»  məscidi  də 
adlandırır)  şərqdən  giriş  qapısınm  sağ  və  sol  tərəflərində 
dikinə  qoyularaq  divara  hörülmüşdür.  Oııa  görə  də  bədii 
daşyonma  sənətinin  gözəl  nümunələri  olan  bu  abidələrin 
kitabələrinin  bir  hissəsi,  xüsusi  ilə  mərhumun  şəxsiyyətinə 
aid  olan  hissələr  divarın  içərisində  qaldığı  üçün  onları 
oxumaq, 
kiınə 
aid 
olmasını 
və 
dəqiq 
tarixini 
aydmlaşdırmaq  müm kün  olmamışdır.
14.  Hansı  isə  qadmm  xatirəsinə  mərmərdən  hazırlanmış 
sənduqə  tipli  bu  qəbiriistü  xatirə  abidəsi  Came  məscidiııin 
ətrafında  abadlıq  işləri  aparılarkəıı  torpağın  altm dan  aşkar 
edilmişdir. 
Abidənin 
yan 
haşiyələrində 
Quranın 
II 
surəsindən  götürülmüş  ayəyə  (II-255-Ayətəl-kursi)  bütün 
Azərbaycan  ərazisindəki  epiqrafik  abidələrdə  olduğu  kimi 
Naxçıvan  bölgəsində də tez-tez rast gəlinsə də,  onun  ardınca 
yazılmış  və  «Ali-İmran»  («İmran  ailəsi»)  surəsindən 
götürülmüş  ayələrə  (III-16-17)  XX  əsrin  20-ci  illərində 
Ordubad  rayonu  ərazisindən  Tiflis  muzeyinə  aparılmış 
mərmərdən  hazııianmış  sənduqə  tipli  xatirə  abidəsi  istisna 
olmaqla heç bir məzar kitabəsindo təsadüf olunmamışdıı*.
15.  Kitabədə  mərhumə  Xanbikənin  atası  «bəy»  titulu  ilə 
təqdim  olunmuşdur.  Bir  neçə  kitabədə  rast  gəlinən  bu  titul 
adın  sonuna  əlavə  edilirdi.  O rta  əsrlərdə  və  sonrakı
118


dövıiərdə  bu  titul  iki  yerə  bölünürdü:  1.  İrsi,  2.  Şəxsi. 
Birinci  halda  titul  irsi  olaraq  ata  öldükdən  sonra  oğula 
keçirdi.  İkinci  halda isə  titul  irsi  olaraq  övlada  keçmirdi.  Bu 
titul Azərbaycanda Sovet hakimiyyəti qurulanadək  fəaliyyət 
göstərmişdir.  «Bəy»  titulu  ilə  təqdim  olunması  Sultan  Şadi 
bəyin  dövrünün  görkəmli  şəxsiyyətlərindən  olduğunu 
göstərir.
Kitabədə  Şadi  bəy  həm  də  «sultan»  titulu  ilə  təqdim 
olunmuşdur.  Şadi  bəyin  yaşadığı  Səfəvilər  dövründə  yerli 
hakimlərə  verilən  bu  titul  irsi  deyil,  şəxsi  olmuş  və  ömürlük 
xarakter  daşunışdır.  Səfəvilərin  hakimiyyətinin  ilk  illərində 
«xan»  və  «sultan»  titulları  arasmda  elə  bir  fərq  olmasa  da, 
birinci  Şah  Təhmasib  hakimiyyətə  keçdikdən  sonra,  xüsusi 
ilə  onun  hakimiyyətinin  sonlarmda  «xan»  titulu  «sultan» 
titulunu  üstələmişdi  (17,  s.  103-104).  Daşıdığı  hər  iki  titul 
Sultan  Şadi  bəyin  zəmanəsinin  nüfuzlu  şəxsiyyətlərindən 
olduğunu göstərir.
18. 
O ıta  əsrlər  zamanı  əsasən  alimlərə,  şairlərə,  nüfuzlu 
din xadimlərinə,  sufı şeyxlərinə,  bəzən isə dünyəvi hakimlərə 
müraciət  edilən  və  mərhum  Məhəmmədrzanm  da  daşıdığı 
«Mövlana»  titulu  göstərir  ki,  o  yaşadığı  dövrün  görkəmli 
şəxsiyyətlərindən  olmuşdur.  Xatirəsinə  yaşılımtıl  rəngli 
daşdan  başdaşı  hazırlamııası  və  daşıdığı  «Mövlana»  titulu 
mərhum  Məhəmmədrzanm  sufı  şeyxi  olduğunu  söyləməyə 
əsas  verir.  M ətnin  əvvəlində  11  saylı  kitabədə  həkk  edilən 
dini mətn-  14 məsumun adları cüzi fərqlə  verilmişdir.
20. 
Kitabə  Səfəvi  hökmdarı  I  Şah  Abbasm  O rdubad 
şəhər  əhalisini  xəzinəyə  veriləcək  bir  sıra  vergilərdən  azad 
olunması  haqqm da  hicri  1012/1604-cü  il  tarixli  fərmanmın 
mətnindən  ibarətdir.  1603-cü  ildə  Osmanlılarla  başlayan 
müharibədə  Ordubad  şəhər  əhalisi  Səfəviləri  müdafıə 
etdiyinə  görə  I  Şah  Abbas  onları  mükafatlandırmış  və  belə 
bir  fərman  imzalamışdır.Bir  sıra  siyasi-iqtisadi,  tarix
119


məsəlolərini  özıındə  əks  etdirən  kitabəni  daha  çox  adam 
oxusun  deyə  o  şəhər  əhalisinin  ən  çox  toplaşdığı,  cəm 
olduğu  Came  məscidinin  giriş  qapısınm  baş  tərəfınə 
qoyulmuşdur.  Kitabədə  Nəsirəddin  Tusi  nəslinin  adının 
xüsusi 
olaraq 
vurğulanması 
görkəmli 
astronom, 
ensiklopedik  alim  Nəsirəddin Tusinin  mənsub  olduğu nəslin 
Ordubadın  qədim’  sakinlərindən  və  şəhərdə  böyük  nüfiız 
sahibi  olduğunu  göstərir  və  kitabə  bu  cəhətdən  birinci 
epiqrafik  sənəd  kimi  böyük  əhəmiyyət  kəsb  edir.  Kitabənin 
məlumatlarına  əsasən  tam  qətiyyətlə  deyə  bilərik  ki, 
Nəsirəddin  Tusinin  özü  olmasa  da  ata-babaları  əslən 
O rdubaddan  olmuş,  burada  dünyaya  göz  açmış,  yaşamış, 
sonralar Tus şəhərinə və başqa yerlərə köçmüşlər.
21.  Başdaşmm  aşağı  hissəsində  həkk  edilən  iki  ədəd  həvə 
(xalça  toxunuşunda  istifadə  edilən  alət)  təsviri  göstərir  ki, 
mərhum  Zeynəli  sağlığmda  xalçaçılıqla  məşğul  olmuşdur. 
Bu  təsvirlər  orta  əsrlərdə  Azərbaycanda,  o  cümlədən 
Naxçıvıanda  geniş  yayılan  xalçaçılıq  sənətinin  Ordubad 
şəhərində  də yüksək inkişaf səviyyəsində olduğunu göstərir.
22.  Kitabənin  tarixi  həm  sözlə,  həm  də  rəqəmlə 
yazılmışdır.  Kitabə bu  cəhətdən  müstəsnalıq təşkil edir.  Belə 
hala nadir hallarda təsadüf olunur.
23.  Kitabə  çox  kobud  hərflərlə  yazılnuş,  bir sıra  sözlərdə, 
hətta  Quran  ayəsində  belə  bəzi  səhvlər  buraxılmışdır. 
G örünür,  kitabəni  yazan  xəttat  və  ya  həkk  edən  həkkak 
naşı  olmuşdur.
25. 
Kitabədə  mərhum  Əlixan  «Xacə»  titulu  ilə  təqdim 
olunmuşdur.  Orta  əsıiər  zamanı  Yaxın  Şərq  ölkələrində 
məşhur  alimlərə,  şairlərə,  tacirlərə  bu  titulla  müraciət 
olunurdu.  M əşhur  alim  Nəsirəddin  Tusi  də  bu  titulu 
daşımışdır.  Tədqiqatçılarm  fıkrincə  Azorbaycanda  da  iri
120


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə