Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

37 

 

Tayvanın  iqtisadi  inkişafına  əsaslı  qoyuluş  1980-ci  ildə  Sinçu  adlanan  yerdə 



yaradılan  texnopark  edib.  Bu  texnoparkın  yanında  iki  nəhəng  milli  universitet  –

Tonqua  və  Çiatunq  yerləşir. Parkda  sənaye  texnologiyasının  elmi-tədqiqat institutu 

mikroelektronika  işləyib  hazırlamaq  üzrə  birgə  korporasiya,  yarım  keçiricilər  üzrə 

tayvan  şirkəti,  elektronika  sahəsində  tədqiqatlar  üzrə  təşkilat  yerləşir.  Əsas  elmi  –

tədqiat  işləmələri  elektron  sənayesinin  inkişafı  ilə  bağlıdır.  Parkda  15  minə  qədər 

yüksək ixtisaslı mütəxəssis çalışır. Sinçu hər məşğul nəfərə düşən məhsul buraxılışı 

həcminə  görə  məşhur  amerikan  Silikon  vadisindən  geri  qalmır.  Parkın  ərazisindən 

ixrac olunmuş məhsulun dəyəri 5 il ərzində 1989-cu ildə bir mlrd dollardan 1994-cü 

ilə qədər 8 mlrd dollara çatıb, milli ixracda isə onun payı 2%-dən 4%-ə qalxmışdır. 

Yaponiya  kompaniyalarında  aparılan  tədqiqatlar  innovasiya  prosesinin  idarə 

edilməsinin təşkilində layihə qruplarından (müvəqqəti və daimi) istifadəyə üstünlük 

verildiyini göstərir. Məlumdur ki, Yapon firmaları dünya bazarlarını yeni növ məh-

sullar  işləyib  hazırlamaqla  əldə  edirlər.  Məsələn,  «Seyko»  kompaniyası  ilk  dəfə 

olaraq  maye  kristallardan  istifadə  saatları  işləyib  hazırladı  və  bununla  da  dünya 

bazarının böyük bir hissəsini öz əlinə aldı. «Honda» kampaniyası o, qədər də böyük 

olmayan yüksək keyfiyyətli motosikl modeli işləyib hazırladı və tezliklə bu model 

öz dərəcəsinə görə hakim mövqe tutdu. Bu «Kenon» kampaniyasına və gəmilər inşa 

edən  «Matsusita»  firmasına  da  aiddir. Yapon  firmaları  öz  kompaniyalarının 

texnologiyası  əsasında  yeni  əmtəələrin  yaradıcılıqla  işləyib  hazırlanmasına  böyük 

əhəmiyyət  verirlər.  Onlarda  yeni  məhsullar  işlənib  hazırlanması  xidməti  adətən 

kampaniyanın 

fəaliyyətinin 

bütün 

sferalarını 



əhatə 

edir.  


Qeyd etmək lazımdır ki, innovasiya proseslərinin həyata keçirilməsində Qərbin hər 

bir  inkişaf  etmiş  ölkəsinin  özünə  məxsus  xüsusiyyətləri  vardır.  Məsələn,  ABŞ-da 

onu  fərqləndirən  başlıca  cəhətlərdən  biri,  ümumiyyətləazad  sahibkarlıq  üçün 

əlverişli  iqtisadi  mühitin  mövcudluğudur.Məhz  buna  görə,  hər  il  yaradılan  yeni 

müstəqil  firmaların  sayına  görə  (600  mindən  çox)  ABŞ  bütün  inkişaf  etmiş  Qərb 

ölkələrini  xeyli  qabaqlayır,  iqtisadiyyatda  çalışan  hər  on  adamdan  biri  isə  rəsmi 

cəhətdən  qeydə  alınmış  sahibkarlıq  statusuna  malikdir.Bu  ölkədə  sahibkarlıq 



38 

 

fəaliyyətini, o cümlədən innovasiya fəaliyyətini şərtləndirən əlverişli iqtisadi mühitə 



gəldikdə isə, onun fərqli cəhətləri kimi vençur kapitalın iri bazarının və bu sahədə 

həvəsləndirici  dövlət  siyasətinin  mövcudluğudur.Bura  öz  növbəsində  sahibkarlığın 

dövlət  səviyyəsində  geniş  təbliği,  yeni  yaradılan  firmalara  dövlətin  maliyyə 

köməkliyi  və  vergi  güzəştləri,  onların  fəaliyyətinin  daha  çevik  şəkildə 

tənzimlənməsi, müstəqil firmaların, iri korporasiyaların elmi-texniki tərəqqi, yüksək 

texnoloji  nəticələr  və  s.  bu  kimi  proqramları  üçün  dövlətin  maliyyə  ehtiyatlarının 

ayrılması və s. daxildir.Məhz bu və digər səbəblərə görə innovasiya prosesləri ABŞ-

ın iqtisadi inkişafının əsas amillərindən biridir.Əgər 50-60-cı illərdə bu ölkənin 2,5-

3  faiz  səviyyəsində  olan  illik  inkişaf  tempinin  təqribən  yarısı  bu  innovasiya 

proseslərinin  və  texnoloji  dəyişikliklərin  payına  düşürdüsə,  bu  gün  həmin 

göstəricinin payı xeyli yüksəlmişdir. 

 

Son dövrlərdə innovasiya proseslərinin inkişafı və tətbiqi sahəsində Yaponiya 



dövləti ABŞ-dan xeyli irəli getmişdir və həmin proses 60-70-ci illərdən başlayaraq, 

burada  geniş  vüsət  almışdır.Hal-hazırda  Yapon  «möcüzəsinin»,  yəni  60-70-ci 

illərdən  başlayaraq  bu  ölkənin  sürətli  iqtisadi  sıçrayışının  əsl  səbəbləri  haqqında 

müxtəlif  mülahizələr  söylənilir.Bu  fikirlərdən  ən  geniş  yayılanlarından  biri,  həmin 

möcüzənin  səbəbini  məhz  elmi-texniki  tərəqqi  və  innovasiya  sahəsindəki  köklü 

dəyişikliklərlə  bağlayır.Konkret  olaraq,  bu  özünü  həmin  dövrlərdən  başlayaraq 

elektron  hesablama  texnikasının,  informatik  idarəetmə  sistemlərinin,  texnoloji 

proseslərin  və  layihələşdirmənin  avtomatlaşdırılmasının  geniş  vüsət  almasında 

göstərir.Bu  gün  innovasiya  proseslərinin  qeyd  edilmiş  bu  siyahısına 

biotexnologiyadan  və  yüksək  möhkəmliklə  sintetik  əvəzedicilərdən  istifadəni, 

konveyer  xətlərinin  robotlaşdırılmasını  və  s.  əlavə  etmək  olar  (3,  səh.102-103).  

Yaponiyada innovasiya mühitinin digər xüsusiyyətlərindən biri, iqtisadi fəaliyyətdə 

xarici kəşflərdən, ideyalardan, layihələrdən  və  s. geniş  istifadə  edilməsidir.Belə  ki, 

son  30  ildə  bu  ölkə  xarici  texnologiyaların  alınmasına  10  milyard  dollardan  çox 

vəsait sərf etmişdir.Bu dövrdə Yapon firmaları tərəfindən təqribən 42 min lisenziya 

əldə edilmişdir ki, bunların da təqribən yarısı ABŞ-ın payına düşür. 




39 

 

Bu  ölkədə  innovasiya  proseslərinin  ən  fərqli  cəhətlərinin  birini  ölkənin  texnoloji 



məqsədlərinin  dövlət  miqyasında  müəyyən  edilməsi,  bu  məqsədə  çatmaq  üçün 

iqtisadiyyatın  bütün  imkanlarının  səfərbərliyə  alınması,  xüsusi  sahibkarlığın  bu 

sahədə  geniş  həvəsləndirilməsi  və  s.  təşkil  edir.Məsələn,  70-ci  illərdə  Yaponiya 

dövləti  xarici  texniki-texnoloji  layihələrin  idxalını  azaltmaq  və  əsasən  yapon  elmi 

texniki  və  texnoloji  nailiyyətləri  bazasında  iqtisadi  artımı  təmin  etmək  vəzifəsini 

irəli  sürmüşdü.Qeyd  etmək  lazımdır  ki,  müasir  dövr  üçün  bu  vəzifə  əsasən  yerinə 

yetirilmiş  və  Yaponiya  konsernləri  özlərinin  müstəqil  elmi-texniki  potensialını 

yaratmışdır.Lakin buna baxmayaraq, xarici müasir lisenziyaların alınması təcrübəsi 

yenə  də  əhəmiyyətli  yer  tutur.Məsələn,  1993-1994-cü  maliyyə  ilində  xarici 

lisenzyalardan istifadəyə görə 471 milyard ien vəsait ödənilmişdir. 

Amerika  və  Yaponiya  ilə  müqayisədə  Qərbi  Avropa ölkələrində  innovasiya  mühiti 

nisbətən  az  inkişaf  etmişdir  ki,  bunun  da  əsas  səbəblərindən  biri  risklə  bağlı 

əməliyyatlara  zəif  meyllilikdir.Böyük  Britayanın  və  Italiyanın  kiçik  innovasiya 

kompaniyaları  əsasən  iri  korporasiyalarla  çox  möhkəm  və  sərt  subpodrat  əlaqələri 

sistemində  fəaliyyət  göstərirlər  və  bir  çox  cəhətdən  onlardan  asılıdırlar.  Qərbi 

Avropada  vençur  kapitalının  nisbətən  geniş  bazarı  Ingiltərədə  və  Hollandiyada 

mövcuddur və o, əsasən, 80-ci illərdən inkişaf etməyə başlamışdır.Həm də burada 

bütün kapitalın təqribən yarısı tamamilə yeni yaradılmış yüksək texnoloji firmalara, 

yerdə  qalanı  isə  artıq  mövcud  olan  kompaniyalara,  (o  cümlədən,  əhəmiyyətli  bir 

hissəsi fəaliyyətdə olan amerikan kompaniyalarına) yönəldilir. 

Innovasiya mühitinin müxtəlif ölkələrdə fərqli xüsusiyyətlərinə baxmayaraq, onları 

bu  sahədə  ümumiləşdirən  xeyli  cəhətlər  vardır.Bu  gün  bütün  inkişaf  etmiş  Qərb 

ölkələrində  innovasiya  mühiti  və  onunla  bağlı  olan  proseslər  elmi-texniki  tərəqqi 

şəraitində  gələcək  inkişafın  və  iqtisadi  sistemin  transformasiyasının  əsası,  milli 

iqtisadiyyatın  rəqabət  qabiliyyətinin  yüksəldilməsinin,  iqtisadi  artımın  təmin 

edilməsinin vacib şərti kimi qəbul edilir. Nəhayət, göstərmək lazımdır ki, innovasiya 

prosesləri  təkcə  ayrı-ayrı  ölkələr  səviyyəsində  aparılmır.Bu  gün  vahid  innovasiya 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə