Azərbaycan m iLLİ elm lər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix01.11.2017
ölçüsü1,08 Mb.
#7807
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

qayıdırlar.  Xəbər  gəlsə  də  istilik  dəyişkən  olduğundan 
yaşlılar bunu  aldadıcı hesab  etməklə  qaramalı  açıq havaya 
çıxarmamağı məsləhət görürlər. «Qamn oyanması» adlanan 
bu dövr insanlar üçün çox qorxuİu hesab edilir. E1 arasmda 
deyirlər ki,  günəşin işarmasma baxmaym, hələ torpaq qız- 
mayıb,  insana tez soyuq dəyər.  Belə xüsusiyyətlərinə  görə 
Naxçıvamn bəzi yörələrində bu çərşənbə «Külə», yəni tam 
olmayan, kəsir çərşənbə adlanır.  Sözün ilk çiçək görünməsi 
ilə  əİaqəli  olduğunu  yazan  bəzi  müəlliflər  onun  «Gülə 
çərşənbə» adlandığmı deyirlər. Lakin sonrakı, üçüncü çərşən- 
bənin,  yəni  torpaq  çərşənbənin  Qara  çərşənbə  ilə  yanaşı 
Quyruqlu  çərşənbə  də  adlanması  sözün  külə  olduğunu 
deməyə imkan verir.
Üçüncü  çərşənbə-Qara  /  Quyruqlu  çərşənbə  torpağm 
qızması, onun buğlaması (buxarlaması) ilə ələmatdardır. EI 
arasmda deyirlər ki,  Cəmıə torpağa düştir, torpaqdan buxar 
qalxır,  deməli  o  qızmışdır,  yaz  əkininə  başlam aq  olar. 
Xüsusən  yazlıq  arpa  yubadılm adan  əkilməlidir.  Bir  az 
yubansa onun məhsuldarlığı aşağı olacaqdır. Ümumiyyətlə 
yazlıq  arpanı  yazm  ilk  günlərinə  qədər  əkmək  məsləhət 
goruiur.
Çərşənbənin «Qara çərşənbə»  adlanmasmı iki mənada 
izah edirlər:  1 .Xalq arasmda olan adətə görə «qara bayramwı 
keçirilməmiş mərhumlara bu çərşənbə ərzində «qara bayram» 
keçirilir,  ailələr yasdan çıxırlar.  Bir qayda olaraq qırxı çıx- 
mamış  mərhumlara  «qara  bayram»  edilmir.  Lakin 
qırxı 
yaxmlaşan mərhumlann qırxı ilə «qara bayram»ı birləşdirilir. 
Bir  sözlə,  xalq  «Axır  çərşənbə»yə  və  N ovruza  yasdan 
çLxmış halda getməyə çalışır.
2.
 Çərşənbənin qara adlanması qarlarm tamamilə əriməsi, 
torpağın qaralması ilə də əlaqələndirilir.


Bu  çərşənbədə  evbrin,  həyət-bacanm  yığışdırılması 
başa çatdırılır. İmkan daxiİində qışdan çıxmış evlərə müəyyən 
bəzək vurulur, yəni bayramsayağı bəzədilirdi:
Bayram olub,  qızıl palçıq əzərlər,
Naxış vurub  otaqları  bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəİinin fmdıqçası, hənası,
Həvəslənər anası,  qaynanası(21, s .4 1 ).
Ustad Şəhriyann bu misraları elimizdə, obamızda bayra- 
m a hazırlıqla bərabər ənənəvi eviərimizin quruluşu, onların 
bəzənm əsi  ilə  bağlı  dəyərli  m əlum at  verir.  N axçıvan 
ərazisindən toplanmış materiallara  söykənərək  demək olar 
ki, burada da Axır çərşənbəyə  qədər bu işlər görülməli  idi. 
Yaşh məlumatçılarm söylədiklərinə görə ətrafda olan qırmızı 
və  ya  ağ  torpaqdan  gətirib  suda  həll  edər  və  süpürgə 
vasitəsilə  onu  evin  divarlarma  vurardılar.  Bu  el  arasmda 
«Evin  çırpılması»  adlanırdı.  Taxçalı,  rəfli  evlərə  gəlincə 
onlar Ordubad şəhərində və bəzi kəndlərdə tək-tək qalmaq- 
dadırlar.
Bu çərşənbə ilə Axır çərşənbə arasmda yerinə yetiriləcək 
ən başlıca vəzifələrdən biri  lazım  olacaq  şirniyyatm,  ərzaq 
məhsullarmm,  qız-gəlinə aparılacaq “İlaxır p a y f’nm hazır- 
lanmasıdır.  Bu  m əsələdə  yardım laşm aya  böyük  önəm 
verilirdi. Bayram hazırhğı olmayan ailələrə qohumlar, yaxın 
qonşular tərəfındən, gizli şəkildə köməklik göstərilirdi. EIə 
şərait yaradıhrdı ki, əziz gündə kimsə məyus olmasın.
İlin Axır çərşənbəsi, Cəmrənin küləyə düşdüyü çərşənbə. 
Bu çərşənbə Naxçıvanda çox təntənəli şəkildə qeyd olunur. 
EI  arasında deyirlər ki, bu gündən başlayaraq vədə yelləri, 
bayram yeli əsəcək, hava dəyişəcək, köçəri quşlar, xüsusən 
qaranquş gələcək. Vədə yeli ilə bağh xalq arasmda deyirlər
46


ki, hər şey vədəyə baxsa da,  vədə heç nəyə baxmaz.  Ustad 
Şəhriyar bayram yelini yazm başlanğıcı hesab edir;
Bayram yeh çardaxlan yıxanda,
' '^ovruz gülü,  qar çiçəyi  çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eyləyən sağ olsun, 
D ərdbrim iz qoy  dikəlsin, dağ olsun (21,  s.37).
Həmin gündə bir sıra vacib m əsəblərə əməl edihr:  hər 
kəs  evində  olmağa  çahşır,  qız-gəhnlərə  pay  göndərihr, 
qəbirlər ziyarət olunur, bayram süfrəsi açılır, bir sıra şimiyyat 
və  yeməklərlə  yanaşı  mütləq  plov  bişirihr.  Xalq  arasmda 
plov Ilaxır çərşənbənin atributu sayılır. Kimsəsizlər, xəstələr 
yad edilir.  Qohum və qonşular tərəfındən yasdan çıxmamış 
ailələrin  ocağı  yandırılıb,  onların  həyətində  qazan  asıhr. 
Axşam,  gün  batanda  həyətlərdə  tonqal  yandınhr  və  ailə 
üzvləri tonqal üzərindən atıhrlar. Bu vacib əməllərdən sonra 
qız-gəlinin,  oğlan  ıışaqlannm   qapılan  pusm ası,  niyyət 
etməsi,  şal  atması,  müxtəUf əyləncəli  oyunlan,  falaçma və 
s.  başlayır  ki,  bu  da  ğecəyarısına  qədər  davam  edir.  Səhər 
erkən,  Günəş  doğmamışdan  bütün  insanlar  çay,  çeşmə, 
bulaq başma gəlib su üstündən tullanar, sudan dilək diləyib, 
dərd-sərlərinin onun üstünə tokülüb axmasını, yeni ilə dərd- 
bəlasız getməyi arzulayarlar.  Qadmlar çeşmədən, bulaqdan 
«İIaxır  suyu»  və  «Bərəkət  daşı»  adlanan  kiçik  daşlar 
götürərlər.  «Ilaxır  suyu»nu  gələn  ilin  Axır  çərşənbəsinə 
qədər saxlayar, ondan xamraya qatar, m üxtəlif xəstəliklərin 
tnüalicəsində  istifadə  edərdilər.  Qälan  suyu  qızılgülün  və 
ya bar ağacınm  dibinə tökərdilər.  Daşlar isə  bərəkət rəmzi 
olaraq  yağ  küpəsinə,  unluğa  və  digər  ərzaqların  içərisinə 
qoyulardı. Bərəkətli olsun deyə kişilərin belə daşları kisələrinə 
qoyduqlan da söylənilir. Növbəti ildə həmin daşlar bulağa,
47


çeşməyə atılıb yenisi götürülürdü. Bebliklə, Axır çərşənbədə 
bütün ünsürlər-su,  od, torpaq və hava birləşib  tamı,  bitkini 
yaradırdı.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi Axır  çərşənbə 
m üstəsna  olm aqla  N axçıvanda  heç  bir  çərşənbədə  hər 
hansısa  adətə,  inama  əməl  edilməməklə  heç  bir  mərasim 
keçirihnəmişdir. Bu yazıda bizim məqsədimiz çərşənbələrin 
xüsusiyyətlərindən bəhs etmək olduğundan adət və inamların 
üzərhıdə çox dayanmayıb yaradıhşda dörd ünsürün ardıcıl- 
hğından bəhs  etmək  istərdik.  Yəni  xalq  arasmda olan  adət 
və  inam ların  y arad ılışla,  təbii  dəyişm ələrlə  baglılığı 
məsələsində ki, bu bütün mübahisələrin sonu, elmi möhürdür. 
Oncə  qısaca  olaraq  yaradıhş  haqqmda:  Dini  mənbələrdə, 
mifaloji  mətinlərdə,  bir sıra yazıh  qaynaqlarda yaradıhşm 
əsasmı su, istilik anlamında enerji, hərəkət, torpaq və hava, 
nəfəs  təşkil  edir.  Qədim  Şumer  əfsanələrinə  görə  öncə 
tanrılar mövcud idi, bütün dünya isə dərin sularla örtülmüşdü. 
Tanrıça Namu  dərin  sulardan  palçıq  götürüb  ona  özlərinə 
oxşar  şəkildə  forma  verir,  sonra  nəfəs  püləyMər.  Oxşar 
inama Altay türklərində Ülgenin insam yaratması motivində 
rast gəhrik.  Səmavi dmlərdə də yaradıhş su, hərəkət,  daxili 
enerji, torpağın (palçığın) insan formasma sahnması, sonda 
ona nəfəsin,  havanm verilməsi ilə başa çatır. Dörd ünsürün 
bhləşməsi iiə tamm yaranması. Bu ilkin insana, Adəm(ə.s.)a 
da  aiddir.  Qurani  Kərimdə  sonrakı  insanİarın  bir  qətrə 
sudan, nitvədən, bişmiş yumurtadan yarandığı xəbər verilir 
ki, bunun da mayasında enerji dayanır. Təbiətdə olan bütün 
flora və fauna dörd ünsürün birləşməsindən yaranır, doğulur. 
Bu insanlarda və digər bala doğuran canJıİarda dərin düşüncə 
tələb  edən  proses  oİsa  da  bir  toxumun  cücərməsində  açıq 
müşahidə  ediiəndir.  Dörd  ünsür  olmadan  həyat  yoxdur. 
Toxumunda mayası  donuq halda,  daxili  enerjinin  təsiri  ilə
48


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə