Azərbaycan döVLƏT İQTİsad universiteti


Vergilərin fiskal və stimullaşdırıcı funksiyalarının sintezi



Yüklə 479,28 Kb.
səhifə3/6
tarix04.11.2017
ölçüsü479,28 Kb.
#8571
1   2   3   4   5   6

1.3. Vergilərin fiskal və stimullaşdırıcı funksiyalarının sintezi
Vergi münasibətlərinin təkmilləşdirilməsi bütün dövlətlərin fəaliyyətinin ən vacib, eyni zamanda mürəkkəb sahələrindən hesab olunur. Sosial yönümlü bazar iqtisadiyyatlı bütün ölkələrdə vergi sistemi iqtisadiyyatın tənzimlənməsində, büdcə gəlirlərinin formalaşmasında, qiymət artımının məhdudlaşdırılmasında, inflyasiyanın qarşısının alınmasında dövlət maraqlarının əsas daşıyıcısı kimi çıxış edir. Vergi sistemi təkrar istehsal prosesinin iştirakçılarının iqtisadi maraqlarını ifadə etməklə, onların tarazlılığını və bununla da ictimai tərəqqini təmin edir [17].

Bütün bunlar vergi sisteminin nəzəri və praktiki məsələlərinin hərtərəfli araşdırılmasının vacibliyini ön plana çəkir. Optimal vergi sisteminin qurulması vergitutmanın metodoloji və metodiki əslarına yenidən baxılmasını tələb edir. Vergilər yalnız proqnozlaşdırılmış büdcənin təmin edilməsi aləti deyil, həm də iqtisadiyyatın inkişafının güclü stimuluna çevrilməlidirlər. Onlar iqtisadi münasibətlərin təkmilləşməsinə, maraqların tarazlaşmasına, paritet əsaslarla mülkiyyətin bütün formalarının inkişafına kömək etməlidir [16, 17].

Vergi sistemi dinamik bir anlayışdır. Maliyyə, iqtisadi, sosial, siyasi və hüquqi amillərin təsiri altında hər ölkənin vergi sistemi bir-birindən fərqlənməklə yanaşı bu sistem zaman anlayışının təsiri altında da inkişaf və dəyişikliklərə məruz qalır. Məsələn, vergi­qoy­mada qarşıya qoyulan əsas məqsəd dövlətə daha çox gəlir təmin etməkdirsə (inkişaf etməkdə olan ölkələrdə olduğu kimi) o zaman vergi sistemində dolayı vergilər ağırlıq təşkil edir.

Vergi sisteminin xarakteri bütün digər eyni şərtlər daxilində tətbiq olunduğu ölkədə mövcud olan iqtisadi sistemin mahiyyəti və for­masından asılıdır. Məsələn, qapalı və ya açıq iqtisadi recimlərdə tətbiq edilən vergi sistemləri təbii olaraq bir-birindən fərqlidir.

Azərbaycanda inzibati-amirlik sisteminin süqutu və bazar iqtisadiyyatının tətbiqi prosesində vergi sistemində məzmun və formaca edilən dəyişikliklər indiki nəslin gözü qabağında baş verir.1

Beləliklə, hər bir dövlət qarşıya qoyduğu iqtisadi, maliyyə, sosial və siyasi məqsədlərə uyğun olaraq müxtəlif vergi növlərindən və onların müxtəlif kombinasiyasından istifadə edərək vergi sistemini təşkil edir. Lakin nəzəriyyəyə görə tək vergili sistem də mövcud ola bilər. Belə nəzəriyyələr XX əsrin ikici yarısında yenidən aktual­laşmağa başla­mışdır. Həmin nəzəriyyənin müəllifləri arasında məhz hansı vergi növünün tətbiqinin məqsədəuyğunluğu haqqında fikir müxtəlifliyi möv­cud olsa da, onların hamısı belə bir vergi sisteminin sadə, əlverişli, qənaətli və ədalətli olcağı məsələsində yekdildirlər.

Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir. Vergilər dövlət tərəfindən birtərəfli qaydada, yəni ayrı-ayrılıqda götürülmüş hər bir vergi ödəyicisi ilə razılaşdırılmadan müəyyən edilir. Vergi ödəyicisindən hər hansı bir verginin tutulması üçün həmin vergi növü müəyyən edilməli və daxil olunmalıdır [15, 16].

Verginin müəyyən edilməsi dedikdə, konkret vergi ödənişini müəyyən edən və dövlətin fəaliyyətdə olan vergi sistemində ona yer ayıran normativ aktın qəbul edilməsi başa düşülür. Bu bir növ verginin hüquqi cəhətdən yaranması, qanunvericiliklə bəyan edilməsi deməkdir.

Vergi sisteminin səmərəliliyinin artırılması, iqtisadi inkişafın artım sürətini zəiflədən vergi maneələrinin aradan qaldırılması dövləti vergi islahatları aparmağa sövq edən əsas amillərdir. Vergi orqanları pul vəsaitlərinin hərəkətinin bütün axınını üzə çıxarmaq, ölkə daxilində bağlanan bütün kommersiya sövdələşmələrinə nəzarət etmək iqtidarında deyildir. Vergi ödəyicilərinə nəzarətin səmərəliliyinin yüksəldilməsinin təmin edilməsi üçün dövlət vergi ödəyicilərinin üzərinə bir sıra vəzifələr qoyur. Lakin müəyyən müddət keçdikdən sonra ayrı-ayrı vergi ödəyiciləri arasında vergi yükünün qeyri-bərabər bölüşdürülməsi haqqında fikirlər formalaşmağa başlayır. Bu isə gəlirlərin gizlədilməsi, vergidən yayınma hallarının artmasına səbəb olur. Bütün bunlar isə dövləti yeni vergi islahatları aparmağa sövq edir. İnkişaf etmiş ölkələrdə hər 5-7 ildən bir əsaslı vergi islahatları, hər 2-3 ildən bir isə fəaliyyətdə olan vergi normalarının səmərəliliyinin dərin təhlili aparılır [14, 15].

Uzunmüddətli tarixi təkamül pro­sesi keçmiş vergilər müasir dövrdə aşağıdakı əsas funksiyaları yerinə yetirir:

1. Dövlət məsrəflərinin maliyyələşdirilməsini təmin edən – fiskal funksiya;

2. Ayrı-ayrı sosial qrupların gəlirləri arasında mövcud olan qey­ri-bərabərliyi azaltmaq və sosial tarazlığı dəstəkləmək məqsədi güdən bölüşdürücü (sosial) funksiya;

3. Tənzimləyici funksiya.

4. Nəzarətedici funksiya.

Fiskal funksiya vergilərin ilkin və əsas funksiyasıdır. Qədim Romada pullar saxlanılan (paylanmaq üçün) hərbi kassaya fisk (la­tınca fiskus, hərfi mənası zənbil, səbət) deyilirdi. Bizim eradan əvvəl I əsrdə İmperator əyalətlərindən toplanan gəlirlər hesabına yaranan və məmur­ların sərəncamında olan xüsusi kassalar da fisk adlandırılmağa baş­lan­dı. Bizim eranın IV əsrindən etibarən isə Roma İmperiyasında fisk-bü­tün dövlət gəlirləri, vergi və rüsumlarının toplandığı və bütün dövlət məsrəflərinin həyata keçirildiyi vahid ümumi dövlət əhə­miyyətli mərkəz rolunu oynadı və həmin termin dövlət xəzinəsi anlayışını ifadə etməyə başladı.

Tarixən fiskal funksiya vergilərin ənənəvi funksiyasıdır. Bu funk­­siya vasitəsi ilə vergilərin əsas təyinatı, yəni dövlətin maliyyə ehti­yatlarının toplanması və formalaşması, habelə ümumidövlət ya­xud məq­sədli dövlət proqramlarının yerinə yetirilməsi üçün büdcəyə vəsait yığılması təmin edilir.

XX əsrin 30-cu illərindən sonra vergilər öz fiskal funksiyasını yerinə yetirməklə yanaşı, dövlətin əlində iqtisadi və sosial həyata müdaxilə etmək üçün təsirli bir alətə çevrilmişdir. Bu, həmin dövrdən dövlətin sosial-iqtisadi həyatda rolunun genişlənməsi, müdaxiləçi dövlət anlayışının formalaşıb inkişaf etməsi prosesi ilə əlaqədardır. Getdikcə iqtisadi və sosial həyata daha çox müdaxilə etməsi nəti­cəsində dövlət ənənəvi funksiyalar ilə yanaşı ictimai həyatda yeni funksiyalar da yerinə yetirməyə başlamışdır. Təbiidir ki, hər yeni funksiya yeni bir məsrəf, bu isə vergi gəlirlərində müəyyən artım tələb edir. Məhz bunun nəticəsində vergilərin məcmu milli gəlir içərisində xüsusi çəkisi XX əsrin əvvəl­lərində cəmi 5-10% təşkil edirdisə, həmin nisbət əsrin sonunda inkişaf etmiş ölkələrdə 20-40% səviyyəsinə yüksəlmişdir. Bu isə milli gəlirin yarısına yaxın bir hissəsinin vergilər vasitəsilə yenidən bölüşdürüldüyü­nü göstərir. Bunun nəticəsində iq­tisadi fikrin monetarizm qanadını təm­sil edən iqtisadçılar «iqtisa­diyyatın vergilər vasitəsi ilə idarə edilməsi» fikrini də ortaya atdılar. Bu fikir müasir dövrdə bir sıra inkişaf etmiş ölkələrdə həyata keçirilən rəsmi iqtisadi siyasətin aparıcı istiqamət­lərindən birinə çevrilmişdir. Hesab edilir ki, vergilər vasitəsilə hər şeydən əvvəl iqtisadi strukturun formalaşması və inkişafı istiqamətlərinə təsir göstərmək mümkündür. Toplanan vergilər bir tərəfdən özəl bölmənin ma­liyyə imkanlarını məhdudlaşdırır, digər tərəfdən də onlar dövlət tərəfindən iqtisadi və sosial məqsədlər üçün istifadə olunarkən ölkədə istehsal və gəlir səviyyəsinə müsbət təsir göstərir.

Hər hansı bir ölkənin vergi yükü beynəlxalq statistikada vergi baxilolmalarının Ümumi Daxili Məhsulda xüsusi çəkisi kimi müəyyən edilir. Belə ki, vergi daxilolmalarının ÜDM-da xüsusi çəkisi ABŞ-da 29,8%-dən İsveçrədə 55,3%-dək təşkil edir; Avropa Birliyi ölkələrində – 40,8%, Rusiyada – 43,3% təşkil edir.

Vergilərin fiskal funksiyası hüquqi və fiziki şəxslərin onlara mənsub kapital və ya gəlir formasında mülkiyyətin məcburi özgəninkiləşdirilməsi formasını əks etdirir. Buna dövlət tərəfindən istismarın özünəməxsus forması kimi baxılır. Ona yeganə xüsusiyyət – dövlət büdcəsinin gəlirlərinə maliyyə resurslarının maksimum mobilizasiyası xasdır; o büdcənin gəlir hissəsini fasiləsiz təmin edir.

Büdcə gəlirlərinin formalaşmasında vergilərin rolunu qiymətləndirmək üçün büdcəyə vergi daxilolmalarının məbləği ilə müəyyən əlamət qruplarına görə təsnif-ləşdirilmiş bir neçə verginin məbləği arasındakı nisbəti və sonra hər bir verginin ümumi büdcə gəlirlərində xüsusi çəkisini tapmaq lazımdır. Bu və ya digər vergi qruplarının, vergi növlərinin xüsusi çəkili dövlət büdcəsinin gəlirinin formalaş-masında rolunu göstərir. Bu təhlil dinamika formasında, müqayisəli qiymətlərlə göstərilir ki, bu da büdcə siyasətinin sabitləşməsində vergitutmanın mahiyyətini müəyyən edir, sosial problemlərin həllində vergilərin rolunu aşkar edir.

Büdcənin gəlirlərinin və xərclərinin nisbətinin təhlili təkcə büdcənin vəziyyətini xarakterizə etmir, o həmçinin vergitutmanın rolunu xaraktkrizə edir. Vergilərin çoxluğu geniş fiskal aparatın olmasını, vergi uçotunun və nəzarətinin həyata keçirilməsinə xərclərin çox olmasını tələb edir.

Dövlət vergilərdən iqtisadiyyatın sabitləşdirilməsi, inflyasiya­nın qarşısının alınması, investisiyaların artırılması, ixracat potensia­lının in­ki­şaf etdirilməsi və yaxud idxalatın məhdudlaşdırılması, məşğulluğun artırılması məqsədi ilə də təsirli bir vasitə kimi istifadə etmək imkanına malikdir. Vergilərin bölüşdürücü (sosial), tənzim­ləyici və ya təşviqedici funksiyaları isə dövlətin iqtisadi və sosial həyata müdaxiləsinin XX əsrdə sürətlə artması ilə əla­qədardır.

Fiskal funksiya əməkdən, kapitaldan, təbii ehtiyatlardan – mövcud ehtiyatlardan daha səmərəli istifadənin stimullaşdırılmasının əksidir. Verdiqoyma isə maliyyə-büdcə münasibətlərinin yenidən bölgüsü sferası kimi özündə stimullaşdırıgı xüsusiyyətləri daşıyır. İqtisadi stimullar fiskal funksiyada da təzahür udir, belə ki, büdcə resurslarının bilavasitə vergi metodu əsasında yaradılması qeyri-istehsal sferasının inkişafı, elmin, səhiyyənin, mədəniyyətin və digər tələblərini həyata keçirilməsini təmin etmək üçün nəzərdə tutlmuşdur. Büdcə resurslarıedan səmərəli istifadə edilməsi ictimai tərəqqini stimullaşdırır. İstehsalda bütün fəaliyyət sferasını inkişaf etdirmək üçün başlıca obyekt olan vergi stimullaşdırılmasından istifadə edilir.

Bu o deməkdir ki, vergi sərbəst stimullaşdırıcı funksiyaya malikdir. Stimul müəyyən fəaliyyətə təhrik etmək kimi başa düşülür. Mükafatlandırmağa və cərimələməyə də təhrik etmək mümkündür. Vergitutmada mükafatlandırma və ya cərimələr tətbiq etmək stimullaşdırıcı fəaliyyət kimi başa düşülür, belə ki, hər bir metoddan müəyyən obyektiv müdaxilə tələb edən maliyyə-təsərrüfat fəaliyyətinin bu və ya digər sferanın vəziyyətinə reaksiya kimi istifadə edilir.

Vergilərin stimullaşdırıcı funksiyası imtiyazlar, güzəştlər və digər azadolmalar vasitəsilə həyata keçirilir. Bunlar vergitutma obyektinin dəyişdirilməsində, vergitktma bazasının azaldılmasında, vergi dərəcəsinin aşağı salınmasında özünü biruzə verir.

Bunlarla bağlı Vergi Məcəlləsində bir sıra imtiyaz və güzəştlər nəzərdə tutulmuşdur. Gəlir vergisinin xarakterik xüsusiyyətlərindən biri bu ver­ginin hesablanması zamanı müxtəlif azadolmaların və güzəştlərin tətbiqidir. Dövlət müəyyən kateqoriyalı şəxsləri və yaxud da müəyyən gəlirləri ya vergidən azad edir, ya da vergi güzəşti verir. Hətta dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərində belə gəlir vergisindən güzəştlər mövcuddur. Dövlət gəlir vergisindən azaldolmalar və güzəştlər vasitəsilə bəzi az təminatlı sosial təbəqələrin (məsələn, əlillərin, çox­uşaqlı ailələrin, veteranların və s.) maddi vəziyyətinin yaxşılaşdırılması­na və vergitutmada maksimum ədalət prinsipinin bərqərar olmasına çalışır.

Mütəxəssislərin əksəriyyəti belə hesab edir ki, iqtisadiyyatın sahələrinə vergi güzəştlərinin tətbiqi əhəmiyyətli artıma gətirib çıxarır. Konkret sahələrin dəstəklənməsi büdcə xərcləri hesabına həyata keçirilməlidir. Çünki iqtisadiyyatın inkişafını tənzimləmək məhz büdcənin əsas funksiyalarından sayılır. Bu da gəlirlərin azaldılmasına istiqamətlənmiş yox, konkret layihənin maliyyələşdirilməsinə (dotasiyaların ayrılması, subsidiyalaşdırma proqramları və s.) yönəlmiş siyasət olmalıdır. Məhz buna görə də, vergi güzəştləri praktikasından tədricən imtina etmək gərəkdər. Qeyd edək ki, hökumətin yeni dəstəklənmə siyasətinə uyğun olaraq, istənilən güzəştlər ünvanlı xarakter daşımalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-ci ilin büdcəsinin təsdiqi barədə iqtisadi inkişafı problemli olan regionlarda vergi tətillərinin tətbiqi imkanlarının araşdırılması nızırdı tutulur. Deməli, prioritetlər dəyişir – vergi güzəştləri vergi tətilləri və vergi kreditləri ilə əvəz oluna bilər.

Stimullaşdırıcı funksiya üçün, fiskal funksiyadan fərqli olaraq əsas xüsusiyyət dövlətin prioritet sahələrinin sosial-iqtisadi fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif vergi imtiyaz və güzəştlərinin tətbiq edilməsi xarakterikdir.

Vergilərin fiskal və stimullaşdırıcı funksiyaları vəhdət təşkil etməklə vergi siyasətinə xidmət edir. Vergi siyasətinin başlıca istiqaməti isə sahibkalıq fəaliyyətinin inkişaf etdirilməsindən ibarətdir. Bu istiqamətdə Vergilər Nazirliyi vergi dərəcələrinin aşağı salınması istiqamətində xeyli işlər görmüşdür. Hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi aşağı salınmış və bölgələrdə əvvəllər mövcud olmuş diferensiallaşdırılmış vergilər ləğv edilmiş, sadələşdirilmiş vergi üzrə vergiyə cəlb edilən əməliyyatların dövriyyəsinin həcmi artırılmışdır.

Hüquqi şəxslərin mənfəət vergisi – hər bir dövlətin vergi siyasətinin mühüm elementidir. Mənfəət vergisi büdcənin gəlir hissəsinin formalaşmasının mühüm hissəsini təşkil edir. Dövlət büdcəsinin gəlirlərində mənfəət vergisi öz həcminə görə son ildə birinci yerə keçmişdir. 2008-ci ildə dövlət büdcəsinə 2863,9 min manat mənfəət vergisi daxil olmuşdur ki, bunun da ÜDM-da xüsusi çəkisi 7,5% olmuşdur. 2007-ci ildə vergi daxilolmalarında mənfəət vergisinin xüsusi çəkisi 54.1% təşkil etdiyi halda, 2008-ci ildə 49,4%-dək enmişdir. Bu cür cabit artmanın başlıca səbəbi vergi ödəyicilərinin mənfəətlik səviyyəsinin yüksəlməsi, iri vergi ödəyicilərinin sayının artması kimi qiymətləndirilir. Vergi dərəcəsinin də 22%-dək endirilməsi verginin səviyyəsinin artmasına səbəb olmuşdur.

II fəsil. AZƏRBAYCANDA ƏLVERİŞLİ İNVESTİSİYA

MÜHİTİNİN FORMALAŞMASINDA STİMULLAŞDIRICI

VERGİ SİSTEMİNİN ROLU

2.1. İnvestisiya anlayışının mahiyyəti və investisiya mühiti
Mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində vəsait qoyuluşları mühiti sərbəst iqtisadi sistemə keçiddə prinsipial keyfiyyət dəyişikliklərinə məruz qalır. Sərbəst pul resurslarının demək olar ki, vahid sərəncamçısı rolunda çıxış edən dövlət əsas fondların artırılması və modernləşdirilməsinə vəsait qoyuluşlarını tam planlaşdırılmış şəkildə həyata keçirirdi. Mahiyyət etibarilə vəsaitlərin səfərbər edilməsinin belə qaydası prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün əlverişli şərait yaratmalı idi. Bununla belə, kapital qoyuluşu sahəsində dövlətin, belə demək mümkünsə, inhisarçılığı proseslərin intensivliyinə mənfi təsir göstərirdi. Digər tərəfdən ictimai mülkiyyət formasında təqdim edilən dövlət mülkiyyəti kapital qoyuluşlarından istifadənin lazımi səmərəliliyini təmin edə bilmirdi [9, 11].

Mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində kapital qoyuluşlarının mənbələri kimi ənənəvi olaraq aşağıdakılar çıxış edirdi :

- büdcə vəsaitləri ;

- müəssisə və təşkilatların öz vəsaitləri ;

- bank kreditləri.

Keçmiş sovet məkanında bazar iqtisadiyyatına keçid yeni investisiya mühitinin təşəkkülünün əsasını qoymuşdur. Təbii ki, təşəkkül prosesi uzunmüddətli olub, müəyyən geriləmələrlə müşayiət olunur. Bunun iki səbəbi vardır. Birincisi, sahibkarlığın maddi bazası olan özəlləşdirmədə ləngimələr, bir sıra hallardakı sistemsizlikdir. Müxtəlif özəlləşdirmə formalarından istifadə mexanizminin tam aydınlaşdırılıb əsaslandırılmadığı bir şəraitdə metodoloji problemlər ön plana çıxır [9].

İnvestisiya mühitinin təşəkkülündə müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi mühüm rol oynayır. Son illərdə bu sahədə görülən işlər müəyyən müsbət nəticələr vermişdir. Hüquqi bazanın formalaşmasında 1995-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında investisiya fəaliyyəti haqqında” qanunun rolunu xüsusi qeyd etmək lazımdır.

İnvestisiya mühiti uzunmüddətli vəsait qoyuluşu, rəqabət mühitinin inkişafı, antiinhisar tədbirləri, istehsala mənfəət gətirən qoyuluşların təmin edilməsi, onun regionlar və sahələr arasında sərbəst axınından və sair amillərdən asılıdır. Onu da qeyd edək ki, bu mühit həmçinin məqsədyönlü investisiya fəaliyyətinin dövlət tənzimlənməsi üzrə tədbirlər kompleksinin təsiri altında təşəkkül tapır. İnvestisiya mühiti sosial-iqtisadi, siyasi və ya investisiyanı qaytaran maliyyə amillərinin məcmusudur [9].

Milli iqtisadiyyat üçün önəmli olan cəhət istehsalın artımının təmin edilməsi baxımından investisiya mühitinin təşəkkülüdür. Bu proses kortəbii baş vermir. Bazar avtomatizmi bu problemi həll etmək iqtidarında deyil və atılan müvafiq addımlar investisiya proseslərinin məqsədyönlü intensivləşdirilməsində əhəmiyyətli rol oynaya bilər.

Digər mühüm amil maliyyə sabitliyidir. Bu sabitliyin əldə olunması xeyli dərəcədə investisiya ehtiyatlarının formalaşması və investisiya layihələrinin səmərəliliyinin təmin olunmasını və ümumən əlverişli investisiya mühitinin şərtləridir [14].

İnvestisiya mühitinin təşkili xeyli dərəcədə özəl sektorun fəallığından, xüsusi çəkisindən, əlaqələrinin intensivliyindən, kiçik və orta sahibkarlığın inkişaf səviyyəsindən asılıdır.

Beynəlxalq təcrübəyə görə iqtisadi sabitliyi və əlverişli investisiya mühitini şərtləndirən əsas amillərdən biri cəmiyyətdə iqtisadi rifah baxımından müəyyən edilən “orta sinfin” xüsusi çəkisidir. Məhz bu sinif münasibətlərin dinamikliyini və ahəngdarlığını təmin edən əhəmiyyətli amil olmaqla keçid dövrü iqtisadiyyatı ilə əvəzlənməsini sürətləndirir.

Bir qayda olaraq Azərbaycanın investisiya mühitindən danışarkən onun əlverişli geosiyasi və coğrafi mövqeyi, yüksək ixtisaslı kadr potensialı, zəngin təbii sərvətləri önə çəkilir. Əslində əlverişli investisiya mühiti yaratmaq üçün bunlar yalnız ilkin şərtlərdir, səmərəli yanaşma olmadıqda bu zənginlik ölkə iqtisadiyyatı və hətta, ümumiyyətlə, ölkə üçün ciddi problemlər mənbəyi ola bilər. Bu problemlərə ilkin yanaşmada aşağıdakılar aid edilə bilər [9]:

- regionda marağı olan dövlətlərin mənafelərinin toqquşması ;

- milli iqtisadiyyatın birtərəfli genişlənməsi, ölkənin böyük dövlətlər üçün xammal əlavəsinə çevrilməsi təhlükəsi və s.

Azərbaycanda həyata keçirilən torpaq islahatı keçmiş sovet respublikalarının bir çoxundan fərqli olaraq investisiya mühitinin əlverişli olması üçün obyektiv zəmin yaratmışdır. Belə ki, gələcəkdə təşəkkül tapacaq normal torpaq bazarı investisiya fəallığına təkan verən amilə çevrilir. Bununla belə həmin fəallığın təmin edilməsinin, ciddi hazırlıq və sistemli yanaşma tələb etdiyi şübhəsizdir.

İnvestisiya mühitinin xüsusiyyətlərindən irəli gələn neqativ cəhətlər də yox deyildir. İlk növbədə qiymətli kağızlar bazarının hələ təşəkkül tapmadığı Azərbaycanda portfel investisiyalarının cəlb edilməsi ciddi çətinliklərlə üzləşir. Digər məsələlərdə də keçid dövrü problemləri, investisiya mühitində öz əksini tapır və az-çox ciddi ziddiyyətlər şəklində təzahür edir.

İnvestisiya (latınca “invest” sözündən olub, tərcüməsi “geyindirirəm” mənasını verir) mənfəət (gəlir) və ya müəyyən sosial səmərə əldə olunması məqsədilə sahibkarlıq və yaxud digər fəaliyyət növləri obyektlərinə uzun müddətə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlər aşağıdakılardır [9, 11]:


  • pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;

  • daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);

  • müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;

  • bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan , ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nau-hau”);

  • torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;

  • başqa sərvətlər.

Maliyyə baxımından investisiya – mənfəət (fayda) əldə edilməsi məqsədilə iqtisadi (təsərrüfat) fəaliyyətinə yönəldilən bütün növ aktivlərdir – vəsaitlərdir. İqtisadi baxımdan investisiya - əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir. Əslində investisiya anlayışına münasibət hələ də bir mənalı deyildir. İnvestisiya qoyuluşu nəğd pulun və ya gerbli kağızda əks olunmuş bank hesabının mübadiləsi üzrə xalis maliyyə əməliyyatı yox, maşın avadanlıq və yeni fabrik binası tikintisi kimi real aktivlərin alınması deməkdir. Təbii ki, investisiya anlayışı mənfəət əldə edilməsini (və yaxud sosial məqsədin həyata keçməsini) nəzərdə tutan qoyuluşları əhatə edir. Bu qoyuluşlara sahibkarlıq obyektlərinə və sair sahələrə pul vəsaitləri, səhmlər, qiymətli kağızlar, texnologiyalar, avadanlıqlar, intellektual dəyərlər aid edilir [9, 11].

İnvestisiyalar istehsal resurslarının artırılmasını və nəticə etibarilə iqtisadi artımın tempini təmin edir. İnvestisiyalar elə kapitaldır ki, onun köməyi ilə milli sərvət artırılır. İnvestisiya sabaha qoyulan vəsaitdir və mahiyyət etibarilə insan kapitalına yönəldilir.

İnvestisiya iqtisadiyyatın istehsal və qeyri-istehsal sferalarının uzunmüddətli kapital qoyuluşları proseslərini əks etdirir. Müəyyən qeyd – şərtlərlə investisiyaları aşağıdakı kimi qruplaşdırmaq olar [9]:


  • istehsalın genişlənməsi və modernləşdirilməsinə investisiyalar;

  • istehsal infrastrukturunun yaradılmasına investisiyalar;

  • mal – material ehtiyatlarının yaradılmasına investisiyalar;

  • sosial infrastrukturun yaradılmasına investisiyalar;

  • işçi heyətin hazırlanması və yenidən hazırlanmasına investisiyalar;

  • elm və elmi xidmət.

İnkişaf etmiş ölkələrin iri şirkətləri kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına yönəldilən investisiyalara mühüm əhəmiyyət verir və bunu dünya bazarında mövqelərinin möhkəmləndirilməsinin mühüm istiqaməti hesab edirlər. Get-gedə daha dərindən anlaşılır ki, iqtisadi inkişafın əsas amili olan intellektual məhsul – ona yönəldilən investisiyalardan asılıdır [11].

İnvestisiyaları formalaşma xarakterinə görə avtonom və indusirovan kimi fərqləndirirlər. Faiz dərəcəsindən və ya milli gəlirin səviyyəsindən asılı olmayaraq həyata keçirilən avtonom investisiyalar, bir qayda olaraq xarici amillərlə şərtlənir.

Buna hər şeydən əvvəl texniki tərəqqi ilə əlaqədar olan investisiyalar, xarici bazarlarda mövqenin möhkəmlənməsi, əhalinin artması və s. amillər aid edilə bilər. Sözü gedən investisiyalar iqtisadi artıma təkan verir. Artan gəlirlərin nəticəsində yaranan indusirovan investisiyalar həmin təkanların üzvi davamı olursa, inkişafı dinamik hesab etmək olar. Başqa sözlə , indusirovan investisiya ÜDM-in (ümumi daxili məhsul) artımının funksiyası olmaqla sürətləndirici (akselerator) rolunu oynayır [9, 11].

İnvestisiyalar xarakter və təyinat baxımından fərqli olan hissələrinin iqtisadi artma təsirinin qiymətləndirilməsinə müvafiq ədəbiyyatda xüsusi diqqət yetirilir. Hətta avtonom investisiyaları istehsalın dövri olaraq artıb-azalmasının əsas səbəbi hesab edənlər də vardır.

İnvestisiya fəaliyyəti anlayışına gəldikdə isə onu demək olar ki, ən ümumi halda bu, vəsait qoyuluşu və həmin vəsaitin reallaşması üçün həyata keçirilən praktiki fəaliyyətin məcmusu sayıla bilər. Əsas fondların yaradılmasına və geniş təkrar istehsalına investisiya kapital qoyuluşu şəklində həyata keçirilir. Bu əsas kapitala investisiya adlanır [9].

İqtisadi sistemlərdə investisiyaların icra etdiyi əsas funksiyalara - əsas kapitalın artımı və keyfiyyətcə təkmilləşdirilməsinin mikro və makro səviyyələrdə təmin olunması; mütərəqqi struktur dəyişikliklərinin dəstəklənməsi; müxtəlif səviyyələrdə istehsalın səmərəliliyinin elmi-texniki nailiyyətlər bazasında reallaşdırılması aid edilir.

İnvestisiya fəaliyyətinin subyektləri tərkibcə müxtəlifdir. Bu tərkibə aşağıdakılar aiddir : investorlar, sifarişçilər, iş icraçıları, investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri, malgöndərənlər və s. Bu siyahıda hüquqi şəxsləri ayrıca qeyd etmək lazımdır. Hüquqi şəxslərə banklar, sığorta və vasitəçi təşkilatlar, investisiya fondları aid edilir.

Sahibkarlıq və digər fəaliyyətlərə yönəldilmiş pul vəsaiti, məqsədli bank depoziti, səhm və digər qiymətli kağızlar, əmlak, intellektual mülkiyyət və sairə bank investisiyası hesab edilə bilər.

Bəzən bankların investisiya fəaliyyətinə gəlir əldə edilməsi məqsədilə müəyyən müddətə pul vəsaitinin yerləşdirilməsi üzrə bütün əməliyyatlar aid edilir, başqa sözlə, bankların bütün aktiv əməliyyatları investisiya hesab edilir. Əslində isə bu yanaşma düzgün deyildir. Belə ki, mərkəzi bankda olan vəsaitlər kimi aktivlər, bank üçün işləmədiyinə görə investisiya hesab oluna bilməz [11].

İnvestorlar və ya investorların müvəkkili olan fiziki və hüquqi şəxslər sifarişçilər ola bilər. İnvestisiya layihəsinin həyata keçirilməsində bu şəxslər iştirak edir və müqavilədə nəzərdə tutulmamışdırsa, digər iştirakçılar sahibkarlıq fəaliyyətinə qarışmırlar.

İnvestisiya qoyuluşunda yol verilən yalnışlıq, bir sıra hallarda informasiya təminatındakı problemlərlə əlaqədar olur. “Səhv” investisiya resurslarının səpələnməsinə səbəb olur, proqnozlaşdırılan iqtisadi artımı şərtləndirməyən layihələrdə vəsaitin “batıb qalması” ilə nəticələnir. Odur ki, konyukturanın öyrənilməsinə yönəldilmiş tədqiqatlar investisiyanın səmərəliliyini şərtləndirən əsas amillərdən hesab olunmalıdır [9].

İnvestisiya bazarının dinamikliyi də onun səmərəliliyini şərtləndirir. Məlumdur ki, investisiyalar, digər şərtlər bərabər olduqda tənəzzül edən müəssisələrdən (sahələrdən) çox səmərə verən müəssisələrə axır. Odur ki, daim risklə əlaqədar və uzunmüddətli dövrü əhatə edən istehsala investisiyaların əlverişli olması təmin edilməlidir. Məsələn, elə mühit yaradılmalıdır ki, istehsala investisiyalardan gəlirlər alternativ qoyuluşlardan (bank əmanətlərinə, ləl-cəvahirata qoyuluşlardan və s.) yüksək olsun [14].

İnvestorlar azad iqtisadiyyatın prinsiplərinə uyğun olaraq, investisiya fəaliyyətinin həyata keçirilməsində bərabər hüquqlara malikdirlər. İnvestisiyanın həcmi, istiqaməti və səmərəliliyinin müəyyənləşdirilməsində investor, məlum dərəcədə sərbəstdir. Belə ki, investor özünə sərf edən formada investisiyanın reallaşdırılması üçün lazım olan hüquqi və fiziki şəxsləri müqavilə və müsabiqə yolu ilə cəlb edə bilər. Öz vəsaiti və ya cəlb edilmiş vəsait olmasından asılı olmayaraq investor qoyduğu vəsaitin məqsədli tətbiqini tələb etmək hüququndan demək olar ki, həmişə istifadə edir.

İnvestisiya fəaliyyətinin obyektləri kimi aşağıdakılar qəbul edilir [9]:

- qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.)

- iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaiti ;

- məqsədli pul əmanətləri ;

- elmi – texniki məhsul və mülkiyyətin digər obyektləri ;

- əmlak hüququ və intellektual mülkiyyət hüququ.

İnvestisiya bütövlükdə gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, həmçinin maddi və intellektual sərvətlərdən ibarətdir.

İnvestisiya mühitini üç qrupda birləşdirmək olar: ictimai-siyasi, iqtisadi-sosial və hüquqi-təşkilati təminat. Bu cəhətdən ictimai-siyasi amillə ölkənin daxili və xarici siyasi rejimi, ictimai vəziyyətin sabitliyi; iqtisadi-sosial amillərə ölkənin iqtisadi inkişaf səviyyəsi (yaxud iqtisadi inkişafın potensial imkanları), iqtisadi artımın səviyyəsi və onun perspektivləri, inflyasiyanın vəziyyəti, milli valyutanın möhkəmliyi və dönərlik dərəcəsi, vergitutma, gömrük və ticarət rejimi, bazar infrastrukturunun inkişafı, əhalinin alıcılıq qabiliyyəti, iş qüvvəsi bazarının vəziyyəti (onun qiyməti, tərkibi), infrastrukturanın inkişaf səviyyəsi və s.; hüquqi təminat və təşkilati tədbirlərə ölkədə tətbiq olunan hüquqi normativ aktları və investisiyanı cəlb etmək üçün təşkilati və təbliğat xarakterli tədbirləri daxil etmək olar. İnvestisiyalar makroiqtisadiyyatda oynadığı rola görə aşağıdakı kimi xarakterizə olunur [9-11]:

Birinci, investisiyalar xərclərin böyük və dəyişkən komponenti olduğuna görə investisiyaların kəskin artması və ya azalması məcmu tələbə kəskin təsir göstərə bilər, məcmu tələbin dəyişməsi isə öz növbəsində istehsala və məşğulluğa təsir göstərəcəkdir.

İkinci, investisiyalar kapital yığımına səbəb olurlar. Avadanlıq və tikililərin artımı

ölkənin potensial istehsalını genişləndirir və uzun müddətə iqtisadi artımı tə’min edir.

Beləliklə, investisiyalar ikili rol oynayırlar [9-11]:


  • qısa dövrdə istehsala məcmu tələb ilə təsir göstərməklə;

  • uzun müddətli dövrdə kapitalın yaranmasının potensial istehsala və məcmu təklifə təsir göstərməsi yolu ilə.

İnvestisiya qoyuluşunda birbaşa və portfel investisiyaları daha böyük əhəmiyyət kəsb edirlər. Kapitalın qoyulma məqsədinə görə bölgüsü investisiya qoyuluşu sahəsində böyük praktik əhəmiyyətə malikdir. Bu bölgüyə əsasən birbaşa investisiyalar və portfel investisiyaları mövcuddur.

Birbaşa investisiyalar - bu elə kapital qoyuluşudur ki, investora kapital qoyulmuş obyekt üzərində nəzarət imkanı verir. Birbaşa investisiyalar uzun müddətə iqtisadi maraq əldə etmək məqsədilə həyata keçirilir. Bu investisiyalar əsasən şəxsi sahibkar kapitalı ilə əlaqədardırlar.

Portfel investisiyaları - xarici qiymətli kağızlara qoyulan kapitaldır. Bu investisiyalar investora kapital qoyulmuş obyekt üzərində real nəzarət hüququ vermir.

Sadəcə investisiya həcminin artımına baxaraq həmin ölkə iqtisadiyyatının inkişafı haqqında fikir yürütmək çox çətindir. İnvestisiya çox geniş bir anlayışdır. Hansı istiqamətin əsas götürülməsi mühüm məsələdir. Burada portfel, birbaşa, daxili və ya xarici investisiyalardan istifadənin müəyyən edilməsi prioritet məsələ ola bilər. Ölkə olaraq elə yanlış sahələrə investisiya cəlb oluna bilər ki, bu ölkəni inkişafa yox, tənəzzülə sürükləyər [14].

Bazar iqtisadiyyatı şəraitində əmtəə istehsalçılarının investisiya fəallığı ilə gəlirlərdən tutulan vergi dərəcələri arasındakı asılılığı öyrənməyə yönəldilən Laffer

nəzəriyyəsinə görə vergilərin artırılmasının müəyyən həddi vardır. Həmin həddin

aşması öz növbəsində işgüzar fəallığın aşağı düşməsinə, bunun isə nəticədə büdcənin gəlirlərinin azalmasına gətirib çıxara bilər

2.2. Azərbaycan Respublikasının investisiya siyasətinin

əsas xüsusiyyətləri və dövlət tənzimlənməsi
Hər hansı bir ölkədə əlverişli vergi mühitinin yaradılması məsələsi xarici investorları narahat edən başlıca problemlərdəndir. Xarici investorları vergi güzəşti və imtiyazlarından daha çox, öz fəaliyyətlərini uzun müddətə proqnozlaşdırmağa imkan verən vergi sisteminin sabitliyi və təkamülünün müəyyənliyi maraqlandırır [14].

Dövlətin investisiya siyasətinin əsas məqsədi elmi-texniki nailiyyətlərin tətbiqi hesabına əsas fondların yeniləşdirilməsinin və istehsalın yenidən qurulmasının həyata keçirilməsinin təmin edilməsidir. Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən məsrəfin (əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün) xüsusi çəkisinin yüksədilməsindən ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə artması əsas istehsal fondlarının yeniləşməsinə səbəb olur [11].

Məhz buna görə xarici investisiyaların cəlb edilməsi investisiya siyasətində baş verəcək ciddi keyfiyyət dəyişikliklərinin aparılmasını tələb edir. Buna görə də ölkədə həm investisiya qoyuluşlarının həyata keçirilməsinin ümumi qanunauyğunluqlarının, həm də xarici investisiyaların cəlb edilməsi məsələlərinin həlli bazar münasibətləri şəraitində mühüm zəruriyyətə çevrilir.

Xüsusilə qeyd etmək lazımdır ki, Milli iqtisadi inkişaf modelinin tərkib hissəsi

kimi təkmil vergi sisteminin tətbiqi ölkədə investiyaların cəlb edilməsi istiqamətində sabit vergi rejiminin həyata keçirilməsini zəruri edir. Vergi rejiminin sabitliyi - vergilərin tərkibinin, dərəcələrinin, güzəştlərin, sanksiyaların bir dəfə və həmişəlik müəyyən edilməsi demək deyildir.

Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə uzun müddət dəyişməyən vergi

sistemi (vergi rejimi) mövcud deyildir. Hər bir vergi sistemi tətbiq olunduğu dövrdən ictimai quruluşun xarakterini, ölkənin iqtisadiyyatının vəziyyətini, sosial-siyasi vəziyyətin sabitliyini və s. xüsusiyyətləri əks etdirir. Göstərilənlər və digər şərtlər dəyişdikcə, vergi sistemi onun üzərinə qoyulan tələblərə cavab verə bilmədiyindən, iqtisadiyyatın inkişafının obyektiv şərtləri ilə ziddiyyət təşkil edir. Bununla əlaqədar olaraq bütünlükdə vergi sistemində, yaxud onun ayrı-ayrı elementlərində (dərəcələr, güzəştlər və s.) zəruri dəyişikliklər edilir. Vergi rejiminin sabitliyi və dinamikliyinin əlaqələndirilməsinə onunla nail olunur ki, aşkar görünən səhvlərin aradan qaldırılması istisna olmaqla il ərzində heç bir dəyişiklik edilmir [14].

Respublikamızda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri də əlverişli vergi mühitinin yaradılması vasitəsilə xarici investorların ölkəyə cəlb olunmasıdır. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası tərəfindən bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. Bu müqavilələr əsasən investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat daşımalarını və kredit sazişlərini əhatə edir [9].

Ölkəmizədə həyata keçirilən vergi siyasəti nəticəsində yaradılmış əlverişli vergi mühiti son illərdə xarici vergi ödəyicilərinin sayının artmasına, xarici investorların iqtisadiyyata axınının xeyli güclənməsinə səbəb olmuşdur.

Respublikada investisiya prosesinin inkişafına dövlət təsirinin gücləndirilməsi məqsədilə büdcədə investisiya layihələrinə dövlət təminatlarının verilməsi nəzərdə

tutulmuşdur. Bu təminat xarici investisyanın qorunması haqqında Azərbaycan Respublikasının qanununda öz əksinin tapmışdır. Respublikada sabit investisiya mühitinin yaradılmasında əsas amil ilk növbədə xarici investorlar üçün əlverişli şəraitin təşkil edilməsidir. Respublikaya investisiyanın axıb gəlməsinin ən başlıca səbəbi onların bu əməliyyatdan lazımi mənfəət əldə etməsidir.

Qeyd edim ki, respublikamızın investisiya siyasətinin mühüm istiqamətlərinə aşağıdakı məsələlər daxildir [11]:



  • mərkəzləşdirilmiş qaydada maliyyələşdirməni azaltmaqla onlardan əsasən ümum dövlət obyektlərinə yönələn investisiyaların maliyyələşdirilməsi üçün istifadə edilməsi;

  • investisiyaların ən çox iqtisadiyyatın prioritet sahələrinin inkişafına yönəldilməsi;

  • investisiya resursları bazarının təşkil edilməsi;

  • mənzil tikintisi və digər investisiya layihələrinin reallaşdırılması üçün əhalidən toplanan resurslardan istifadənin genişləndirilməsi;

  • investisiya sığortası üzrə hüquqi bazanın yaradılması;

  • investisiya tsiklinin davam etməsi müddətinin qısaldılması.

Respublikamızda xarici və daxili investisiya resurslarının səfərbərliyə alınması məqsədilə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi üçün Milli proqram işlənib hazırlanmışdır. Bu proqramda xarici və daxili investisiyanın cəlb edilməsinin prinsipləri və mexanizmləri öz əksini tapmış və eyni zamanda, investisiyanın prioritet sferası üzrə əməkdaşlıq və onun səmərəlilik formaları göstərilmişdir.

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir.

İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə, ölkədə vahid iqtisadi,

elmi-texniki, sosial siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlər sistemi başa düşülür. Bu tədbirlərin maliyyələşdirilməsi dövlət, yerli büdcələr və şəxsi vəsaitlər hesabına yerinə yetirilir. İnvestisiya qoyuluşları başlıca olaraq ölkənin ictimai tələbatının ödənilməsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəldilir. Təsərrüfat və mülkiyyət formalarından asılı olmayaraq investisiya qoyuluşları fəaliyyətdə olan ölkə qanunvericilik aktları ilə tənzimlənir. Dövlət ölkənin sosial-iqtisadi inkişafının tənzimlənməsinə və habelə, xalq təsərrüfatında zəruri nisbətlərin yaradılmasına, istehsal və sosial infrastrukturun formalaşmasına da ciddi nəzarət edir [10-11].

Məlum olduğu kimi, hər hansı bir istehsal və sosial sahələrinin yaradılması, yenidən qurulması, genişləndirilməsi və beləliklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşlarını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.

Bazar iqtisadiyyatı şəraitində vergilər ənənəvi fiskal vasitəsindən daha çox sosial-iqtisadi proseslərin tənzimlənməsi alətinə çevrilir. Belə ki, vergi tənzimlənməsi təkrar istehsal prosesində sistemləşdirici, bölüşdürücü və nəzarətedici funksiyanı yerinə yetirir. Vergi tənzimlənməsi demək olar ki, iqtisadiyyatda dövlət müdaxiləsinin bütün sferalarını əhatə edir. Hər hansı bir dövrdə müvafiq vergiqoyma sistemi tətbiq etmək və yaxud da onu təkmilləşdirmək, vergi dərəcəsini müəyyənləşdirmək, onun quruluşu və formasını dəyişmək, alınan vergiləri diferensiallaşdırmaq, dövlətin iqtisadi siyasətindən asılı olmayaraq vergi güzəştləri qoymaq, ləğv etmək, vergi borcunun müddətini uzatmaq və ya tamam ləğv etmək və s. bu kimi tədbirlər verginin tənzimlənmə funksiyasının əsas (aparıldığı) istiqamətləridir. Dövlət bu vasitələrdən istifadə edərək əsaslı vəsait qoyluşunu stimullaşdırır və ya məhdudlaşdırır, habelə əhalinin həyat səviyyəsinin formalaşmasına mühüm təsir göstərir [14].

Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan xarici investisiya qoyuluşlarının rolu və əhəmiyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi milli daxili məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı dövlət investisiya fəaliyyətinin tənzimlənməsində müxtəlif metodlardan (iqtisadi mexanizmlərdən) daha fəal istifadə etməlidir. Bu mexanizmlərə əsasən aşağıdakıları aid etmək olar [14]:


  • vergitutma subyektlərinin və obyektlərinin, vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;

  • kredit və amortizasiya siyasətinin həyata keçirilməsi (o cümlədən əsas fondların sürətli amortizasiyası) yolu ilə. Amortizasiya üzrə güzəştlər, ayrı-ayrı iqtisadi sahələr, əsas fondların və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər.

  • ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi;

  • dövlət norma və standartlarının müəyyənləşdirilməsi;

  • antiinhisar tədbirlərin görülməsi;

  • mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi;

  • torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;

  • qiymətqoyma siyasətinin həyata keçirilməsi;

  • investisiya layihələrinin ekspertizasının keçirilməsi.

Həmçinin, investisiya fəaliyyətinin dövlət tənzimlənməsinə dövlət investisiyasının idarə olunması, habelə investisiya fəaliyyəti şərtlərinin tənzimlənməsi və bu şərtlərə investisiya fəaliyyətinin bütün subyektləri tərəfindən əməl edilməsinə nəzarət daxildir. Dövlət investisiyasının idarə olunması dövlət, yerli hakimiyyət və idarəetmə orqanları tərəfindən həyata keçirilir və büdcə, büdcədənkənar vəsaitin və həmin orqanlar tərəfindən cəlb edilən başqa vəsaitin planlaşdırılmasından, investisiyanın şərtlərinin müəyyənləşdirilməsindən və bunlarla bağlı digər məsələlərin həllindən ibarətdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi dövlət tərəfindən büdcənin mədaxilini formalaşdırmaqla iqtisadiyyata investisiya qoyuluşunu, sahibkarlıq və biznes fəaliyyətini stimullaşdıran, vergi ödəyicilərini daha çox gəlir əldə etməyə, onları istehsalı daha da genişləndirməyə sövq edən vergi siyasətinin həyata keçirilməsini nəzərdə tutur. Belə siyasət sahibkarlığın və biznes fəaliyyətinin inkişafı üçün daha əlverişli şərait yaratmağa, ölkənin sosial iqtisadi inkişafının təmin edilməsinə, vergi daxilolmalarının artmasına və son nəticədə əhalinin maddi rifahının daha da yüksəldilməsinə yönəldilmişdir. Məcəllədə ölkənin vergi qanunvericiliyi sistemləşdirilmiş, vergi siyasətinin istiqamətləri və vergitutmanın prinsipləri bazaar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdır. Bundan başqa, tətbiq olunacaq vergilər elmi surətdə əsaslandırılmış, onların müəyyən edilmə, hesablanma, yığılma və dövlət büdcəsinə köçürülmə qaydaları xeyli sadələşdirilmişdir [17].

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Vergi Məcəlləsində əlavə dəyər vergisinin dərəcəsi son illərdə azaldılaraq 20 faizdən 18 faizə, hüquqi şəxslərin mənfəət vergisi 22 faizdən 20 faizə endirilmiş, hüquqi şəxslərlə fərdi sahibkarlar arasında vergi yükünün bərabərləşdirilməsi məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisinin dərəcəsi də 20 faiz səviyyəsində müəyyən edilmiş, fiziki şəxslərin aylıq gəlirindən və qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən tutulan verginin dərəcəsinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150 000 manat və ondan az olan hüquqi şəxslər, həmçinin 90 000 manat və ondan az olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi hüququna malik olmuş, ƏDV və aksizlər üzrə elektron vergi hesabfakturalarının tətbiqinə başlanılmışdır. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlərin vergidən azad edilməsi, xüsusi növ vergi rejimlərinin, o cümlədən kiçik biznesin inkişafı üçün sadələşdirilmiş vergi sisteminin tətbiqi, Bakı şəhəri ilə müqayisədə regionlarda sadələşdirilmiş verginin aşağı dərəcə ilə tətbiq edilməsi, regionlarda kiçik biznes obyektlərinin rəqabət qabiliyyətinin artırılması, regional inkişafın və regionlarda məşğulluq probleminin həll edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi investisiya fəaliyyətinin tənzimlənməsi istiqamətində həyata kecirilən tədbirlərin bariz nümunəsidir. Ümumilikdə götürdükdə, Azərbaycanda artıq iqtisadi sabitlik yaranmış, investisiya mühitini yaxşılaşdıran fiskal siyasət formalaşmışdır [14].

Aydındır ki, ölkə lazımi maliyyə, material resurslarına malik olmalıdır. Əks halda milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində respublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı yaradılır [14].



2.3. Azərbaycan Respublikasında istehsalın

inkişafının tənzimlənməsi
Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının əsası Azərbaycan Respublikası Nazirlər Sovetinin 12 oktyabr 1990-cı il tarixli «Kiçik müəssisələrin yaradılması və inkişafı haqqında tədbirlər» adlı qərarı ilə qoyuldu. İlk mərhələdə yaradılmış kooperativlər sahibkarlıq fəaliyyətində rol oynayırdılar. Belə ki, 1991-ci ildə 4611 kooperativ var idi, orada işləyənlərin sayı isə 92186 nəfər idi.

O zaman yaradılmış kiçik müəssisələr iri müəssisələrə nisbətən daha səmərəsiz idi. Çünki, kiçik müəssisələr yaradılarkən iri birliklərdən rentabelliyi aşağı olan və ya heç olmayan istehsal prosesinin hissələri rəhbərliyin qərarına əsasən ayrılırdı. Bundan başqa digər səbəblər də var: çox hallarda təsisçi müqaviləsi əsasında yaradılmış törəmə müəssisələrin istehsaldaxili qiymətləri təsisçi-birliyə sərf olunan həcmdə müəyyənləşdirilirdi. Bundan başqa, dövlət sektorunun kiçik müəssisəsi mərkəzləşdirilmiş formada və idarəetmə üsulu ilə fəaliyyət göstərirdi. Buna görə də kiçik müəssisələr daha səmərəsiz olurdular və müvəffəqiyyətlə inkişaf edə bilmirdilər.

Kiçik müəssisələrin inkişafını ləngidən əsas səbəblərdən biri onların xammal ilə təminatı idi. İri müəssisələr mərkəzləşdirilmiş qaydada xammal və lazım olan ava-danlıqla təchiz olunmurdular. Kiçik müəssisələrdə isə bu problemlər mövcud idi.

Digər səbəb kiçik müəssisələrin subsidiyalaşdırılması idi. Bu proses dövlət müəssisələri üçün daha müvəffəqiyyətlə həyata keçirilirdi. Yeni təsərrüfatçılıq sisteminə qədəm qoymuş müəssisələr üçün kredit almaq çətin idi. Əsas çətinlik ondan ibarət idi ki, kiçik müəssisələr iflasa uğradıqda kreditin qaytarılması təminatı yox idi, risklərin sığortalanması fondu yaradılmamışdı.

Sahibkarldığın inkişafında dövlət təminatının böyük rolu vardır. Dövlət, əgər öz iqtisadiyyatının inkişafını istəyirsə, kiçik sahibkarlığa hərtərəfli yardım etməlidir.

Dövlət təminatının əsası istiqamətlərindən biri kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir. Bu istiqamətdə dövlət ilk addım kimi özəlləşdirmə prosesini həyata keçirmişdir.

Beynəlxalq təcrübədə dövlət mülkiyyətinin özəlləşdirilməsinin əsasən iki üsulu mövcuddur: standart və qeyri-standart. Hərrac, tender, birbaşa və qismən kapitala satış üsulları standart üsullara, çek, vauçer, sertifikat və kuponlar tətbiq etməklə özəlləşdirmə üsulları isə qeyri-standart üsullara aid edilir. Azərbaycanda özəlləşdirmənin hər iki üsulundan istifadə edilir.

Birinci mərhələ 1995-1998-ci illərdə Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının reallaşdırılmasını xarakterizə edir. Bu mərhələdə özəlləşdirmənin normativ bazasının yaradılması ilə onun kompleks hüquqi bazasının formalaşdırılması prosesi həyata keçirilmişdir. Həmin dövr kiçik müəssisələrin sürətli özəlləşdirilməsi, orta və iri müəssisələrin isə korporasiyalaşdırılması ilə xarakterizə olunur.

Özəlləşdirmənin Dövlət Proqramına görə, orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı müvafiq olaraq səhmdar cəmiyyətlərin səhmləri aşağıdakı satış növləri üzrə bölüşdürülür:


  • əmək kollektivinə güzəştli satışla – 5 %;

  • çek auksionlarına (investisiya müsabiqələri və hərraclarına) – 50 %-dən az olmayaraq;

  • pul auksionlarına (investisiya müsabiqələri və hərraclarına) – 35 %-dən az olmayaraq.

Beləliklə, qarışıq özəlləşdirmə üsulu tətbiq edilən Azərbaycanda özəlləşdirmə aşağıdakı formalar üzrə aparılır:

  • əvvəllər icarəyə verilmiş əmlak Dövlət Əmlak Nazirliyinin razılığı ilə icarəçiyə satılır;

  • kiçik müəssisələr əmək kollektivinə satılır;

  • orta və iri müəssisələr çek və pul hərraclarına çıxarılır;

  • açıq və qapalı tipli səhmdar cəmiyyətlər yaradılır.

Bu zaman müəssisələr işçilərin sayına görə təsnifləşdirilir.

İkinci mərhələ 1999-cu ildən başlayaraq indi də davam edir. Bu dövrdə özəlləşdirmənin tempi xeyli aşağı düşmüş, onun gedişində fasilələr müşahidə olunur. Dövr ərzində özəlləşdirmənin yeni hüquqi bazası yaradılmış və sonrakı proseslər dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Qanununa və II Dövlət Proqramının müddəalarına uyğun tənzimlənir.

Ölkə iqtisadiyyatında özəl bölmənin inkişafını sürətləndirmək, bu sahəyə investisiyaların cəlb olunmasını həvəsləndirmək, kiçik və orta sahibkarlığa (KOS) dövlət köməyinin səmərəliliyini artırmaq məqsədilə «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» təsdiq edilmiş, bu Proqramın icrası Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmış, Maliyyə Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə hər ilin dövlət büdcəsinin layihəsində müvafiq vəsaitin ayrılmasını təmin etmişdir.

Ölkəmizdə kiçik və orta sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş, sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdur. Kiçik və orta sahibkarlıqlara təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar dəyişdirilmiş və onların fəaliyyəti gücləndirilmişdir. Kiçik və orta sahibkarlara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırılması rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır. Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması məqsədilə tədbirlər görülmüşdür. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədilə «Nəzarət kitabçası»nın tətbiqinə başlanmışdır. KOS-ların regional infrastrukturlarının fəaliyyəti genişlənmişdir. Sahibkarların ictimai və peşə birliklərinin formalaşması istiqamətində əhəmiyyətli nəticələr qazanılmışdır.

Proqram Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sahibkarlıq fəaliyyəti haqqında» və «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.

Sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə aşağıdakı tədbirlər həyata keçirilmişdir:


  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş;

  • müqavilə hüquqi normalarının möhkəmləndirilmiş, müqavilə üzrə mübahisələrin məhkəmə vasitəsilə həlli qaydalarının təkmilləşdirilməsi barədə təkliflər hazırlanmışdir;

  • «Sahibkarlıq sferasında nəzarət və yoxlamaların həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qəbul edilmişdir;

  • «Nəzarət kitabçası»nın tətbiqi mexanizmləri təkmilləşdirilmişdir;

  • KOS sistemində sahibkarlara hüquqi xidmət genişləndirilmişdir;

  • sahibkarların ictimai birliklərinin öz üzvlərinin hüquq və mənafelərinin müdafiəsinə texniki və təşkilati kömək göstərilmişdir.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısını artırmaq, bu sahədə mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlər görülməsini təmin etmək məqsədilə 27 avqust 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlıq Şurası yaradılmışdı. Sahibkarlıq Şurasının əsas məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və bu sahəyə dövlət qayğısının istiqamətləri barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməkdən ibarətdir.Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

Fondun əsas vəzifələri aşağıdakılardır [32]:

- Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək;

- sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına kömək məqsədilə maliyyə resurslarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə kömək etmək;

- sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirmək;

- iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək;

- sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

Fond ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir [32]:

- sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün sahibkarlıq subyektlərinə bərabər şərait və imkanlar yaranmasını təmin edən bazar infrasturkturunun formalaşmasında iştirak edir;

- sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasında, bazar konyunkturasının öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında məsləhətlər verir və metodiki kömək göstərir;

- sahibkarların innovasiya fəaliyyətini, idxalı əvəz edən məhsulların istehsalını və sahibkarlığa yardımla bağlı digər tədbirləri maliyyələşdirir;

- sahibkarlar tərəfindən yeni məhsul növlərinin istehsalı layihələrinin işlənib hazırlanmasına, yeni texnologiyaların, ixtiraların və «nou-hau»ların mənimsənilməsinə kömək edir;

- sahibkarlıq subyekti üçün idarəetmə kadrlarının hazırlanmasına kömək edir;

sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin fəallaşmasına yardım edir;

- sahibkarlığın inkişafı sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada reklam və nəşriyyat fəaliyyəti ilə məşğul olur;

- qanunvericiliyə uyğun digər funksiyaları həyata keçirir.

Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır [32]:

- Azərbaycan Respublikasının dövlət büdcəsinin təxsisatları;

- dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait;fondun fəaliyyətindən əldə olunan daxilolmalar;

- fondun əldə etdiyi qiymətli kağızdan daxil olan dividendlər;

- yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr;

- xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar və kreditlər;

- qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən Qaydalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri sahibkarlığın inkişafı ilə bağlı aşağıda göstərilən öncül istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilir [32]:


  • ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məqsədli proqramlar çərçivəsində özəl sektorun dəstəklənməsi;

  • idxalı əvəz edən məhsulların istehsalı;ixrac qabiliyyətli məhsulların istehsalı;innovasiya yönümlü layihələr;qədim xalq sənətlərinin inkişafı;xammal və dövriyyə vəsaitlərinin alınması;

  • Yüklə 479,28 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə