Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Ədalət Nəsibov
 
 
54 
Ay camaat, köç getdimi, belə hey!.. 
Deyin çoxmu gedəcəkdi, belə hey!.. 
Hardasınız, ay Kərəm hey,.. lələ hey!.. 
Dağlar da götürməz bu qədər qəmi, 
Çal qurbanın olum Ədalət əmi, 
Bax belə çalarlar “Yanıq Kərəm”i. 
 
O gur axan dağ çaymı, bilmirəm? 
O bir döyüş alayımı, bilmirəm? 
Əsli Xanın harayımı, bilmirəm? 
Ustad sazı mat eyləyib aləmi, 
Çal qurbanın olum Ədalət əmi, 
Bax belə çalarlar “Yanıq Kərəm”i. 
 
Kağız yandı, tüstü çıxdı qələmnən, 
Can qalmadı bu kədərdən, ələmnən. 
Zildə, bəmdə soraq verir Kərəmnən
Yaralı könlümə eylə məlhəmi, 
Çal qurbanın olum Ədalət əmi, 
Bax belə çalarlar “Yanıq Kərəm”i. 
 
Baş pərdədə mizrab vurdun, nə xaldı, 
Niyə günəş göydə birdən saraldı. 
Çınqı düşüdü, aşıq-məşuq od aldı, 
Kim kimə edərdi belə sitəmi, 
Çal qurbanın olum Ədalət əmi, 
Bax belə çalarlar “Yanıq Kərəm”i. 
 
Kərəmidə şad könüllər yaslanı, 
Ağlıyaram, yanaqlarım islanı. 
Çarəsiz bir dərdə saldın İslamı, 
Xəlqimiz unutmaz heç zaman səni, 
Çal qurbanın olum Ədalət əmi, 
Bax belə çalarlar “Yanıq Kərəm”i. 
 


Günümüzün ustad aĢıqları 
 
55 
 
Nəsir Əhmədli 
 
ƏDALƏT 
 
Gəlişin bəzəyər toyu, bayramı, 
Qəlblərə nur çilər coşqun ilhamın. 
Böyüklü-kiçiklikli sevinər hamı, 
Hansı bir məclisdə olsa, Ədalət! 
 
Qocalar dünyadan dördəlli tuqar, 
Cavanlar min arzu, min kama çatar, 
Körpələr beşiksiz, laylasız yatar, 
Mizrabı əlinə alsan, Ədalət! 
 
O qədər vurğunam sənə, ay ustad, 
Şirin gülüşündən könlüm olur şad. 
Elə bilirəm ki, dayanar həyat 
Bircə an xəyala dalcan, Ədalət! 
 
Yığalar camıma qızıl dağını, 
Vermərəm mən sənin bir barmağını. 
Kərəm saxta sanar öz yanmağını, 
Bir “Yanıq Kərəmi” çalsan, Ədalət! 
 
Yaşamaq nə qədər şirin olsa da, 
Nəsirin qəlbindən gəlir bu səda: 
Yüz ömür verərəm, vallah, dünyada 
Tək bircə gün artıq qalsan, Ədalət! 
 
 
 
 
 
 


Ədalət Nəsibov
 
 
56 
 
Mirsəyyaf Zamanlı 
 
“DĠLQƏMĠ” ÇAL, ƏDALƏT 
 
Ömrüm boyu qəm fəslidi könlümün, 
Ay Ədalət, “Dilqəmi” çal, “Dilqəmi”. 
Dəryaların suyu məni söndürməz, 
Ürəyimdən çəkə bilsə, dil, qəmi, 
Ay Ədalət, “Dilqəmi” çal, “Dilqəmi”. 
 
Yaxın gəlmə, odum səni bürüyər, 
Dərd üstünə bürəm-bürəm yeridər, 
Barmaqların damcı-damcı əridər, 
Daha bəsdi, qurdalama sinəmi, 
Qurban olum, “Dilqəmi” çal, “Dilqəmi”. 
 
Arzularım qönçə-qönşə əzlidi, 
Kəm taleyim nədən oda yazildı? 
Mirsəyyafa bircə gecəyüz ildi, 
Bir nəfəs çək, ürəyimdən böl qəmi, 
Ay Ədalət, “Dilqəmi” cal,“Dilqəmi”. 
 
 
 
 Bəhmən VƏTƏNOĞLU 
 
ÇAL AġIQ 
 
Çaldın yana-yana “Yanıq Kərəmi”, 
Yaman düşdü ürəyimə xal, aşıq. 
Elə bildim təzə köçür Ziyadxan, 
Ağrın alım, onu bir də çal, aşıq! 
 


Günümüzün ustad aĢıqları 
 
57 
Bu nalənin ahı mədi, ünü nə? 
Lələ gəldi gözlərimin önünə. 
Özüm düşdüm xan Kərəmin gününə, 
Əsli saldı ürəyimdən yol, aşıq, 
Ağrın alım, onu bir də çal, aşıq. 
 
Axşam-səhər şeh düşəli qoynuna, 
Gür bulaqlı, göy meşəli qoynuna
O dağların bənövşəli qoynuna 
Mən gedirəm, sən salamat qal, aşıq, 
Ağrın alım, onu bir də çal, aşıq. 
 
 
ƏDALƏTĠN SAZINDA 
 
Əsli nalə çəkər zülfü pərişan, 
Fəqan eylər Ədalətin sazında. 
Kərəm çıxar alovların içindən, 
Üsayan eylər Ədalətin sazında. 
 
Haray çəkər: - Dünya mənə dar deyin, 
Xan evində Gülgəz yarım var deyin. 
Divarqanlı Aşıq Abbas yar deyin 
Tüğyan eylər Ədalətin sazında. 
 
Dağ çəkilər neçə dərdə, məlala, 
Cilvələnər hər hər bənövşə, hər lala. 
Zöhrə deyin Tahir yetər vüsala, 
Dövran eylər Ədalətin sazında. 
 
Gələr qızılgülü dərməyə Dilqəm, 
Dərib pünhan yerdə sərməyə Dilqəm. 
O dünyada yarı görməyə Dilqəm 
Güman eylər Ədalətin sazında. 


Ədalət Nəsibov
 
 
58 
Libası poladdan geyən Koroğlu, 
Ulu  şahlar boynun əyən Koroğlu. 
Nərəsindən yer titrəyən Koroğlu
Cövlan eylər Ədalətin sazında. 
 
Qədr eyləyər xəyallara, qananı, 
Bircə anda dolandırar cahanı. 
Zərif tellər hər duyğusuz nadanı 
İnsan eylər Ədalətin sazında. 
 
 
SAZIN SƏSĠ 
 
Bu sazın səsini bir yaxşı dinlə, 
Bir gəlin bulaqdan alır səhənki. 
Bu sazın səsini bir yaxşı dinlə, 
Kəhərin köhləni vermir üzəngi. 
 
Bu sazın səsini bir yaxşı dinlə, 
Sulanmış meydandı... “Koroğlu cəngi”... 
Bu sazın səsini bir yaxşı dinlə, 
Gəlir at üstündə Ərəbizəngi. 
 
Gör necə də Qeysi Məcnun eyləyib, 
Aləmə səs salan Leyli burdadı. 
Zümzümə, zəngulə, kəsmə şikəstə, 
Bayatı burdadı, layla burdadı. 
 
Bu sazın səsində ulu babalar, 
Müqəddəs sayılan ocaqlar da var. 
Bu sazın səsində yaxın obalar, 
Bürkülü görünən uzaqlar da var. 
 
Bu sazın səsində könül oxşayan, 
Şirin zümzüməli bulaqlar da var. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə