Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

40 

 

siyasəti bir sıra ölkələrin birliyi miqyasında aparılan birgə və razılaşdırılmış iqtisadi 



siyasətin  əsas  tərkib  hissələrindən  birini  təşkil  edir.Bu  baxımdan  Avropa  birliyi 

ölkələrinin  təcrübəsi  daha  təqdirə  layiqdir.Müasir  dövrdə  burada  əlaqələndirilmiş 

halda  həyata  keçirilən  innovasiya  siyasətinin  əsas  istiqamətləri  kimi  aşağıdakılar 

çıxış  edirlər:  elmi  texniki  və  texnoloji  yeniliklərə  yönəldilən  vəsait  üçün  güzətli 

vergi dərəcələrinin tətbiqi; elmtutumlu kiçik biznesin həvəsləndirilməsi;məhsulların 

və  qabaqcıl  texnologiyanın  işlənib  hazırlanması  ilə  məşğul  olan  firmaların  birbaşa 

maliyyələşdirilməsi;  universitet  və  elmtutumlu  məhsulların  yaradılması  ilə  məşğul 

olan şirkətlərin birgə əməkdaşlığının həvəsləndirilməsi və s.Bütün bu tədbirlər son 

nəticədə  Avropa  birliyi  ölkələrinin  hər  birində  innovasiya  mühiti  üçün  bərabər 

imkanların və eyni iqtisadi mühitin yaradılmasına yönəldilmişdir. 

 

Təsvir 


edilən 

xarici 


təcrübələrdən 

iki 


başlıca 

məqam 


aşkar 

sezildi:birinci,elmin  iqtisadi  inkişafdakı  rolu  daha  dəqiq  aşkarlandı.Ikincisi,  elm  - 

istehsal  əlaqələrinin  möhkəmliyinin  və  ardıcıl  olaraq,  elmi-  tədqiqatın  proqram  -

məqsədli təşkilinin səmərəliliyi müəyyənləşdi.Xarici ölkələrdə elmin resurs təminatı 

ilə bağlı aşağıdakı göstəricilər də bu cəhıəti təsdiqləyir. 

Cədvəl 3. 

Elmi- tədqiqat sektorunun resurs təminatı 

 

Tədqiqatçılarin 



sayi.min nəfər 

Tədqiqatçılarin 

sayi.mln.nəfərə 

Elmi-


tədqiqata 

məsrəflər.mld 

Dollar 

Elmi-tədqiqata 



məsrəflər.ÜDM-

ə%-lə 1999 

Elmi-

tədqiqata 



məsrəflər. 

ÜDM-ə%-


lə 2009 

ABŞ 


1260 

4374 


398,2 

2,64 


2,78 

Çin 


811 

634 


120,6 

0,76 


1,7 

Yaponiya 

647 

5085 


148,7 

3,02 


3,33 

AFR 


265 

3210 


84,0 

2,4 


2,78 

Rusiya 


492 

3415 


33,7 

1,0 


1,24 

 



41 

 

mənbə:The Qlobal İnnovation Report 2012.UNESCO.elektron resurs 



Yəqin ki, cədvəl göstəricilərinin ətraflı şərhinə ehtiyac yoxdur, çünki göstəricilər öz-

özlüyündə bır çox məsələləri izah edir. Ancaq   elmi- tədqiqatın proqram -məqsədli 

təşkilinin səmərəliliyini daha dürüst təsəvvür etmək üçün digər göstəricilərə istinad 

etmək olar. 

Cədvəl 4. 

Elmi- tədqiqat sektoruna məsrəflərin strukturu. 

 

Dövlət.məcmu 



xərclərdə 

payı.%-lə 

Sahibkarlıq 

sektoru. məcmu 

xərclərdə 

payı.%-lə 

Ali təhsil. 

məcmu 


xərclərdə 

payı.%-lə 

Xüsusi qeyri-

sahibkarlıq 

sektoru. məcmu 

xərclərdə 

payı.%-lə 

ABŞ 


10,6 

72,6 


12,8 

Yaponiya 



8,3 

78,5 


11,6 

1.6 


Çin 

18,3 


73,3 

18,5 


Fransa 


14,5 

68,2 


17,3 

Rusiya 



30,3 

62,4 


7,1 

mənbə:The Qlobal İnnovation Report 2012.UNESCO.elektron resurs 



Cədvəldə  göstərilən  ölkələrin  iqtisadi  inkişaf  və  iqtisadi  dinamika    səviyyələri 

arasındakı  fərqlər-məsələn,ABŞ,  Cin  və  Rusiya  arasındakı  fərqlər  yetərincə 

məlumdur. Bu baxımdan  elmi- tədqiqatın proqram -məqsədli təşkilinin səmərəliliyi 

bir daha aşkarlanır. 

Xarici  təcrübədə  milli  maraqlara  çatmaq  məqsədilə  innovasiya  fəaliyyətinə  kömək 

və  onun  dövlət  stimullaşdırılması  tədbirlərinin  müxtəlifliyinə  tez-tez  rast  gəlinir. 

Xarici  ölkələrin  təcrübəsində  əsas  nəticə  ondan  ibarətdirki,  iqtisadiyyatın  yüksək 

aktivliyi  elmi-texniki  bazarda,  milli  prioritetlərin  müəyyən  edilməsində  dövlətin 

aparıcı  rolu  ilə  və  stimullaşdırma  mexanizmləri  sistemi  vasitəsilə  dövlətin 

innovasiya inkişafı prosesinə fəal təsiri ilə təmin olunur. Belə ki, əgər yeni texnoloji 

səviyyədə  bütün  istehsal  sahələrinin  yenidən  qurulması  və  innovasiya  tətbiqinin 



42 

 

fəallaşdırılması  məqsəd  sayılırsa,  onda  iqtisadiyyatın  bütün  sferalarına  bərabər 



surətdə yayılan ümumi qərarlar kifayətdir. Nəzərə almaq lazımdır ki, bu halda əlavə 

güclü  inkişafı  hazırda  da  daha  çox  investisiya  cəlbediciliyinə  malik  sahələr 

alacaqdır.  Investisiya  üçün  daha  riskli  olan  yüksək  texnologiyaya  malik  sahələr 

kifayət  qədər  investisiya  sahələri  almadıqlarına  görə  gələcək  inkişaf  üçün  zəruri 

maliyyə 

əsasına  malik  olmayacaqlar.  Odur  ki,  innovasiya  prosesinin 

stimullaşdırılması  sistemi  iqtisadiyyat  sahəsində  dövlətin  qarşıya  qoyduğu  iki 

məsələnin  həllinə  kömək  etməlidir:  innovasiya  tətbiqinin  ümumi  aktivləşdirilməsi 

və  dünya  bazarına  çıxış  perspektivləri  nəzərə  alınmaqla  iqtisadiyyatın  yüksək 

texnoloji sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsi. 

Son  illər  Azərbaycanda  elmi-tədqiqatlarda  və  texniki  işləmələrə  məsrəflər  xeyli 

azaldılmışdır.  Bu  zaman  elmi-tədqiqatlara  və  işləmələrə  mövcud  dövlət  xərcləri 

kommersiya  cəhətdən  perspektivli  tətbiqi  tədqiqatların  ziyanına  olaraq  etibarlı 

fundamental  tədqiqatlara  daha  böyük  kömək  siyasətin  prioritet  istiqamətlərinə 

uyğun olub-olmamasından asılı olmayaraq mövcud ETİ-in subsiydiyalaşdırılmasına 

yönəldilmişdir.  Beləliklə,  elmi-tədqiqat  və  təcrübi  konstruktor  işlərinin  dövlət 

maliyyələşdirilməsi  daha  çox  müvafiq  nəticələrin  alınmasına  deyil,  elmi-tədqiqat 

təşkilatlarının mövcud infrastrukturuna kömək göstərilməsinə yönəldilmişdir. 

Bütövlükdə  mikro  səviyyədə  ölkə  və  regional  innovasiya  strategiyalarının 

reallaşdırılmasını  təmin  edən  müəssisə  səviyyəsində  innovasiya  fəaliyyətinin 

inkişafını fəallaşdıran innovasiya mexanizmləri sistemi aşağıdakı 5 qrupda təsəvvür 

etmək olar: 

1.İşlənmə və tətbiq mexanizmləri; 

2. Təşkilati mexanizmlər; 

3. Maliyyələşdirmə mexanizmləri; 

4. Texnoloji transfert mexanizmləri; 

5. İntellektual mülkiyyət müdafiəsi mexanizmləri. 

İnnovasiya əsasında iqtisadiyyatını qurmuş inkişaf etmiş dövlətlər sırasında liderlər 

qrupuna ABŞ,  Yaponiya, Böyük Britaniya, İsrail və qismən Finlandiya ilə İrlandiya 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə