Təsdiq edirəm: Kafedra müdiri ( İ. Şirinzadə)



Yüklə 47,77 Kb.
tarix18.04.2018
ölçüsü47,77 Kb.
#39318

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( İ. Şirinzadə)

“___” sentyabr 2014 il


Fənn proqramı (sillabusu)

Kafedra: İnşaat materialları

Fənnin adı: İxtisas sahəsinin müasir problemləri

Fənn haqqında məlumat:

Kodu 060639

Tədris ili 2014-2015 semestr I

Fakültə: İnşaat texnologiyası

Qrup M674a

Tədris yükü: mühazirə 30 saat.

Cəmi 30 saat.

Kredit: ______________

Auditoriya: № 912

Saat: ________



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi - Yəhyayev A.B. , t.e.n.

Kafedranın ünvanı: Bakı ş., A. Sultanova küç-5, I kor., 913 – ci otaq.

Məsləhət saatları: _______________________________

E-mail ünvanı: _________________________________

İş telefonu: 539 10 34



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Yəhyayev A.B. Meşə təsərrüfatının əsasları. Bakı: 2010. 375 s.

2. Yəhyayev A.B. Mebel istehsalının texnologiyası (əlyazma). Bakı. 2014. 328 s.

3. Бит Ю.А. Лесозаготовка. Практическое руководство. Санк-Петербург: Про-

фи, 2010. 266 с.

4. Яхьяев А.Б. Об использовании древесного запаса лесов Азербайджана. Тр. Ин-та. Ботаники НАН Азерб., т. XXV, 2004, с. 118-124.


4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)


“Meşə materialları və ağac emalının texnologiyası mühəndisliyi” ixtisası üzrə Respublikada fəaliyyət göstərən istehsal müəssisələri, onların material təchizatı, məhsul çeşidi, müasir texnoloji proseslərin tətbiqi istiqamətində olan nəzəri və təcrübi məsələlərin tədris edilməsidir. Eyni zamanda meşə təsərrüfatlarının apardığı meşəçilik tədbirləri, onların xidmət və meşədən istifadə problemlərinin analizi, mebel sanayesi üzrə yeni müəssisələrin yaradılması məqsədəuygunlugu və bu istiqamətdə yaranan problemlərin həlli ilə bağlı məsələlərin tədrisindən ibarətdir.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu 1. Dünyanın meşə ehtiyatları və onlardan istifadə.

Beynəlxalq təşkilatların hesabatları əsasında dünya meşələrinin qiymətləndirilməsi və bu ehtiyatların dünya iqtisadiyyatında rolu.


2


17.09

2

Mövzu 2. Azərbaycan Respublikasının meşə ehtiyatları və onlardan istifadə məsələləri.

Meşələrin oduncaq və digər ehtiyatları. Onların istifadə təcrübəsi və müasir vəziyyəti. Meşələrin müxtəlif faydalı xüsusiyyətləri və funksiyaları. Yayılan əsas agac cinsləri.



2


24.09

3

Mövzu 3. Dünyada olan meşə sahələrinin azalması və meşəsalma işlərinin dinamikası.

FAO-nun məlumatlarına görə dünya meşə sahələrinin azalması və ondan irəli gələn problemlər haqqında beynəlxalq təşkilatların hesabatları. Meşəsalma işləri, bu istiqamətdə respublikada görülən tədbirlər.



2


1.10

4

Mövzu 4. Meşələrimizin son 20 ildə dayanıqlığının və məhsuldarlığının azalması problemləri.

Müharibə və enerji krizisi ilə əlaqədar baş verən sistemsiz qırıntılar, mal-qara otarılması, meşəsalma işlərinin və xidməti tədbirlərin zəif aparılması ilə əlaqədar yaranan problemlər.



2

8.10

5

Mövzu 5. Meşələrin cinsi tərkibinin dəyişilmə problemləri.

Dağlıq ərazilərin aşağı və orta dağ qurşaqlarında antropoqen təsirlərdən yaranan cinsi dəyişilmə problemləri.

Ən çox dəyişikliyə məruz qalar köklü cinslər.


2

15.10

6


Mövzu 6. Meşələrdə aparılan xidməti qırıntıların keçirilmə problemləri.

Xidməti qırıntıların keçirilmə formaları, müdddətləri, intensivlikləri, əsas normativ sənədləri. Bu qırıntıların vaxtında və ardıcıl keçirilməməsindən yaranan problemlər.




2

22.10

7

Mövzu 7. Aralıq istifadə qırıntılarından alının oduncağın istifadə problemləri.

Xidməti və sanitar qırıntılarından alınan oduncaq xammalının çeşidi və xarakteristikası. Nazikölçülü və meşəqırma tullantılarının yaran həcmi, onların daşınması problemləri.





2

29.10

8

Mövzu 8. Meşə təsərrüfatlarının təşkili və idarə edilməsin-də normativ baza sənədləşməsi problemləri.

Meşələrin ölçülüb qiymətləndirilməsində tətbiq edilən normativ sənədlərin analizi, mövcud problemləri. Yeni normativ bazanın yaradılmasının vacibliyi məsələləri.




2

5.11

9

Mövzu 9. Respublikada ağacbiçmə istehsalatının müasir vəziyyəti və onun yenidənqurulma problemləri.

Respublikada tədarük edilən oduncaq xammalının biçilməsinin təşkili, istifadə edilən əsas avadanlıqlar, mişarlanmış materialların faydalı çıxarı. Müasir ağacbiçmə sexlərinin qurulmasının vacibliyi məsələləri.




2

12.11

10

Mövzu 10. Respublikanın oduncaq materialları bazarı, onların çeşidi və yaranan qiymət problemləri.

Bazara çıxarılan yerli və gətirilmə materialların çeşidi, daxil olan ölkələr, dövlətin gətirilmə materiallara vergiqoyma məsələsi, materialların satış qiymətləri və bu sahədə yaranan problemlər.




2

19.11

11

Mövzu 11. Respublikanın oduncaq tavaları istehsalı və istehlakı sahələrində yaranan problemləri.

Respublikada oduncaq tavaları istehsalının təcrübəsi. AzMDF şirkətinin istehsal fəaliyyətinin analizi, onun xammal təzhizatında yaranan problemləri. Yeni istehsal güclərinin yaranma perspektivləri və problemləri.




2

26.11

12

Mövzu 12. Respublikada fəaliyyət göstərən ağac emalı müəssisələrinin xammal və texnoloji problemləri.

Əsas ağac emalı müəssisələri, onların istehsal fəaliyyətlərinin analizi, material təzhizatı, məhsul çeşidləri və texnoloji təminat məsələləri. Bu sahələrin əsas problemləri.



2


3.12

13

Mövzu 13. Mebel sənayesinin əsas sahələri, iri müəssisələri və onların təşkilati-texniki problemləri.

Respublikada inkişaf edən əsas mebel istehsalı sahələri. Böyük istehsal bazasına malik mebel müəssisələri, onların istehsal fəaliyyətlərinin analizi, material və aksesuar təzhizatı, məhsul çeşidləri, yaranan problemlər.



2


10.12

14

Mövzu 14. Mebel müəssisələrinin texnoloji proseslərinin və istehsalın təşkili problemləri.

Müəssisələrdə quraşdırılan müasir avadanlıq, texnoloji xəttlər, onların məhsuldarlığı və əməliyyatları yerinə yetirmə imkanları. Dekor işləri və səthi üzləmənin, əyrixəttli hissələrin alınması və emalının texniki problemləri.



2

17.12

15

Mövzu 15. Mebel məhsullarına verilən tələblər və tətbiq edilən standart problemləri.

Mebel məhsullarına verilən tələblər, onların yoxlanması, istifadə edilən əsas standartlar və onların yerli məhsullara uyğunluğu.Yeni standartların işlənmə problemləri.



2

24.12










5.2. Fənn üzrə sərəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Ixtisas sahəsinin əsas istiqamətləri, onların materialları və məhsulları.

2.

Dünya meşə sahələrinin əsas azalma səbəbləri və onların ekoloji problemlərə yol açması.

3.

Respublikanın meşə təsərrüfatında olan problemlər və onların həlli istiqamətləri.

4.

Meşə təsərrüfatının əsas normativ-texniki sənədləri və onların yeniləşmə problemləri.

5.

Meşələrin istifadəsi, intensiv təsərrüfatların yaradılması problemləri.

6.

Ağacbiçmə istehsalatının yenidənqurma problemləri.

7.

Respublikanın material bazarının çeşidi və qiymət problemləri.

8.

Lövhəli materialların istehsal təcrübəsi və yeni güclərin yaradılması problemləri.

9.

Mebel istehsalının təchizat və texnoloji məsələlərinin həllindəki yaranan problemləri.

10.

Mebel sənayesinin normativ-texniki sənədləri və onların yenidən işlənmə problemləri.


6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Tələbələr Respublikanın meşə təsərrüfatı, ağac emalı və mebel sənayesi sahələrinin xammal və materialları, məhsulları, əsas texnoloji prosesləri haqqında məlumatlı olmalıdır. Onlar eyni zamanda, meşə təsərrüfatının əsas meşəçilik tədbirlərini, oduncagın tədarükü və istifadəsi məsələlərini, ağac emalı istehsalatının əsas məhsul çeşidlərini, onların istehsal proseslərini, mebel sənayesinin əsas materiallarını, məhsul çeşidini, normativ-texniki sənədləşməsi məsələlərini bilməlidirlər.

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Müəllim: ____________ (Yəhyayev A.B.)
_____” sentyabr 2014 il.
Yüklə 47,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə