33
iştirak etmişdir. Bu qurultaydan sonra ―Azərbaycana muxtariyyət‖ şuarı altında
hərəkat başlanmışdır.
Nəsib bəy Yusifbəyli Zaqafqaziya seyminin üzvü, 1918-ci il aprelin 26-da
yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin maarif naziri idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
N. Yusifbəyli bitərəf Fətəlixan İskəndər oğlu Xoyskinin (1875-1920) baş nazir
olduğu birinci kabinetdə xalq maarifi naziri vəzifəsini icra etmişdir. O, Xoyskinin
başçılıq etdiyi ikinci və üçüncü kabinələrdə də həmin vəzifədə işləmişdir.
1919-cü il aprelin 14-də Azərbaycan Respublikası Nazirlər Şurasının sədri
təyin olunan Nəsib bəy Yusifbəyli bu vəzifəni 1920-ci il aprelin 1-nə kimi icra
etmişdir. Həmin illərdə sinfi ziddiyyətlərin qalmasına baxmayaraq N.Yusifbəylinin
baş nazir olduğu vaxt həyata keçirilmiş bir sıra tədbirlər müsbət xarakter daşıyırdı.
Öz dövrünün görkəmli siyasi – ictimai xadimi olmuş, mürəkkəb və
ziddiyyətli bir həyat yolu keçmiş Nəsib bəy Yusifbəyli 1920-ci il mayın
əvvəllərində Azərbaycanın Kürdəmir qəzasında Yevlaxın Qorxunlu kəndindən
olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilmişdir.
Mövsüm Əliyev
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
34
MƏMMƏD YUSĠF CƏFƏROV
Odlar yurdu, № 13, iyul 1989.
Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 1885-ci ildə Bakı şəhərində
anadan olmuşdur O, görkəmli pedaqoq, jurnalist Əli İskəndər Cəfərzadənin kiçik
qardaşıdır. M.Y.Cəfərov orta təhsilini Bakıda almış. Sonra Moskva Universitetinin
hüquq fakultəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil
etdiyi ―Azərbaycan etnoqrafik konsert gecələrinin‖ və ―Azərbaycan həmyerlilər
təçkilatının‖ əsa rəhbərlərindən biri olmuşdur. 1912-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirən M.Y.Cəfərov ―Nigahın şəriət üzrə pozulması haqqında rəy‖
mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
O. Həmin il Peterburqda açılan 4-cü dövlət Dumasına Bakı, Gəncə və
İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilmişdir.
M.Y.Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında
çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə
tuturdu.
1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Həmin il martın
9-da Müvəqqəti hökumətinin göstərişi ilə M.Y.Cəfərov daxil olmaqla Dövlət
dumasının beş nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradıldı.
Komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək M.Y.Cəfərova tapşırıldı. O,
1917-ci il noyabrın 15-dən Zaqafqaziya komissarlığında sənaye və ticarət
komissarı idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
M.Y.Cəfərov bitərəf F.Xoyskinin (1875- 1920) təşkil etdiyi birinci kabinədə
sənaye və ticarət naziri olmuşdur. Həmin il iyunun 17-də F.Xoyskinin başçılıq
etdiyi hökumət kabinəsi istefaya çıxdığı üçün M.Y.Cəfərov tutduğu vəzifəni tərk
etmişdir. O, bundan sonra Azərbaycan Respublikasının Gürcüstan hökuməti
yanında diplomatik nümayəndəsi vəzifəsini icra etməyə başlamışdır.
M.Y.Cəfərov nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin təşkil etdiyi
kabinədə xarici işlər naziri təyin olunmuşdur. Azərbaycan Demokratik
Respublikasının beynəlxalq aləmdə tanınmasında M.Y.Cəfərovun xidmətləri
çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları
və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzəcamalovun
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
35
arxivlərdən toplayaraq çap etdirdikləri ―Zaqafqaziyada rus siyasətinə aid sənədlər‖
kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan ziyalılarının çar hökuməti
tərəfindən təqib olunamasını ifşa edən sənədlər toplusu 1920 ci ilin əvvəllərində
Bakıda rusca çapdan çıxmışdır. Azərbaycan parlamentinin üzvü bitərəf
M.Y.Cəfərov 1919-cu il oktyabrında ―Türk ədəmi – mərkəziyyət partiyası
Musavatın‖ sıralarına daxil olmuşdur. Həmin il dekabrın ortalarında Yusifbəylinin
kabinəsi istefaya çıxdığı üçün M.Y.Cəfərov tutduğu vəzifəni tərk etmişdir. O, 1920
–ci il fevralın 2-də Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsindən azad
olunan Həsən bəy Ağayevin yerinə seçilmişdir. Parlamentin sədri Əlimərdan bəy
Topçubaşov Bakıda olmadığı üçün M.Y.Cəfərov onun vəzifəsini 1920 – ci il
aprelin 27-dək icra etmişdir.
1920-ci ilin martında Dağlıq Qarabağda daşnaklar Azərbaycan
Respublikası əleyhinə böyük üsyan qaldırdılar. Avanturada məqsəd nizami
Azərbaycan ordusunu Bakıdan çıxarmaqda idi. O dövrdə Azərbaycan ordusu
Zaqafqaziyada ən mükəmməl silaha və təcrübəli sərkərdələrə malik ordu sayılırdı.
Əskəran yaxınlığında döyüşdə daşnak qoşunları və yerli erməni könüllülərindən
ibarət dəstələr darmadağın edildi.
1920-ci il martın 30-da Yusifbəylinin kabinəsi istefaya çıxdı. Aprelin 1-də
yeni kabinə təşkil etmək Məmməd Həsən Hacınskiyə tapşırıldı. O, bu məqsədlə
parlamentə daxil olan bütün partiya və fraksiyaların rəhbərləri ilə, həmçinin
bolşeviklərlə danışıqlar apardı. M.H.Hacinski bolşevikləri yeni hökumətə daxil
etməklə Samur körpüsünün şimal tərəfində dayanmış 11-ci Qızıl Ordunun Bakı
üzərinə yürüşünü ləngitmək və nizamiAzərbaycan ordusunu təcili Dağlıq
Qarabağdan Bakıya qaytarmaq istəyirdi. Bu vaxt Bakıda cəmisi iki minə yaxın
əsgər var idi. Onlar dövlət idarələrini qoruyurdu. Bolşeviklərdən rədd cavabı alan
M.H.Hacinski aprelin 22-də Azərbaycan parlamentinin sədrini əvəz edə
bilməyəcəyini rəsmən bildirdi.
1920 –ci il aprelin 26-dan 27-nə keçən gecə 11-ci Qızıl Ordu Samur
körpüsünü , yəni Azərbaycan sərhədini keçərək Bakı üzərinə yürüşə başladı.
Aprelin 27-də parlamentin iclası zamanı Quba valisi Əmirxan Xoyski tərəfindən
vurulmuş teleqramda 11-ci Qızıl Ordunun Azərbaycan sərhədini keçdiyi və
Xaçmazı tutduğu xəbər verilirdi. Bu məlumatla əlaqədar Azərbaycan parlamenti
yaranmış vəziyyətin təhqiqi üçün M.H. Hacinski başda olmaqla xüsusi nümayəndə
heyəti yaratdı. Bu vaxt Ağa Hüseyn Kazımovun və Həmid Sultanovun başçılıq
etdiyi bolşevik nümayəndə heyəti parlamentə hakimiyyəti müqavimət göstərmədən
təslim etmək haqqında ultimatum verdi. Həmin gün saat 13-də 11-ci Qırmızı Ordu
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları