Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 479,28 Kb.
səhifə5/6
tarix04.11.2017
ölçüsü479,28 Kb.
#8571
1   2   3   4   5   6

Ölkəmizdə neft və qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların artım tempi də ilk dəfə olaraq, məhz bundan sonra tarazlaşmış 2007-ci ildən etibarən, bu sahədə mövcud tendensiya ikincinin xeyrinə dəyişməyə başlamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, 2009-cu il böhranla, xüsusən də neftin dünya bazarlarında qiymətinin düşməsiylə əlaqədar ölkəmizdə də bir çox layihələrin icrası dayandırılmış, onların sayı kimi məcburi surətdə birdən-birə 2 dəfə azaldılmalı olmuşdur. Fikrimcə, ölkənin maliyyə potensialının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ideal zəmin yaranmış və xarici sərmayə cəlbi üçün həyata keçirilən uğurlu siyasətin əsl səmərəsi də məhz bundan sonra özünü göstərməlidir.

Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranmışdır. Bununla əlaqədar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu gün xüsusi diqqət yetirilir.

Xarici investisiyaların ölkəyə cəlb edilməsində çoxtərəfli beynəlxalq müqavilələrin böyük əhəmiyyəti vardır. Xarici investisiyanın cəlb edilməsində maraqlı olan dövlət üçün investisiya riskini azaldan beynəlxalq müqavilələrə qoşulması çox zəruridir.

Xarici investisiya siyasəti Azərbaycan dövlətinin ümumi investisiya siyasətinin mühim tərkib hissəsi olub, milli iqtisadiyyatın yüksəlməsində, onun stabil inkişafında və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində özünəməxsus rol oynayır. Bu siyasətin həyata keçirilməsi üçün xüsusi investisiya proqramları işlənib hazırlanmalı və həmin proqramlarda milli iqtisadiyyatın xüsusiyyətləri və beynəlxalq təcrübə hər tərəfli öyrənilib nəzərə alınmalıdır. Bu zaman ölkə iqtisadiyyatının inkişafı üçün strateji əhəmiyyət kəsb edən sahələrə xüsusi diqqət yetirilməlidir. Belə sahələrdən biri də yanacaq-energetika olduğundan ilk növbədə həmin sahələrə xarici kapitalın cəlb edilməsi üçün ayrıca investisiya planı işlənib hazırlanmalı və həyata keçirilməlidir. Digər tərəfdən qeyri-neft sektoruna xarici kapitalın cəlb olunması da diqqət mərkəzində olmalı və mühüm vəzifə kimi qarşıda durmalıdır. Fikrimizcə, qeyri-neft sektorunun ayrı-ayrı sahələri üzrə sistemli şəkildə investisiya proqramları işlənməli, bunlar kompleks proqramlar ilə ziddiyət təşkil etməməli və bu sahənin müxtəlif bölmələri arasındakı qarşılıqlı əlaqələri özündə əks etdirməlidir. Neft sektorundan alınan gəlirlər qeyri-neft sektoruna yönəldilməsi üçün də kompleks proqramlar işlənib hazırlanmalıdır.

III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA STİMULLAŞDIRICI VERGİ SİSTEMİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
3.1. Stimullaşdırıcı vergi sisteminin formalaşmasında

dövlətin vergi siyasətinin əsas istiqamətləri
Bazar münasibətləri dövləti iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi proseslərindən azad etmir. Məsələ burasındadır ki, bu proseslər dövlətin təsərrüfat subyektlərinin istehsal-maliyyə fəaliyyətinə bilavasitə müdaxiləsini əhatə etməməlidir. Dövlət bazar mezanizmlərinin fəaliyyəti üçün lazım olan normal şəraiti formalaşdırmalı, bu mexanizmlərdən biri və əsası olan vergilər ilə həmin prosesləri tənzimləməlidir.

Müstəqillik illərində, xüsusən də son dövrdə Azərbayjan Respublikasında vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində müsbət addımlar atılmış, müasir keçid iqtisadiyyatının tələblərinə cavab verən Vergi Məcəlləsi hazırlanmış və qəbul edilərək qüvvəyə minmişdir.

Azərbaycan Respublikasının hazırkı iqtsadi inkişaf strateqiyası ən əvvəl sabit iqtisadi artıma nail olmağa yönəldilmişdir. Bu məqsədlə keçid dövründə dövlət müxtəlif iqtisadi tənzimləmə vasitələrindən istifadə edir ki, fikrimizcə bunlardan ən mühümlərindən biri də intisadiyyatın vergi tənzimlənməsidir. Təbii ki, düşünülmüş vergi siyasəti aparılmadan bazar mezanizminin normal fəaliyyətini təmin etmək mümkün deyildir.

Vergi siyaəsəti həyata keçirilərkən dövlət büdcəsinin tənzimlənməsi, planlaşdırılması və ona nəzarətin qanunla müəyyən edilmiş normaları reallaşdırılır. İqtisadi cəhətdən əsaslandırılmış vergi siyasəti maliyyə vəsaitlərinin vergi sistemi vasitəsilə toplanmasının optimallaşdırılması məqsədini güdür. Vergi siyasəti dövlət orqanlarının elmi cəhətdən əsaslandırılmış hüququ fəaliyyəti kimi geniş təkrar istehsalın tələbatını təmin etməlidir. Onun əsas məqsədi vergi ödəyicilərindən vergilərin tutulmasının hüquqi qaydalarını təmin etməklə bərabər vergitutmanın təsiri altında formalaşan iqtisadi münasibətlərin hərtərəfli qiymətləndirilməsidir.

Respublikada aparılan vergi siyasəti vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılmasına, hüquqi şəxslərlə fərdi sahibkarlar arasnda, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsinə, kiçik və orta sahibkarlıq, biznes fəaliyyəti üçün əlverişli mühitin formalaşdırılması və son nəticədə mövcud iqtisadi potensialın artırılmasına və əhalinin maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.

Vergi siyasətinin səmərəliliyi dövlətin onu hansı prinsiplər əsasında həyata keçirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycan Respublikasında vergi siasəti aşağıdakı prinsiplər nəzərə alınmaqla həyata keçirilir [14, 17]:

- vergi siteminin normativ-hüquqi bazasının formalaşdırılması, vergi mədəniyyətinin formalaşdırılması;

- vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli şəraitin formalaşdırılması və onların hüquqlarının maksimum qorunması;

- vergi yükünün optimal səviyyədə saxlanılması;

- vergi sisteminin idarəetmə orqanlarının fəa liyyətinin digər dövlət orqanlarının fəaliyyəti ilə əlaqələndirilməsi;

- dövlət vergi xidməti orqanları əməkdaşlarının fəaliyyəti üçün əlverişli şəraitin formalaşdırılmas, onların sosial müdafiəsinin təmin olunması;

- mövcud vergi sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla inkişaf etmiş ölkələrin vergi sisteminin özünü doğrulmuş təcrübəsinin istifadə olunması;

- sahibkarlıq və investisiya fəallığını stimullaşdıran, sadə və vergi ödəyicisi tərəfindən başa düşülən vergi sisteminin formalaşdırılması;

- vergi qanunvericiliyinə əməl edilməsinin praktiki cəhətdən rahat olması və minimum inzibati xərclər cəlb etməsi üçün müvafiq şəraitin formalaşdırılması.

Yuxarda göstərilən prinsiplər əsasında Azərbaycan Respublikasında həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri aşağıdakılardır [14, 31]:

- respublikanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi;

- vergilərin sayının azaldılması;

- vergi dərəcələrinin aşağı salınması;

- səmərəli vergi nəzarətinin təşkili;

- respublikanın ixrac potensialının inkişafının təmin edilməsi;

- daxili və xarici investisiyaların prioritet sahələrə cəlb edilməsinə əlverişli vergi mühitinin formalaşdırılması;

- vergi siteminin vahid uçot-informasiya sisteminin formlaşdırılması;

- vergi və qeyri-vergi ödənişlərinin yığılması səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

- vergi ödəyicilərinin gəlirləri üzərində səmərəli nəzarət mexanizminin tətbiqi;

- vergi intizamına əməl olunması üzərində nəzarət sisteminin təkmilləşdirilməsi və vergi hüquq pozunpusu hallarına görə məsuliyyət sisteminin daha da sərtləşdirilməsi;

- vergi xidməti orqanları əməkdaşlarının səmərəli fəaliyət göstərməsi məqsədi ilə vergi orqanlarının maddi-texniki bazasının əhəmiyyətili dərəcədə möhkəmləndirilməsi və sair.

Vergi siyasətinin tam dolğunluğu ilə həyata keçirilməsi və beynəlxalq standartlara cavab verən yeni qanunvericilik bazasının formalaşdırılması təkmil vergi inzibatçılığının formalaşdırılmasını zəruri etdi. Bu sahədə qabaqcıl dünya təcrübəsi araşdırıldı, bir sıra alternativ variantlar işlənib hazırlandı və son nəticədə, vergi orqanlarında funksional əsasda fəaliyyət göstərən struktura üstünlük verildi. Formalaşdırılan yeni struktur sistemlilik, çeviklilik, operativlik, kordinasiya olunma və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirmişdir.

Sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, iş adamlarının fəaliyyətinə lüzumsuz müdaxilələrə son qoyulması və vergi ödəyicilərinin qanuni mənafelərinin qorunması, yeni iş yerlərinin açılması ilə əlaqədar məşğulluğun təmin edilməsi ilə bağlı ölkə prezidentinin tapşırıqlarını əldə rəhbər tutaraq Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanmış və 2007-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Qanunda öz əksini tapmışdır. Yeni qaydalara əsasən vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəa ləğv edilmiş, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması proseduru sadələşdirilmiş və dəqiqləşdirilmiş, vergi orqanlarına gəlmədən hesağatların təqdim edilməsi üsulları müəyyənləşdirilmiş, sadələşdirilmiş verginin tətbiqi bazası daha da genişləndirilmiş və son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem formalaşdırılmışdır.

Qeyd etmək lazımdır ki, son illər vergi nəzarətinin təkmilləşdirilməsi sahəsində də əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklərin əsas məqsədi isə əsassız, bir-birini təkrarlayan və intizamlı vergi ödəyicilərinin haqlı narazılığına səbəb olan yoxlamaları aradan qaldırmaq, eyni zamanda aparılan yoxlamaların effektivliyini yüksəltmək və operativliyini yüksəltmək olub.

Vergigən yayınma hallarının möcudluğuna, vergi ödəmə mədəniyyətinin hələ də tam formalaşmamasına baxmayaraq, ölkədə azad sahibkarlığı inkişaf etdirmək və ona dövlət himayəsini təmin etmək, bu barədə ölkə prezidenti tərəfindən verilən tapşırıqları ardıcıl olaraq yerinə yetirmək məqsədilə səyyar vergi yoxlamalarının sayının minimuma endirilməsi, bir-birini təkrarlayan əsassız yoxlamaların qarşısının alınmaı ilə bağlı sistemli tədbirlər ardıcıllıqla davam etdirilir.

Vergi nəzarətinin təkmilləşdirilməsi son illər uğurla həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri olmuşdur. Bu sahədə görülən tədbirlər sahibkarlığın fəaliyyətinə mane olan və intizamlı vergi ödəyicilərində haqlı narazılıq doğuran əsassız yoxlamaların aradan qaldırılmasını, bununla yanaşı, aparılan yoxlamaların səmərəliliyini yüksəldilməsini təmin etmişdir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin tətbiqi ilə vergi ödəyicilərinin hüquqları əhəmiyyətli dərəcədə artırılmışdır. Hazırda səyyar vergi yoxlamalarına başlamazdan ən azı 15 gün əvvəl vergi ödəyicisinə müvafiq bildiriş göndərilir. Vergi yoxlamasının nəticələrinə vergi orqanlarının rəhğər vəzifəli şəxslərinin yanında vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə baxılır və yalnız bundan sonra məsuliyyətə cəlb edilmə haqqında qərar çıxarılır. Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinə əsasən, əgər əvvəllər 18 halda maliyyə sanksiyası tətbiq edilirdisə, hazırda bu hallar dördə endirilmişdir.

Məhz aparılan islahatların nəticəsidir ki, səyyar vergi yoxlamalarının sayı 2008-ci ildə 9175 təşkil etmişdir. 2002-ci ilə nisbətən fiziki şəxslərin yoxlamalarının 23,4%, hüquqi şəxslərin yoxlamalarının sayı 5,7% artmışdır. Artıma əsas səbəb həmin ildə vergi ödəyicilərinin sayının artmasıdır. Ümumiyyətlə, vergi nəzarəti zamanı əsas diqqət səyyar vergi yoxlamalarının sayının azaldılması və keyfiyyətinin yüksəldilməsi, ən əsası isə kameral yoxlamaların səmərəliliyinin artırılmasına verilir.

Vergi siaysətinin həyata keçirilməsi üsulları dövlətin vergi siyasəti aparmaqla çalışdığı məqsədlədən asılıdır. Müasir dünya təcrübəsində vergi ödəyicisinin vergi yükünün dəyişdirilməsi, vergitutmanın hər hansı bir forma və vasitələrinin digəri ilə əvəz edilməsi, bu və ya digər vergiəlrin yayılma sahəsinin dəyişdirilməsi, vergi güzəştlərin tətbiq edilməsi və ya ləğvi, vergi dərəcələrinin fərqləndirilmiş sisteminin daxil edilməsi kimi üsullardan geniş istifadə olunur. Vergi siyasətinin məqsədi bir sıra amillərin təsiri altında formalaşır. Bunlardan ən mühümləri ölkədəki iqtisadi və sosial vəziyyət, cəmiyyətdə sosial-siyasi qüvvələrin yerləşməsidir.

Hazırda vergitutma sferasında əsas fəaliyyət istiqamətlərindən biri də onun cəmiyyətin inkişafına və dövlətin qarşısında duran vəzifələrə uyğunlaşdırıl-masıdır. Lakin vergi sistemində radikal islahatlar həyata keçirilərkən respublikanın bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılmaqda olan kövrək maliyyə sistemi xüsusi ehtiyyatlılıq və diqqətlilik tələb edir. Belə şəraitdə kardinal eksperimentlərin həyata keçirilməsi mənfi nəticələrə də gətirib çıxara bilər.

Vergi sisteminin əsəas atributlarından biri də bilavasitə vergitutmanın və onun elementlərinin sabitliyi sayılır ki, bu da sahibkarlıq fəaliyyəti və xarici inve-stisiyaların cəlb olunması üçün əlverişli şəraitin formalaşdırılmasını şərtləndirir.

Vergilərin dərəcələri real iqtisadi situasiyadan, daha doğrusu, büdcənin xərclər hissəsinin kəmiyyətindən, hazırda isə daha çox planlaşdırılan büdcə kəsrindən, əhalinin gəlirlərinin əsviyyəsindən və onların differensasiyasından asılı olduğuna görə onların uzun müddətə müəyyən edilməsi yol verilməzdir.

Vergi sistemində islahatlar həyata keçirilərkən vergi ili ərzində vergi yükünü ağırlaşdıran dəyişikliklərin edilməsinə yol verilməməlidir. Bu heç də o demək deyildir ki, hər hansı bir normativ-hüquqi sənəd təqvim ili ərzində, məsələn, may və ya setyabr ayında qəbul edilə bilməz. Bu zaman vergi qanunvericiliyində dəyişikliklərin edilməsinin «surpriz» metodundan imtina edilməsi məqsədəuyğun olardı. Vergi ödəyiciləri üçün əlavə çətinliklərin əmələ gətirilməməsi üçün vergi sistemini mürəkkəbləşdirən və yaxud vergi yükünü ağırlaşdıran qanunvericilik aktlarnın daha tez müddətdə qəbul edilməsi və növbəti ilin əvvəlindən tətbiqi daha səmərəli olardı.

Bütün vergi ödəyiciləri üçün vergi güzəştlərinin minimuma endirilməsini, yəni bir sıra güzəştlərin ləğvi nəticəsində vergitutma bazalarının genişləndirilməsini və eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş vergitutma dərəcələrinin aşağı salınmasını nəzərdə tutan vergi siyasəti həata keçirilməli, müasir dünyada gzünü doğrultmuş «aşağı dərəcələr – geniş vergitutma bazası» prinsipi əsas götürülməlidir.

Qeyd olunduğu kimi, vergi siyasətinin həyata keçirilməsinin səmərəli alətlərindən biri də vergi güzəştləridir. Bu onunla əlaqədardır ki,tələb olunan şartlərə cavab verən hər bir fiziki və hüquqi şəxsə vergidən tam və yaxud qismən azad olma hüququ verilə bilər.

Qanunvericilikdə müxtəlif növ və formalı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi güzəştlərinin edilməsi nəzərdə tutulur. Dünya vergiqoüma praktikasında tətbiq olunan vergi güzəştlərinin sistemləşdirilməsi müəyyən çətinlik formalaşdırır. Çünki onlar istənilən hallarda, yəni dövlətin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsində marağı olduğu, onun ayrı-ayrı sahibkarlıq fəaliyyəti növlərini və iqtisadiyyatın ayrı-ayrı sahələrini stimullaşdırmaq istədiyi hallarda tətbiq oluna bilər.

Vergi yükünün bütün vergi ödəyiciləri arasında bərabər və ədalətli bölüşdürülməsi məsələsi prinsipal əhəmiyyət kəsb edir. Buna, hər şeydən əvvəl iqtisadi fəaliyyətin vergi güzəştlərindən istifadə etməyən iştirakçılarına nəzərən vergi siteminin ədalətlilik prinsipini pozan və sistemsiz fəaliyyət göstən bir sıra vergi güzəştlərinin sayını azaltmaqla nail olmaq mümkündür. Belə ki, bir qrup vergi ödəyiciləri üçün güzəştli hesab olunan recim labüd surətdə digərləri üçün əlavə vergi yükü və gərginlik deməkdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, hazırda tətbiq olunan vergi güzəştlərindən bir çoxu kifayət qədər səmərəli deyildir və əksər hallarda öz təyinatı üzrə tətbiq olunmur. Bununla belə, fikrimizcə, vergilərin tənzimləyici funksiyasının azaldılması da düzgün olmazdı. Buna görə də bir sra güzəştlər, məsələn elm və texnikanın nailiyyətlərinin tətbiqinə yönəldilən, xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi, əhalinin az təminatlı və zəif müdafiə olunan təbəqələrinin sosial müdafiəsi ilə əlaqədar olan vergi güzəştləri saxlanılmalıdır.

Vergi stimullaşdırmasının daha bir obyekti investisiya fəaliyyətidir. Bir çox ölkələrdə, o cümlədən respublikamızda istehsal təyinatlı kapital qoyuluşlarının maliyyələşdirilməsinə, habelə, bu məqsədlər üçün alınmış və istifadə edilmiş bank kreditlərinin ödənilməsinə yönəldilən vergiyə cəlb olunan mənfəət vergidən tam azad edilir. bir sıra ölkələrin verigiqoyma sistemində gəlir vergisinə və bir sıra digər vergilərə cəlö olunmayanxüsusi investisiya fondlarının formalaşdırılması nəzərdə tutulur.

Vergi güzəştlərinin göməyi ilə bir sıra ölklərdə kiçik müəssiəslərin formalaşdırılması, xarici kapitalın cəlb olunması, iqtisadiyyatın sonrakı inkişafı üçün fundamental əhəmiyyətə malik elmi-texniki işlərin hazırlanması, ekolci lay\ihələr və dünya bazarı üçün rəqabət qabiliyyətli məhsulların buraxılmasına imkan verən yüksək texnologiyaya malik yeni istehsalların formalaşdırılması stimullaşdırılır.

Hal-hazırda respublikamızda fəaliyyət göstərən 9 vergi növünün altısında vergi güzəştləri və azadolmalar var və onların sayı və tətbiq sferaları heç də geniş deyildir. Lakin bununla belə, güzəştlərin səmərəliliyi göz qabağındadır. Belə ki, kənd təsərrüfatına vergi güzəştlərinin verilməsi nəticəsində bu gün nəzərə çarpacaq irəliləyişlər əldə edilmişdir.

Dövlət büdcəsi kəsrlə olduğuna görə vergilər hazırda daha çox fiskal funksiya daşımalı olurlar. Bununla bağlı onun digər xüsusilə də stimullaşdırıcı və tənzimləyici funksiyaları sıxışdırılmalıdır. Bu zaman məqsəd təsərrüfat subyektlərindən vergilərin mümkün qədər çox yığılması olmamalı, əsas diqqət vergitutma mənbələrinin genişlənmsinə, istehsal və tədavül prosesində müəssisələrin səmərəli inkişafı üçün əlverişli şəraitin formalaşdırılmasına yönəldilməlidir. Bütün hallarda vergitutmanın forma və metodları vergi ödəyicilərinin xalis gəlirlərinin asanlıqla hesablanıla bilən kritik səviyyədən aşağı olmasına gətirib çıxarmamalıdır.

Respublikamızda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri də əlverişli vergi mühitinin formalaşdırılması ilə xarici investorların ölkəyə cəlb edilməsidir. Bu məslə ilə bağlı Azərbaycan Respublikası tərəfindən bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. Bu müqavilələr əsasən investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını və sair əhatə edir.

Müəssisələrin fəaliyyətinin tənzimlənməsində əsas yük mənfəət vergisinin üzərinə düşür digər ölkələrlə müqayisədə bu verginin dərəcəsi Azərbaycan respublikasında elə də yüksək deyildir lakin bazar iqtisadiyyatı yazşı inkişaf etmiş ölkələrdən fərqli olaraq respublikamızda bu verginin vergitutma bazası əhəmiyyətli dərəcədə genişdir. Ona görə də mənfəət vergisinin vergitutma bazasını tədricən ümumi qəbul edilmiş beynəlxalq standartlarla uyğunlaşdırmaq lazımdır.

Dövlət yardımının prioritet istiqamətləri arasında sahibkarları daha çox maraqlandıran məsələlər – güzəştli vergitutma, vergitutmanın sadələşdirilməsi, onun sabitliyi mühüm yer tutur. Bu baxımdan son vaxtlar həyata keçirilən tədbirlər, o cümlədən Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər kiçik sahibkarlıq subyektlərinin vergiyə cəlb edilməsi məsələlərinə həsr olunmuşdur və vergi yükünü xeyli yüngülləşdirmək, üçot sistemini sadələşdirmək yolu ilə respublikada kiçik biznesin inkişafı üçün maksimal əlverişli şəraitin formalaşdırılmasına yönəldilmişdir.

Dünya təcrübəsi göstərir ki, büdcə gəlirlərinin sadəcə olaraq vergi dərəcələrinin yüksəldilməsi hesabına artırılması üzun müddət davam edə bilməz.

Bununla əlaqədar olaraq əsas xüsusiyyətləri aşağıdakılardan ibarət olan yeni vergi siteminin formalaşdırılması zərurəti meydana çıxır [14-16]:

- dövlət öz ehtiyaclarını ödəmək üçün sabit, zəruri məbləğdə və tələb olunan müddətdə gəlir əldə etməlidir. Dövlət gəlirlərinin daxilolması (vergilərin yığılması) arzu olunmaz kənarlaşmalardan qorunmalıdır;

- vergi sistemi vergi yükünün bütün ödəyicilər arasında ədalətli və proporsional bölüşdürülməsini təmin etməlidir;

- vergilər təsərrüfat fəaliyyətinin iqtisadi səmərəliliyinin təmin olunması üçün şərait formalaşdırılmalı və maliyyə resurslarının bölüşdürülməsinə təhrif olunmuş təsir göstərməməlidir;

- dövlət gəlirləri sistemi yığımı və investisiyaların inkişafını stimullaşdırmalı, iqtiadi artımı həvəsləndirməli, beynəlxalq bazarda azərbaycan mallarının rəqabət qabiliyyətini təmin etmək üçün zəmin formalaşdırmalıdır;

- vergi siyasəti və vegi sistemi ayra-ayrı vergi ödəyicilərinin problemlərinin həllinə deyil dövlət bücdəsinin gəlirlərinin təmin edilməsinə yönəldilməlidir;

- vergitutmanın qanunvericilik bazası aydın, anlaşıqlı və daxilən ziddiyyətsiz olmalıdır;

- vergi ödəyiciləri vergi qanunları və onlara edilmiş düzəlişlərlə tanış olmaq, həmçinin normativ-hüquqi sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək imkanına malik olmalıdırlar;

- vergilərin yığılmasına dövlətin çəkdiyi xərclər əlverişli səviyyədə saxlanılmaqla, vergitutma sistemi tətbiq olunarkən mürəkkəbliyi və dolaşıqlığa səbəb olmamalıdır.

Son dövrlər sahibkarlığın inkişafının təşviqində hökumət müxtəlif vasitələrlə (güzəştli kreditlərin verilməsi, azad rəqabətin təmini, lisenziyalaşdırılan fəaliyyət növlərinin azaldılması və s.) yanaşı vergi rıçaqından da uğurla istifadə etmişdir. Bu müddətdə vergi xidmətində aparılan islahatlar nəticəsində vergi siyasəti sırf fiskal maraqları deyil, stimullaşdırıcı vəzifəni də yerinə yetirməyə başlamışdır.

Son illər ölkə iqtisadiyyatında islahatların canlanması, iqtisadi inkişaf və irimiqyaslı özəlləşdirilmə prosesinin həyata keçirilməsi dövrü olmuşdur. Bu dövrdə qəbul edilmiş iqtisadi proqramlara əsasən həyata keçirilən islahatlar və özəlləşdirilmə prosesi makroiqtisadi sabitliyin və struktur dəyişikliklərinin təmin olunmasına yönəldilmişdir. Beynəlxalq maliyyə qurumları ilə birlikdə işlənib hazırlanan və uğurla aparılan islahatlar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə, həmçinin iqtisadi artıma və əhalinin maddi rifahının yüksəldilməsinə zəmin yaratmışdır. Bu da öz növbəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, vergi sahəsində də islahatların aparılmasını, bu münasibətlərin inkişafını təmin edə biləcək vergi siyasətinin həyata keçirilməsini zəruri etmişdir.

Aparılan islahatların ana xəttini qanunvericilik bazasının təkmilləşdirilməsi təşkil edirdi. Bu sahədə vahid və təkmil qanunvericilik bazasının yaradılması zərurətini nəzərə alaraq qısa bir müddətdə Vergi Məcəlləsinin layihəsinin hazırlanması qərara alınmışdır. Bu layihənin hazırlanması prosesində vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi dərəcələrinin aşağı salınması, hüquqi şəxslərlə fərdi sahibkarlar və rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsi, respublika üzrə vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. prinsiplər əsas götürülmüşdür.

İqtisadiyyata investisiyaların cəlb edilməsi üçün əlverişli vergi mühitinin yaradılması respublikada aparılan vergi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi üçün isə respublikada bir sıra beynəlxalq müqavilələr imzalanmışdır. Bu müqavilələr əsasən investisiyaların təşviqi və qorunmasını, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılmasını, nəqliyyat daşımalarını və kredit sazişlərini əhatə edir.

1994-cü ilin sentyabrın 24-də «Əsrin müqaviləsi» çərçivəsində qəbul edilmiş Hasilatın pay bölgüsü üzrə Sazişdə karbohidrogen sahəsində fəaliyyət göstərən şirkətlər üçün xüsusi vergi rejimi tətbiq edilmişdir və bu cür müəssisələr «Xüsusi vergi rejimli müəssisələr» hesab olunurlar.

Xüsusi vergi rejimi müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydasını nəzərdə tutur. Bu Saziş çərçivəsində fəaliyyət göstərən müəssisələrinin fəaliyyəti «Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında», «Əməkdaşlar və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında», «İdxal və ixrac vergiləri haqqında», «Mənfəət vergisi haqqında» tərəflər arasında imzalanan Prtotokollarla tənzimlənir.

Xarici subpodratçılar üçün karbohidrogen fəaliyyəti ilə bağlı mənfəət vergisinin hesablanmasının sadələşdirilmiş mexanizmi müəyyən edilmişdir.

Belə ki, xarici subpodratçılar karbohidrogen fəaliyyətindən əldə etdikləri gəlirdən yalnız ödəniş mənbəyində mənfəət vergisinin ödəyiciləridirlər. Bu verginin dərəcəsi hər bir Saziş üzrə, Sazişin imzalandığı tarixə Azərbaycan Respublikasının vergi qanunvericiliyində mövcud olan mənfəət vergisi dərəcəsindən asılı olaraq 5%, 6,25%, 7,5% və 8% həcmində müəyyən edilmişdir. Görülmüş iş və ya göstərilmiş xidmətlərə görə xarici subpodratçılara aparılan ödənişlərdən mənfəət vergisindən başqa heç bir vergi tutulmur və bununla da xarici subpodratçıların vergi məsuliyyəti və öhdəlikləri tamamilə yerinə yetirilmiş hesab olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 saylı qərarı ilə iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsinin meyarları təsdiq edilmişdir. Bu meyarlar iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş qaydada uçota alınmasını (Vergi Məcəlləsinin 33.7-ci maddəsi) təmin etmək məqsədilə qəbul edilmişdir. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 238 xüsusi vergi rejimli müəssisə fəaliyyət göstərir.

Vergi qanunvericiliyində baş verən dəyişikliklər son illər dövlətin investisiya siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinə yönəldilmişdir.

Müəssisələrin maliyyə potensialının yüksəldilməsi məqsədilə mənfəət vergisinin dərəcəsi 20%-dək endirilmişdir. Xarici iş adamları üçün Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyindən xərclər çıxılmadan dividendlər, faizlər, muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, icarə haqqı və royalti 10%, rezident müəssisənin və ya sahibkarlıq lizinqi, o cümlədən maliyyə lizinqi əməliyyatı üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödənişləri – 4%, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri 6% dərəcəsi ilə vergiyə cəlb olunur.

Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü hər hansı məbləğdən 10% dərəcə ilə vergi tutulur.

Eyni zamanda, Vergi Məcəlləsində investisiyaya yönəldilən hissəsi vergiyə cəlb olunmadan, əsas fondların aktiv hissəsi isə əmlak vergisindən azad olunmuş, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyaları da xeyli yüngülləşdirilmişdir.

Azərbaycan Respublikasının rezidenti olmayan şəxslərin gəliri - əgər bu gəlirlər Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilirsə, bu halda vergidən azaddır.

Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas məqsədi xarici və daxili iş adamları, investorlar üçün eyni səviyyəli vergi mühiti yaratmaqdan ibarətdir. Hələ Azərbaycanın Prezidenti, Ümummilli liderimiz H.Əliyev 2002-ci il üçün dövlət büdcəsinin təsdiqi barədə fərmanında iqtisadi inkişafı problemli olan regionlarda vergi tətillərinin tətbiqi imkanlarının araşdırılmasını nəzərdə tuturdu. Deməli, prioritetlər dəyişir - vergi güzəştləri vergi tətilləri və investisiya vergi krediti kimi tədbirlərlə əvəz oluna bilər. Bir tərəfdən baxanda bu tədbirlər vergi gəlirlərinin azaldılmasına, digər tərəfdən isə bu müvəqqəti xarakter daşıyaraq investisiyaların iqtisadiyyatımıza yönəldilməsinə səbəb olar. Müxtəlif ölkələr bu cür təcrübədən istifadə edirlər:




Ölkələr

Güzəştlər (qoyulan sərmayəyə faizlə)

Şərhi

Polşa


100

İnvestisiya edilmiş vəsaitlərin 100 faizi həcmində vergilər üzrə kredit

Belçika

100

İnvestorlar üçün güzəştlər

İtaliya

210

İnvestorlar üçün güzəştlər və 10 il müddətinə vergi tətili

Böyük Britaniya

30

İş yeri açan və yerli personala öyrədən investorlara güzəştlər, tezləşdirilmiş amortizasiya və 3 illik vergi tətili

İrlandiya

75

İş yerləri açan investorlara güzəştlər və 5 illik vergi tətili.

Çin

60

Korporativ vergi dərəcələrinin aşağı salınması və reinvestisiya olunan mənfəətə vergi güzəştləri

Səudiyyə Ərəbistanı

130

10 il müddətinə vergi tətili

Özbəkistan

75

7 il müddətinə vergi tətili

Qazaxıstan

65

Vergilərin sonrakı 5 ildə 50 faiz aşağı salınması şərtilə 5 il müddətinə vergi tətili

Rusiya

25

Hazır məhsula 50 faiz gömrük güzəştləri üstəgəl regional güzəştlər, vergi krediti

Azərbaycan

40-100

Tezləşdirilmiş amortizasiya

Yüklə 479,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə