Azərbaycan demokratik respublikasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix21.07.2018
ölçüsü0,85 Mb.
#57610
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

27 

 

M.Ə.Rəsulzadənin  fəaliyyətinin  mühacirət  dövrü  başlanmışdır.  1923-cü  ildə 



İstambulda  M.Ə.Rəsulzadənin  ―Əsrimizin  Səyavuşu‖  və  ―Azərbaycan 

Respublikasının  keçmişi,  təşəkkülü  və  indiki  vəziyyəti‖  adlı  kitabları  nəşr 

edilmişdir. Həmin ildən onun redaktorluğu ilə İstambulda ―Yeni Qafqasya‖ jurnalı 

nəşr  olunmağa  başlanmışdır.  1925-ci  ildə  onun  ―İstiqlal  məfkurəsi  və  gənclik‖, 

1926-cı  ildə  isə  ―Rusiyada  siyasi  vəziyyət‖  adlı  kitabları  çapdan  çıxmışdır.  Hələ 

1927-ci  ildə  M.Ə.Rəsulzadə  ―Yeni  Qafqasya‖  jurnalının  səhifələrində  Mir  Cəfər 

Bağırovun  Zaqafqaziya  su  təsərrüfatı  idarəsinə  başçı  təyin  olunması  ilə  əlaqədar 

yazırdı:  ―Azərbaycan  xalqının  cəlladı  Bağırovu  su  təsərrüfatına  başçı  qoymuşlar, 

zənn  edirəm  ki,  Zaqafqaziya  çaylarının  suları  ona  Azərbaycan  oğullarının  qanına 

bulaşmış  əllərini  yuyub  təmizləməkdə  kömək  edəcəkdir...‖.  M.Ə.Rəsulzadənin 

rektorluğu  ilə  ―Azəri  türkü‖  (1928-1931),  ―Odlu  yurd‖  (1929-1930)  və  həftəlik 

―Bildiriş‖ qəzeti  nəşr edilir. 1930-cü ildə  onun Parisdə  fransızca  ―Azərbaycan  və 

istiqlaliyyəti‖,  rusca  ―Qafqaz  problemi  ilə  əlaqədar  pantürkizim‖  kitabları  çap 

edilmişdir.  M.Ə.Rəsulzadənin  redaktorluğu  ilə  Berlində  ―İstiqlal‖  (1932-1934) 

qəzeti  və  ―Qurtuluş‖  (1934-1938)  jurnalı  çıxırdı.  1933-cü  ildə  Berlində  onun 

―Azərbaycan Respublikası haqqında bəzi qeydlər‖ adlı kitabı nəşr olunmuşdur. O, 

1938-ci ildən Polşa hökumətində  məsləhətçi işləmiş və 1940-cı ildən Rumıniyada 

yaşamışdır. 1947-ci ildə Ankaraya köçən M.Ə.Rəsulzadənin ―Azərbaycanın kultur 

kələnəkləri‖ (1949), ―Çağdaş Azərabycan ədəbiyyatı‖ (1950), ―Çağdaş Azərbaycan 

tarixi‖ (1951) və ―Azərbycan şairi Nizami‖ (1951) adlı kitabları nəşr olunmuşdur. 

Onun  1952-ci  ildən  Ankarada  nəçr  olunan  ―Azərbaycan‖  jurnalında  xalqımızın 

tarixi  və  ədəbiyyatı  haqqında  xeyli  məqaləsi  çap  edilmişdir.  1954-cü  ildə 

İstambulda  çaxan  ―Dünya‖  qəzeti  M.Ə.Rəsulzadənin  İ.V.Stalin  haqqında  silsilə 

xatirə məqalələrini vermişdir. O yazırdı: ―Baxmayaraq biz vaxtı ilə dost olmuşuq, 

İ.Stalin türk –tatar xalqlarının qəddar və quduz düşməni idi‖. Artıq zaman və həyat 

bunu tamamilə təsdiq etmişdir.  

 

 

 



 

 

 



M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat etmişdir.  

Mövsüm Əliyev. 

 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




28 

 

 



FƏTƏLĠ  XAN  XOYSKĠ 

Odlar yurdu, №1, yanvar 1989. 

Öz  dövrünün  görkəmli  siyasi  və  ictimai  xadimi  Fətəlixan  İskəndər  oğlu 

Xoyski  1875-ci  il  dekabrın  7-də  Şəki  şəhərində  anadan  olmuşdur.  Onun  atası  rus 

ordusunun general-leytenantı idi.    

 

 



 

 

Fətəli  xangilin  əsli-nəsli  Cənubi  Azərbaycanın  Xoy  şəhərindəndir.  Xoy 



xanı  olan  ulu  babası  Cəfərqulu  İran  şahı  Fətəli  xan  ilə  müharibədə  məğlub 

olduqdan  sonra,  20.000  nəfərlik  qoşunu  ilə    Üç  kilsəyə  (Eçmiadzinə)  sığınmışdı. 

1803-1806-cı  illər  Rus  –  İran  müharibələri  dövründə  rus  qoşunlarına  qoşulan 

Cəfərqulu  xan  imperator  I  Aleksandr  tərəfindən  bahalı  brilyantla  bəzədilmiş  qızıl 

medal və lələklə təltif edilmişdir. O,1807-ci ildə Şəki xanı təyin edilmiş və general 

–leytenant  rütbəsinə  layiq  görülmüşdür.  Cəfərqulu  1810-cü  ildə  vəfat  etdikdən 

sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə etmişdir. 1819-cu ildə İsmayılın vəfatı 

ilə  Şəki  xanlığı  ləğv  olunmuş  və  Rusiyanın  tərkibinə  qatılmışdır.  Bu  nəsildən 

görkəmli  sərkərdələr,  dövlət  xadimləri  və  çoxlu  ali  təhsilli  ziyalı  çıxmışdır. 

Bunlardan  biri  də  Fətəli  xan  Xoyskidir.  O,  Gəncə  klassik  gimnaziyasını,  1901-ci 

ildə  isə  Moskva  Universitetinin  hüquq  fakultəsini  bitirmişdir.  Fətəli  xan  əvvəlcə 

Gəncədə,  sonra  isə  Suxum,  Batum  və  Kutais  dairə  məhkəmələrində  müxtəlif 

vəzifələrdə işləmişdir. Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin 

edilməsi  (1907)  Xoyskinin  ictimai  fəaliyyətində  yeni  mərhələ  olmuşdur.  O, 

Yelizavetpol quberniyasından (Gəncə) II Dövlət Dumasına nümayəndə seçilmişdi. 

Fevralın  2-də  Peterburqun  məşhur  Tavriya  sarayında  toplanan  Rusiya 

parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və 

Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet 

partiyasının  üzvü  olmasına  baxmayaraq,  Dumanın  müsəlman  deputatları 

fraksiyasına  daxil  idi.  F.Xoyski  Rusiyanın  müstəmləkə  xalqlarına  məhəlli 

muxtariyyət verilməsini hökumətdən tələb edirdi. O. Sonralar müxtəlif illərdə Bakı 

və  Gəncə  dairə  məhkəmələrində  iş  kəsmək  üzrə  andçı  –  müvəkkil  vəzifəsini  icra 

etmişdir.  

 

 



 

 

 



 

 

1917-ci ildə Rusiyada fevral  – burjua inqilabı baş verdi. F.Xoyski martın 



27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin 

üzvü seçilmişdir. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




29 

 

qurultayında iştirak etmişdir.  



 

 

 



 

 

 



F.Xoyski burjua inqilabından sonra heç bir partiyaya  mənsub olmasa da, 

1917-ci  il  oktyabrın  26-dan  31-dək  Bakıda  keçirilən  ―Türk  ədəmi  –  mərkəziyyət 

partiyası‖  ―Müsavat‖ın  birinci  qurultayında  çıxış  vı  iştirak  etmiş  və  həmin 

qurultayda  irəli  sürülən  ―Azərbaycana  muxtariyyət‖  şüarını  qızğın  müdafiə 

etmişdir.  O,  1917-ci  ilin  dekabrında  yaranan  Zaqafqaziya  seyminin  üzvü  və 

müstəqil Zaqafqaziya Federativ Respublikasının ədliyyə naziri olmuşdur. 

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



Təkcə türkdilli xalqlar arasında deyil, bütün müsəlman dünyasında ilk dəfə olaraq 

respublika  üsul  –  idarəsinə  qədəm  qoyan  Azərbaycan  xalqının  ilk  müstəqil 

hökumətini təşkil etmək bitərəf F.Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər 

çurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-

də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə 

ikinci hökumət kabinəsi təşkil olundu.  

 

 

 



 

 

1918-ci  il  sentyabrın  15-də  Bakının  oyuncaq  Sentrokaspi  qüvvələrindən 



təmizlənməsi  münasibəti  ilə  F.Xoyski  çıxış  edərək  demişdir:  ―Bizim  də  həyatda 

yaşamağa,  bizim  də  azad  yaşamağa  hüququmuz  vardır.  Heç  bir  zirehli  maşın. 

Hidroplan, aeroplan, kanonerka, məftilli çəpər mina və sairə texniki qurğu, heç bir 

ingilis,  heç  bir  qüvvə  və  onların  havadarları  tarixin  təbii  axarına  mane  ola 

bilmədilər.  Bakının  50  minlik  qoşun  və  texnika  ilə  birlikdə  kiçik  bir  qüvvənin 

həmləsi  qarşısında  süqutu  başqasının  fəklakəti  üzərində  öz  xoşbəxtliyi  qurmaq 

istəyənlərə ibrət dərsi olmalıdır.‖ (―Azərbaycan‖ qəzeti, 19. IX. 1918, № 2.)  

 

Professor  V.İ.Razumovskinin  1922-ci  ildə  çap  etdirdiyi  ―Bakı  şəhərində 



universitetin  əsasının  qoyulması‖  adlı  məqaləsindən  məlum  olur  ki,  Azərbaycan 

Dövlət Universitetinin yaranması təşəbbüsü F. Xoyskiyə  

 

 

 



F. Xoyski 1918-ci il dekabrın 26-da təçkil etdiyi hökumət kabinəsində sə 

nazirlər şurasının sədri və xarici işlər naziri vəzifəsini tuturdu. Məhz onu dövründə 

Azərbaycanda  Dövlət  orqanizminin  özülü  qoyulmuşdu.  Müstəmləkə  siyasətinin 

rəmzi  olan  Yelizavetpol  şəhəri  və  quberniyasının  yenidən  Gəncə  və  Gəncə 

quberniyası  adlandırılması,  Qaryagin  qəzasının  Cəbrayıl  qəzası  adı  ilə  əvəz 

edilməsi, 

çoxpartiyalı 

parlament 

sisteminin 

yaradılması, 

Azərbaycan 

Respublikasının  pul  və  poçt  markalarının  buraxılması,  ana  dilində  məktəb  və 

seminariyaların  açılması  və  digər  mütərəqqi  tədbirlər  Xoyskinin  rəhbərlik  etdiyi 

hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdır. Həmin illərdə sinfi 

ziddiyyətlərin  qalmasına  baxmayaraq,  yuxarıda  qeyd  edilən  bütün  tədbirlər  öz 

dövrü üçün müsbət xarakter daşıyırdı.   

 

 

 



 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə