Azərbaycan döVLƏT İQTİsad universiteti


turizm infrastrukturunun inkişafı



Yüklə 479,28 Kb.
səhifə4/6
tarix04.11.2017
ölçüsü479,28 Kb.
#8571
1   2   3   4   5   6

turizm infrastrukturunun inkişafı;

  • kütləvi informasiya vasitələrinin inkişafı.

    Son illər həyata keçirilən iqtisadi islahatlar Azərbaycan Respublikasında sahibkarlığın inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında sahibkarlığın rolunu artırmışdır. Bununla yanaşı, ölkədə keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətə davamlı istehsal sahələrinin inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında sahibkarlıq hələ də həlledici amilə çevrilməmişdir. Bu isə öz növbəsində sahibkarlığın daha sürətlə inkişafı üçün dövlət köməyinin artırılmasını zəruri edir [14, 17].

    Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsini daha da artırmaq, sahibkarlıq fəaliyyətinin hüquqi bazasını təkmilləşdirilməsi, ölkədə işgüzar fəaliyyəti həvəsləndirmək məqsədilə vergi növləri üzrə dərəcələrin aşağı salınmasına, sadələşdirilmiş vergi sisteminin tətbiq dairəsinin genişləndirilməsinə, habelə sosial sığorta haqlarının azaldılması, təbii inhisarçı təsərrüfat subyektlərinin (elektrik enerjisi, qaz, su, dəmir yolu, hava və dəniz nəqliyyatı, rabitə xidməti və s.) tariflərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

    Dövlət büdcəsinin xərclərində investisiya yönümlü xərclərin payı ildən ilə artır. 2010-cu ildə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dövlət büdcəsi hesabına 4.889,9 milyon manat (ümumi büdcə xərclərinin 41,6 faizi qədər) inves-tisiya qoyulmuşdur.


    2005-2010-cu illəri əhatə edən son 5 il ərzində ölkəmizin iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 31.806,7 mln. manat miqdarında olmuşdur. Bu kredit qoyuluşlarının 31,5%-ni (10.014,5 milyon manat) qısamüddətli, 68,5%-ni uzunmüddətli kredit qoyuluşları (21792,2 milyon manat) təşkil etmişdir.

    İnvestisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələrinin araşdırılması bu günki dövrdə çox mühüm əhəmiyyət kəsb edir. Əsrin müqaviləsi sazişi bağlandıqdan sonra Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar ilbəil artmağa başlamış və bu investisiyaların 90%-i birbaşa xarici investisiyalar təşkil etmişdir. Yatırılan investisiyaların çox hissəsi isə iqtisadiyyatın neft sektoruna qoyulmuş və digər sahələr bu prosesə qismən qoşulmuşlar. Azərbaycanın neftdən aldığı gəlirlər tədricən artmağa başlandığından daxili mənbələr hesabına qeyri-neft sektoruna da investisiya qoyuluşu həyata keçirilməyə başlandı və bu prosesdə həm dövlət və həm də yerli firmalar iştirak eməyə başladılar. Gələcəkdə investisiya layihələrinin maliyyələşdirilməsinin digər mənbələrinin də aşkarlanması nəzərdə tutulur [14].



    2004-2013-cü illərdə iqtisadiyyatın inkişafı ilə əlaqədar investisiyaların həcmində artım müşahidə olunur. Bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşlarının həcmi 2004-cü ildə 5,8 milyard manat, 2006-cı ildə 7,4 milyard manat, 2008-ci ildə 13,3 milyard manat və 2013-cü ildə isə 22,0 milyard manat olmuşdur.
    Cədvəl 2.1. İqtisadiyyata yönəldilən investisiyalar

     

    2007

    2008

    2009

    2010

    2011

    2012

    2013

    Bütün mənbələr üzrə investisiya qoyuluşları (xarici investisiyalar nəzərə alınmaqla):

    mln.manat

    10353.9

    13328,0

    10475,0

    14118,9

    17048,8

    20250,7

    21974,2

    mln.dollar

    12066.1

    16222,0

    13033,5

    17591,5

    21588,9

    25777,3

    28010,5

    Xarici investisiyalar:

    mln.manat

    5727.2

    5625.8

    4395,1

    6619,7

    6849.8

    8102,7

    8269,3

    mln.dollar

    6674.3

    6847.4

    5468,6

    8247,8

    8673.9

    10314,0

    10540,9

    Daxili investisiyalar:

    mln.manat

    4626.7

    7702,7

    6079,9

    7499,2

    10199,0

    12148,0

    13704,9

    mln.dollar

    5391.8

    9374,6

    7564,9

    9343,7

    12915,0

    15463,3

    17469,6

    Daxili mənbələr hesabına ölkə iqtisadiyyatına 2006-cı ildə 2,9 milyard manat, 2007-ci ildə 4,6 milyard manat, 2009-cu ildə 6,1 manat, 2013-cü ildə 10,5 milyard manat investisiya yönəldilmişdir.

    İlk baxışda düşünmək olar ki, xarici investisiyaların azalmasına 2008-2009-cu illər ərzindəki qlobal maliyyə və iqtisadi böhran səbəb olub. Ancaq fakt bundan ibarətdir ki, ölkədə əsas kapitala yönələn xarici investisiyaların artım tempi məhz 2005-ci ildən sonra azalmağa başlayıb. Bu vəziyyət daxili maliyyə imkanlarının artımı nəticəsində baş vermiş, neftin dünya bazarlarında qiymətinin ildən ilə yüksəlməsi Azərbaycan hökumətinə əsas infrastruktur layihələrinin maliyyələşdirilməsini öz üzərinə götürməyə imkan yaratmışdır.

    Cədvəl 2.2. Xarici investisiyalar (mln. ABŞ dolları)






    2007

    2008

    2009

    2010

    2011

    2012

    2013

    Cəmi xarici investisiya

    6674.3

    6847.4

    5468,6

    8247,8

    8673,9

    10314,0

    10540,9

    o cümlədən:

    Maliyyə kreditləri

    1576.6

    2357.9

    1438,3

    3405,9

    3692,5

    3135,5

    2655,8

    Neft sənayesinə

    4003.3

    3350.7

    2412,7

    2955,3

    3407,8

    4287,8

    4935,2

    Neft bonusu

    68.2

    3.5

    1,0

    2,0

    19,9

    2,0

    2,4

    Birgə və xarici investisiyalı müəssisələr

    439.1

    494.1

    624,4

    659,6

    886,0

    1094,5

    1041,0

    Yüklə 479,28 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə