Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

49 

 

-



 

yeni  ideya  və  texnologiyalar  əsasında  yeni  məhsul  istehsal  edən  istehsalat 

müəssisələri şəbəkəsinin mövcudluğu;  

-

 



sadalanan  istehsal  proseslərinin  iştirakçılarının  (müəssisələr  və  digər 

subyektlərin) maliyyələşdirilməsi sisteminin mövcudluğu;  

-

 

bütün tərəflər arasında münasibətlərin tənzimlənmə mexanizminin olması. 



 “Müasir  reallıqlar  şəraitində  fokus  nöqtəsi  insanın,  onun  intellektinin  və 

vərdişlərinin, yeni  mənalar, innovativ sistemlər  yaratmaq  qabiliyyətinin, gələcəyini 

kreativ əsasda modelləşdirmək və qurmaq bacarığının sosial-iqtisadi tərəqqinin əsas 

hərəkətverici qüvvəsinə, ümumi  modernləşmə, innovativ  iqtisadiyyatın  yaradılması 

kimi tarixi məsələlərin həllinin əsas mənbəyinə çevrilməsi xeyrinə dəyişir”. 

Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmiş  sənaye  ölkələrində  innovativ  iqtisadiyyatın 

yaradılması  cəmiyyətin  qruplar  və  yeni  siniflər  üzrə  bölgüsünə  güclü  təsir 

göstərmişdir. Qərbdə bəzi müəlliflər yeni siniflərin yaranması barədə söhbət açaraq 

“intellektual əməklə məşğul olanlar”ın rolunun və hakimiyyətinin artması, digərləri 

“peşəkar  inzibatçılar  sinfi”nin  inkişafı  və  s.  haqqında  yazmağa  başlamışlar.  Onlar 

hamısı  cəmiyyətin  yeni  sinfi  strukturunun  iqtisadi  cəhətlərini  nəzərdən  keçirirlər. 

Əlbəttə, yeni zümrənin bazası iqtisadiyyatdır. Bununla belə, innovativ iqtisadiyyatı 

yaradıcı fəaliyyət prosesində iqtisadi dəyərlər istehsal edən insanlardan ibarət zümrə 

formalaşdırır.    Kreativ  zümrə  ideyasının  müəllifi  Amerika  sosioloqu,  kreativ 

zümrənin inkişafını innovativ iqtisadiyyatla birbaşa  əlaqələndirən professor Riçard 

Florida  olmuşdur.  Kreativ  zümrənin  fərqləndirici  xüsusiyyəti  ondan  ibarətdir  ki, 

onun  nümayəndələrinin  məşğul  olduğu  işin  əsas  funksiyası  “yeni  əhəmiyyətli 

formalar  yaratmaqdır”.  Riçard  Floridanın  təsəvvüründə  kreativ  zümrə  iki  hissəyə 

bölünür. Kreativ zümrənin özəyi –“iqtisadi funksiyası yeni kreativ məzmun, ideya, 

texnologiya  yaratmaq  olan  elm  və  texnika,  arxitektura,  dizayn,  təhsil,  incəsənət, 

musiqi  və  əyləncə  sənayesi  sahəsində  çalışan”  insanlardır.  “Yeni  zümrənin 

superkreativ özəyinə alim və mühəndislər, universitet professorları, şair və yazıçılar, 

rəssam  və  aktyorlar,  dizayner  və  arxitektorlar,  eləcə  də  müasir  cəmiyyətin 



50 

 

intellektual elitası: publisistlər, redaktorlar, tanınmış mədəniyyət xadimləri, analitik 



mərkəzlərin  ekspertləri,  şərhçilər  və  baxışları  ictimai  rəyi  formalaşdıran  digər 

insanlar  daxildir.  Peşəsindən  asılı  olmayaraq,  yaradıcılıq  prosesi  bu  insanların  – 

proqramçıların, mühəndislərin, arxitektorların və ya kinorejissorların ömrünə hakim 

kəsilir”.Kreativ zümrəyə özəkdən başqa “yüksək texnologiyalar, maliyyə, hüquq və 

səhiyyə, biznesin idarə olunması kimi biliklərə əsaslanan bir sıra sahələrdə” çalışan 

kreativ  mütəxəssislərin  böyük  qrupu  daxildir.  Bu  insanlar  kompleks  biliklərindən 

istifadə  edərək,  spesifik  problemlərin  yaradıcı  həllində  iştirak  edirlər.  Bu,  adətən 

yüksək təhsil səviyyəsini, bununla da yüksək insan kapitalını nəzərdə tutur. 

“Qloballaşma  milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi qarşısında olduqcayüksə

k tələblər qoyur. Bu  gün  ölkənin  rəqabətqabiliyyəti  qlobal  iqtisadiyyatda  və 

siyasətdə  ən  nüfuzlu  konsepsiyalardan  biridir,  çünki  o,  təkcə  sırf  iqtisadi 

göstərişləri  əhatə  etmir,  həmçinin  mühüm  qeyri-iqtisadi  hadisələrin  iqtisadi 

nəticələrini  qiymətləndirir.  Ölkənin  rəqabət  qabiliyyətini  necə  ölçmək  olar?  Bu 

ölçünün ən sadə vasitəsi ümumi adambaşına düşən daxili məhsulun göstəricisidir. 

Bu göstərici nə qədər yüksəkdirsə, ölkə və onun əhalisi də bir o qədər varlı, həyat 

keyfiyyəti  də  yüksəkdir”.  Sevindirici  haldır  ki,  Azərbaycan  qlobal 

rəqabətqabiliyyətlilik  reytinqində  Ermənistandan  da,  Gürcüstandan  da  öndədir. 

2011-2012-ci    illərdə    Azərbaycan    dünyada    texnoloji    hazırlıq    reytinqinə    görə 

133  ölkə  arasında  75-ci  yerə, innovasiya  reytinqinə  görə  133  ölkə  arasından 

42-ci    yerə    çıxmışdır.    Müvafiq    olaraq    2012-2013-ci    illər    üzrə    isə    ölkəmiz  

texnoloji    hazırlıq    reytinqinə    görə    139    ölkə    arasında    70-ci,  innovasiya  

reytinqinə görə  isə  139  ölkə  arasında  61-ci   yerə  çıxmışdır.  

 

Cədvəl  4.  İNNOVASİYA PARAMETRLƏRİ ÜZRƏ AZƏRBAYCANIN DÜNYADAKI 

REYTİNQLƏRİ 

Göstəricilər 

2012-2013 

2013-2014 

12. İnnovasiya reytinqi 

133/42 

139/61 

12.1. İnnovasiya potensialı 

133/29 

139/40 



51 

 

12.2. Elmi-tədqiqat qurumlarının keyfiyyəti 



133/39 

139/77 

12.3. Tədqiqat və inkişaf üzrə firma xərcləri  

133/65 

139/88 

12.4. Tədqiqat və inkişaf üzrə universitet-sənaye əməkdaşlığı 

133/55 

139/92 

12.5.Yüksək texnoloji məhsullar üzrə hökumət təminatı 

133/16 

139/36 

12.6. Elm adamları və mühəndislərin mövcudluğu 

133/49 

139/78 

12.7. Faydalı patentlər 

133/72 

139/90 

Mənbə: World Economic Forum, Global Competitiveness Report 

Qeyd: Cədvəldə göstərilən məsələn, “133/42” göstəricisi, 133 ölkə arasında 42-cı yerdə olmaq deməkdir. 

 

Ölkənin rəqabətqabiliyyətliliyini müəyyən edən bəzi faktorları qeyd edək: 



Birincisi,  təhsilin  səviyyəsi.   İkincisi,  insan  kapitalının  inkişafı.  Müasir 

iqtisadiyyatda maddi əmtəələrdən və xidmətlərdən daha çox, intellektual potensiala 

diqqət  yetirilir.  Millətin  müasir  və  səmərəli  təhsil  sistemini  dəstəkləmək,  təlim 

vasitəsilə  işçi  qüvvəsinin intellektual  potensialını  artırmaq  qabiliyyəti  rəqabətə  tab 

gətirmək  üçün  son  dərəcə  vacibdir.  Üçüncüsü,  innovasiya  inkişafı.Rəqabət 

qabiliyyətinin  bir  hissəsi  olan  "texnologiyalar  indeksi"  innovasiya  inkişafının 

səviyyəsindən, informasiya və kommunikasiya texnologiyalarının inkişafından, elmi 

tədqiqatlara və araşdırmalara, bu sahədə bizneslə universitetlərin əməkdaşlığına sərf 

olunan  investisiyaların  həcminin  qiymətləndirilməsindən  asılıdır.  Dördüncüsü, icra 

keyfiyyəti...Və nəhayət, siyasi iradə və milli consensus . 

Bu  gün  dünya  yüksək  texnologiyalar  bazarı  ildə  2,5 trilyon  dollar  həcmində 

qiymətləndirilir. Bunun  39  faizi  ABŞ-ın,  30  faizi  Yaponiyanın,  16  faizi 

Almaniyanın payına düşür. Dünyanın yerdə qalan dövlətlərinin payına isə qalan 15 

faiz düşür. Bizim başlıca vəzifəmiz mümkün qədər tez bir vaxtda buraya daxil olub 

öz yerimizi tutmaqdır. 

İnnovasiya  iqtisadiyyatının  cövhəri  olan  rəqabətqabiliyyətli  texnologiyalar  öz-

özündən  yaranmır. Bu,  elmi  tədqiqatın  mürəkkəb  və  məsrəfli  eksperimentlərindən 

və  nəhayət,  alimlərin  ideya  ruhundan  qaynaqlanan  çox  çətin  başa  gələn 

məhsuludur. Yüksək  brendli  əmtəələrin  istehsalı  üçün,  əlbəttə  ki,  xarici 

texnologiyanı əldə etmək lazımdır.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə