Azərbaycan demokratik respublikasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix21.07.2018
ölçüsü0,85 Mb.
#57610
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

22 

 

 



1918 –ci ilin dekabrın 7-də birinci Azərbaycan parlamenti öz işinə başladı. 

Beynəlxalq Versal sülh  konfransında iştirak  etmək üçün 1919-cü il  yanvarın 8-də 

Azərbaycan  diplomatik  missiyasının  tərkibi  elan  olundu.  Heyətin  sədri 

Əlimərdanbəy  Topçubaşov,  üzvləri  isə  M.H.Hacınski,  Ə.Şeyxuislamov,  Ə. 

Ağayev, M.Məhərrəmov, M.Mehdiyev və C. Hacıbəyli təsdiq edildi.  

 

Nümayəndə  heyəti  Parisə  ingilislər  tərəfindən  əsassız  olaraq  tutulmuş 



Əhməd bəy Ağayevsiz gəldilər.    

 

 



 

 

 



 

 

Timuçin Hacıbəyli (Nitsa - Fransa) 



 

4 aprel 1989 –cü il.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



23 

 

 



M Ə M M Ə D   Ə M Ġ N    R Ə S U L Z A D Ə 

 

Odlar yurdu, № 17, sentyabr 1988. 



Görkəmli  ədib, siyasi və  ictimai  xadim,  mütəfəkkir Məmməd Əmin  Ağa 

oğlu  Rəsulzadə  1884-cü  il  yanvarın  31-də  Bakının  Novxanı  kəndində  anadan 

olmuşdur.  Əvvəlcə  ―rus  –  müsəlman‖,  sonra  isə  Bakı  texniki  məktəbində 

oxumuşdur.  Onun  ilk  ədəbi  əsəri  –  ―Müxəmməs‖  şeri  ―Şərqi  -  rus‖  qəzetində 

çıxmışdır. (1903, № 20).    

 

 



 

M.Ə.Rəsulzadə,1904-cü  ildə  əsası  qoyulan  müsəlman  sosial  –  demokrat 

təşkilatı  ―Hümmət‖  in  banilərindən  biri  idi.  ―Hümmət‖  təşkilatı  1904-1905-ci 

illərdə ―Hümmət‖ qəzeti, sonra isə ―Təkamül‖ (1906-1907) və ―Yoldaş‖ qəzetlərini 

nəşr  etdirmişdir  (1907).  M.Ə.Rəsulzadə  bu  qəzetlərin  əsas  rəhbərlərindən  və 

redaktorlarından biri olmuşdur.  

 

 

 



 

 

 



M.Ə.Rəsulzadə  həmin  dövrdə  bolşevik  mətbuatı  ilə  yanaşı,  ―Həyat‖  və 

―İrşad‖ qəzetlərində, ―Füyuzat‖ jurnalında çıxış edirdi.  

 

M.Ə.Rəsulzadə  1908-ci  il  dekabrın  5-də  ilk  tamaşası  göstərilən 



―Qaranlıqda  işıqlar‖  adlı  dram  əsəri  ilə  Azərbaycanda  inqilabı  dramaturgiyanın 

əsasını qoymuşdur.  

 

 

 



 

 

 



1909-cü  ildə  M.Ə.Rəsulzadə  xalqımızın  milli  qəhrəmanı  Səttərxanın 

(1867-1914)  rəhbərliyi  altında  gedən  milli–azadlıq  mübarizəsinə  kömək  etmək 

üçün  Cənubi  Azərbaycana  yola  düşmüşdür.  O,  Təbrizdə  Səttarxanla  və  onun 

silahdaşları ilə görüşmüşdür.  

 

 

 



 

M.Ə.Rəsulzadə Tehranda Avropa təhsili görmüş bir qrup iranlı ilə birlikdə 

1910-cdü  ildə  İran  Demokrat  Partiyasının  əsasını  qoymuş  və  onun  orqanı 

―İranenoy‖  (Yeni  İran)  qəzetinin  redaktoru  olmuşdur.  Burada  onun  çoxlu  yazısı 

çıxmışdır. O, İranda marksizm ideologiyasını yayan görkəmli şəxsiyyətlərdən biri 

idi.  


 

 

 



 

 

 



 

 

İranda  həmin  il  mürtəce    ―Etidaliyyun‖  (―Mötədillər‖)  partiyası  təşkil 



edildi.  Bununla  əlaqədar  M.Ə.  Rəsulzadə  Tehranda  1910-cu  ildə  fars  dilində 

―Tənqidi  –firqeyi-e  tidaliyyun‖  adlı  kitabını  çap  etdirmişdir.  1911-ci  ildə  isə 

Ərdəbildə müəllifin farsca ―Səadəti – bəşər‖ kitabı nəşr olunmuşdur.    

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



24 

 

 



1911-ci  ildə  çar  qoşunlarının  İrana  daxil  olması  ilə  əlaqədar 

M.Ə.Rəsulzadə  İstambula  mühacirət  etmişdir.  Burada  1911-ci  ilin  noyabrından 

nəşrə  başlayan  ―Türk  yurdu‖  jurnalının  əsasını  qoyanlardan  biri  olmuşdur.  Bu 

jurnalda  onun  bir  neçə  məqaləsi  çap  olunmuşdur.  Bunlardan  ən  maraqlısı  ―İran 

türkləri‖  (1911-ci  il,  №  4)  adlı  məqalədir.  Həmin  məqalədə  geniş  oxuc  kütləsinə 

Cənubi  Azərbaycanın  ümumi  coğrafiyası  və  əhalisi  haqqında  ətraflı  məlumat, 

Şimali Azərbaycandan da bəhs olunur.  

 

 



 

 

 



1913-cü ildə  Romanovlar  sülaləsinin 300 illiyi ilə əlaqədar verilən əhv – 

umumidən  sonra  Rəsulzadə  vətənə  qayıtmışdır.  O,  əsası  hələ  1911-ci  ilin 

oktyabrında gizli şəkildə üç nəfər keçmiş hümmətçi tərəfindən qoyulan müsəlman 

demokratik  müsavat  partiyasına  daxil  olmuş  və  tezliklə  onun  rəhbərinə 

çevrilmişdir.  

 

 



 

 

 



 

 

M.Ə.Rəsulzadə  markizim  ideologiyasına  hələ  sadiq  idi.  Onun  1914-cü 



ildə M.Qorkinin ―Ana‖ romanından bir hissəsini Azərbaycan dilinə çevirməsi buna 

gözəl misaldır.   

 

 

 



 

 

 



1914-cü  ildən  çıxmağa  başlayan  ictimai  –  siyasi  ―Dirilik‖  jurnalında 

Rəsulzadə ―Milli dirilik‖ adlı silsilə məqalələrlə çıxış etmişdir. Bu məqalələrdə o, 

Azərbaycan ideyasını qoruyurdu.    

 

 



 

 

M.Ə.Rəsulzadə  hələ  1914  –cü  ildən  öz  yazılarında  ―müsəlman‖,  türk, 



tatar,  anlayışlarını  yerinə  Azərbaycan  və  azərbaycanlı  termini  işlədirdi.  Halbuki 

bunu  1935-ci  ildən  tarixi  ədəbiyyatda  İ.V.  Stalinin  adına  çıxırlar.  Rəsulzadənin 

yazıları  bu  cür  saxta  fikirləri  birdəfəlik  rədd  edir.  Yuxarıda  göstərdiyimiz  kimi, 

M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstambulda ―Türk yurdu‖ jurnalında çap etdirdiyi 

―İran  türkləri‖  məqaləsində  Qafqazın  tərkibində  Azərbaycanın  mövcud  olduğunu 

qeyd  etmişdir.  Doğrudur,  Azərbaycan  ideyası  M.Ə.Rəsulzadədən  də  əvvəl 

Azərbaycan ziyalılarında VAR İDİ. Hələ 1891-ci il mayın 1-də ―Kaspi‖ qəzetində 

Məmmədağa  Şahtaxtlı  ―Zaqafqaziya  müsəlmanlarının  necə  adlandırmalı‖ 

məqaləsində  bu  türkdilli  xalqın  azərbaycanlı  olduğunu  bildirmişdir.  1892-ci  ildə 

Kamal  Ünsizadə  xalqımızda  milli  şüuru  oyatmaq  məqsədi  ilə  ―Azərbaycan‖  adlı 

qəzet çıxarmağa təşəbbüs göstərmiş, ancaq çar hökuməti buna icazə verməmişdir. 

1903-cü  ildə  görkəmli  ədəbiyyatşünas  Firudinbəy  Köçərlinin  (1863-  1920)  rus 

dilində  Tiflisdə  ―Azərbaycan  ədəbiyyatı‖  kitabı  çap  olunmuşdur.  Bütün  bunlar 

göstərir  ki,  hələ  M.Ə.Rəsulzadədən  qabaq  maarifçi  ziyalılarımızda  Azərbaycan 

ideyası  rişə  halında  var  idi.  Ancaq  bunu  siyasi  doktrina  halında  həyat  və  siyasət 

səhnəsinə atan M.Ə.Rəsulzadə olmuşdur.    

 

 

 



 

M.Ə.Rəsulzadə  1915-ci  il  avqustun  2-dən  ―Açıq  söz‖  qəzetini  nəşr 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə