Azərbaycan m iLLİ elm lər akademiyasi naxçivan böLMƏSİ


  QIŞLA ƏLÄQƏLİ TƏQVIM  ADƏTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix01.11.2017
ölçüsü1,08 Mb.
#7807
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

2.2.  QIŞLA ƏLÄQƏLİ TƏQVIM  ADƏTLƏRİ, 
«XIDIR NƏBİ» BAYRAM IVƏ HZ. XIZIR 
PEYĞƏM BƏRLƏ BAĞLI İNAMLAR
Problemlə əlaqəli m əsələbrə keçməmişdən öncə bayra- 
maqədərki bəzi məqamlara diqqət yetirməyi məqsədəuyğun 
sayınq.  Uzunmüddətli  araşdırmalar  sübut  edir  ki,  payızm 
son aylan və qış xalq arasmda daha çox toy-düyün, m üxtəlif 
mərasimlərin,  bayram  və  şənliklərin  keçirildiyi  dövrdür. 
Bu  bir  tərəfdən  çöl-tarla  işlərinin  bitməsi,  heyvanlann  ət 
tutması, insanlarm sərbəsləşməsi ilə bağlıdırsa digər tərəfdən 
təbii proseslər, təqvim adətləri  ilə əlaqəlidk
Xalq arasmda Novruz bayrammdan sonra geniş şəkildə 
olmasada  m üxtəlif məşğuliyyət  sahələri  (yaylağa  qalxma, 
xmnanüstü, qoçqarışan və s.) ilə əlaqəli müəyyən mərasimlər 
keçirilsədə  onlar ümümxalq  xarakteri  daşımnlar.  Bunların 
əksinə olaraq qışm ilk gecəsində (indiki təqvimlə  dekabrın 
20-si  axşamı)  «ÇilIə  gecəsi»  adlı  ümumxalq  mərasimi 
keçirilir.  Bu  gecənin  əsas  simvolu  payızdan  həmin  gün 
üçün xüsüsi qaydada (daha çox samamn içərisində) saxlamlan 
və el arasında “ÇiIIə qarpızı” adlanan sovqatdır.
Adətə  uyğun  olaraq  həmin  gün  oğlan  evindən  nişanh 
qızlara “Çillə payı” gətirilir. Paym içərisində digər hədiyələrlə 
yanaşı  qarpız  da  olmalıdır.  Pay  apararkən  gənc  qızlar 
müxtəlif haxıştalarla yanaşı qarpızla bağh el nəğmələri ox- 
uyurlar:
Əzizim Çillə qarpız,
Düşübdür dilə qarpız.
Yığılıb xurcunlara,
Gedir yargilə qarpız.


Sİ!  ♦  5*!
Əzizim qara qarpız,
Düşübdür qara qarpız.
Qoyulub xonçalara,
Aparılır yara qarpız.

3^5
  *
Əlimi bıçaq kəsdi oy,
Dəstə bıçaq kəsdi oy.
Yarm çillə qarpızm,
Yastı bıçaq kəsdi oy.
Adətə görə  bəy  evindən nişanlı  qıza göndərilən  “Çillə 
qarpızı” xonçasma qarpızı kəsmək üçün xüsusi bıçaq qoyulur. 
Çillə  qarpızı  evin  ağsaqqalı  tərəfmdən  kəsilib  dilimlənir, 
bütün ailə üzvlərinə paylamr. Maraqlıdır ki, məclisin sonunda 
bıçaq  bir  dilim  qarpızla  yenidən  oğlan  evinə  qaytarılır. 
Bunun səbəbini bir neçə^nəfərdən soruşsaq da dolğun cavab 
ala  bilmədik.  Xalq  arasmda  belə  bir  inam  mövcuddur  ki, 
çillə qarpızı yeyən adam sağlam olur,  o, xəstəlikləri  sovuş- 
durur.  Buna görə  də  xəstələrə  çillə  qarpız:  ən  böyük töhfə 
hesab edilir.
Ordubad bölgəsinin bir sıra kəndlərində “Çillə gecəsf’ 
süfi:əsində *‘q” hərfı ilə başlayan 7 cüi’ə (yeddi ləvin) meyvə, 
şirniyyat  və  yeyəcək  olmah  idi:  qatıq,  qarpız,  qurud  aşı, 
qoz,  qax,  qayğanaq,  qabaq  (bal  qabaq)  və  s.  Digərləri 
dəyişsə  də  qarpız  mütləq  idi.  Süfrədəkilərin  “q”  hərifı  ilə 
başlanmasmı qışla,  qarla əlaqələndirsələr də uzunmüddətli 
araşdırmalara baxmayaraq qarpız haqqmda dəqiq məlumat 
toplaya bilməmişik.
Toplanmış ədəbiyyat materiallarma əsasən demək olar 
ki, bizlərdə olduğu kimi qədim türklərin yayıldıqları Mərkəzi 
Asiya,  M onqolustan  və  Tibetdə  də  qış  fəslini  təntənəli
32


şəkildə qarşılamışlar.
Xalqımız qışı «çillə» adı ilə üç yerə bölür.  Böyük çillə 
40  gün  (21  dekabr-30  yanvar),  kiçik  çillə  20  gün  (31  yan- 
var-19  fevral),  çilb-beçələr  -d ö rd   həftə  (  el  arasında  bu 
dövr “boz a y /’ “bayram ayı” adlan ilə  də bilinir) (20  fevral 
-20  mart).  E1  arasmda  bunlar üç  bacı,  daha  çox  böyük və 
kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. 
Bir  rəvayətdə  deyilir  ki,  Böyük  çillə  ömrünü  başa  vurub 
yerini Kiçik çilləyə verərkən Kiçik çillə soruşur: «nə etdin»? 
Böyük çillə deyir ki, tayaları yanladım, unluqlarm, qovurma 
küpəiərinin başmı yendirdim, qalaqları sökdüm. Kiçik çillə 
cavab  yerir:  «Mən  gedib  unluqları,  qovurma  küpələrini 
silib-süpürəcəyəm,  qalaqları  yandınb  göyə  sovuracağam, 
ot  taylarmı  yox  edəcək,  qanları  təndirə  salıb  küflədən 
çıxaracağam. H ayıf ki, mənim ömrüm azdır, yoxsa hər şeyi 
məhv  edərdim».  Beləcə,  xalq  Kiçik  çilləni  çox  qorxulu 
hesab edir və deyir ki,  «Kjçik çillənin (Bəzi kəndlərimizdə 
Cahar-Caharm)  soyuğu  təndirə  təpər  toyuğu».  “Cahar- 
cahar” ifadəsi daha çox Ordubad bölgəsində işlədilir. İnama 
görə  Böyük  çillənin  son  dörd  günü  və  Kiçik  çillənin  ilk 
dörd günü qışın ən sərt dövrüdür.
Yuxanda  göstərdik  ki,  qış  üç  çilləyə  bölünür.  Xalq 
Böyük  çiliəni  mərd  hesab  etməklə  ondan  qonanur.  Tarixi 
təcrübələrə əsaslanaraq əhali belə hesab etmişdir ki, Böyük 
çillə mülayim keçir,  sular zəif donur.
İlin ən uzun gecələri hesab olunduğundan qış gecələrini 
keçirmək məqsədi  ilə  böyük  evlərdə,  çayxanalarda,  “tövlə 
otaqları^nda el bilicilərinin söhbətləri, aşıq məclisləri təşkil 
edilir, yaxm qohumlar və qonşular bir-birinin evinə toplaşıb 
maraqlı  söhbətlər  edirdilər.  Bu  bütün  Azərbaycan  üçün 
xarakterik idi.


Qış gecəsi tö v b b rin  otağı,
Kətillərin oturağı, yatağı,
Buxarıda yanar odun yanağı,
Şəbçörəsi,  girdəkanı,  iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.  (21,s.42)
Qış gecələri uşaqİar üçün nağıl dünyası, mənəvi zənginlik 
məqamı  idi. Hər kəs kürsünün başma toplaşar və kürsünün 
üstündə  iydə,  m üxtəlif meyvələrin  qurusu,  mövüz,  kişmiş, 
qoz və  s.  qoyulurdu.  XIX  əsrin sonu,  XX əsrin  əw əllərini 
xatırlayan məlumatçılar söyiəyirdilər ki, çox az ev tapılardı 
ki, xaral dolu iydə, kisələrlə quru meyvələr olmasm. Kolxoz 
quruluşu  dövründə  isə  adı  çəkilən  çərəzlərin  illik  qazanca 
görə bölünməsi bu vəziyyəti daha da yaxşılaşdırdı.  Indi  də 
xatırlayıram  ki,  ilin  payız  və  qış  dövrlərində  bir  iş  üçün 
kimin evinə getsə idik, el arasmda deyildiyi kimi “yanağmdan 
qan  daman”,  xala,  bifei,  nənə  deyib  müraciət  etdiyimiz 
qadmlar  cibimizə,  ətəyimizə  müəyyən  çərəz  qoymamış 
bizləri yola salmazdılar.
Qışda qadmlar daha çox əyiricilik və toxuculuqla (yun 
corablar,  əlcəklər,  isti  köynəklər,  xalça  və  s.)  məşğul 
olurdular. Xalça toxumaq böyük zəhmət və kömək tələb et- 
diyindən qadmlar arasmda “Öməci” (qarşılıqlı yardımlaşma) 
adlanan adətə əməl ediIirdi.Belə yardımlaşmada gənc qızlara 
toxuculuğun  öyrədilməsi  xüsusi  yer  tuturdu.  Olurdu  ki, 
qızm anası onu xalça toxuyanlarm yamna gətirib öyrədilməsini 
xahiş  edirdi.  Xalq  arasmda  bununla  əlaqəli  maraqlı  bir 
deyim formalaşmışdır: “İşlə mənim üçün, öyrən özün üçün”. 
Beləliklə  el  məktəbİ  yaranırdı.  T əssüf  ki,  indi  bunlarm 
çoxusu aradan çıxmışdır.
Təsərrüfatda  əsas  fəailiyyət  isə  m al-qaraya  qulluq 
sayılırdı və bu işlə oğlan uşaqları və kişilər məşğul olurdular..
34


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə